2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə26/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   22   23   24   25   26   27   28   29   ...   231

 

51 


İnsan  qəlbində  tarazlıq  yaratmaq  üçün  bu  iki  İsimləri  də  bilməlidir  ki,  onu 

xəstəliklərdən  qorusun.  Bu  xəstəliklər  də  ümüdsüzlük  və  arxayınçılıqdır.  Əgər  insan 

tək  ümüd,  məhəbbət  ayələrini  öyrənərsə  onda  arxayınçılıq  yaranar.  Lakin  tək  qorxu 

ayələrini də öyrənməklə onda ümüdsüzlük yaranar. Bu da çox təhlükəlidir.  

Allahın  İsimləri  Qurani  Kərimin  33  surəsində  keçməkdədir.  Bu  surələrdən  bəzisi, 

bu İsimlərdən sadəcə birinə yer vermiş. Məs: Tövbə, Kəhf, Məryəm, Həcc, Nəml və s. 

bir  çox  surələr  kimi.  Bəzi  surələr  isə  iki  İsmi  bir  arada  gətirmişdir.  Məs:  Ənfal,  Rəd, 

Fatir və s. bəzi surələr isə bu İsimlərin çoxunu sadalamışdır. Məs: Bəqərə, Ali İmran, 

Nisa, Həşr. Bu İsim və Sifətlərə iman etmək və onları araşdırmaq İslamın əsası, İmanın 

qaydası  və  Ehsan  ağacının  meyvəsidir.  Kim  Uca  Allahın  İsim  və  Sifətlərini  inkar 

edərsə  elm  əhli  olmaqdan  uzaqlaşaraq  İslamın  əsasını,  İmanı  və  Ehsan  ağacının 

meyvəsini kökündən yıxmışdır.  

 

BÜTÜN PEYĞƏMBƏRLƏRİN – Allahın Onlara Salamı Və 

Salavatı Olsun - ƏQİDƏNİN ƏSASLARI ÜZƏRİNDƏ 

İTTİFAQ ETMƏLƏRİ 

 

Əsirlərdən boyu sabit olan Tövhid üzərində bütün Peyğəmbərlər – Allahın Onlara 



Salamı Və Salavatı Olsun -

 

ittifaq etmişlər: 1. Bütün nöqsan Sifətlərdən münəzzəh olan 

Allah  Ucadır,  Əzəlidir,  Başlanğıcı  yoxdur,  birdir,  mülkündə  heç  bir  ortağı  yoxdur, 

bənzəri,  ziddi,  yardımçısı,  nəsihətçisi,  yol  göstərəni  yoxdur.  Yalnız  Onun  iznindən 

sonra şəfaətçi şəfaət edə bilər. 2. Oxşarı yoxdur, bənzəri yoxdur, nə doğmuşdur, nə də 

doğulmuşdur.  3.  Allah  Ğanidir  (Nemət,  Rəhmət  xəzinələri  sonsuz  olub  heç  bir  şeyə 

möhtac  olmayan).  Yeməz,  içməz  və  heç  bir  şəkildə  yaratdıqlarının  ehtiyac 

duyduqlarına ehtiyac duymaz. 4. O, heç bir zaman bir haldan başqa bir hala dəyişməz. 

İxtiyarlıq,  xəstəlik,  yatmaq,  unutqanlıq,  peşmanlıq,  qorxu,  kədər  və  s.  bu  kimi  hallar 

olmaz.  5.  Yaratdıqlarından  heç  bir  şeyə  bənzəməz.  Əla  xüsus  nə  Zatında,  nə 

Sifətlərində,  nə  də  Fellərində  Onun  misli  kimi  bir  şey  yoxdur.  6.  O,  yaratdıqlarından 

heç bir şeyə Hülul

146

 etməz  və  yaratdıqlarından  heç  biri  də  Onun  zatına  Hülul  etməz. 



O, Zatı ilə yaratdıqlarından ayrı, yaratdıqları da Ondan ayrıdır.  7. O, hər şeydən daha 

Uca,  hər  şeydən  daha  böyükdür,  hər  şeyin  üzərində,  hər  şeydən  daha  yüksəkdədir. 

Ondan o, tərəfə heç bir şey yoxdur. 8. O, hər şeyə qadirdir. Dilədiyini etməkdə heç bir 

şey Onu aciz  edə bilməz. O, hər dilədiyini  edəndir. 9. O, hər şeyi bilir. Sirri və  daha 

gizli olanı da bilir. Olanı, olacağı, olmayanı da bilir. Olmayan əgər olsaydı necə olardı, 

necə olsaydı onun keyfiyyətini də bilir. Elə bir varlıq yoxdur ki, Allah onun həqiqətini 

bilməsin.  10.  O,  Səmi  və  Basirdir.  O,  bütün  səslərin  fəryadını,  dillər  ayrı-ayrı, 

ehtiyaclar  cürbəcür  olmasına  baxmayaraq  onları  eşidir  və  gecənin  qaranlığında  qara 

qayanın üzərində  qara qarışqanın belə səslərini  eşidir  və  görür. Onun Kürsüsü yerləri 

və  göyləri  əhatə  etmişdir.  11.  O,  qeybə  sahibdir  (Bilinən  və  Bilinməyən  hər  şeyə 

şahiddir).  Mülkünün  idarəsində  heç  kimsəni  vəkil  təyin  etməmişdir.  12.  O,  Əzəli 

(Əvvəl)  və  Bəqidir  (Əxir).  Zəifləməz,  yox  olmaz,  tərk  edib  getməz  və  ölməz.  13.  O, 

Mutəkəllimdir  (Danışan).  Əmr  edən  və  Qadağa  qoyandır.  Haqqı  söyləyər  və  yol 

göstərər,  Rəsullar  göndərir,  Kitablar  endirir,  yaxşılıq  edəni  mükafatlandırır,  pislik 

                                                

146


 Hüluliyyə  –  Allahın  Zatıyla  hər  yerdə  olduğunu  qeyd  edənlərdir.  Onlar  Allahın  Məiyyə  –  Birlikdə,  bərabər  olmaq 

sifətində  həddi aşaraq  Allahın ona  yaxın olan (əl-Mukərrəbun)  şəxslərə  hulul etdiyini (yəni  nüfuz  etmək,  girmək, iki 

şeyin bir şeymiş kimi birləşməsini) irəli sürən sapıq firqədir. 



 

52 


səbəbilə cəzalandırır. İtaət olunduqda qarşılığını  verən, üsyan edildikdə bağışlayandır. 

14.  O,  vədində  sadiq,  xəbərində  doğru  olandır.  Ondan  daha  doğru  sözlü,  Ondan  daha 

doğru  xəbər  verən  heç  kimsə  yoxdur.  O,  əsla  sözündən  dönməz.  15.  O,  Ucalar  Ucası 

Saməddir.  Bütün  ehtiyac  sahiblərinin  ehtiyacını  qarşılayar.  Ondan  daha  səbirli,  tərifi 

Ondan  daha  çox  sevən,  Bağışlamağı  Ondan  daha  çox  sevən,  Ehsanı  Ondan  daha  çox 

sevən  kimsə  yoxdur.  16.  O,  Quddusdur,  Səlamdır.  O,  hər  cür  ayıblardan  və 

nöqsanlardan  uzaqdır.  O,  Muhsindir  -  Ehsan  etməyi  sevər.  Şəkurdu  –  şükr  edənləri 

sevər.  Tayyibdir  –  təmizləri  sevər.  Alimdir  –  qullarından  elimli  olanları  sevər. 

Kərimdir – kərəm sahiblərini sevər. Qavidir – qüvvətli mömin zəif mömindən ona daha 

sevimlidir. Adildir - ədalət sahiblərini sevər. Həyy və Sittirdi – həya əhlini və iffətli bir 

şəkildə  örtünəni  sevər.  Ğafur  və  Afuvvdur  –  qullarını  bağışlayan  və  əff  edəni  sevər. 

Sadiqdir  –  doğru  olanları  sevər.  Rafiqdir  –  mülayim  və  yumşaq  olanları  sevər. 

Rahimdir  –  mərhəmət  sahiblərini  sevər.  Təkdir  –  tək  olanı  sevər.  İsim  və  Sifətlərini 

sevər.  Bu  İsimlərlə  ona  dua  edənləri  sevər.  Onları  bilən,  dərk  edən,  Uca  Allaha  həmd 

edən,  onlarla  dua  edənləri  də  sevər.  17.  O,  hər  tərəfdən  Kamildir.  Uca  Allah  Zatını 

Sifətlərlə  sifətləndirdiyini  və  İsimlərlə  isimləndirdiyində  heç  bir  şübhə  yoxdur.  Uca 

Allahın sevdiyini, pis gördüyünü, qəzəb etdiyini, razı olduğunu, hiddətləndiyini, dünya 

səmasına endiyini, Ərşinin üzərinə İstiva etdiyini, elm və həyat sahibi olduğuna, qüdrət 

və  iradə  sahibi  olduğuna,  mələklərin  Ona  yüksəldiyini,  Onun  qatından  buyurduqlarını 

endirdiklərinə, eşitmək, görmək, vəch (üz) sahibi olduğuna, iki əli olduğuna, qullarının 

üzərində  olduğuna,  Muhsinlərlə,  səbr  edənlərlə,  muttəqilərlə  bərabər  (Məiyyə

olduğuna, göylərin və yerlərin (Qiyamət günü) Onun sağ əlində olduğuna, sevinməklə, 

gülməklə,  qullarının  qəlblərinin  Onun  barmaqlarından  iki  baqmağı  arasında  olduğuna 

iman edirik. 18. O, Adildir. Zülm etməz, əziyyət verməz, qulları Ondan zülm edər deyə 

qorxmazlar.  19.  Əhli  İslamın  dinlər  arasında  vasat  (orta,  doğru)  olduğu  kimi,  Əhli 

Sünnət də əqidələr içərisində Vasatdır. Onlar Uca Allahı öz Zatını vəsf etdiyi kimi vəsf 

etmiş, Onun Sifətlərini inkar etməmiş, Sifətlərini  məxluqatın sifətlərinə bənzətməmiş, 

İsim və Sifətlər barəsində Rəsulullah – sallallahu aleyhi və səlləm – in buyurduğundan 

kənara  çıxmamışlar.  Onlar  -  Təhrif  –  (bir  sözü  başqa  sözlə  əvəz  etmək,  dəyişdirmək 

deməkdir. Ayə və ya hədisi həm məna, həm də ləfzi etibarı ilə dəyişdirmək deməkdir). 

Tətil – (Allahın sifətlərini təmamilə inkar etmək və ya bəzilərini qəbul edib, bəzilərini 

inkar  etmək).  Təmsil  (Muməssil)  –  (Allahın  sifətlərini  məxluqatın  sifətləri  kimi 

olduğunu  qeyd  etmək.  Buna  həmçinin  Təşbih 

  də  deyilir.  Bənzətmək,  bənzər 



vermək). Təkyif (Mukəyyif) – (Allahın sifətlərinin mahiyyəti, keyfiyyəti haqqında fikir 

yürütmək. Sifətlərin necəliyi haqqında suallar vermək) – kimi şeylərdən uzaq olmuşlar.  

 

ALLAH

147

 

 

Allah 

  İsmi  Uca  Allahın  digər  bütün  İsimlərini  əhatə  edər.  Əsməul  Husnə  olaraq 



bilinən bütün İsim  və Sifətlər bu ada dayanırlar. Buna görə də Rahman, Rəhim, Əziz, 

Ğaffar  Allahın  adlarındandır  deyilir.  Lakin  Allah,  Rəhmanın  adlarındandır  deyilməz. 

Bu  İsim  Qurani  Kərimdə  2697  dəfə  keçməkdədir.  «O,  özündən  başqa  heç  bir  ilah 

olmayan,  gizlini  də,  aşkarı  da  bilən  Allahdır.  O,  Rahməndir,  Rəhimdir.  O,  özündən 

başqa  heç  bir  ilah  olmayan  Məlikdir  (mütləq  sahibdir),  Quddusdur  (nöqsanlıqdan 

münəzzəhdir),  Səlamdır  (zat  və  sifətlərində,  fellərində  hər  cür  qüsur  və  əskiklikdən 

                                                

147

 İsim Və Sifətlər  barədə daha geniş  məlumat üçün bax: İsim Və Sifətlər  Tövhidi – kitabına.  




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə