2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə2/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   2   3   4   5   6   7   8   9   ...   238

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

RƏHİMLİ VƏ MƏRHƏMƏTLİ OLAN ALLAHIN ADI İLƏ 

Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən

 

sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik)

 

salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, 

 

çünki Sən, doğurdan da, bəxşiş verənsən! (Ali İmran 8).

 

Ey Rəbbimiz! Unutduqda və ya yanıldıqda bizi cəzalandırma!

 

Ey Rəbbimiz! Bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə!

 

Ey Rəbbimiz! Gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma!

 

Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən.

 

Kafirlərə qələbə çalmaqda bizə kömək et! (əl-Bəqərə 286).

 

Allahım! Bütün əməllərimin saleh əməl olmasını və bunları heç kimsə 



üçün deyil, sadəcə sənin rizan üçün olmasını diləyirəm. 

Allahım! Bu kitabı yazan üçün, tərcümə edən üçün, oxuyan üçün, 

dinləyən üçün, yayan üçün və bu kitabın üzərində əziyyəti olan 

hər bir kəs üçün xeyirli et! Amin! 




 



 



 


 



ÖN SÖZ 



Xutbətul-Hacə

 

Həmd  ancaq  Allahadır,  Ona  həmd  edir,  Ondan  yardım  və  məğfirət 



diləyirik.  Nəfslərimizin  şərindən  və  pis  əməllərimizdən  Allaha  sığınırıq. 

Allah  kimi  hidayətə  yönəltmişsə,  onu  heç  kəs  azdıra  bilməz,  kimi  də 

azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, 

Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm 

ki, Muhəmməd onun qulu və elçisidir. 

«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman 

olduğunuz halda ölün». (Ali-İmran 102).

 

«Ey  insanlar!  Sizi  tək  bir  şəxsdən  (Adəmdən)  xəlq  edən,  ondan 



zövcəsini  (Həvvanı)  yaradan  və  onlardan  da  bir  çox  kişi  və  qadınlar 

törədən  Rəbbinizdən  qorxun.  (Adı  ilə)  bir-birinizdən  (cürbəcür  şeylər) 

istədiyiniz  Allahdan,  həmçinin  qohumluq  əlaqələrini  kəsməkdən 

qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir». (ən-Nisa 1).

 

«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər 



belə  etsəniz)  Allah  əməllərinizi  islah  edər  və  günahlarınızı  bağışlayar. 

Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) 

nail olar». (əl-Əhzab 70-71)

1

Şübhəsiz  ki,  sözlərin  ən  doğrusu  Allahın  kəlamı,  yolların  ən  xeyirlisi 

Muhəmməd  -  səllallahu  aleyhi  və  səlləm  -  in  yoludur.  Əməllərin  ən  pisi 

sonradan  uydurulanlardır.  Sonradan  uydurulub  dinə  salınan  hər  bir  əməl 

(iş) bir bidətdir, hər bir bidət isə bir zəlalətdir (sapmaqdır), hər bir zəlalət 

isə oddadır

2



                                                        

1

 Xutbətul-Hacə - adı ilə məşhur olan bu duanı, cümə və s. xütbələrdə Peyğəmbər  - səllallahu aleyhi 



və  səlləm  -  oxumuşdur.  Səhabələrinə  də  bunu  əmr  etmiş  və  özü  də  onları  öyrətmişdir.  Hədisin  ilk 

hissəini  bizə:  –  Əhməd  1/392-393,432,  Əbu  Davud  2188,  Tirmizi  1105,  Nəsəi  3/104-105,  6/69  və 

«Əməlul  Yəum  vəl  Leyl»  488,  İbn  Məcə  1892,  Darimi  2202,  Tayalisi  «əl-Musnəd»  1557, 

AbdurRazzaq  «əl-Musənnəf»  10449,  Bəzzar  «əl-Musnəd»  -  Kəşful  Əstar  1/314,  Əbu  Yəla  «əl-

Musnəd» 5233-5234,5257, Tahavi «Şərhul Müşkilil Asar» 1-3, Təbərani «Məcmuul Kəbir» 10/10079-

10080, Həkim «əl-Mustədrək» 2744, Beyhəqi «Sünnənul Kubra» 3/214-215, Bəğavi «Şərhus Sunnə» 

2268 İbn Məsud - radıyallahu anhu 

 yolu ilə, Müslim «Şərhu Nəvəvi» 6/156-158, Əhməd 1/302,350, 



Nəsəi 6/89-90, İbn  Məcə 1893 və Tahavi  «Şərhul  Müşkilil  Asar» 4 İbn  Abbas  - radıyallahu anhu 

 



yolu  ilə,  Tahavi  «Şərhul  Müşkilil  Asar»  5,  Beyhəqi  «Sünnənul  Kubra»  3/215  Nubeyt  b.  Şərit  

radıyallahu  anhu 

  yolu  ilə,  Əbu  Yəla  «əl-Musnəd»  7221,  Nəsəi  «Sünnənul  Kubra»  bax:  «Tuhfetul 



Əşraf» 6/472 № 9148 əbu Musa əl-Əşari - radıyallahu anhu 

 yolu ilə. 



2

 Hədisin İkinci Hissəsini 

 Müslim «Şərhu Nəvəvi» 6/153-156, Əhməd 3/319,371, Nəsəi 3/188-189, 



Beyhəqi «Sünnənul  Kubra» 3/214 Cabir b. Abdullah  - radıyallahu anhu 

 yolu ilə. Bu ləfz Nəsainin 



ləfzidir. Hədisi Əhməd 3/371 və  Müslim: «Sözlərin  ən doğrusu»  ləfzi  yerinə: «Sözlərin  ən  xeyirlisi» 

ləfziylə  rəvayət  edilmişdir.  İmam  Əhmədin  digər  rəvayətlərində  isə  3/319:  «Sözlərin  ən  gözəli» 

şəkilindədir. Müslim: «Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bidətdir» ləfzi yerinə: «Hər 

bir bidət bir zəlalətdir (sapıqlıqdır)» ləfziylə ravayət etmişdir. Hədisin  sonunda olan: «Hər  bir zəlalət 

isə oddadır» ləfzini zikr etməmişdir. Bu beş səhabədən başqa hədsi: Aişə - radıyallahu anhə 

, Səhl b. 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə