89
bənzəri yoxdur dediyimizdə Allahın bir və tək olduğunu isbat edər. Eyni şəkildə heç
bir şey Onu aciz etməz dediyimizdə, Onun güclü və hər şeyə gücü çatan Qadir
olduğunu, heç kimsəyə zülm etməz dediyimizdə, Onun bütün hökmlərində və
fellərində Adil olduğunu qəbul etməyi isbat edər. Digər tərəfdən də Allahın gözəl
sifətlərini qəbul etmək, pis sifətlərin Onda olmadığı mənasına gəlir».
QARİB – MUCİB
əl-Qarib
–
«Həqiqətən O, eşidən və (QARİB dua edən bəndələrinə) yaxındır». (əs-
Səba 50). «(Ya Muhəmməd!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən
onlara yaxınam (QARİB) mənə dua etdiyi zaman dua edənin duasına cavab
verərəm
…
». (əl-Bəqərə 186). Əbu Musa
–
radıyallahu anhu
–
rəvayət edir ki,
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
ilə birlikdə səfərlərin birində idik. İnsanlar
təkbir gətirərək səslərini ucaltmağa başladılar. Peyğəmbər: «Ey insanlar! Nəfslərinizə
sahib olun. Çünki sizlər eşitməyən və uzaqda olan birini səsləmirsiniz. Heç şübhəsiz ki,
sizlər ən yaxşı eşidən və sizə yaxın olan Səmi, Qarib olan Allaha dua edirsiniz. Halbuki
o, hər zaman sizinlə bərabərdir» deyə buyurdu
241
. Həlimi
–
rahmətullahi aleyhi
–
deyir
ki: «Qarib
–
yaxın olan, qul ilə Rəbbi arasında bir məsafə olmadığı mənasına gəlir. Bu
üzdən qulun durumu Ondan gizli deyildir. O, qulun etdiyi hər bir duanı eşidir. Allahın
yaxınlığı müəyyən bir məsafəni ifadə etməz. Çünki məsafə müəyyən bir sərhədə
qədərdir. Allah üçün isə sərhəd yoxdur». Xattabi
–
rahmətullahi aleyhi
–
deyir ki:
«Qarib
–
bütün varlıqlara elimi ilə, dua edənlərə də duaları qəbul etməklə yaxındır».
Allahın qullarına yaxın olması iki cürdür.
1. Ümumi Yaxınlıq
–
Allahın hər bir şeyə
elmi ilə yaxın olması. Onları bilməsidir. O, insanlara şah damarlarından da belə
yaxındır. 2. Xüsusi Yaxınlıq
–
Ona dua edən və Onu sevənlərə göstərdiyi yaxınlıqdır.
Bu cür yaxınlıq sevgini, yardımı və dəstəyi əhatə edir. Allah dua və ibadət edənlərin
dualarını və ibadətlərini qəbul edər.
əl-Mucib
–
Cavab verən deməkdir. «Həqiqətən Nuh bizə dua etmiş, onun duası
necə də gözəl (MUCİB) qəbul olunmuşdur». (əs-Saffət 75). «Həqiqətən Rəbbim
yaxındır və (duaları MUCİB) qəbul edəndir». (Hud 61). «Yaxud əli hər yerdən
üzülüb darda qalan bir kimsə Ona dua etdiyi zaman duasını qəbul edən
…
». (ən-
Nəml 62). «Mənə dua edin Mən də sizin dualarınızı qəbul edim». (əl-Mumin 60).
Bəzən də Qurani Kərimdə kəsmək, biçmək, oymaq mənasında da gəlir. «Və vadilərdə
qayaları oyub-biçən Səmuda». (əl-Fəcr 9). Qurtubi
–
rahmətullahi aleyhi
–
deyir ki:
«Mucib – kəsən mənasındadır. Yəni dua edənin arasını qəbul edərək kəsəndir. Buna
görə də dua edənin duasını həmən qəbul edən və imdadına yetişəndir». Həlimi
–
rahmətullahi aleyhi
–
deyir ki: «Bu isim Qarib ismilə birlikdə zikr edilir. Qaribul-
Mucib və
Mucibud-Dua (duaları qəbul edən) deyilir.
Mucibu Davətəl Muttarrin
(çarəsizlərin dualarını qəbul edən), istəyənə istədiyini verən deməkdir. Allahdan başqa
kimsənin buna gücü çatmaz».
Bunu da bilin ki, duaların qəbul edilməsi bir neçə şərtlərə bağlıdır. Bu şərtlərin bir
qismi dua edənin durumu ilə, bir qismi dua edilənlə, bir qismi də istənilən şeylə, bir
qismi də zaman və məkanla bağlıdır. Duanın qəbul edilməsinə mane olan şeylər isə
sayılmayacaq qədər çoxdur.
241
Buxari 2992, Müslim 2704.
90
Duanın Ədəbləri Və Qəbul Olunma Səbəbləri: 1) Allaha ixlasla dua etmək.
Numan b. Bəşir
–
radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və
səlləm
–
buyurdu: «Dua ibadətdir»
242
. 2) Duaya Allaha həmd-səna etməklə və
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
ə salavat gətirməklə başlamaq və elə bu cür
də duanı bitirmək. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Allah Ona dua
etməyənə qəzəblənir»
243
.
«Allahın elçisini öz aranızda bir-birinizi çağırdığınız kimi
çağırmayın». (ən-Nur 63). Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Kim
mənə bir dəfə salavat gətirərsə Allah o, kimsəyə on dəfə salavat deyər»
244
. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Qəbrimi bayram edilən yerə çevirməyin.
Mənə salavat gətirin. Harda olsanız sizin salavatınız mənə çatacaqdır»
245
. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Həqiqətən də yer üzündə Allahın mələkləri
vardır ki, mənim ümmətimin mənə göndərdikləri salavatı mənə çatdırırlar»
246
.
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Mənə salavat deyəndə Allah
mənə ruh verir ki, mən də o, kimsəyə salam deyim»
247
. Peyğəmbər
–
sallallahu aleyhi
və səlləm
–
buyurdu: «Ya Əli! Ən xəsis insan bilirsənmi kimdir?». Əli: «Allah və
Rəsulu daha gözəl bilir» dedi. Peyğəmbər: «Mənim adım çəkiləndə mənə salavat
gətirməyən kimsədir» deyə buyurdu
248
. Ənəs
–
radıyallahu anhu
–
rəvayət edir ki,
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
bir gün minbərə çıxdı və: «Amin! Amin!
Amin!» deyə buyurdu. Səhabələr: «Bu nədir ya Rəsulullah!» deyə soruşdular.
Peyğəmbər: «Cəbrail mənə gələrək dedi: «Qoy utansın (burnu yerlə sürtünsün) o,
kimsə ki, sənin adın çəkildiyi vaxt sənə salavat gətirməyən»
249
. 3) Duada qətiyyət
göstərmək və onun qəbul olunmasına yəqin olmaq. 4) Duada israrlılıq və tələsməmək.
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Yer üzündə elə bir müsəlman
yoxdur ki, Allahdan istəsin və Allah da ona verməsin və ya (dua vasitəsi ilə onu
qarşıda gözləyən) bəladan onu xilas etməsin. Lakin o, Allahın haram etdiyi şeyləri və
qohumluq əlaqələrinin kəsilməsini istəməməlidir. Həmçinin də (duasının tez qəbul
olunması üçün) tələsərək deməməlidir ki: «Mən dua etdim lakin mənə cavab
verilmədi»
250
. 5) Ürəkdən dua etmək. 6) Hər bir vəziyyətdə dua etmək (həm
sevindirici, həm də çətin). 7) Yalnız tək Allahdan istəmək. 8) Ailəyə, mal-dövlətə,
övlada və özünə bəd dua etməmək. 9) Alçaq səslə dua etmək. 10) Günahı etiraf etmək
və onun bağışlanmasını diləmək, neməti etiraf etmək və bunun üçün də Allaha şükr
etmək. 11) Duada qafiyədən istifadə etməmək. 12) Yalvarış, itaətkarlıq, rəğbət və
qorxu ilə dua etmək. 13) Tövbə etməklə zülm və izdirabların rədd etmək. 14) Duada
istənilən şeyi üç dəfə təkrar etmək. 15). Qiblə istiqamətində dayanmaq. 16) Dua edilən
an əlləri qaldırmaq. 17) Duadan qabaq dəstəmaz almaq. 18) Təcavüz və düşmənçilik
istənilməməlidir. 19) Dua edən başqasına dua etdiyi təqdirdə öncə özündən
başlamalıdır. 20) Dua edərkən Allahın gözəl isimlərini və sifətlərini, yaxud dua edənin
özünün gördüyü saleh bir əməli, yaxud da dua edən şəxsin əli çatdığı əməli saleh, diri
bir insanın duasını vasitə götürmək olar. 21) Dua edənin yeməyi, içkisi və geyimi halal
242
Əbu Davud, Tirmizi.
243
Buxari, Əhməd, Tirmizi.
244
Müslim.
245
Əbu Davud, Əhməd.
246
Nəsai.
247
Əbu Davud.
248
Tirmizi.
249
Buxari, Müslim.
250
Tirmizi.