2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə5/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   2   3   4   5   6   7   8   9   ...   238

 

günahlardan yırtıcı heyvani günahlara, oradan şeytani günahlara sonda isə 



Allaha  Rububiyyətdə  və  təkliyində  şərik  qoşmaq  günahlarına  qədər 

gedərlər.  Kim  bu  haqda  düşünərsə  ona  aydın  olar  ki,  günahlar  şirkin, 

küfrün və Allah ilə Rəblik döyüşünə aparan dəhlizidir.  

 

GÜNAHLAR 

Üsyan  (günah)  itaətin  ziddidir.  «Allah  sizə  küfrü,  fusqu  və  üsyanı 

çirkin göstərdi». (əl-Hucurat 7). Fərahidi 



 rahmətullahi aleyhi 



 deyir ki: 

«əl-Asə  -  İslam  toplumu  mənasına  gəlir.  Kim  müsəlmanlara  müxalif 

olarsa onların əsasını qırmış, topluluqlarını  dağıtmışdır. Asi olmaq, əmrə 

itaətsizlik  etmək,  inadkarlıq  edərək  əmrə  müxalif  olmaq  mənalarına 

gəlir»

6

.  İbn  Mənzur 





  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Üsyan  itaətin 

ziddidir. Qul Rəbbinin  əmrinə  müxalif  oldu,  kişi başqasına asi oldu,  ona 

itaət  etmədi,  müxalif  oldu.  əl-Asə 

  dəyənək,  əsa  mənasındadır.  Qurani 



Kərimdə  Musa 



  əleyhissəllam 



  ın  dilindən  buyurur:  «Bu  mənim 

əsamdır. Ona dayanıram».  (Ta ha 18)»

7

.  Xəvariclər  haqqında  deyilir  ki: 

«Müsəlmanların əsalarını qırdılar. Müsəlman topluluğunu dağıtdılar».  

İstilahi Mənası 

 əmr edilənləri tərk etmək, qadağaları etmək. Allahın 



kitabı,  Peyğəmbərin  diliylə  fərz  və  vacib  qıldığı  şeyləri  tərk  etmək, 

Allahın  və  Rəsulunun  qadağalarını  etməkdir.  Bunlar  sözlər  də  ola  bilər, 

gizli və açıq əməllər də. «Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib 

onun  sərhədlərini  aşarsa,  Allah  da  onu  həmişəlik  Cəhənnəmə  daxil 

edər.  Onu  rüsvay  edici  əzab  gözləyir».  (ən-Nisa  14).  İbn  Teymiyyə 



 



rahmətullahi  aleyhi 



  deyir  ki:  «Masiyət,  fisq  və  küfr  ləfzlərinə  gəlincə 

əgər  masiyət  ləfzi  Allah  və  Rəsuluna  nisbət  edilirsə  küfr  və  fisq  bunun 

mənasına  daxil  olur.  «Artıq  kim  Allah  və  Rəsuluna  üsyan  edərsə  ona 



əbədi  qalacağı  Cəhənnəm  atəşi  vardır».  (əl-Cinn  23).  «Bu  da  ad 

tayfasıdır! Onlar Rəbbinin ayələrini inkar etdilər. Onun Peyğəmbərinə 

qarşı  çıxdılar.  Başlarının  üstündə  duran  hər  bir  inadkar  böyüyün 

əmrinə tabe oldular». (Hud 59)»

8

.  

Üsyan ləfzi Kitab və Sünnədə dəyişik şəkillərdə gəlmişdir.  

1.  Zənb  (günah)  -  «Biz  onların  hər  birini  öz  günahı  ilə  yaxaladıq. 

Kiminin  başı üstünə  qızmar  daş  yağdırdıq,  kimini  dəhşətli,  tükürpədici 

səslə  yaxaladıq,  kimini  yerə  batırdıq,  kimini  suya  qərq  etdik.  Allah 

onlara zül etmirdi, onlar özləri özlərinə zülm edirdilər». (əl-Ənkəbut 40).  

                                                        

6

 Əbu AbdurRahman əl-Xalil b. Əhməd əl-Fərahidi «Kitabul Ayn» s. 100-175. 



7

 İbn Mənzur «Lisanul Arab» Asə maddəsi 4/2981 – Darul Marif təhqiq Abdullah Əli əl-KəbirHaşim 

Muhəmməd əş-Şazeli. Bax: Muxtarus Sihah s. 437, İbn Əsir ən-Nihayə fi Ğaribil Hədis 3/250. 

8

 İbn Teymiyyə «İman», əl-Albaninin təhqiqi ilə s. 56.  




 

10 


2.  Xatiə  (xəta)  -  «Biz  doğurdan  da  xəta  (günah)  edənlərdən 

olmuşuq». (Yusuf 97).  

3. Səyyiə (pislik) - «Həqiqətən yaxşı əməllər pis işləri yuyub aparır». 

(Hud 114).  

4.  Hub  (günah,  zülm)  -  «Şübhəsiz  ki,  bu  böyük  günahdır».  (ən-Nisa 

2).  

5. İsm (günah) - «De ki: Rəbbim yalnız aşkar və gizli alçaq işləri, hər 

cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi 

hər  hansı  bir  şeyi  Ona  şərik  qoşmağınızı  və  Allaha  qarşı  bilmədiyiniz 

şeyləri deməyinizi haram buyurmuşdur». (əl-Əraf 33).  

6.  Fusuq  Və  Üsyan  -  «Allah  sizə  küfrü,  fusqu  və  üsyanı  çirkin 

göstərdi». (əl-Hucurat 7).  

7. Fəsad - «Bizim Peyğəmbərimiz İsrail oğullarına açıq möcüzələrlə 

gəlmişdilər.  Bundan  sonra  da  onların  çoxu  yer  üzündə  fəsad 

çıxarmaqdadırlar». (əl-Maidə 32).  

8.  Utuvv  (təkəbbürlükdən  həddi  aşmaq)  -  «Qadağan  olunduqları  işə 

(balıq  ovuna)  təkəbbürlük  (saymazyana  münasibət  bəslədikləri)  vaxt 

onlara: Həqir, zəlil meymunlar olun! 



 deyə əmr etdik». (əl-Əraf 166).  

 

ZAMAN VƏ MƏKAN 

Zaman 

 Günah bəzi zamanlarda digər zamanlardan daha ağırdır. Məs: 



Haram aylarda, Ramazanda, Zilhiccənin ilk on günündə və s. «Həqiqətən 

Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın 

kitabında  on  ikidir.  Onların  dördü  haram  aylardır  (Rəcəb,  Zülqədə, 

Zülhiccə  və  Məhərrəm).  Bu  doğru  dindir.  Ona  görə  də  həmin  aylarda 

özünüzə zülm etməyin. Müşriklərin hamısı sizinlə vuruşduqları kimi, siz 

də  onlarla  vuruşun  və  bilin  ki,  Allah  müttəqilərlədir».  (ət-Tövbə  36). 

Allah 




 subhənəhu və təalə 



 bu günlərdə zülm  etməyi qadağan  etmişdir. 

Bu günlərdə zülm etmək haram olduğu kimi başqa günlərdə də haramdır. 

Lakin  bu  günlərdə  daha  da  ağırdır.  Allah:  «Bu  aylarda  özünüzə  zülm 

etməyin» buyurdu: Zülmün nə olduğu isə öldürməyi halal saymaqdır kimi, 

günah etməkdir də deyilmişdir

9

. Qatadə 





 rahmətullahi aleyhi 



 deyir ki: 

«Haram aylarda zülm digər aylardakı zülmdən daha ağır, daha günahlıdır. 

Amma  zülm  hər  bir  zaman  pisdir.  Allah  isə  dilədiyi  kimsə  haqqında 

dilədiyi  şeyi  böyüdür».  Qatadə 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Allah 

yaratdıqları arasından dilədiyini seçdi. Mələklərdən də elçilər, insanlardan 

da  elçilər  seçdi.  Sözlər  içindən  zikrini  seçdi.  Yer  üzündən  məscidləri, 

aylardan Ramazanı və Haram ayları, günlərdən Cüməni, gecələrdən Qədir 

                                                        

9

 İbn Həcər «Fəthul Bəri» 8/324.  




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə