424
anhum – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «Kim
özünə intihar edərək dağdan atarsa Cəhənnəmlik olar və orada əbədi olaraq özünü
dağdan atar. Kim də zəhər içərək özünə intihar edərsə Cəhənnəm içində əlində zəhər
olduğu halda əbədi olaraq ondan içər. Kim də özünə iti bir dəmir soxaraq intihar edərsə
Cəhənnəmdə əbədi olaraq o, dəmiri qarnına soxaraq cəzalandırılar»
1673
.
O, şey ki, insanın xoşuna gəlmir və onu aradan qaldırmaqda mümkün deyilsə
kədərlənmək, peşmançılıq çəkmək və şeytanın ona olan vəsvəsələrinə qulaq asmaq
nəyə lazımdır. Allahın qəza və qədərinə inanan insan başına gələn hər bir işdən razı
qalar və ondan daha xoş həyatı olan da olmaz.
Görürsən ki, insan müəyyən bir şey üçün səy göstərir, çalışır və dəridən qabıqdan
çıxır ki, o iş alınsın. Lakin onunla o, iş arasına qədər girərək işin alınmasına mane olur.
Bu şeyə görə kədərlənməməli və peşman olmamalıdır. Əksinə xeyir elə Allahın təqdir
etdiyində idi. Məs: Bir tacir böyük ticarət müqaviləsi bağlamaq məqsədilə səfər etmək
üçün təyyarə gözləyir. Müəzzin azan verəndə o, girib namazını qılır. Namazı bitirəndən
sonra görür ki, təyyarə artıq uçmuşdur. O, olub keçənlərə görə qəm-qüssəyə qərq olub
oturur. Bir müddətdən sonra məlum olur ki, təyyarə qəzaya uğramışdır. Səcdə edib sağ
qaldığı və namaza görə gecikdiyi üçün Allaha şükr edir. «Bəzən xoşlamadığınız bir
şey sizin üçün xeyrli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu)
Allah bilir, siz bilməzsiniz». (əl-Bəqərə 216).
3. Sevinməmək Və Kədərlənməmək
«Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, biz
onu yaratmamışdan əvvəl o, bir kitabda (Lövhi-Məhfuzda) yazılmış olmasın. Bu
Allah üçün çox asandır. Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə
verilənə də sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, özü ilə fəxr
edən heç bir kəsi sevməz». (əl-Hədid 22-23). İnsan özü ilə fəxr etməkdən, özü ilə
xoşlanmaqdan uzaqlaşmalıdır nə vaxt ki, öz istədiyinə nail olur. Çünkü insanın
istədiyinə nail olması Allahın ona verdiyi nemətdir. Özünə arxayın olma ki, mən
müəyyən dərəcədə elmliyəm, ibadətim var. Sələflər qorxardılar hidayət olunduqdan
sonra da, ibadət, itaət etsələr də belə, Allahın razılığını qazanmağa çalışsalar da belə
sonda özlərini heç nə görərdilər. Allahın yanında özlərini ən aşağı insan görərdilər.
Fəxr edərək demirdilər ki, biz bunu öz elmimiz, təcrübəmiz, ağlımız və zəhmətimiz
sayəsində qazanmışıq. Nəfslərini daima məzzəmmət üzərində qurardılar. Öz nəfslərini
qınayaraq deyərdilər ki: «Məgər sən filan günahın sahibi deyilsən». Çünki səni
özündən başqa heç kəs yaxşı tanımır. «Ürəkləri Rəbbinin hüzuruna qayıdacaqların-
dan qorxuya düşüb verməli olduqlarını verənlər». (əl-Muminun 60). Aişə
–
radıyallahu anhə
–
deyir ki: «Ya Rəsulullah! Bu ayədə söz edilən kimsələr zina edən,
içki içən, oğurluq edən və bu işlərdən sonra Allahın əzabından qorxan kimsələrdir?».
Peyğəmbər: «Xeyr, ey Sıddıqın qızı! Ayədə qəsd edilən kimsə namaz qılan, oruc tutan,
sədəqə verən və bunları etdikdən sonra etdiyi əməllər qəbul olunmaz deyə qorxan
1673
Buxari «Tıbb» 56, Müslim «İman» 109, 175, Tirmizi 2044, 2045, Əbu Davud 3872 Həmçinin başqa rəvayətdə:
Sabit b. Dahhaq
- radıyallahu anhu – (ağac altında Peyğəmbər
– sallallahu aleyhi və səlləm – beyət edənlərdən biridir)
rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim İslamdan başqa bir din adına yalandan
and içərsə o, kimsə elə dediyi kimidir, kim də özünü bir şeylə öldürüb (intihar edərsə) Qiyamət günü ona o, şeylə də
əzab verilər, bir kimsəni yerinə yetirə bilməyəcəyi (gücü çatmadığı) bir şeylə nəzir etməsi mötəbər deyildir, mömini
lənətləmək onu öldürmək kimi bir şeydir, kim özünü bir şeylə kəsərsə Qiyamət günü o, şeylə kəsilir, hər kim bir
mömini küfürdə ittiham edərsə onu öldürmüş kimidir, hər kim malı çox olsun deyə yalan bir iddia edərsə Allah ona mal
azğınlığından başqa bir şey verməz». Buxari 6047, Müslim 110, Tirmizi 2638, Əbu Davud 3257, Nəsai 5-7.
425
kimsədir» deyə buyurdu
1674
. Həsənul Basri
–
rahmətullahi aleyhi
–
deyir ki: «Mömin
iki şeyi özündə birləşdirir. Yaxşı əməl ilə qorxunu (Başqa rəvayətdə: Qorxu və ümüd
möminin iki miniyidir). Münafiq isə iki şeyi cəm edər. Pis əməl ilə arxayınçılığı».
Əksinə bu nemətə görə Allaha şükr edər və nəfsi ilə xoşlanmağı, fəxr etməyi də tərk
edərdilər. «Onlar İslamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De ki:
Müsəlman olduğunuzla mənə minnət qoymayın! Xeyr, əgər (iman gətirdiyinizi)
doğru deyirsinizsə, (bilin ki) sizi imana müvəffəq etməklə əslində Allah sizin
boynunuza minnət qoymuş olar» (əl-Hucurat 17). «Başına gələn müsibətdən sonra
dərgahımızdan ona bir mərhəmət əta etsək mütləq: Bu elə mənim haqqımdır.
Qiyamətin qopacağını güman etmirəm. Doğurdan da əgər Rəbbimin hüzuruna
qaytarılıb gətrilsəm Onun dərgahında məni ən gözəl nemət (Cənnət) gözləyir deyər.
Biz kafir olanlara nə etdiklərini mütləq (bir-bir) xəbər verəcək və sözsüz ki, onlara
şiddətli bir əzab daddıracağıq. (Kafir, naşükür) insana nemət bəxş etdiyimiz zaman
(imandan) üz döndərər, haqdan uzaqlaşıb yan gəzər. Ona bir pislik üz verdikdə
(Rəbbinə) uzun-uzadı dua edər (yaxşı gündə Allahı unudar, dar gündə dərhal Ona
yalvarar)» (Fussilət 50-51). «Bu mənə yalnız məndə olan elm sayəsində verilmişdir.
Məgər Qarun Allahın ondan əvvəl özündən daha qüvvətli və daha varlı olan neçə-
neçə kəsləri məhv etdiyini bilmirdimi? Günahkarlar öz günahları barəsində sorğu-
sual olunmazlar». (əl-Qəsəs 78). «Bu mənə yalnız biliyimə görə verilmişdir! Deyər.
Xeyr, bu bir imtahandır». (əz-Zumər 49). «İnsana gəldikdə isə Rəbbin onu imtahana
çəkib ehtiram etsə, ona bir nemət versə o: «Rəbbim mənə ehtiram göstərdi!» deyər.
Amma nə zaman rəbbin onu imtahana çəkib ruzisini əskiltsə: «Rəbbim məni
alçaltdı, mənə xor baxdı!» deyər». (əl-Fəcr 15,16). Əbu Hureyrə
–
radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Allah İsrail
oğullarından cüzəm xəstəliyinə tutulanı, keçəli və koru imtahan etmək üçün yanlarına
bir mələk göndərir. Mələk cüzəm xəstəliyinə tutulanınn yanına gələrək: «Ən çox nəyi
arzu edirsən?» deyə soruşur. Cüzəm: «Gözəl rəng, gözəl dəri və insanları məndən
iyrəndirərək uzaqlaşdıran bu xəstəliyin getməsini arzu edirəm!» dedi. Mələk cüzəmin
vücuduna əl sürtdü. Dərhal ondan bu xəstəlik getdi və ona gözəl rənglə, gözəl dəri
verildi. Mələk: «Ən çox sevdiyin mal hansıdır?» dedi. Cüzəm: «Dəvə və ya inək!»
deyə cavab verdi. Ona on aylıq bir dəvə verildi. Mələk: «Allah bunu sənin üçün
bərəkətli etsin!» deyə dua etdi. Sonra mələk keçəlin yanına gələrək: «Ən çox nəyi arzu
edirsən?» deyə soruşur. Keçəl: «Gözəl saç və insanları diksindirərək məndən
uzaqlaşdıran bu keçəlliyin getməsini arzu edirəm!» deyə cavab verdi. Mələk onun da
vücuduna əl sürtdü. Dərhal keçəllik ondan gedərək yerinə gözəl saç verildi. Mələk:
«Ən çox sevdiyin mal hansıdır?» dedi. Keçəl: «İnək!» deyə cavab verdi. Ona da balalı
bir inək verildi. Mələk: «Allah bunu sənin üçün bərəkətli etsin!» deyə dua etdi. Sonra
mələk korun yanına gələrək: «Sən ən çox nəyi arzulayırsan?» deyə soruşur. Kor:
«Allahdan gözlərimi geri qaytarmasını və insanları görməyimi arzu edirəm!» deyə
cavab verdi. Mələk ona da əl sürtdü və Allah ona görmə qabiliyyətini verdi. Mələk:
«Ən çox sevdiyin mal hansıdır?» dedi. Kor: «Qoyun!» deyə cavab verdi. Ona da balalı
qoyun verildi.
Bir müddətdən sonra dəvə və mal-qara sahiblərinin heyvanları bala verdilər. Qoyun
sahibinin də qoyunu quzuladı. O, qədər ki, dəvə sahiblərinin bir vadi dəvəsi, mal-qara
sahibinin bir vadi mal-qarası, qoyun sahibinin də bir vadi dolusu qoyunları oldu.
1674
Buxari, Müslim.