2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə48/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   44   45   46   47   48   49   50   51   ...   231

 

95 


mənasındadır.  «Çox  qiymətli  Qurandır».  (əl-Vaqiə  77).  Allahın  qullarının  etdikləri 

günahları  gizlətməsi,  onları  ortaya  çıxarmaması,  qüsurlarını  örtməsi  Onun  Kərəm 

sahibi  olmasındandır.  Mömin  qullarının  bəsit  və  kiçik  itaətlərinə  belə  baxmayaraq 

böyük  savablar  verməsi  Onun  Kərəm  sahibi  olmasındandır.  «Oxu,  Rəbbin  ən  böyük 



Kərəm  sahibidir».  (əl-Ələq  3).  «Ey  insan  Kərəm  sahibi  olan  Rəbbinə  qarşı  səni 

aldadan  nədir?».(əl-İnfitar  6).  Kərim  Ona  üsyan  edənləri,  tövbələrini  qəbul  etməkdə 

ümüdsüz  buraxmayan  və  onları  sorğuya  çəkmədən  tövbələrini  qəbul  edəndir.  Kərim 

Ondan  istəyənləri  boş  qaytarmayan,  Ona  sığınanları  tərk  etməyən,  nöqsansız  və 

qüsursuz uca varlıqdır.  



əl-Əkram 



  Allah  Əkram  –  olduğunu  ismi  tafdil  (üstünlük  bildirən  İsim)  olaraq 

xəbər  verməkdədir.  Allah  Əkramul-Əkram  (Kərəm  sahiblərinin  ən  üstünüdür).  Ondan 

başqa  mütləq  Kərəm  sahibi  yoxdur,  heç  kimsə  Kərəm  sahibi  olmadan  Ona  bənzər 

olmaz  deməkdir

264


.  «Oxu!  Sənin  Rəbbin  ən  böyük  kərəm  (ƏKRƏM)  sahibidir».  (əl-

Ələq  3).  İmam  Qurtubi 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Əkram  Allahın  zatıyla 

əlaqəli,  Kərim  isə  Onun  feliylə  əlaqəli  bir  sifətdir.  Hər  iki  kəlimə  də  Kə-Rə-Mə 

sözündən  törənmişlər

265


.  Bu  açıqlamadan  başa  düşülür  ki,  Kərim  və  Əkram  İsimləri 

eyni məna ifadə etməkdədirlər. Bu məna Allahın qullarına qarşı lütfkar və ehsan sahibi 

olmasıdır.  

Allahın  Kərim  olmasının  bir  nümunəsi  də  göylərdə  və  yerdə  olan  her  şeyi  bütün 

insanların xidmətinə verdiyini və onlara boyun əydirdiyini bildirmişdir. «Göylərdə  və 

yerdə  nə  varsa  hamısını  öz  tərəfindən  sizin  ixtiyarınıza  qoyan  da  Odur».  (əl-Casiyə 

13). Həqiqətən də Allah Əkramul-Əkrəmindir. Kərəm sahiblərinin ən üstünüdür. Onun 

bənzəri bir Kərəm sahibi yoxdur.  

 

KƏBİR 

 

əl-Kəbir 

 Bu İsim fail vəznində olub böyük deməkdir. O, hər şeydən böyükdür, hər 



şeydən ucadır və hər şeydən uludur. Qurani Kərimdə 6 dəfə keçməkdədir

266


.  «Əlbəttə 

Allah  uca  (ALİ)  və  böyükdür  (KƏBİR)».  (ən-Nisa  34).  «O,  qeybi  də,  aşkarı  da 

biləndir.  (hər  şeydən)  böyük  (KƏBİR)  və  ucadır  (MUTƏALİ)».  (ər-Rəd  9).  Xattabi 



 



rahmətullahi aleyhi 



  deyir  ki:  «Kəbir 

  şanı  böyük  və  uca  olandır.  Ondan  başqa  hər 



böyük olan Onun böyüklüyünün altında və  kiçikdir. İnsanlar arasında Kəbir yaşı daha 

çox olanlar üçün istifadə edilir».  

 

MUTƏALİ 

 

əl-Mutəali 

  Hər  şeydən  yüksəyə  ucalmış  mənasındadır.  Allah  öz  zatında  ucadır. 



Bu üzdən də hər şeydən daha ucadır. Ucalıqda Allahın heç bir qüsur və ayıbı yoxdur. 

O, mütləq olaraq ən ucadır. «O, (hər şeydən) böyük (KƏBİR) və ucadır (MUTƏALİ)». 



(ər-Rəd 9).  

 

MUMİN - MUHEYMİN 



əl-Mumin 



  Qullarına  zülm  etməyən,  onları  şərdən  qoruyan,  əmin  edən  deməkdir. 



«O, Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir, Quddusdur, Səlamdır, Mumindir, 

                                                

264

 İbn Teymiyyə «Fətvaul Kubra» 16/293,296, Beyhəqi «Şərhu Əsməul Husnə» s. 264.  



265

 Qurtubi «Əsna fi Şərhi Əsmailləhil Husnə» 1/131,132. 

266

 Bax: Rəd 9, Həcc 62, Loğman 30, Səbə 23, Ğafir 12. 




 

96 


Muhəymindir».  (əl-Həşr  23).  Mucahid 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Tək  və 

şəriksiz  olduğunu  doğrulayan-dır.  «Allah  özündən  başqa  ibadətə  layiq  haqq  ilah 



olamadığına şahiddir». (Ali İmran 18). Peyğəmbəri möcüzələrlə, möminləri vəd etdiyi 

savabla,  inkarçıları  da  vəd  etdiyi  əzabı  verməklə  doğrulayandır.  Dostlarını  əzabından 

və  onlara  zülm  etməkdən  əmin  edən,  qullarını  da  qorxudan  qurtarıb  əminliyə 

qovuşduran  Odur

267

.  Xattabi 





  rahmətullahi  aleyhi 



  deyir  ki:  «İman,  təsdiq  etmək, 

doğrulamaq  deməkdir.  Buna  görə  də  mömin  təsdiq  edən,  doğrulayan  mənasındadır. 

Allahın mömin ismi iki mənanı verir. 1) Qullarına vəd etdiyi ruzini verməklə və yaxşı 

əməllərinin  savabını  axirətdə  onlara  verməklə  yerinə  yetirərək  doğrulayandır.  2) 

Möminlərin  Onun  haqqındakı  zənlərini  doğru  çıxarmaq.  Onların  ümüdlərini  boşa 

çıxarmamaqdır.  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm  -  öz  Rəbbindən  buyurdu: 

«Mən  qulumun  Mənim  haqqımdakı  zənnindəyəm.  Artıq  Mənim  üçün  dilədiyi  zəndə 

olsun»


268

.  


əl-Muheymin 



  Doğrulayan,  təsdiq  edən,  hamilik  edən,  qoruyan  deməkdir.  «O, 



Allah  ki,  Ondan  başqa  ibadətə  layiq  haqq  ilah  yoxdur.  Məlikdir,  Quddusdur, 

Səlamdır,  Mumindir,  Muheymindir».  (əl-Həşr  23).  Həlimi 



  rahmətullahi  aleyhi 



 

deyir  ki:  «Muheymin 

  Qiyamət  günü  Ona  ibadət  edənlərin  ibadətlərindən  və 



savablarından bir şey əskiltməyəndir. O, simic deyildir ki, verdiyi savabı çox görsün və 

buna görə də bəzi əməlləri gizlətsin. Savab verməklə Ondan və mülkündən heç bir şey 

əskilməz. Allah yaxşıların yaxşılıqlarından və savablarından bir şey əskiltmədiyi kimi, 

asilərin  də  üsyanlarından  və  haqq  etdikləri  cəzalardan  bir  şey  artırmaz.  Yalan  və 

haqsızlıq  onun  haqqında  mümkün  deyildir.  «Biz  sənə  Quranı  haqq  olaraq,  özündən 

əvvəlki kitabı təsdiq edən və onu qoruyan kimi endirdik». (əl-Maidə 48). İbn Abbas 

radıyallahu  anhu 



  deyir  ki:  «Muheymin 

  doğrulayan,  təsdiq  edən  və  güvənilir 



mənasındadır».  

 

MOVLƏ 

 

əl-Movlə 



 «Allah sizin (MOVLANIZ) ixtiyar sahibinizdir. O, nə gözəl Mövla, necə 



də gözəl imdada yetəndir». (əl-Həcc 78). «O, ən gözəl həvadar (MOVLƏ) və ən yaxşı 

imdada  çatandır».  (əl-Ənfal  40).  Həlimi 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Movlə 

 



yardım  və  dəstək  gözləniləndir.  Allah  mülk  sahibi  olduğu  üçün  qulun  Ona 

sığınmaqdan başqa bir çarəsi yoxdur. Çünki kölə ancaq sahibindən yardım gözləyər».  

Qul  Allaha  dost  olmalı,  Ona  inanmalı,  Ondan  gələn  hər  bir  şeyi  doğrulamalı  və 

təsdiq etməli, əmrlərinə uymalı, qadağalarından çəkinməli, yalnız Ona güvənməli, açıq 

və  gizli,  bolluq  və  darlıq  kimi  bütün  hallarda  Ona  təslim  olmalıdır.  Yalnız  Onu  və 

Rəsulunu sevməlidir.  

Bəra b.  Azim 



  radıyallahu anhu 

 rəvayət  edir  ki,  (Uhud)  döyüşündə  müşriklərlə 



qarşı-qarşıya  gəldik.  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  məharətli  ox 

atıcılarından  (əlli  nəfərlik)  bir  qrup  əskəri  ayıraraq  başlarına  da  Abdullah  b.  Cubeyr 



 

radıyallahu anhu 

 təyin  etdi. Ona: «Bir an belə  yerinizdən tərpənməyin. Hətta bizim 



onlara qalib gəldiyimizi  görsəniz  də belə  yerinizdən tərpənməyin. Onların bizə  qələbə 

çaldıqlarını  (və  quşların  cəsədlərimizi  diddiklərini)  görsəniz  də  belə  (mən  sizə  adam 

göndərmədikcə)  bizə  yardıma  gəlməyin»  deyə  buyurdu.  Müşriklərlə  qarşılaşdığımız 

                                                

267

 İbn Kəsir 8/343, Qurtubi 10/676.  



268

 Əhməd 3/491.  




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə