31
insan yatmamışdan bir saat qabaq Allah xatirinə oturub gün ərzində etdiyi
yaxşı və pis əməllərinə görə özünə hesabat verməli, sonra tövbə edib
yatmalıdır»
84
.
4. Allaha sadiq olmaq. İnsanın əməllərində ixlaslı olması. Sadəcə
səbəbləri tutmaq qəlbin müalicəsi üçün kifayət deyildir. İnsan Rəbbi ilə
sadiq olmalıdır. Qəlblərin açarı əlində olana əməlini ixlaslı etməli və
bununla da ona yardım olunar.
5. Allahdan qorxmaq. İnsanın Allah qorxusunu hiss etməsi və Allahın
onun üzərində qadir olduğunu, günah etdiyi zaman onu yaxalamaq
qorxusu olmasını daima bilməlidir. Qorxmalıdır ki, baxanlar içərisində
Allahın ən aşağı olmasından. Bu nə deməkdir? Görürsən ki, insan özü
kimi bir məxluq baxdıqda günahdan çəkinir, lakin Allahın baxışı isə
daima onun üzərindədir. İnsanların baxışı onun qəlbində Allahın
baxışından daha böyük yer tutur.
6. Çoxlu saleh əməllər etmək. İnsan saleh əməlləri etməkdə həris
olmalıdır.
7. Daima Allahı zikr etmək. Buna görə də müsəlmana əmr edilmişdir
ki, daima dili Allahı zikr etməklə islah olsun.
8. Dua etmək. Bu da möminin silahı və sığınacaq yeridir. Xüsusən də
duanın qəbul olunmasının umulan vaxtlarında duaları çoxaltmaqdır.
9. Axirətə bağlanmaq və dünyanın fani olduğuna iman gətirmək. Bu da
müalicə üçün olan böyük səbəblərdən biridir.
10. Nəfsi-istəklərə və şeytana uymaqdan çəkinmək. Çünki bunların heç
biri müsəlmana xeyir istəmirlər.
GÜNAHA BATMAĞIN SƏBƏBLƏRİ
Dünya imtahan yurdudur. Allah bu yurdda qullarını imtahan edər və
bundan da qurtuluş yoxdur.
1. Xeyir Və Şərlə İmtahan
–
«Yoxlamaq məqsədilə biz sizi xeyir və
şərlə sınağa çəkirik». (əl-Ənbiya 35). İbn Abbas
- radıyallahu anhu
–
bu
ayəni təfsir edərkən deyir: «Biz sizi sınamaq üçün sıxıntıyla, bolluq,
xəstəlik, sağlamlıq, zənginlik, fəqirlik, halalla, haramla, itaətlə, üsyanla,
hidayətlə və zəlalətlə imtahan edirik»
85
. İnsanı xeyirlə imtahan edirik ki,
görək şükrünü yerinə yetirəcəkmi? Suheyb
- radıyallahu anhu
–
rəvayət
edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Möminin
işinə heyrət edirəm. Çünki onun hər bir işi xeyirdir. Bu hal mömindən
başqa heç bir kimsə üçün deyildir. Onun başına bir sevinc verici bir şey
84
Ruh 1/345.
85
Təbəri «Camiul Bəyan» 17/25.
32
icabət edərsə şükr edər. Bu da onun üçün bir xeyir olar. Əgər onun başına
zərər və ziyan verici bir hal icabət edərsə səbr edər və bu hal da onun üçün
xeyirli olar»
86
.
2. Mal Və Övladla
–
«Həqiqətən mal-dövlətiniz və oğul-uşağınız sizin
üçün ancaq bir sınaq vəsitəsidir. Ən böyük mükafat (Cənnət) isə Allah
dərgahındadır». (ət-Təğabun 15). «Xeyr, insan azğınlıq edər özünün
dövlətli olduğunu gördüyü üçün». (əl-Ələq 6-7). İbn Kəsir
–
rahmətullahi aleyhi
–
deyir ki: «Mallar və övladlar fitnədir. Allah
tərəfindən qullarının hansının itaətkar və hansının üsyankar olduğunu
ortaya çıxarmaq üçün imtahan vasitəsidir»
87
. Uşağın imtahan vasitəsi
olduğunu ifadə edən bir hədis də: Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
məsciddə səhabələrinə xütbə verərkən nəvələri Həsən və Hüseyn (Allah
hər ikisindən razı olsun) oynayaraq gəldilər. Peyğəmbər
–
sallallahu
aleyhi və səlləm
–
minbərdən düşərək onları qucağına aldı və: «Bu iki
uşağı gördüm ki, gah qaçırlar, gah da yıxılırlar. Səbr edə bilmədim.
Sözümü kəsdim və onları minbərə çıxardım»
88
. İbn Məsud - radıyallahu
anhu
–
deyir ki: «Sizdən biriniz – Allahım! Fitnədən sənə sığınıram
deməsin – Çünki sizdən fitnəyə məruz qalmayan heç kimsə yoxdur»
89
.
3. Şirk Fitnəsi
–
Bu fitnələrin ən şərlisi, ən pisi və ən qorxulusudur.
«(Yer üzündə) fitnə (şirk) qalmayıb bütün din yalnız Allaha məxsus
olanadək onlarla vuruşun». (əl-Ənfal 39).
4. Qadınların Fitnəsi
–
Usamə b. Zeyd - radıyallahu anhu
–
rəvayət
edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Məndən
sonra kişilərə qadınlardan daha zərərli bir fitnə və imtahan səbəbi
buraxmadım»
90
. Əbu Səid - radıyallahu anhu
–
rəvayət edir ki,
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Şübhəsiz ki, dünya
şirin və yaşıldır. Allah sizi dünyada xəlifə etdi və nə edəcəyinizə də baxar.
Artıq dünyadan qorunun, qadınlardan da qorunun. Çünkü İsrail
oğullarının ilk fitnəsi qadınlardan olmuşdur»
91
. «Ey iman gətirənlər!
Zövcələrinizdən və övladlarınızdan sizə düşmən olanlar vardır!
Onlardan özünüzü gözləyin!». (ət-Təğabun 14). Əsvəd b. Xələf və Həvlə
b. Həkim - radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu
aleyhi və səlləm
–
buyurdu: «Övlad – qorxaqlıq, simiclik, cahillik və
86
Müslim 2999.
87
İbn Kəsir 4/376.
88
əl-Albani «Səhihul Cəmi» 3/239.
89
İbn Qeyyim «İğasətul Lehfan» 2/160.
90
Müslim 2740.
91
Müslim 2742.