73
aleyhi və səlləm
–
buyurdu: «Yumşaqlıqdan məhrum olan, xeyirdən məhrum olur»
200
.
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
Aişə - radıyallahu anhə
–
yə buyurdu: «Ya
Aişə! Şübhəsiz ki, Allah Rafiqdir (qullarına qarşı lütfkardır). Rifqi (sözdə, işdə yumşaq
olmağı) sevər. Şiddətə (sərtliyə) qarşı vermədiyi (hətta) ondan başqalarına da
vermədiyi şeylərə Rifqə verir»
201
. Uca Allah fellərində Rəfiqdir. Çünki O, məxluqatını
bir dəfədə ya da bir anda yaratmağa güc yetirdiyi halda, hikmətinin və Rifqi olaraq
yavaş-yavaş yaratmışdır. Həmçinin digər şəriət qayda-qanunlarını da müəyyən bir
mərhələ ilə qadağan etmişdir. İçkinin haram edilməsi, riba
202
və s məsələlərdə.
Rafiq həmçinin də səfərdə birlikdə olmaq, yoldaş mənasında da işlədilmişdir.
«Onlar necə də gözəl (Rafiq) yoldaşdılar». (ən-Nisa 69). Allah Rafiqdir. Yəni
yumşaqlığı çox olandır. Ziddi sərtlikdir. Allah xeyiri bol olan, xeyir yollarını
asanlaşdırandır. Allahın insan oğluna ən böyük asanlıq isə Quranı əzbərliyənlərə
asanlaşdırmasıdır. «And olsun ki, Biz Quranı ibrət almaq, öyüd-nəsihət qəbul etmək
üçün belə asanlaşdırdıq». (əl-Qəmər 32). Allahın asanlaşdırması olmasaydı heç kimsə
Quranı asanlıqla əzbərləməzdi. Xattabi
–
rahmətullahi aleyhi
–
deyir ki: «Allah
Rafiqdir. Tələsməyən deməkdir. Çünki tələsmək itirməkdən və qaçırmaqdan qorxanlar
üçündür. O, isə hər şey əlində olan, tələsməyəndir. Allah yumşaqlığı sevər isə – Allah
işlərində və əməllərində tələsməyənləri sevər deməkdir».
RAZZAQ – RAZİQ
ər-Razzaq
–
«Heç şübhəsiz ki, ruzi (RAZZAQ) verən, O mətin qüvvət sahibi olan
Allahdır». (əz-Zariyat 58). Həlimi
–
rahmətullahi aleyhi
–
deyir ki: «Razzaq
–
ruzini
bol-bol və geniş şəkildə verəndir». Buna görə də hər bir müsəlman Allahdan başqa ruzi
verən Razzəq olmadığını bilməlidir.
ər-Raziq
–
«Sən ruzi verənlərin ən xeyirlisisən». (əl-Maidə 114). «Allah dilədiyinə
hesabsız ruzi verir». (əl-Bəqərə 212). «Yer üzündə ruzi əldə edə bilməyən neçə-neçə
canlılar vardır. Onların da, sizin də ruzinizi Allah verir». (əl-Ənkəbut 60). Həlimi
–
rahmətullahi aleyhi
–
deyir ki: «Raziq
–
bədənlərin sağ qalması üçün vacib olan şeyləri
verən, ehtiyac duyduqları nemətləri onlara verən deməkdir». Ənəs b. Məlik
-
radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm – in
dövründə qiymətlər artmağa başladı. İnsanlar: “Ey Allahın Rəsulu! Qiymətlər artdı.
Bizə bir qiymət təyin et (Qiymətlərə hədd qoy)” dedilər. Peyğəmbər: “Qiymətləri
tənzimliyən Allahdır, Genişlədib çox-çox verən (Bəsit) Allahdır, Ruzi (Raziq) verən
Allahdır, Daraldıb (Qabid) qıtlıq gətirən də Allahdır. Mən Allaha yanımda kimsənin
mal və qan haqqı olamadığı halda çatmağı ümüd edirəm” deyə buyurdu
203
.
RƏBB
ər-Rəbb
–
«Həmd yalnız aləmlərin Rəbbi olan Allaha aiddir». (əl-Fatihə 1). İbn
Abbas
–
radıyallahu anhu - rəvayət edir ki, Rəsulullah
–
sallallahu aleyhi və səlləm -
buyurdu: «Rəbb olaraq Allahdan, din olaraq İslamdan və Rəsul olaraq Muhəmməddən
200
Müslim 2592.
201
Müslim 2593.
202
Riba – dörd mərhələdə haram edilmişdir. 1) Rum 39. 2) Nisa 160,161,. 3) Ali İmran 130. 4) Bəqərə 275-279.
203
Əbu Davud 3451, Tirmizi 1314, əl-Albani “Səhih Sünən Tirmizi” 2/32, “Səhih Sünən İbn Məcə” 2/15.
74
razı olan kimsə imanın şirinliyini, tamını tapar»
204
.
Rəbb
–
kəliməsinin malik (sahib)
mənasında olduğu da söylənilmişdir. Bu durumda aləmlərin Rəbbi (sahibi) doğru bir
ifadədir. Çünki aləm kəliməsi bütün varlılıqları əhatə edər. «Firon dedi: «Aləmlərin
Rəbbi nədir?». Musa: «Əgər yəqin inanacağsansa O, göylərin, yerin və onların
arasında olanların Rəbbidir!» deyə cavab verdi». (əş-Şuəra 23,24). Rəbb
–
daha çox
ibadət edilən Məbud mənasında işlədilir. Qəbr əzabına aid hədisdə: «Rəbbin
(məbudun) kimdir?» deyə soruşurlar. Uca Allah qulların həqiqi məbududur. O, bütün
mal, mülk və insanların maliki və sahibidir. Bütün varlıqları yaradan və ruziləndirən
Odur. Ondan başqa olan bütün rəblər nə yarada bilərlər, nə də ruziləndirə. Bütün
varlılıqlar yoxdan yaradılmışlar. Hamısı Onun mülküdür. Hər şey Onun əmri ilə var
olmuşdur. Allah hər şeyə sahibdir. Heç bir şey Onun mülkündən kənara çıxa bilməz.
Uca Allah mülkündə dilədiyi şəkildə hərəkət edən malik, itaət edilən, əmrinin
altındakıları idarə edən, onları tərbiyə edən və işlərini dilədiyi şəkildə düzəldən və
yoluna qoyandır. Allah hər şeyin Rəbbi və məlikidir. O, əvvəlkilərin də sonrakıların da
Rəbbidir. Məğribin də məşriqin də, göylərin və yerin, ikisi arasında olanların, dünyanın
və axirətin maliki və sahibidir. Mülk Onundur. Mülkündə Ona şərik olan kimsə
yoxdur. O, mal və mülkü dilədiyinə verir, dilədiyindən də alır. Dilədiyini əziz,
dilədiyini də zəlil edir. Dilədiyini xoşbəxt, dilədiyini də bədbəxt edir. Dilədiyini
ucaldır, dilədiyini də alçaldır. Dilədiyinə qız, dilədiyinə də oğlan, dilədiyinə də əkiz
oğlan və ya qız uşağı, dilədiyinə də heç övlad bəxş etməz.
O, hər şeyi bilən güc və qüdrət sahibidir. Gecədən gündüzü, gündüzdən də gecəni
çıxarır. Ölüdən diri, diridən də ölü çıxaran da odur. Ölümdən sonra yer üzünü təkrar
dirildən Odur. Kimisini güldürən, kimisini də ağladan Odur. Kimisini yaşadan,
kimisini də öldürən, insanları cift-cift, kişi və qadın olaraq mənidən (spermadan)
yaradan odur. Kimisinə bol mülk verərək zəngin edən, kimisinə də mülk verməyərək
kasıb edən Odur. Var edəndə, yox edəndə Odur, başladan və sona çatdıran da Odur.
Göyləri düşməməsi üçün tutub saxlayan, gecəni qaranlıq, gündüzü aydın, yer üzünü
döşək kimi sərən və qullarının yer üzündə yaşamalarını asanlaşdıran, dağları yer
üzünün dirəkləri edən, göy üzünün yer üzünə düşməsinə mane olan, gəmiləri əmri ilə
dənizdə üzməsinə, qaranlığın ardıyca səhəri gətirən, gecəni insanlar üçün bir dincəlmə
edən Odur. Günəş və ay Onun əmri ilə hərəkət edərlər. Nə günəş ayı keçə bilər, nə də
gecənin gündüzü keçməsi mümkündür. Hər biri öz axarı ilə hərəkət edərlər. İnsanı
yaradan Odur. İnsana qulaq, göz, qəlb verən Odur. Lakin insanlar nə az şükr edərlər.
Qiyamət günü bütün insanları dirildən, dənizlərin bir-birinə qarışmasına mane olan,
qullarına saysız-hesabsız ruzi verəndir. Buna görə də bu İsimlə heç kəsi nə çağırmaq,
nə də müraciyət etmək olar. Əbu Hureyrə - radıyallahu anhu
–
rəvayət edir ki,
Rəsulullah
–
sallallahu aleyhi və səlləm
–
buyurur: «Sizdən heç kim öz (qulluqçusuna)
Rəbbinə su ver, Rəbbini doydur, Rəbbinə dəstəmaz aldır və s deməsin. (Ey kölələr!)
Sizdən də heç kimsə Rəbbim deyə xitab etməsin. Həmçinin qulum deyə xitab etməsin.
Oğlum, qızım desin (Başqa rəvayətdə: Əslində qul və kölə sizsiniz, Allah isə
Rəbbdir)»
205
.
204
Müslim 34.
205
Müslim, Əbu Davud 4975.