2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


qeydə  almışdır!  Onlar  etdikləri  bütün  əməllərin



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə8/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   4   5   6   7   8   9   10   11   ...   238

 

15 


qeydə  almışdır!  Onlar  etdikləri  bütün  əməllərin  (öz  qarşılarında)  hazır 

durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!». (əl-Kəhf 49). 

Bu  ayədə  istər  böyük  olsun,  istər  kiçik,  insanın  etdiyi  hər  bir  şeyin 

yazıldığı bildirilmişdir.  

Əbu  Hureyrə  -  radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





 

sallallahu aleyhi və səlləm 



  buyurdu:  «Beş  vaxt  namaz, Cümədən  digər 

cüməyə  qədər,  Ramazandan  digər  Ramazana  qədər  olan  vaxtda  böyük 

günahlardan  çəkindiyin  təqdirdə  aralarında  keçən  (kiçik)  günahlara 

kəffarədir»

27

.  Əgər  insan  böyük  günahlardan  çəkinərsə  kiçik  günahlara 



kəffarətdir.  Bu  şərtdir  ki,  insan  böyük  günahlar  işləməsin  ki,  onun  kiçik 

günahları bağışlansın. Əgər insan iki cümə arasında qeybət edirsə artıq bu 

şərti  pozmuş  olur.  Belə  bir  halda  kiçik  günahları  da  bağışlanmır. 

Günahlara  kəffarə  olan  bu  əməllərin  üç  dərəcəsi  vardır.  Birinci  -  Bu 

əməllər zəifliyinə, onda olan  ixlasın zəifliyinə və əməlin  haqqı ilə yerinə 

yetirilməməsi  səbəbi  ilə  heç  kiçik  günahları  da  belə  silməyə  kifayət 

olmasın.  Necə  ki,  xəstə  bir  insana  zəif,  onun  xəstəliyinə  müqavimət 

göstərə bilməyən bir dərman verirsən. Dərman da zəif olduğuna görə onun 

xəstəliyini  aradan  qaldıra  bilmir.  Həmçinin  bu  əməllər  də  zəif  olduğuna 

görə  o, kiçik  günahları da belə  qaldıra bilmir.  İkinci  - Əgər yaxşı  olarsa 

kiçik  günahlara  müqavimət  göstərir.  Lakin  böyük  günahları  silmək 

dərəcəsinə çatmır. Üçüncü - Bu dərəcədə edilən ibadət isə güclü olduğuna 

görə  həm  kiçik  günahları  silir,  həm  də  bəzi  böyük  günahları  silir.  Bu 

haqda dərindən düşün, çünkü bu səndə olan bir çox problemləri qaldırar.  

Abdullah b. Məsud - radıyallahu anhu 

 rəvayət edir ki, Peyğəmbər 





 

sallallahu aleyhi və səlləm 



  dən  Allah  qatında  günahların  hansının  daha 

böyük olduğunu soruşdum. O, buyurdu: «Səni yaratdığı halda Allaha şərik 

qoşmaq».  Mən:  «Sonra  hansıdır?»  deyə  soruşdum.  O:  «Yeməyinə  ortaq 

olar qorxusuyla uşağını öldürmək» deyə buyurdu. Mən: «Sonra hansıdır?» 

deyə soruşdum. O: «Qonşunun xanımı (yoldaşı) ilə zina (yaxınlıq) etmək» 

deyə  buyurdu

28

.  Əbu  Bəkrə  -  radıyallahu  anhu 



  rəvayət  edir  ki, 

Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  «Sizə  böyük 

günahların  ən  böyüyündən  xəbər  verimmi?  (Bunu  üç  dəfə  təkrar  etdi)». 

Onlar: «Bəli, ya Rəsulullah»  dedilər. O: «Allaha şərik qoşmaq, ata-anaya 

asi olmaq və yalançı şahidlik (və ya yalan söz)». Peyğəmbər 



 sallallahu 

aleyhi  və  səlləm 



  yaslanmış  olduğu  halda  qalxdı  və  oturdu.  Yalan 

                                                        

27

 Müslim 1/209 H. 233.  



28

 Buxari 5/163, Müslim 1/90 H. 86.  




 

16 


şahidlik!  Bu  sözünü  o  qədər  təkrar  etdi  ki,  (biz  qorxumuzdan)  kaşki 

susardı dedik»

29

.  


Beləcə  Uca  Allah  kiçik  günahların  böyük  günahlardan  çəkinmək  və 

xeyirli işlər etməklə bağışlanacağını xəbər vermişdir. Əbu Zərr Cundub b. 

Cunədə  və  Əbu  AbdurRahmən  Muaz  b.  Cəbəl  -  radıyallahu  anhum 



 

rəvayət  edirlər  ki,  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  buyurdu: 



«Harda  olursansa  ol,  Allahdan  qorx  və  pis  əməldən  sonra  dərhal  yaxşı 

əməl  et  ki,  onu  silsin  və  insanlarla  gözəl  əxlaqla  davran»

30

.  Səhih 



hədislərdə isə: Dəstəmaz almaq

31

, məscidə getdikdə atılan hər bir addım



32

beş  vaxt  namaz



33

,  cümədən  cüməyə,  Ramazandan  digər  Ramazana 

qədər

34

, Ramazan ayını  qiyamla keçirmək



35

, qədr gecələri

36

, Aşura orucu 



və daha nə qədər əməllər kiçik günahlar üçün bir kəffarədir.  

Göründüyü  kimi  günahların  böyüyü  və  kiçiyi  olur.  Quran,  Sünnə, 

səhabələrin  icması,  tabiinlərin,  imamların  icması  dəlalət  etmişdir  ki, 

günahların böyüyü və həmçinin də kiçiyi olur

37

.  


Elm əhlindən bir qrupu isə günahın böyüklüyünü  və  kiçikliyini qəbul 

etmədilər. Dedilər ki:  «Bütün  günahlar böyükdür». Hər hansı bir  günaha 

kiçik  deyilməsini  pis  qarşıladılar.  Çünki  hər  hansı  bir  günah  Allahın 

əzəmətinə qarşı edildiyi üçün böyükdür. Ənəs - radıyallahu anhu 

 deyir 


ki: «Sizlər bir çox əməllər (günahlar) edirsiniz ki, onlar sizin gözlərinizdə 

tükdən incədir. Lakin bizlər Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 



 in 

zamanında  onları  həlak  edici  günahlar  sayırdıq»

38

.  İbn  Abbas  



radıyallahu anhu 

  deyir  ki:  «Nəhy  edilən  hər  bir  əməl  böyük  günahdır. 



Allaha üsyan olan hər bir hərəkət böyük günahdır»

39

.  



 

BÖYÜK VƏ KİÇİK GÜNAHIN TƏRİFİ 

Onlar  deyirlər  ki:  «Allahın  Quranda  qadağan  etdiyi  hər  bir  günah 

böyük, Rəsulullahın Sünnədə qadağan etdiyi isə kiçik günah sayılır». Bir 

qrup  da:  «Qadağan  olunan  günaha  hədə,  cəza,  lənət,  qəzəb,  bizdən 

deyildir  gələrsə  bu  böyük  günahdır,  bunlar  gəlməzsə  bu  kiçik  günah 

sayılır».  Digər  qrup:  «O  günaha  görə  dünyada  hədd,  axirətdə  əzab  varsa 

                                                        

29

 Buxari 5/261, Müslim 1/912 hədis 87.  



30

 Tirmizi 1987, əl-Albani «Səhih əl-Cəmi» 96-cı H. 

31

 Müslim 1/151, Tirmizi 1/72, Nəsəi 1/89.  



32

 Müslim 1/144, Tirmizi 1/418, Nəsəi 3/104. 

33

 Buxari, Müslim 2/176, Nəsəi 4/145-157. 



34

 Buxari, Müslim. 

35

 Buxari 1/14, 2/253, Müslim 2/177, Nəsəi 4/155-157. 



36

 Tirmizi 3/126, İbn Məcə 1/553.  

37

 İbn Qeyyim «Cəvabul Kəfi» s. 134.  



38

 Fəthul Bəri 11/329, Əhməd 3/3.  

39

 əz-Zəvacir 1/5.  




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə