79
dünya və axirətdə asanlıq, yüngüllük verər. Hər kim bir müsəlmanın qüsurunu (yəni
xətasını) Sətərə örtərsə, Allah da dünya və axirətdə onun qüsurunu (xətasını)
örtər...»
220
.
ŞƏDİD
əş-Şədid – “Göy gurultusu Onun şəninə təriflər deyir, mələklər də (Allahın)
qorxusundan (Onu öyüb mədh edirlər). O, ildırımlar göndərib (kafirlər) Allah
barəsində mübahisə edərkən onlarla istədiyini vurar. Allahın cəzası şiddətlidir!
(Allah yenilməz qüvvət sahibidir!)”. (ər-Rəd 13).
ŞƏKİR – ŞƏKUR
əş-Şəkir
–
Allah Özünü Şəkir və Şəkur deyə İsimləndirmişdir. Şükr edənləri də bu
iki İsimlə adlandırıb onlara Öz sifətini vermiş və onları bu İsimlə isimləndirmişdir.
Allah şükr edən qullarından razı olur. «Hər kəs könüllü olaraq yaxşı bir iş görərsə
Allah razı qalan (ŞƏKİR) və biləndir». (əl-Bəqərə 158). «Əgər şükr etsəniz sizdən
razı olur». (əz-Zumər 7). Şükr edənlərin kainatda az olması, onların seçilmiş qullar
olduğu da bəllidir. «Lakin qulları içində şükr edən azdır». (əs-Səbə 13). Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
ayaqları şişənə qədər namaz qılmış və ona: «Allah sənin
keçmiş və gələcək günahlarını bağışlamışdır. Sən nə üçün bu qədər ibadət edirsən?»
deyildikdə. O: «Allaha şükr edən bir qul olmayımmı?» deyə buyurdu
221
. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
: «Ey Muaz! Vallahi səni sevirəm. Beləki hər fərz
namazından sonra bu duanı et:
«Allahummə Əinni Alə Zikrikə Və Şukrukə Və Husni
İbədətikə
–
Allahım! Səni zikr etmək, Sənə şükr etmək və Sənə gözəl ibadət etmək
üçün mənə yardım et»
222
.
əş-Şəkur
–
Azacıq təşəkkürə çox qarşılıq verən İsmi Qurani Kərimdə 4 yerdə
keçməkdədir. «Həqiqətən Allah bağışlayandır və qədirbiləndir! (ŞƏKUR)». (əş-Şura
23). Şükür mərtəbəsi ən ucadır. Bu mərtəbə Riza
–
mərtəbəsinin üztündədir. Riza
şükrün içərisində yer almaqdadır. Şükr rizasız olmaz. Şükr imanın yarısıdır. İman iki
qismə ayrılır. Yarısı şükr və yarısı da səbrdir. Uca Allah qullarına şükrü əmr edər və
şükrün ziddinə olan şeyləri isə qadağan edər. Şükr edən kimsələri tərif edər, onlara ən
gözəl mükafatı verər. «Mənə şükr edin, nankorluq etməyin». (əl-Bəqərə 152). «Allah
şükr edənləri mükafatlandıracaqdır». (Ali İmran 144). «O, halda Ona ibadət edin və
Ona şükr edin. Ona qaytarılacaqsınız». (əl-Ənkəbut 17). Şükr qəlb üçün bir sevgi və
yönəlməkdir. Dil üçün bir tərif və həmddir. Bədən orqanları üçün isə itaət və görəvdir.
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «İnsanlara təşəkkür etməyən
Allaha şükr etməz»
223
. Davud
–
əleyhissəlam
–
buyurur: «Ey Rəbbim! Sənə necə şükr
edim ki, neməti verən, onunla ruziləndirən, sonra da nemət üstünə nemət verərək
artıran Sənsən. Nemət də Səndən, şükr də Sənədən. (şükrüm belə Sənin bir nemətindir)
Necə bunlara şükr edim». Allah: «İndi Məni tanıdın və Mənə şükr etdin ey Davud!
Çünki şükr etməyin də Mənim bir nemətim olduğunu bildin». Başqa rəvayətdə: «Ey
Rəbbim! Vücudumdakı tüklərdən hər birinin iki dili olsa da belə gecə və gündüz bütün
220
Buxari 2442, Müslim 2699.
221
Buxari «Təhəccüd» 6, Müslim «Sifətul Munafiqun» 2819.
222
Əbu Davud «Vitr» 26, Nəsai «Səcdə» 60, Musnəd 2/299.
223
Tirmizi 1955.
80
vaxtlarda Səni zikr etsələr də belə yenə də mənə verdiyin nemətin haqqını belə vermiş
olmaram»
224
.
ŞƏHİD
əş-Şəhid
–
Bu İsim Qurani Kərimdə 20 yerdə keçməkdədir. Hər şeyə şahid olan,
heç bir şeyi unutmayandır. «
…
Sən canımı aldıqdan sonra onlara nəzarətçi Özün
oldun. Yalnız sən hər şeyə Şahidsən». (əl-Maidə 117). «Doğrusu Allah hər şeyin
üzərində şahid olandır». (əl-Həcc 17). «Şahid olaraq Allah yetər». (ən-Nisa 79). «(Ya
Peyğəmbərim!) Sən nə iş görsən Qurandan nə oxusan, nə iş görsəniz, onlara
daldığınız zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey Allahdan
gizli qalmaz». (Yunus 61). “Onu (İslamı) bütün dinlərdən üstün etmək (onun bütün
dinlərdən üstün olduğunu göstərmək) üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə
göndərən Odur. (Ya Rəsulum! Sənin peyğəmbərliyinin həqiqiliyinə) Allahın şahid
olması kifayət edər!”. (Fəth 28). Allah, Şəhiddir. Çünki Şəhadət kəliməsi ilə qullar
Onun bir olduğuna şahidlik etməkdə, beləcə Ona ibadət etməyi qəbul etdiklərini
göstərmiş olmaqdadırlar. «Onları öz nəfslərinə qarşı şahidlər etmişdi». (əl-Əraf 172).
Bu ayədə Allah qullarından Onun birliyinə şahidlik etmələrini tələb etmiş, qullar da bu
tələbi yerinə yetirərək Allahın birliyinə şahidlik etmişlər. Bu həqiqi şahidlik olmaqla
birlikdə Allaha şahidlik edildiyini göstərməkdədir. Allah da Özündən başqa İlahın
olmadığına şahiddir. «Allah özündən başqa heç bir ilah olmadığına şahidlik etdi».
(Ali İmran 18).
ŞƏƏFİ
əş-Şəəfi
–
Bu İsim Qurani Kərimdə fel olaraq zikr olunur. «Xəstələndiyim zaman
mənə Şəfa verən Sənsən». (əş-Şura 80). Hədisdə isə həm Fel, həm də İsim olaraq
keçir. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
bir xəstənin yanına gəldiyi zaman belə
dua edərdi: «Ey insanların Rəbbi! Bu sıxıntı və dərdi apar. Şəfa ver! Çünki şəfa verən
sənsən. Səndən başqa şəfa verən yoxdur. Xəstənin bütün xəstəliklərini aparan bir şəfa
ver!»
225
. Həlimi
–
rahmətullahi aleyhi
–
deyir ki: «Allah şək və şübhələri, həsət və kini
qəlblərdən silib könüllərə şəfa verdiyi kimi hər cür xəstəlikləri, bəla və müsibətləri
qaldırıb bədənlərə də şəfa verir. Ondan başqa kimsənin buna gücü yetməz. Bu üzdən
bu isimlə yalnız Ona dua edilir». Buna görə də hər bir müsəlman şəfanın yalnız
Allahdan gəldiyinə inanmalıdır. İnsan yalnız Onun şəfa verməsi ilə yaxşılaşır və şəfa
tapır.
AZİZ
əl-Aziz
–
Qiymətli, izzət sahibi, möhtərəm, qüvvətli, heç vaxt yenilməyən, üstün,
uca, şərəf sahibi.
Azzə - kökündən gəlməkdədir. Hər şeyə gücü çatandır. İzzət – tam
olaraq zillətin, düşkünlük, aşağı olmaq, acizliyin ziddidir. «O, Əzizdir, Həlimdir
(yenilməz qüvvət və hikmət sahibidir)». (əl-Həşr 22-24). O, izzətinin mükəmməliyi ilə
qullarına hökm edən və bu hökmü onlar üzərində icra edəndir. Allah qullarının
qəlblərini və iradələrini dilədiyi tərəfə çevirəndir. O, dilərsə qul ilə qəlbi arasına girər.
224
İmam Əhməd «Kitabu Zuhd» 361,362.
225
Buxari “Kitabu Tibb” 5675, “Fəthul Bəri” 10/210, H. 5750, Müslim “Kitabu Səlam” 2191.