2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə9/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   5   6   7   8   9   10   11   12   ...   238

 

17 


böyük  günah,  dünyada  hədd,  axirərtdə  isə  əzab  yoxdursa  kiçik  günah 

sayılır». Digər qrup: «Əgər bu günah haqda şəriətlər ittifaqa gəliblərsə ki, 

bu böyük günahdır deməli bu böyük  günah, yox əgər bir şəriətdə böyük, 

digərində kiçik günah sayılırsa onda kiçik günahdır». Digər qrup: «Allah 

və  Rəsulunun  lənət  etdiyi  hər  bir  günah  böyükdür».  Digər  qrup:  «Nisa 

surəsinin  əvvəlindən  bu  ayəyə  qədər  zikr  edilənlər  böyük  günahlardır: 



«Əgər siz inkar (qadağan) edilmiş böyük günahlardan uzaqlaşa bilsəniz, 

Biz sizin kiçik günahlarınızı bağışlayarıq». (ən-Nisa 31).  

Günahları böyük  və  kiçik  deyə ayırmayanlar demişlər: Günahların  nə 

böyüyü vardır, nə də kiçiyi. Çünkü sən hər ikisində də Allaha qarşı çıxmış 

olursan.  Asilik  tərəfdən  fərq  olmur.  Çünkü  sən  hər  ikisində  də  Allaha 

qarşı çıxmış olursan. Onlar deyirlər: «Günahlar Allaha zərər verməz və O 

bundan  faydalanmaz.  Buna  görə  Allah  üçün  bunların  bəzisi  digərindən 

böyük  olmaz.  Elə  isə  ortada  yalnız  Ona  üsyan  etmək  və  əmrinə  müxalif 

olmaq  qalır.  Buna  görə  də  günahların  arasında  fərq  olmaz».  Bir  qrup  da 

deyir:  «Qul  günahın  böyüklüyünə  və  kiçikliyinə  baxmasın.  Lakin  asi 

olduğu Zatın əzəmətinə, qüdrətinə və günahı etməklə asiliyinə baxsın. Bu 

da  günahlar  arasında  heç  bir  fərqin  olmadığına  görədir.  Əgər  hökmdar 

kölələrindən birini mühüm bir iş üçün uzaq bir bölgəyə göndərsə, digər bir 

köləsini  də  sarayının  yanında  olan  mühüm  bir  iş  üçün  göndərsə  və 

bunların  hər  ikisi  də  ona  üsyan  edib  əmrinə  müxalif  olsalar  ikisinə  də 

qəzəblənməsi və gözündən düşmələri eyni olar».  

Lakin səhih odur ki, günahın böyüyü də, kiçiyi də vardır. İbn Abbas  



radıyallahu  anhu 

  da  bu  günahları  ayırmış  və  böyük  günaha  da  tərif 



verərək  demişdir  ki:  «O  günah  ki,  onu  qurtarar  hədd  (qamçılanmaq,  əl 

kəsmək,  daş-qalaq  və  s.),  hədə,  əzab,  od  və  lənət  gələrsə  bu  böyük 

günahdır»

40

.  İbn  Atiyyə  və  İbnus  Salah 





  rahmətullahi  aleyhi 



  deyirlər 

ki:  «Böyük  günah  həd  (cəza)  və  ya  haqqında  Cəhənnəmlə  təhdid  olan, 

haqqında  lənət  edilən  hər  bir  əməldir»

41

.  İmam  Qazali 





  rahmətullahi 

aleyhi 



 deyir ki: «Kişinin qorxu olmadan və peşmanlıq çəkmədən, vicdan 

hissi  çəkmədən  və  cəsarətlə  etdiyi  xəta  böyük  günahdır.  Nəfsinə  uyan, 

peşmanlıq  çəkərək,  üzülərək,  vicdan  hissi  çəkərək  edilən  xəta  böyük 

günah deyildir»

42

. Bu tərifə etiraz olunaraq deyilir ki: «İnsan böyük günah 



olduğunu  bilərək  bir  günah  edər,  bunu  edərkən  qorxsa,  onu  etməkdən 

peşmançılıq çəksə o əməl böyük günah olmaqdan çıxmaz». İmam Qurtubi 

                                                        

40

 Şərhu Təhaviyə s. 371, Nəvəvi «Şərhu Muslim» 2/85.  



41

 İbn Həcər əl-Heysəmi «əz-Zəvacir» 1/6. 

42

 İbn Həcər əl-Heysəmi «əz-Zəvacir» 1/7. 




 

18 




 rahmətullahi aleyhi 



 deyir ki: «Bir günah ki, şəriət ona böyük bir cəza 

təqdir edərsə böyük günah, bundan başqaları isə kiçik günahdır»

43

.  



 

BÖYÜK GÜNAHLARIN SAYI 

Alimlər  böyük  günahların  sayı  olub  olmadığı  barəsində  ixtilaf  edərək 

iki  görüşə  ayrılıblar:  Birinci 

  Böyük  günahlarda  say  olduğunu  qeyd 



edənlər də sayında ixtilaf etmişlər: İbn Məsud - radıyallahu anhu 

 deyir 



ki:  «Dörddür»,  İbn  Ömər  -  radıyallahu  anhu 

  deyir  ki:  «Yeddidir», 



Abdullah b. Amr - radıyallahu anhu 

 deyir ki: «Doqquzdur», İbn Abbas 



radıyallahu anhu 

 deyir ki: «Onlar yeddi yüzə yaxındır»



44

, İmam Zəhəbi 



 rahmətullahi aleyhi 



 «Yetmiş beş».  

Əbu Talib əl-Məkki 



 rahmətullahi aleyhi 



 deyir ki:  «Mən bu böyük 

günahları  səhabələrin  sözlərindən  götürərək  cəm  etdim  və  gördüm  ki, 

dördü qəlbdədir: 1. Allaha şirk qoşmaq. 2. Günah üzərində israr etmək. 3. 

Allahın rəhmətindən ümüd üzmək. 4. Allahın məkrinə əmin olmaq. Dördü 

də dildədir: 1. Yalan şahidlik. 2. İffətli qadınlara böhtan. 3. Yalan and. 4. 

Sehr. Üçü də qarınla əlaqədardır: 1. İçki içmək. 2. Yetim malını yemək. 3. 

Riba (faiz). İkisi  də  övrət yeri ilə əlaqədardır:  1. Zina. 2. Lut qövmünün 

əməlini  etmək.  İkisi  də  əllə  bağlıdır:  1.  Öldürmək.  2.  Oğurluq.  Biri  də 

ayaqla:  1.  Döyüş  meydanından  qaçmaq.  Biri  də  vardır  ki,  bütün  bədənlə 

əlaqədardır: 1. Valideyinlərə ağ olmaq»

45

.  


Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 



 in buyurduğu kimi: «Yeddi 

həlak  edici  günahlardan  çəkinin,  sizə  böyük  günahların  ən  böyüyünü 

xəbər verimmi? və s. böyük günahlardan bəhs edən hədislər onu göstərir 

ki, böyük günahların sayı çoxdur. Bir hədisdə yeddisindən söhbət gedirsə, 

digərində  doqquzundan  və  başqa  böyük  günahlardan  bəhs  edilir.  Daha 

doğrusu böyük günahların sayı və sərhədi bəlli deyildir.  



İkinci 

 Böyük günahlarda say olmadığını qeyd edənlər isə deyirlər ki, 



bu haqda ayə və hədislərdə müəyyən say gəlməmişdir. 

 

KİÇİK GÜNAHLARDA İSRAR ETMƏYİN HÖKMÜ 

Günahlarda  israr  etmək,  onlara  qapanmaq,  davam  etmək,  onları  tərk 

etməmək, onlardan tövbə etməmək və istiğfar diləməmək, qəlbən günaha 

bağlanmaq,  və  ya  onları  etməkdən  sevinc  duymaq  məsələsinə  gəlincə, 

Əhli  Sünnə  vəl  Cəmaata  görə  bunun  hökmü  böyük  günahları  edən 

kimsənin  hökmü  kimidir.  Belə  bir  kimsənin  sonunun  pis  olmasından 

qorxulur.  Çünki  onlara  görə  günahlar  küfrün  dəhlizidir.  Bunlar  ondan 

                                                        

43

 Əhkamul Quran 5/160-161.  



44

 İbn Həcər «əz-Zəvacir» 1/9, İbn Cərir «Camiil Bəyan» 1/41, Fəthul Bəri 12/183. 

45

 İbn Qeyyim «Cəvabul Kəfi» s. 136, İbn Həcər «əz-Zəvacir» 1/12.  




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə