2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə11/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   7   8   9   10   11   12   13   14   ...   238

 

21 


incə  kəliməsindən  törədilmiş  İsmi  tafdildir.  Bu  kəlimə  əhəmiyyət 

verilməyəсək  xəfif  görsənən  əməlləri  ifadə  edir.  Yəni  sizlər  xəfif 

düşündüyünüz  elə  əməllər  edirsiniz  ki,  onlar  əslində  böyükdür,  ya  da 

nəticəsi  ağırdır.  İbn  Battal 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Kiçik 

günahlar davamlı etmək çoxaldıqda böyük günaha dönür. Əbu Əyyub əl-

Ənsari  -  radıyallahu  anhu 

  deyir  ki:  «Birisi  etdiyi  bir  yaxşılığa  görə 



sevinir,  kiçik  günahları  da  unudur.  Beləcə  Allahın  hüzuruna  kiçik 

günahlara  batmıış  bir  şəkildə  gəlir.  Başqa  birisi  də  pis  bir  əməl  edər  və 

ondan ötrü də qorxuya düşər və Allahın hüzuruna arxayın çıxar»

54

.  



 

KİÇİK GÜNAHLARIN BÖYÜK GÜNAHLARA 

DÖNƏ BİLMƏ SƏBƏBLƏRİ 

1.  Günahı  kiçik  görmək  və  ona  əhəmiyyət  verməmək.  Bilal  b.  Sad 

deyir  ki:  «Günahın  kiçikliyinə  deyil,  üsyan  etdiyin  zatın  böyüklüyünə 

bax»

55

. Çünkü günah qulun gözündə nə qədər böyüyərsə Allah qatında o, 



qədər  kiçilər  və  qul  günahı  nə  qədər  xəfif  görərsə  Allah  qatında  da  o, 

qədər  böyüyər.  Çünkü  günahın  qulun  gözündə  böyüməsi  qəlbinin  ondan 

xoşlanmadığını  göstərir.  İbn  Məsud  -  radıyallahu  anhu 

  deyir  ki: 



«Mömin  günahlarını  dağ  boyda  görər  və  sanki  o,  dağın  üstünə 

düşəcəyindən qorxar. Günahı kiçik görən facir isə işlədiyi günahı burnun 

üzərinə  qonan  milçək  kimi  görər»

56

.  Möminin  gözündə  günahın 



böyüməsinin səbəbi Allahın ucalığını bilməsindən ötrüdür. Çünki o insan 

üsyan etdiyi Allahın ucalığına baxdıqca kiçik bir günahı da belə böyük bir 

günah  olaraq  görər.  2.  Onlarda  israrlı  olmaq  və  davamiyyətli  olaraq 

etmək.  3.  Günahı  edərkən  sevinmək  və  onunla  öyünmək.  Məs: 

«Gördünmü  filankəsi  necə  aldatdım,  necə  köhnə  malı  ona  sırıdım  və  ya 

gördünmü  filankəsin  gizli  əməllərini  açaraq  onu  rəzil  etdim»  və  s.  4. 

Günahı  etdikdən  sonra  açıq  şəkildə  bunu  bəyan  etmək.  Əbu  Hureyrə  

radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və 

səlləm 



  buyurdu:  «Ümmətimin  hər  bir  üzvü  (Allah)  tərəfindən  əfv 

olunmuşdur.  Yalnız  aşkara  günah  edənlərdən  başqa.  Onlar  əfv 

olunmamışlar. Günahı aşkara edənlərdən biri gecə vaxtı günah edər. Sonra 

Rəbbi  o  günahı  insanlaın  gözündən  örtmüş  olduğu  halda  səhərə  çıxar. 

Səhəri  o  qul:  «Ey  filan!  Mən  bu  gecə  belə-belə  günahlar  etdim»  deyər. 

Halbuki Rəbbi onun günah işini örtbasdır edərək gecələmişdir. Səhəri isə 

Allahın  örtdüyü  gizlilik  pərdəsini  qaldırmışdır»

57

.  5.  Günah  edən  kimsə. 



                                                        

54

 Fəthul Bəri 11/329. 



55

 İbn Qudamə əl-Məqdisi «Minhəcul Qasidin Muxtəsəri» s. 258.  

56

 Buxari «Dəvət» 11/102, Tirmizi «Sifətul Qiyamə» 9/308.  



57

 Buxari «Ədəb» 10/486, Müslim 2990.  




 

22 


Ona  uyan  bir  alim,  elm  tələbəsi  olarsa.  Görürsən  ki,  cahillərin  çoxu 

tanıdıqları  elm  əhlindən  kimisə  misal  çəkərək:  «Sən  ondan  daha  yaxşı 

biləcəksən» deyirlər. 6. Allah qorxusunun olmaması və Allahı ciddi qəbul 

etməmək.  İbn  Əbil  İzz 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Bəzən  həya, 

qorxu və günahı gözündə böyütmək kimi hallar içində edilən böyük günah 

kiçik  günahlara  daxil  olur.  Bəzən  də  həya  və  qorxu  azlığı,  günahı  kiçik 

görmək  kimi  hallar  kiçik  bir  günahı  böyük  günahlara  daxil  edir.  Buna 

səbəb isə qəlbin əməlidir»

58

.  


 

BÖYÜK GÜNAH EDƏNİN HÖKMÜ 

Əhli sünnə vəl Cəmaata görə böyük günah edən üçün iki hökm vardır.  



1. Dünyadakı Hökmü: Əbu Hureyrə 



 radıyallahu anhu – rəvayət edir 

ki,  Rəsulullah 



  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Zinakar,  zina 

etdiyi  vaxt  mömin  olduğu  halda  zina  etməz,  içki  içən,  içki  içdiyi  vaxt 

mömin olarsa içki içməz, oğru, oğruluq etdiyi vaxt mömin olarsa oğurluq 

etməz»

59

.  Belə  bir  şəxsin  imanı  əskik  bir  mömindir  və  ya  imanı  ilə 



mömin,  etdiyi  günahı  səbəbi  ilə  fasiqdir.  Bu  vəziyyətdə  ona  nə  mütləq 

olaraq  iman  adı  verilir,  nə  də  mütləq  olaraq  ondan  iman  adı  alınır.  Yəni 

Əhli  Sünnəyə  görə  belə  bir  kimsənin  iman  adı  qaldırılmaz.  Mötəzilə  və 

Xəvariclərin  dedikləri  kimi  onun  əbədi  olaraq  Cəhənnəmlik  olduğunu 

deməzlər.  Günah  işləyən  kimsənin  imandan  çıxmadığını  da  ittifaq  ilə 

qəbul  etmişlər.  Əksinə  belə  bir  kimsə  Allahın  mərhəmətinə  qalmışdır, 

dilərsə  onu  bağışlayar,  dilərsə  əzab  edər.  İmam  Əhməd 



  rahmətullahi 



aleyhi 



  dən  murciyəlilərə  aid  sual  soruşulduqda  belə  cavab  vermişdir: 

«Bizlər deyirik  ki, iman söz  və  əməldir. Artar və əskilər. Bir kimsə zina 

edər, içki içərsə imanı əskilər»

60

. O, əksik imanlı bir mömindir. İmanıyla 



mömin, günahına görə isə fasiqdir. Əgər bir hədd, cəza olmayan cinsdən 

bir  günah  etmişsə  və  sonra  da  bundan  ötrü  tövbə  etmişsə  Allah  lütfü  və 

kərəmiylə onun tövbəsini qəbul edər. Əgər etdiyi günah hədd, cəzası olan 

bir günahdırsa bu onun üçün bir kəffarə olur.  



2.  Axirətdəki  Hökmü:  Əgər  tövbə  etməmişsə  o  kimsə  Allahın  iradəsi 

altında  olur.  Onun  işi  Allaha  qalmışdır.  Dilərsə  onu  bağışlayar,  dilərsə 

cəzalandırar.  Bu  da  Allahın  ədalətindəndir.  Çünki  o,  cəzanı  haqq  etmiş, 

lakin atəşdə əbədi qalmağı haqq etməmişdir. Zərrə qədər də sahib olduğu 

imanına görə Cəhənnəmdən çıxacaqdır. Buna görə də Əhli Sünnə imanın 

əslini  qaldıran  günah  istisna  olmaqla  heç  bir  günahdan  ötrü  Qiblə  əhlini 

təkfir  etməzlər.  Ubadə  b.  Samit  -  radıyallahu  anhu 



  rəvayət  edir  ki, 

                                                        

58

 Şərh Əqidətul Təhaviyyə 326.  



59

 Müslim. 

60

 Əhməd «Sünnə» 1/307. 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə