2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə16/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   12   13   14   15   16   17   18   19   ...   238

 

31 


insan yatmamışdan bir saat qabaq Allah xatirinə oturub gün ərzində etdiyi 

yaxşı  və  pis  əməllərinə  görə  özünə  hesabat  verməli,  sonra  tövbə  edib 

yatmalıdır»

84

.  



4.  Allaha  sadiq  olmaq.  İnsanın  əməllərində  ixlaslı  olması.  Sadəcə 

səbəbləri  tutmaq  qəlbin  müalicəsi  üçün  kifayət  deyildir.  İnsan  Rəbbi  ilə 

sadiq  olmalıdır.  Qəlblərin  açarı  əlində  olana  əməlini  ixlaslı  etməli  və 

bununla da ona yardım olunar.  



5. Allahdan  qorxmaq. İnsanın  Allah  qorxusunu hiss  etməsi və Allahın 

onun  üzərində  qadir  olduğunu,  günah  etdiyi  zaman  onu  yaxalamaq 

qorxusu  olmasını  daima  bilməlidir.  Qorxmalıdır  ki,  baxanlar  içərisində 

Allahın  ən  aşağı  olmasından.  Bu  nə  deməkdir?  Görürsən  ki,  insan  özü 

kimi  bir  məxluq  baxdıqda  günahdan  çəkinir,  lakin  Allahın  baxışı  isə 

daima  onun  üzərindədir.  İnsanların  baxışı  onun  qəlbində  Allahın 

baxışından daha böyük yer tutur.  

6.  Çoxlu  saleh  əməllər  etmək.  İnsan  saleh  əməlləri  etməkdə  həris 

olmalıdır.  



7.  Daima  Allahı  zikr  etmək.  Buna  görə  də  müsəlmana  əmr  edilmişdir 

ki, daima dili Allahı zikr etməklə islah olsun.  



8. Dua etmək. Bu da  möminin silahı  və sığınacaq yeridir. Xüsusən də 

duanın qəbul olunmasının umulan vaxtlarında duaları çoxaltmaqdır.  



9. Axirətə bağlanmaq və dünyanın fani olduğuna iman gətirmək. Bu da 

müalicə üçün olan böyük səbəblərdən biridir.  



10. Nəfsi-istəklərə və şeytana uymaqdan çəkinmək. Çünki bunların heç 

biri müsəlmana xeyir istəmirlər.  

 

GÜNAHA BATMAĞIN SƏBƏBLƏRİ 

Dünya  imtahan  yurdudur.  Allah  bu  yurdda  qullarını  imtahan  edər  və 

bundan da qurtuluş yoxdur.  

1.  Xeyir  Və  Şərlə  İmtahan 



  «Yoxlamaq  məqsədilə  biz  sizi  xeyir  və 



şərlə sınağa çəkirik». (əl-Ənbiya 35). İbn Abbas - radıyallahu anhu 



 bu 

ayəni  təfsir  edərkən  deyir:  «Biz  sizi  sınamaq  üçün  sıxıntıyla,  bolluq, 

xəstəlik,  sağlamlıq,  zənginlik,  fəqirlik,  halalla,  haramla,  itaətlə,  üsyanla, 

hidayətlə  və zəlalətlə  imtahan  edirik»

85

. İnsanı xeyirlə imtahan  edirik ki, 



görək  şükrünü  yerinə  yetirəcəkmi?  Suheyb  -  radıyallahu  anhu 

– 

rəvayət 



edir  ki,  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  «Möminin 

işinə  heyrət  edirəm.  Çünki  onun  hər  bir  işi  xeyirdir.  Bu  hal  mömindən 

başqa heç bir  kimsə üçün  deyildir. Onun başına bir sevinc verici bir şey 

                                                        

84

 Ruh 1/345.  



85

 Təbəri «Camiul Bəyan» 17/25.  




 

32 


icabət edərsə şükr edər. Bu da onun üçün bir xeyir olar. Əgər onun başına 

zərər və ziyan verici bir hal icabət edərsə səbr edər və bu hal da onun üçün 

xeyirli olar»

86

.  



2. Mal Və Övladla 

 «Həqiqətən mal-dövlətiniz və oğul-uşağınız sizin 



üçün ancaq bir sınaq vəsitəsidir. Ən böyük mükafat (Cənnət) isə Allah 

dərgahındadır».  (ət-Təğabun  15).  «Xeyr,  insan  azğınlıq  edər  özünün 

dövlətli  olduğunu  gördüyü  üçün».  (əl-Ələq  6-7).  İbn  Kəsir 



 



rahmətullahi  aleyhi 



  deyir  ki:  «Mallar  və  övladlar  fitnədir.  Allah 

tərəfindən  qullarının  hansının  itaətkar  və  hansının  üsyankar  olduğunu 

ortaya  çıxarmaq  üçün  imtahan  vasitəsidir»

87

.  Uşağın  imtahan  vasitəsi 



olduğunu ifadə edən bir hədis də: Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 



 məsciddə səhabələrinə xütbə verərkən nəvələri Həsən və Hüseyn (Allah 

hər  ikisindən  razı  olsun)  oynayaraq  gəldilər.  Peyğəmbər 



  sallallahu 

aleyhi  və  səlləm 



  minbərdən  düşərək  onları  qucağına  aldı  və:  «Bu  iki 

uşağı  gördüm  ki,  gah  qaçırlar,  gah  da  yıxılırlar.  Səbr  edə  bilmədim. 

Sözümü  kəsdim  və onları  minbərə çıxardım»

88

. İbn Məsud - radıyallahu 



anhu 

– 

deyir  ki:  «Sizdən  biriniz  –  Allahım!  Fitnədən  sənə  sığınıram 



deməsin – Çünki sizdən fitnəyə məruz qalmayan heç kimsə yoxdur»

89

.  



3.  Şirk  Fitnəsi 

  Bu  fitnələrin  ən  şərlisi,  ən  pisi  və  ən  qorxulusudur. 



«(Yer  üzündə)  fitnə  (şirk)  qalmayıb  bütün  din  yalnız  Allaha  məxsus 

olanadək onlarla vuruşun». (əl-Ənfal 39).  

4.  Qadınların  Fitnəsi 



  Usamə  b.  Zeyd  -  radıyallahu  anhu 

  rəvayət 



edir  ki,  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  «Məndən 

sonra  kişilərə  qadınlardan  daha  zərərli  bir  fitnə  və  imtahan  səbəbi 

buraxmadım»

90

.  Əbu  Səid  -  radıyallahu  anhu 



  rəvayət  edir  ki, 

Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 



 buyurdu:  «Şübhəsiz  ki,  dünya 

şirin və yaşıldır. Allah sizi dünyada xəlifə etdi və nə edəcəyinizə də baxar. 

Artıq  dünyadan  qorunun,  qadınlardan  da  qorunun.  Çünkü  İsrail 

oğullarının  ilk  fitnəsi  qadınlardan  olmuşdur»

91

.  «Ey  iman  gətirənlər! 



Zövcələrinizdən  və  övladlarınızdan  sizə  düşmən  olanlar  vardır! 

Onlardan özünüzü gözləyin!». (ət-Təğabun 14). Əsvəd b. Xələf və Həvlə 

b.  Həkim  -  radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu 

aleyhi  və  səlləm 



  buyurdu:  «Övlad  –  qorxaqlıq,  simiclik,  cahillik  və 

                                                        

86

 Müslim 2999.  



87

 İbn Kəsir 4/376.  

88

 əl-Albani «Səhihul Cəmi» 3/239.  



89

 İbn Qeyyim «İğasətul Lehfan» 2/160.  

90

 Müslim 2740.  



91

 Müslim 2742.  




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə