2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə4/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   2   3   4   5   6   7   8   9   ...   238

 

şeyləri  bacardığımız  qədər  yerinə  yetirməyi  buyurmuşdur.  Lakin 



qadağalara  gəldikdə  isə  onlardan  uzaq  durmağımızı  (bir-başa 

çəkinməyimizi)  əmr  etmişdir.  Uca  və  Böyük  olan,  Əl-Vəhhəb  olan 

Allahdan  bu  kitabı  İslam  ümməti,  Muhəmməd  ümməti  üçün  xeyirli  və 

faydalı olmasını diləyirəm. Amin! Allah sizin Amin deməyinizi də qəbul 

etsin! 

Bu  baxımdan  da  mən  bu  kitabı  topladım.  Bu  kitabı  yazmaq,  toplamaq 



üçün  Quran  və  Sünnəyə  uyaraq  və  İslamın  elm  adamlarının  əsərlərindən 

geniş  istifadə  edərək  Allahın  izni  ilə  əlimizdəki  bu  kitabın  yazılmasına 

nail oldum. İlk növbədə Allahdan bu çalışmamın dolğun, düzgün şəkildə 

yazıb başa çatdırılmasını diləyirəm. Allahdan əməlimin onun üçün ixlaslı 

olmasını,  məndən  qəbul  edib  onunla  müsəlmanları  faydalandırmasını 

diləyirəm.  Əgər  hardasa  xəta  etmişəmsə  bu  nəfsimdən  və  şeytandandır. 

Burada  düzəldilməsi  mühüm  olan  yerləri  tapdıqdan  sonra  mənə  öyüd-

nəsihət verməkdən çəkinməyəcəyinizi ümid edirəm.  

Güvəndiyim  Allahdır, işlərimi  ona həvalə  edirəm  və  ona arxalanıram. 

Həmd  və  nemət  yalnız  onadır.  Müvəffəqiyyət  bəxş  edən  və  xətalardan 

qoruyan  da  odur.  «Məni  yaradan  və  məni  doğru  yola  yönəldən  Odur! 

Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O 

şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü 

xətamı  bağışlayacağına  ümid  etdiyim  də  Odur!  Ey  Rəbbim!  Mənə 

hikmət  bəxş  et  və  məni  salehlərə  qovuşdur!  Sonra  gələnlər  arasında 

mənə  yaxşı  ad  qismət  et!  Məni  Nəim  Cənnətlərinin  varislərindən  et». 

(əş-Şuəra 78-85). 

Allahın  salat  və  salamı  onun  Peyğəmbəri  Muhəmməd  -  səllallahu 



aleyhi və səlləm - ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər 

onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun.  

 

GÜNAHLARIN ƏSLİ VƏ TƏMƏLİ 

Günahların  ən  böyük  cəzalarından  insanın  dünya  və  axirətdə  düz 

yoldan  çıxmasıdır.  Çünki  insanın  həm  bu  dünyada,  həm  də  axirətdə  də 

düz  yolda  olmasına  ehtiyacı  vardır.  İnsanın  düz  yola  müvəffəq  olması 

üçün Tövhid əhli (Muvahhid) olması lazımdır.  «İman gətirib imanlarını 

zülmlə  qarışdırmayanlar  əmin-amanlıqdadırlar. Haqq  yola  yönəlmişlər 

də  onlardır».  (əl-Ənam  82).  Günahlar  dərəcələrinə  və  zərərlərinə  görə 

fərqləndiyi üçün dünya və axirətdə ki, cəzaları da bu fərqə görə olacaqdır.  

Günahlar  iki  şeydən  yaranır:  Birinci  -  Əmr  olunanın  tərk  olunması. 

İkinci  -  Qadağanların  edilməsi.  Bundan  başqa  günah  yoxdur.  İnsan  ya 

qadağanı (haramı) edir, ya da vacibi tərk edir. Bu iki günahdır ki, Allah 



 

subhənəhu  və  təalə 



  bunların  ikisi  ilə  insanların  və  cinlərin  Atasını 




 

imtahana  çəkmişdir.  Bu  haqda  da  Sələflər  arasında  ixtilaf  vardır  ki, 



hansının günahı daha şiddətlidir. Əmr olunanı tərk etmək, yoxsa haramları 

etmək.  İbn  Qeyyim 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Əmr  olunanı  tərk 

etmək,  günahı  etməkdən  daha  şiddətlidir».  Əmr  olunanı  tərk  etmək 

Allahın  qatında  qadağan  olunanı  etməkdən  daha  şiddətlidir.  Nə  üçün? 

İblis səcdə etmək üçün əmr olunmuşdur, lakin əmri tərk etdiyi üçün əbədi 

olaraq Cəhənnəmi qazandı. Adəm 



 əleyhissəllam 



 qadağan olunanı yedi 

və tövbə etdi. Tövbəsi qəbul olundu.  

Bu ikisi də əzalarla edildiyinə  görə  Zahiri 

  qəlblərlə  edildiyinə  görə 



Batini 

  olaraq  iki  qismə  ayrılır.  Yenə  də  bu  ikisi  -  Allahın haqqı  –  və  



qulların haqqı - olmaqla iki qismə ayrılır. Nəyə görə ona bəndənin haqqı 

deyilir?  Çünki  bəndə  (haqsızlıq,  zülm  edənə)  güzəştə  getməsə  hesaba 

çəkiləcəkdir.  Bəndənin  haqqı  ilə  bağlı  olan  günahlar  da  Allahın  haqqına 

daxildir. Bu günahlar özləri də dörd yerə bölünürlər.  



Birinci 

  Təkəbbürlük  (Hökmüdarların)  günahı.  İnsanın  özünə 



yaraşmayan  Rububiyyət  sifətlərinə  əl  atması.  Məs:  Böyüklük,  yüksəklik, 

təkəbbürlük,  zorbalıq,  azğınlıq,  insanları  özünə  qul  etmək  kimi 

günahlardır  ki,  bunlar  da  Rububiyyətdə  şirk,  Rəbbə  şərik  olmaqdır.  Şirk 

iki qismdir: Birinci 

 Allahın İsim və Sifətlərində şərik qoşmaq və Onunla 



birlikdə  başqa  İlahlar  qəbul  etmək.  İkinci 

  Allah  ilə  müamələdə  şirk 



qoşmaq.  Bu  bəzən  insanı  Cəhənnəmə  salmaya  da  bilər.  Lakin  etmiş 

olduğu əməli puç edir.  

Bu  qism  günahlar  ən  böyük  günahlardır  ki,  bura  həmçinin  daxildir 

elmsiz (bilmədən) Allahın yaratması və əmri barəsində danışmaq. Hər kim 

bu  günahları  edənlərdəndirsə  o,  Rəblik  və  hökmüranlıq  tərəfdən  özünü 

Allaha  oxşatmışdır. Bu  isə  Allah  qatında günahların ən böyüyüdür. Belə 

bir günahla birlikdə heç bir əməl də ona fayda verməz.  

İkinci - Şeytani  günahlar. Şeytana  oxşamaq  həsəddə, azğınlıqda, kin-

kudurət,  hiylə,  Allahın  qadağalarını  əmr  etmək,  onları  gözəlləş-dirmək, 

itaətdən çəkindirmək, Allahın dininə yeniliklər gətirmək, bidətə çağırmaq, 

aldatmaq.  



Üçüncü 

  Yırtıcı  heyvan  günahları.  Düşmənçilik,  qəsb  etmək  (zorla 



ələ  keçirmək),  qan  tökmək,  zəiflərin  və  acizlərin  üstünə  cummaq,  zülmə 

və düşmənçiliyə qarşı cürətli olmaq.  



Dördüncü  -

 

Heyvani  günahlar.  Acgözlük,  tamahkarlıq,  qarın  və 



şəhvətini  ödəməyə  həris  olmaq.  Buradan  da  zina,  oğurluq,  yetim  malını 

yemək,  xəsislik,  qorxaqlıq  və  özündən  çıxmaq  törənir.  İnsanların 

işlədikləri  günahların  çoxu  da  bura  aiddir.  Heyvani  günahlar  insanları 

yüyənlərindən  tutaraq  digər  günahlara  da  yönəldirlər.  Beləcə  heyvani 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə