87
edən və onun əmri ilə hidayət yolunu göstərən və Firon və qövmünü inkarçı edərək
insanları Cəhənnəmə çağıran dəvətçilər edən Odur.
Allah göyləri, yeri və ikisi arasında olanları altı gündə yaratmış və Ona heç bir
yorğunluq da gəlməmişdir. Varlıqlardan heç birisi Onu aciz edə bilməz. Allah heç bir
şeyə möhtac deyildir. Buna görə də Ona şərik qoşmaq. Övlad isnad etmək, Onun izni
olmadan şəfaətçilər olduğunu söyləmək mümkün deyildir. onun sözləri tükənməz və
dəyişdirilməz. Əgər bütün dənizlər və yeddi misli qədər dəniz mürəkkəb olsaydı, bütün
ağaclar da qələm olsa və bu qələm və mürəkkəblərlə sözlər yazılsa, mürəkkəblər
tükənər, qələmlər qurtarardı. Amma Onun sözləri tükənməz və qurtarmazdı. Çünki
sözlər yaradılanlar kimi deyildir. Yaradılan mürəkkəb və qələmin tükənməməsi və
qurtarmaması mümkün deyildir. Bəzilərinin iddia etdikləri kimi Allahın sözləri
yaradılmış
(məxluq)
deyildir.
Bunu
iddia
edənlər
Allahı
layiqincə
qiymətləndirməyənlərdir. Buna görə də iddiaları qələm və mürəkkəbdən də daha tez
yox olur. Əgər Allahın sözləri yaradılmış olsaydı onlar da digər məxluqlar kimi yox
olurdular. Allahın sözləri əbədi, digərləri isə fanidir. Allah heç kimsəni günah etmədən
və ya başqasının etdiyi bir günaha görə cəzalandırmaz. Həmçinin də Allah bir
kimsənin gücü çatmadığı şeyləri tərk etməsi və tərk etməsi mümkün olmayan şeyləri
etdiyinə görə cəzalandırmaz. Ondan daha çox üzürləri qəbul edən və ehsan edən
yoxdur. O, Muhsindir, ehsan edənləri sevər, Şəkurdur, şükr edənləri sevər, Cəmildir,
gözəlliyi sevər, Tayyibdir, gözəl və xoş olanı sevər, Alimdir, biliyli qullarını sevər,
Kərimdir, ikram edən qullarını sevər, Adildir, ədalətli olanları sevər, Bərrdir, yaxşı
olanları sevər, Sadiqdir, doğru olanları sevər, Rəfiqdir, yumşaqlığı sevər, Rəhimdir,
mərhəmətli olanları sevər, Vitrdir, tək olanı sevər. Allah öz İsim və Sifətlərinin hər
birini sevir. Bu İsim və Sifətlərlə Ona ibadət edən, bunlarla istəyən, dua edənləri sevər.
Allah bu İsim və Sifətləri bilən, mənalarını başa düşən, bunlarla Allahı tərif edənləri də
sevər. İbn Məsud – radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi
və səlləm
–
buyurdu: «Allahdan daha qısqanc bir kəs yoxdur. Allah bu qısqanclığına
görə açıq və gizli olan bütün çirkin əməlləri haram etmişdir. Təriflənməyi Allahdan
daha çox sevən bir kimsə yoxdur. Buna görə Uca Allah Öz nəfsini tərifləmişdir.
Allahdan daha çox dəlil sevən yoxdur. Bax, bunun üçün də bir çox müjdələyən və
qorxudan Peyğəmbərlər göndərmişdir (Başqa rəvayətdə: Bax buna görə də Allah
Peyğəmbərlərini göndərmiş və kitablarını endirmişdir)
239
. Allah İsim və Sifətlərini
sevdiyi üçün qullarına da bu İsim və Sifətlərlə əməl etməyi əmr etmişdir. Buna görə də
qullarına ədaləti, ehsanı, mərhəməti, səbri, doğruluğu, elmi, şükrü, bağışlamağı əmr
etmişdir. Allah bu İsim və Sifətləri sevdiyi üçün, insanlar arasında ən çox bu İsim və
Sifətlərə sahib olmağa çılışanları da sevər. Sevmədiyi sifətlərə sahib olan və bu
sifətlərə sahib olmağa çalışanları da sevməz. Allah təkəbbürlü, başqalarına xor baxan,
ələ salan, haqsızlıq edənləri necə sevsin? Bu sifətlərə sahib olmaq ən böyük zülmdür.
Buna görə də bu sifətlərin heç biri Allaha yaraşmaz. Allah bu cür sifətlərdən uzaqdır.
Gözəl olmayan bir İsim Onda ola bilməz. Daima ən gözəl İsimlərlə isimləndirilir.
QAHİR – QAHHAR
əl-Qahir - əl-Qahhar
–
«O, hər şeyə Qahhar olan tək bir Tanrıdır». (ər-Rəd 16).
«O, öz qulları üzərində Qahir olandır». (əl-Ənam 18). «
…
Hər şeyə Qadir və Qahhar
239
Buxari 7416, Müslim 1499.
88
olan bir Allah?». (Yusuf 39). Həlimi
–
rahmətullahi aleyhi
–
deyir ki: «Qahir
–
qullarının işlərini dilədiyi şəkildə düzüb-qoşan, idarə edən, onların üzərində hakimi
mütləq olandır. Qahhar – isə heç bir şəkildə məğlub edilməyən və üstün
gəlinməyəndir». Xattabi
–
rahmətullahi aleyhi
–
deyir ki: «Qahir
–
canlılar arasında
həddini aşanları əzab ilə digər bütün məxluqatı isə ölümlə yox edəndir». Mülkün, güc
və qüvvətin, yüksəkliyin tamamı tək və qahhar olan Allaha aiddir. Ondan başqa hər şey
məğlub və acizdir. Bütün hər şeyin ziddi, ortağı vardır. Yalnız Onun ziddi və ortağı
yoxdur. Allah göy və yer əhlini özünə boyun əydirmişdir. Göy əhlini özünə xidmət
etməklə, yer əhlini də Ona ibadət və itaət etməklə boyun əydirmişdir. Zalım və
zorbaların belini qıran, üsyankar və həddi aşanların boyunlarını bükən, dünyadakı
əməllərinə qovuşmağlarına mane olan Allahdır. Uşaq sahibi olmaq istədiyi halda
olmayan, qocalmaq istəmədiyi halda qocalan, güclü və üstün olmaq istədiyi halda
zillətdən qurtarmayan, zəngin olmaq istədiyi halda miskinləşən kimsələrin istəklərini
Allahın diləməsi ilə həyata keçməməkdədir. Onların iradəsi heç bir zaman Allahın
iradəsinin önünə keçməz və onu aşmaz. Allahın istək və iradəsi daima onların
istəklərinin üstündədir. Bütün varlılıqlar Allahın diləməsi və hökmü altındadırlar.
Onun izzəti altında əzilməyən, sonsuz gücünə boyun əyməyən heç bir şey yoxdur.
Varlılıqların dilək və istəkləri Onun diləməsi altındadır. «Allah istəmədikcə siz istəyə
bilməzsiniz». (İnsan 30).
QUDDUS
əl-Quddus
–
təmiz, heç bir ləkəsi olmayan, bütün nöqsan və qüsurlardan münəzzəh
olan, hər hansı bir nöqsanı qəbul etməyən, fəzilət və gözəl sifətlərdən dolayı öyülən.
«O, Allah ki, Ondan başqa ilah yoxdur. O, Məlikdir, Quddusdur, Səlamdır
…
». (əl-
Həşr 23). O, zatına yaraşmayan hər şeydən münəzzəhdir. Bütün vəsflərdə ən
mükəmməl, təhdid və təsvirə sığmayan, öyülməyə layiq fəzilət və gözəllik sifətləri
özündə olandır. Bu İsim Qurani Kərimdə 2 yerdə keçməkdədir. Məlik ismi ilə birlikdə
işlədilmişdir
240
. Qurtubi
–
rahmətullahi aleyhi
–
deyir ki: «Quddus
–
hər cür əskiklik
və nöqsanlardan uzaq olan, hər cür qüsurdan təmiz olan deməkdir». Ayrıca bir yerdə
də Allahın mələklərə insan nəslini yaradacağını bildirdikdə onların verdiyi cavabda
Nuqaddisu
–
zikr edilməkdədir. «Biz Sənə şükr etdiyimiz, şəninə təriflər dediyimiz və
Səni müqəddəs tutduğumuz halda
…
». (əl-Bəqərə 30). Allahın bu İsmi Onun təşbih və
təcsimdən bir başqa şeyə bənzəməkdən, bəşəri sifətlərdən münəzzəh olduğunu ifadə
etməkdədir. İbn Cərir
–
rahmətullahi aleyhi
–
deyir ki: «İnkar edənlərin Sənə izafə
etdikləri hər cür pislikdən Səni tənzih edirəm, bütün gözəl və təmiz sifətlərin səndə
olduğunu qəbul edirəm. Səni zikr edir və ucaldıram». Bu ayədə mələklər Allahı tənzih
etməkdə və təqdis etməkdədirlər. Ayədə təsbih və təqdis yan-yana zikr edilmişdir.
Bu kəlimənin əsli təharət və nəzarətdən gəlməkdədir. Beytul-Məqdis
–
bu
kəlimədən alınmışdır. Çünki orası pak və təmiz olan bir yerdir. Yenə Cənnət təmiz bir
yer olduğuna görə Haziratul-Quds, Cəbrail
–
əleyhissəlam
–
Ruhul-Quds
–
deyə
isimləndirilmişdir.
Subhənəallah
–
Uca Allahı bütün pisliklərdən tənzih etmək.
Həlimi
–
rahmətullahi aleyhi
–
deyir ki: «Quddus
–
bütün gözəl təriflərlə təriflənən,
mədh edilən deməkdir. Allahı təqdis edib, təsbih etmək. Allahdan pis sifətləri nəfy
etmək, Onun gözəl sifətlərə sahib olduğunu qəbul etmək. Necə ki, Onun şəriki və
240
Bax: Həşr 23, Cumə 1.