2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə47/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   43   44   45   46   47   48   49   50   ...   231

 

93 


yerləri  də  bitkilərlə  yarmışdır.  «Sizi  yaratmaq  çətindir.  Yoxsa  göyü  ki,  Allah  onu 

yaratdı.  Qübbəsini  ucaltdı,  düzəldib  nizama  saldı,  gecəsini  qaranlıq,  gündüzünü 

işıqlı etdi. Bundan sonra da yeri döşəyib düzəltdi. Ondan suyunu və otlağını çıxartdı. 

Dağları  yerləşdirdi».  (ən-Nəziət  27-32).  Xattabi 



  rahmətullahi  aleyhi 



  deyir  ki: 

«Fatir 

  varlılıqları  yaradandır.  Yəni  onları  yoxdan  var  edəndir.  Bu  ayədə  bu 



mənadadır.  «Bizi  kim  (bu  həyata)  qaytara  bilər  deyəcəklər.  De  ki:  «Sizi  ilk  dəfə 

yaradan».  (əl-İsra  51).  İbn  Abbas  –  radıyallahu  anhu 

  deyir  ki:  «Mən  göylərin  və 



yerin  Fatirinin  nə  məna  ifadə  etdiyini  bilmirdim.  İki  bədəvi  bir  quyunun  yanında 

mübhisə edərkən biri: «Mən bunun fatiriyəm» dedikdə mənasını başa düşdüm. Bədəvi 

bu sözü ilə quyunun özü düzəltdiyini qəsd edirdi»

258


.  

 

FƏTTƏH 

 

əl-Fəttəh 



  «Sənin  Rəbbin  (hökmünü  verərək  haqq  ilə  batilin  arasını  açandır)  və 



biləndir».  (Səbə  21).  Həlimi 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Fəttəh 

  hökm 



verəndir. Allah verdiyi  hökmlərlə qulları arasında qıfıllanan sorğu-sualları və haqq ilə 

batilin  arasını  açan,  haqlını  ucaldıb  haqsızı  alçaldandır.  Bu  dünyada  ola  bildiyi  kimi 

axirətdə  də  ola  bilir».  Xattabi 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Fəttəh 

  açan 



deməkdir.  Allah  qullarına  mərhəmət  və  ruzi  qapılarını  açan,  qıfıllanan  işlərini  açan, 

haqqı  görmələri  üçün  qəlblərini  və  gözlərini  açan  deməkdir.  Fatih  yardım  edən 

mənasına da gəlir. «Əgər fəth istəyirsinizsə, indi sizə fəth gəldi



». (əl-Ənfal 19).  

Hər  bir  müsəlman  kəsin  bir  şəkildə  Allahdan  başqa  qullar  arasında  hökm  edən  və 

haqq ilə batilin arasını açan olmadığına inanmalıdır. Allahdan başqa Hakim olmadığına 

inanmalı  və  Onun  hökmündən  başqa  hökm  qəbul  etməməlidir.  «Allahdan  başqa  bir 

hakimmi  axtarırsınız?  O,  isə  sizə  kitabı  açıqlamış  olaraq  endirmişdir».  (əl-Ənam 

114).  «Kim  Allahın  nazil  etdiyi  ilə  hökm  etməzsə  onlar  kafir  olanlardır».  (əl-Maidə 

44).  «Kim  Allahın  nazil  etdiyi  ilə  hökm  etməzsə  onlar  zalım  olanlardır».  (əl-Maidə 

45).  «Kim  Allahın  nazil  etdiyi  ilə  hökm  etməzsə  onlar  fasiq  olanlardır».  (əl-Maidə 

47). «Onlar Cahiliyyət dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan bir 

cəmaat  üçün  Allahdan  daha  yaxşı  hökm  verə  bilən  kimdir».  (əl-Maidə  50). 

Müsəlman  Allahın  hökmünü  və  bu  hökmü  qəbul  etməli  və  ona  boyun  əyməlidir. 



«Allaha və Peyğəmbərə iman gətirdik, itaət etdik 



 deyər. Bundan sonra isə onlardan 



bir  dəstə  (Peyğəmbərdən)  üz  çevirər.  Belələri  mömin  deyillər.  Aralarında  hökm 

etmək üçün Allahın və peyğəmbərin yanına çağırıldıqda onlardan bir dəstə dərhal üz 

çevirər.  Əgər  haqq  onların  tərəfində  olsa  itaət  edib  (tez)  onun  yanına  gələrlər. 

Onların qəlblərində xəstəlikmi vardır? Yaxud Allahın və Peyğəmbərinin onlara cövr, 

haqsızlıq  edəcəklərindən  qorxurlar?  Xeyr,  onlar  özləri  zülmkardılar!  Aralarında 

hökm  vermək  üçün  Allahın  və  Peyğəmbərinin  yanına  çağırıldıqları  zaman 

möminlərin sözü ancaq: «Eşitdik və itaət etdik! Deməkdən ibarətdir. Nicat tapanlar 

da  məhz  onlardır!  Allaha  və  Onun  Peyğəmbərinə  itaət  edənlər  Allahdan  qorxub 

çəkinənlər məhz beləlri uğura çatanlardır». (ən-Nur 47-52).  

Müsəlman  qapalı  olan  hər  şeyi  ancaq  Allahın  açabiləcəyini  bilməlidir.  Qullarına 

ruzi  və  mərhəmət  qapılarını  açan,  çətin  və  bağlı  işləri  açan,  haqqı  görmələri  üçün 

qəlblərini  və  gözlərini  açan,  sıxıntı  və  darlıqdan  sonra  könüllərini  açıb  sevinc  verən 

Odur. Köksləri İslama açan, qeyb qapılarını açan da Odur. Allah sənə elm, ruzi qapıları 

                                                

258

 Beyhəqi s. 26,27.  




 

94 


açdığı  kimi  sən  də  elmin  açarı  ilə  cahil  və  biliksiz  kimsələrin  qapalı  qəlblərini  aç  və 

onların könüllərini fəth et, sənə verilən ruzidən insanlar üçün də xərclə və qorxma ki, 

malından əskilər. Əksinə malına daha da bərəkət verilər. «Allah sənə ehsan etdiyi kimi 

sən də ehsan et». (əl-Qəsəs 77).  

 

KƏFİ – KƏFİL 

 

əl-Kəfi 



  «Məgər  Allah  öz  bəndəsinə  kifayət  (KƏFİ)  deyilmi?».  (əz-Zumər  36). 

Ənəs b. Məlik 



 radıyallahu anhu 

 rəvayət edir ki, Peyğəmbər 





 sallallahu aleyhi və 

səlləm 

  buyurdu:  «Yatağına  girdiyin  zaman  Əlhəmdulilləhil  Ləzi  Ətamənə  Və 



Səqanə Və Kəfənə Və Əvənə Fəkəm Mimmə Lə Kəfiyyə Vələ Muviyə 



 Bizi yedirdən, 

içirdən,  qoruyan  (ehtiyaclarımızı  qarşılayan)  və  barındıran  Allaha  həmd  olsun.  Neçə 

qoruyanı (ehtiyacları qarşılanmayan) və barındıranı olmayan kimsələr vardır»

259

. Bütün 


varlılıqların  ehtiyaclarını  qarşılayan  Allahdır.  Bu  işdə  də  Onun  şəriki  və  bənzəri 

yoxdur.  Bütün  ehtiyaclar  yalnız  Onun  tərəfindən  qarşılanır.  Buna  görə  də  yalnız  Ona 

ibadət etmək, Ona yönəlmək və Ona ümüd etmək lazımdır.  

əl-Kəfil 



  «Əhd  etdiyiniz  zaman  Allaha  verdiyiniz  əhdi  (KƏFİL)  yerinə  yetirin. 



Allahı  özünüzə  zamin  edib  möhkəm  and  içdikdən  sonra  onu  pozmayın.  Həqiqətən 

Allah nə etdiklərinizi bilir». (ən-Nəhl 91). Əbu Hureyrə 



 radıyallahu anhu 

 rəvayət 



edir  ki,  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «Kəfil  olaraq  Allah  ona 



yetər»

260


. İnsanların dini və dünyavi ehtiyaclarını qarşılamayı üzərinə alan Allah həqiqi 

Kəfildir.  Buna  görə  də  çalışan  bir  kimsənin  əməlini  boş  etməyəcəyini  biə  xəbər  verir. 



«Şübhəsiz  ki,  Mən  kişi  olsun,  qadın  olsun  sizdən  bir  əməl  edənin  əməlini  boşa 

çıxarmaram». (Ali İmran 195).  

Müsəlman  bu  İsimləri  gözəl  mənalarını  bildikdən  sonra  özü  də  başqa  insanların, 

əlaxüsus  da  müsəlmanların  üzüntülərini,  sıxıntılı  olan  qohum-əqraba  və  dostlarının 

sıxıntılarını qaldırmağa çalışmalıdır. Əbu Hureyrə - radıyallahu anhu 

 rəvayət edir ki, 



Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  «Hər  kim  bir  mömini  dünya 

sıxıntılarının  birindən  qurtararsa,  Allah  onu  Qiyamət  gününün  sıxıntılarının  bir 

sıxıntısından qurtarar. Hər kim çətinliyə düşənin çətinliyini yüngülləşdirərsə, Allah da 

o, kimsəyə dünya və axirətdə asanlıq, yüngüllük verər. Qul öz qardaşına kömək etməyə 

davam  etdikcə,  Allah  da  ona  kömək  etməyə  davam  edər…»

261


.  Əbu  Qatadə  

radıyallahu anhu 

 rəvayət edir ki, Peyğəmbər 





 sallallahu aleyhi və səlləm 



 buyurdu: 

«Kim  istəyirsəki  Allah  onu  Qiyamət  gününün  əzabından  qurtarsın  qoy  çətinliyə 

düşənin çətinliyini yüngülləşdirsin və ya ona bağışlasın»

262

. Əbu Hureyrə - radıyallahu 



anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  «Kim 

çətinliyə düşənə möhlət versə və ya ona bağışlasa Allah Qiyamət günü heç bir kölgənin 

olmadığı vaxt onu öz kölgəsində saxlayar»

263

.  


 

KƏRİM - ƏKRAM 

əl-Kərim 

  Böyük,  bol,  şərəf  mənasında  işlədilmişdir.  Rızqun  Kərim 



  bol  ruzi, 



Əcrun  Kərim 

  böyük  mükafat,  Quranu  Kərim 



  qiymətli,  şərəfli  Quran 

                                                

259


 Müslim 2715.  

260


 Buxari 2291.  

261


 Müslim 2699. 

262


 Müslim 1563.  

263


 Tirmizi.  


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə