85
bağışlaması tam və əskiksizdir. Belə ki, bağışlamanın ən üst dərəcəsində Onun
məğfirəti vardır.
Hər müsəlman Uca Allahın mütləq məğfirət sahibi olduğunu və yalnız Onun bunu
haqq etdiyini bilməlidir. Ondan başqa qulların günahlarını bağışlayan kimsə yoxdur.
«Kafir olanlar iman gətirənlərə dedilər: Bizim yolumuza tabe olun. Günahlarınızı öz
boyunumuza götürərik. Halbuki onların heç bir günahını öz boyunlarına
götürməzlər. Onlar həqiqətən də yalançıdırlar. Şübhəsiz ki, onlar həm öz günahları,
həm də başqa günahlarla yüklənəcəklər». (əl-Ənkəbut 12-13). Tövbə edən isə sanki
heç günah işləməmiş kimidir. «O, müttəqilər ki, bir günah iş gördükləri, yaxud
özlərinə zülm etdikləri zaman Allahı yada salıb günahlarının bağışlanmasını
istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər?». (Ali İmran 135).
«Əgər vaz keçərlərsə keçmişdə (etdikləri) şeylər bağışlanacaqlar». (əl-Ənfal 38).
«Həqiqətən Mən tövbə edən, inanan, saleh əməllər edib sonra da doğru yola yönələn
kimsəni şübhəsiz ki, bağışlayacağam». (Ta ha 82). «Onlar səhər vaxtlarında
bağışlanma diləyənlərdir». (Ali İmran 17). «Gecə boyunca az yatarlar. Onlar səhər
vaxtlarında istiğfar diləyərlər». (əz-Zariyət 17-18). Hər bir müsəlman bir günah
işlədiyində onu insanlardan gizləməli və əsla açığa çıxarmamalıdır. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Mənim ümmətimdən mücahirlərdən başqa
hamı əff olunacaqdır». Səhabələr: «Mücahirlər kimdir ya Rəsulullah?» dedilər.
Peyğəmbər: «Onlar günah edir Allah isə onların günahlarının üstünü örtər. Səhər
açılmamış çölə çıxaraq öz günahlarını insanlara bildirərlər»
236
. Bu İsimləri bilən hər bir
müsəlman öz günahlarını gizlətdiyi kimi, başqalarının da günahlarını gizlətməli və
açığa çıxarmamalıdır. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Kim bir
müsəlmanın (xəta və günahını) örtərsə, Allah da dünya və axirətdə o, kimsənin (xəta və
günahını) örtər»
237
. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Bir qul
dünyada bir qulun (ayıbını) örtərsə, Allah da qiyamət günü mütləq o, qulun (ayıbını)
örtər»
238
.
ĞANİ
əl-Ğani
–
zəngin olmaq, heç bir şeyə möhtac olmayan mənasına gələn Ğina
–
məsdərindən sifət olan Allahın gözəl İsimlərindən biridir. Qurani Kərimdə
7 yerdə
keçməkdədir. «Rəbbin heç bir şeyə ehtiyacı olmayan rəhmət sahibidir». (əl-Ənam
133, əl-Bəqərə 267). İstər zatında, istərdə sifətlərində, fellərində heç bir zaman, heç bir
surətdə, heç bir şeyə möhtac olmayan, hər şeyin Ona möhtac olduğu tək zəngin Odur.
Allahın ibadətlərimizə bir ehtiyacı yoxdur. Qurani Kərim bunu bir çox ayələrdə bəyan
edir. «Qurbanlıq heyvanlarının nə ətləri, nə qanları Allaha çatmaz. Ona ancaq
sizdən təqva çatır». (əl-Həcc 37). O, halda insan Allaha qulluq edərkən, Onun
əmrlərini yerinə yetirərkən Allaha minnət etmə kimi bir hissə qapanmamalıdır. Qula
yaraşan Rəbbini bu şəkildə tanıması, Ona möhtac olduğunu xatırından çıxarmaması və
bütün ehtityaclarında Ona yönəlməsidir. Allah zəngindir. Onun heç bir şeyə ehtiyacı
yoxdur. Ondan başqa hər şey Ona möhtacdır. Onun rəhmi və mərhəməti olmadan bir
kimsənin yaxlşılıq etməsi və bu yaxşılıqda zirvəyə qalxması mümkün deyildir. Eyni
236
Buxari, Müslim.
237
Müslim 2699.
238
Müslim 2590.
86
şəkildə Onun ədaləti və hikməti olmadan bir kimsənin pislik etməsi və bu pislikdə
zirvəyə çatması mümkün deyildir.
ĞALİB
əl-Ğalib
–
«Allah öz işində (əmrində) Qalib olandır (istədiyini edəndir)». (Yusif
21). Ğalib
–
Allahın feli sifətlərindəndir. Allahın qalib gəlməsi dilədiyi kimsəyə qadir
olması, gücü çatması və onu dilədiyi şəkildə yaxalaması deməkdir. Heç şübhə yox ki,
Allahı məğlub etmək istəyən kəsinliklə yeniləcəkdir. Hər müsəlman Allahın mütləq
qalib olduğunu bilməli və hər işində yalnız Ona arxalanmalıdır. Səmimiyyətlə Qalib
olana arxayın olan kimsəyə qarşı bütün yer üzündəkilər belə əleyhinə olsalar sonunda
o, qalib gələcəkdir. «And olsun ki, Mən və Peyğəmbəri qalib gələcəyik
…
». (əl-
Mucadələ 21). Allahdan üz çevirərək başqalarına arxayın olanlar mütləq məğlub
olacaqlar. «Şeytanın dostlarıyla vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir!». (ən-
Nisa 76).
QĀDİR - QADİR – MUQTƏDİR
əl-Qādir
–
əl-Qadir
–
əl-Muqtədir
–
«Elə isə O, Allah ölüləri diriltməyə qadir
deyilmi?». (əl-Qiyamə 40). «Allah hər şeyə qadirdir». (əl-Bəqərə 20). «Haqq
məclisində, qadir hökmüdar (MUQTƏDİR) Allahın hüzurunda olacaqlar». (əl-
Qəmər 55). “De: “Allah başınızın üstündən və ayaqlarınızın altından (göydən və
yerdən) sizə əzab göndərməyə, sizi dəstələr halında qarışdırmağa və birinizə
digərinizin zorunu daddırmağa qadirdir!” Gör ayələrimizi onlara nə cür izah edirik
ki, bəlkə, başa düşsünlər!”. (əl-Ənam 65). Həlimi
–
rahmətullahi aleyhi
–
deyir ki:
«Bu isimlər heç bir şeyin Allahı aciz edə bilməyəcəyinə dəlildir. O, dilədiyini edəndir.
Heç kimsə Ona mane ola bilməz». «Məgər onlar göyləri və yeri yaratmış və onları
yaratmaqdan yorulmamış Allahın ölüləri də diriltməyə qadir olduğunu görüb
anlamazlarmı?». (əl-Əhqaf 33). «Allah hər şeyə qadirdir!». (əl-Kəhf 45). Xattabi
–
rahmətullahi aleyhi
–
deyir ki: «Muqtədir
–
gücü və qüvvəti tam olandır. Belə heç bir
şey Onun gücünə qarşı dura bilməz. Ona mane ola bilməz. Heç bir güc Onu aciz edə
bilməz. Qadir, Qədirdən daha əhatəli olub mütləqiyyət ifadə edər».
Qādir, Qadir və Muqtədir güc və qüdrət sahibi deməkdir. Qādir – üçün bir şeyi
dilədiyindən edən və ya etməyəndir. Qaadir üçün diləmək bir şeyi etmək üçün mütləq
olması vacib olan bir şərt deyildir. Allah qiyaməti bu an da etməyə qadirdir. Əgər O,
Bunu diləyərsə edə bilər. Lakin qiyaməti bu an etmədiyinə görə Allah bunu bu an üçün
diləməməkdədir. Allahın əzəli elmi ilə qiyamət üçün müəyyən bir vaxt
müəyyənləşdirməsi Onun güc və qüdrətində bir qüsur olduğunu göstərməz.
Mütləq Qādir hər varlığı tək başına və diləməsi ilə heç kimsədən kömək almadan
yoxdan var edəndir. Bu da ancaq Allah üçün keçərlidir. Qul da bəzi şeylər etməyə
qadirdi. Lakin onun qüdrəti olduqca naqisdir (azdır). O, bu gücünü sadəcə varlığı
mümkün olan bəzi şeylər üzərində göstərə bilər. Uca Allah kimi bir şeyi yoxdan var
edə bilməz. Yoxdan var etmə özəlliyi yalnız Allaha məxsusdur. Qullarının gücünü də
yaradan Odur. Allah qüdrət sahibi olduğuna görə dilədiyinə hidayət verir, dilədiyi
kimsələri də sapdırır. İnanclını inanclı, inkarçını inkarçı, yaxşını da yaxşı, pisi də pis
edən Odur. İbrahim
–
əleyhissəlam
–
və ailəsini inanclı edərək insanları Ona dəvət