91
olmalıdır. Əbu Hureyrə
- radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu
aleyhi və səlləm - buyurdu: «…Saçı-saqqalı bir birinə qarışmış, üst-başı toza bulaşmış
halda uzun səfər etmiş, yediyi haram, içdiyi haram və haram ilə bəslənən birisini
xatırladaraq, bu kişi əllərini səmaya qaldıraraq ya Rəbbim, ya Rəbbim deyə dua etsə,
necə ola bilər ki, onun duası qəbul olunsun»
251
. 22) Dua edilərkən hər hansı bir
günahın edilməsi və ya qohumluq əlaqələrinin kəsilməsi kimi diləklərə yol
verilməməlidir. 23) Yaxşı işləri əmr, pis işləri isə qadağan etmək. 24) Bütün
günahlardan uzaq olmaq.
Duanın Qəbul Olunması Üçün Müəyyən Vaxt Və Yerlər: 1) Qədr gecəsi. 2)
Gecənin son üçdə biri. 3) Fərz namazlarının ardıyca. 4) Azanla iqamə arası. «Ənəs -
radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm - buyurdu:
«Azan və iqamə arasında dua rədd edilməz»
252
. 5) Hər bir gecədə istənilən vaxtda. 6)
Fərz namazlarına çağırış vaxtı. 6) Yağış yağanda. 7) Cümə günü (Əsr namazının
sonuna yaxın bir vaxdır, bəzi rəylərə görə də cümə günü xütbə və namaz vaxtlarında da
ola bilər). 8). Zəm-zəm suyunu içdikdə. 9) Səcdədə. Əbu Hureyrə - radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm - buyurdu: «Qulun öz Rəbbinə
ən yaxın olan vaxtı səcdədir. Buna görə də səcdə də Allaha çox dua edin (Başqa
rəvayətdə: Siz cavab almağa layiqsiniz)»
253
. 10) Gecə yuxudan ayılan zaman. Əbu
Umamə
- radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm -
dən: «Hansı duaya daha tez cavab verili» deyə soruşdular. Peyğəmbər: «Gecə yarısı və
hər fərz namazından sonra edilən dua» deyə buyurdu. 11) Təharətli vəziyyətdə yatıb,
gecə yuxudan ayılaraq dua etdikdə. 12) İnsanların cənazə üçün duaları. 13) Sonuncu
təşəhüddə salavatdan sonra edilə dua. 14) Dua etdikdə qəbul olunan və istədikdə
verilən Allahın əzəmətli adı ilə. 15) Müsəlmanın qardaşı üçün gizlində etdiyi dua. 16)
Ərafət dağında dua. 17) Ramazan ayında. 18) Müsibət baş verdikdə. 19) Allaha ixlasla
dua etdikdə. 20). Məzlumun bəd duası. 21). Atanın övlada etdiyi xeyir-duası və bəd
duası. 22). Müsafirin duası. 23) Oruclunun iftaradək etdiyi dua. 23) Oruclunun iftar
zamanı etdiyi dua. 24). Məcburiyyət qarşısında qalan şəxsin duası. 25) Ədalətli
rəhbərin duası. 26) Xeyirxah övladın valideyinə etdiyi dua. 27) Dəstəmaz aldıqdan
sonra müvafiq dua ilə dua etmək. 28) Kiçik cəmrəyə daş atdıqda. 29) Orta cəmrəyə daş
atdıqda. 30). Kəbənin içərisində edilən dua. Kim Hicrin içində namaz qılsa o, Kəbədə
namaz qılmış hesab olunur
254
. 31) Səfa və Mərva təpələri üstündə. 32)
Məşərülhəram
255
.
«Rəbbinin cəmalını diləyərək səhər-axşam ona dua edənləri
yanından qovma. Onların əməllərinin sənə, sənin əməllərinin isə onlara heç bir
dəxli yoxdur. Buna görə də zalimlərdən olarsan». (əl-Ənam 52). Əbu Hureyrə
-
radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm - buyurdu:
«əl-Mufarridunə qabaqladılar». Səhabələr: «Bunlar kimlərdir ya Rəsulullah?» deyə
soruşdular. Peyğəmbər: «Allahı çox zikr edən kişi və qadınlar»
256
.
251
Müslim 1015.
252
Əbu Davud, Tirmizi.
253
Müslim.
254
Kəbənin şimal-qərbində yerləşən bir yer.
255
Həcc mərasimində Ərafət dağında günbatan zamanı Zəvvarların olduğu yer.
256
Müslim.
92
QAVİ - MƏTİN
əl-Qavi
–
əl-Mətin
–
«Şübhəsiz Allah (QAVİ) güc sahibi və Azizdir». (əl-Həcc 74).
«Allah yenilməz qüvvət sahibidir (QAVİ) və cəzası da çox şiddətlidir (ŞƏDİDUL
İQAB)». (əl-Ənfal 52). «Heç şübhəsiz ki, ruzi verən, (MƏTİN) yenilməz qüvvət sahibi
olan Allahdır». (əz-Zariyyət 58). Xattabi
–
rahmətullahi aleyhi
–
deyir ki: «Qavi
–
tam
və mütləq güc sahibi olduğudur. Allahdan başqa bütün varlılıqlar nə qədər də güc
sahibi olsalar da onların gücü müəyyən bir hədd çərçivəsinə qədərdir. Bir çox şeylərə
gücləri çatmaz». Həlimi
–
rahmətullahi aleyhi
–
deyir ki: «Mətin
–
güc və qüvvəti
azalmayan və gücdən düşməyəndir. Bu yalnız Allaha xasdır. Ondan başqa bütün
varlılıqlar vaxt gəldikcə güclərini itirərək zəifləyirlər. Bu isə Allah üçün imkansız,
varlılıqlar üçün isə mümkündür». Allahın güc və qüvvət sahibi olduğunu bilən
müsəlman öz güc və qüvvəti ilə lovğalanmağı tərk edər. Uca güc sahibinə yönələr.
LƏTİF
əl-Lətif
–
Ən çətin işləri belə bütün incəlikləri ilə bilən və varlıqlara nemətlərini
gizli yollarla, yumşaqlıqla onlara çatdırıb ehtiyaclarını qarşılayandır. Bir işi etmək
xüsusunda yumşaq olmağı və faydalı şeyləri yaratdıqlarından dilədiyinə gözəlliklə və
incəliklə çatdırmaqda işlərin ən incə və ən gizli yönlərini özündə toplayan zat
deməkdir. «O, Lətifdir». (əl-Ənam 103). «Allah qullarına çox lütfkardır». (əş-Şura
19). «Doğrusu Rəbbim dilədiyinə lütfünü ehsan edər». (Yusuf 100). Xattabi
–
rahmətullahi aleyhi
–
deyir ki: «Lətif - bilmədikləri yöndən qullarına lütf və yaxşılıq
edən, onlara düşünmədikləri yerdən xeyirlər verəndir. «Allah qullarına qarşı lütf
sahibidir, dilədiyini ruziləndirir». (əş-Şura 19). Allah sənə lütf etdi.
1. İbn Abbas
–
radıyallahu anhu
–
deyir ki: «Allah qullarına qarşı lütf sahibidir» –
ayəsində: «Onlara qarşı xoş və gözəl davranandır» deyə açıqlamışdır. 2. Onlara
yaxşılıq edəndir. 3. Yaxşı kimsəyə də, pis kimsəyə də yaxşılıq edəndir. Üsyan
etmələrinə baxmayaraq onları aclıqdan öldürməz. 4. Qullarına yumşaq davranandır. 5.
Ruzi verməkdə qullarına iki yöndən yaxşılıq edəndir. Birincisi onları gözəl şeylərlə
ruziləndirir, ikincisi isə ruzilərini bir dəfədə verməyərək israf etmələrinə mane olandır.
6. İnsanlar arasında qullarının yaxşılıqlarını yayan, pisliklərini isə örtəndir. 7. Azı
qəbul edib, çoxu isə verəndir. 8. Qullarına çalışmasından daha artığını verən və ona
gücündən artığını yükləməyəndir. 9. Ona üsyan edəni cəzalandırmaqda tələsməyən,
ümüd edənin də ümüdünü boşa çıxarmayandır. 10. Dininə xidmət edənə yardım edən
və çox tərif edəndir. 11. İstəyəni geri çevirməyən, ümüd edəni ümüdsüz qoymayandır.
12. Xətaları bağışlayandır. 13. Öz nəfsinə acımayana acıyandır və s
257
.
FATİR
əl-Fatir
–
«Həmd göyləri və yeri yaradan Allahındır». (Fatir 1). Peyğəmbər -
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Ey göyləri və yeri yaradan Allahım!». Həlimi
–
rahmətullahi aleyhi
–
deyir ki: «Fatir
–
yeri və göyü bir-birindən ayıran, yarandır.
«Kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı (yardığımızı), hər bir
canlını sudan yaratdığımızı bilmirlərmi?». (əl-Ənbiya 30). Allah göyləri yağmurla,
257
Qurtubi 1/333-336.