2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə7/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   2   3   4   5   6   7   8   9   10   ...   238

 

13 


Həmçinin  –  Allah,  Peyğəmbərlərini,  Nəbilərini  də  dilədiyi 

kimsələrdən seçir: «Allah Peyğəmbərliyi hara (kimə) göndərəcəyini Özü 



daha  yaxşı  bilir».  (əl-Ənam  124).  «Rəbbin  istədiyini  yaradar  və  seçər. 

Onların  heç  bir  ixtiyarı  yoxdur».  (əl-Qəsəs  68).  «Allah  mələklərdən  də 

Peyğəmbərlərdən  seçər,  insanlardan  da.  Həqiqətən  Allah  (hər  şeyi) 

eşidən  və  görəndir».  (əl-Həcc  75).  Çünki  O,  bu  seçmənin  seçilən  üçün 

daha  uyğun  olduğunu,  başqası  üçün  olmadığını  bilir.  Əbu  Zərr  



radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və 

səlləm 



  buyurdu:  «Peyğəmbərlər  yüz  iyirmi  dörd  min  kişidir.  Allah 

onlardan  Rəsullar  seçdi.  Bunlar  da  üç  yüz  on  üç  kişidir»

21

.  Onlardan  da 



Ulul Azimi seçdi. «Xatırla ki, bir zaman Peyğəmbərlərdən əhd almışdıq. 

Səndən  də,  Nuhdan  da,  İbrahimdən  də,  Musadan  da,  Məryəm  oğlu 

İsadan da!». (əl-Əhzab 7). Bunlar arasından da ikisini dost seçdi. İbrahim 

və Muhəmməd 



 sallallahu aleyhi və səlləm 



  i. Peyğəmbər 



 sallallahu 

aleyhi  və  səlləm 



  buyurdu:  «Şübhəsiz  ki,  Allah  İsmail  oğullarını 

seçmişdir.  İsmail  oğullarından  da  Kinanəni,  Kinanədən  də  Qureyşi, 

Qureyşdən  də  Haşim  oğullarını,  Haşim  oğullarından  da  Məni  seçdi»

22



Həmçinin  də  Allah  səhabələri  bütün  dünya  insanlarından  ayıraraq 



seçməsi, onlar içərisindən bədr əhlini, Ridvan beyətində iştirak edənləri də 

seçməsi  buna  aiddir.  İbn  Məsud  -  radıyallahu  anhu 

  deyir  ki:  «Allah 



qullarının qəlblərinə baxdı. Muhəmməd 



 sallallahu aleyhi və səlləm 

 in 


qəlbini  qullarının  qəlbləri arasında ən xeyirli  qəlb olduğunu gördü. Buna 

görə  də  onu  özü  üçün  (bir  Peyğəmbər)  olaraq  seçdi  və  onu  risalətlə 

göndərdi. Muhəmməd 



  sallallahu  aleyhi  və  səlləm 

  in  qəlbindən  sonra 



yenə  də  qullarının  qəlblərinə  baxdı,  onun  səhabələrinin  qəlblərini 

qullarının  qəlbləri arasında ən xeyirli qəlblər olduğunu gördü. Buna görə 

də  onları  Peyğəmbərinə  dini  uğrunda  vuruşacaq  yardımçılar  etdi.  Buna 

görə  də  müsəlmanların  gözəl  gördükləri  bir  şey  Allah  dərgahında  da 

gözəldir, pis gördükləri bir şey də Allah dərgahında da pisdir»

23

. Allah tək 



yaratdığı kimi tövbə edənləri, inananları və yaxşı əməl edənləri də seçdi. 

Onlar Onun qullarından, yaratdıqlarından seçdikləridir. Bu seçmə Allahın 

hikmətinə, kimin seçilməyə daha uyğun əhil olduğunu bilməsinə dayanır. 

                                                        

21

  Əhməd  «Musnəd»  5/178,179  sənədində  üç  zəif  kişi  vardır.  əl-Həkim  «Mustədrək»  Əbu  Umamə 



yolu  ilə  bir  kişi:  «Ey  Allahın  Rəsulu!  Adəm  peyğəmbərmiydi?»  dedi.  Peyğəmbər:  «Bəli,  öyrədilmiş 

və  danışılmış»  deyə  buyurdu.  Kişi:  «Onunla  Nuh  arasında  nə  qədər  vaxt  ayrılığı  vardır»  dedi. 

Peyyğəmbər:  «On  əsr»  deyə  buurdu.  Kişi:  «Nuh  ilə  İbrahim  arasında  nə  qədər  vaxt  ayrılığı  vardır» 

dedi.  Peyğəmbər:  «On  əsr»  deyə  buyurdu.  Kişi:  «Ey  Allahın  Rəsulu!  Peyğəmbərlər  nə  qədərdilər?» 

deyə soruşdu. Peyğəmbər: «Üç yüz on beş topluluq (cəmaat)» deyə buyurdu.  

22

 Müslim.  



23

 İmam Əhməd «Musnəd» 1/379 Əhməd Şakir səhih. 




 

14 


Allah  göyləri  yeddi  qat  yaratdı.  Onlardan  ucalarını  seçdi.  Mələklərdən 

«Mukarrəbin»  (Ona  yaxın  olanları)  oraya  yerləşdirdi.  Mələklərdən 

Cəbrail, Mikail, İsrafil kimi mələkləri də seçməsi: Peyğəmbər 



 sallallahu 



aleyhi və səlləm 



  gecə  namazına  qalxdıqda  qiyamda  təkbirdən  sonra  bu 

duanı oxuyardı: «Cəbrailin, Mikailin və İsrafilin Rəbbi…»

24

. Mələklərdən 



yalnız  bu  üçündən  söz  edilməsi  seçilmələri  və  Allaha  yaxınlıqlarının 

kamilliyindəndir.  Halbuki  göylərdə  neçə-neçə  mələklər  vardır.  Cəbrail 

vəhyin əminidir. Allah vəhy ilə onu Rəsullara və Peyğəmbərlərə göndərir. 

Mikail  yağış,  bitkilər  və  heyvanlarla,  İsrafil  Qiyamətin  qopacağı  və 

insanların  diriləcəyi  gün  sura  üfürəcəkdir.  Allah  Firdovs  Cənnətini  digər 

Cənnətlərdən  üstün  tutdu.  Onu  ərşin  tavanı  etdi.  Əbu  Hureyrə  – 



radıyallahu anhu 

 rəvayət edir ki, Rəsulullah - səllallahu aleyhi və səlləm 



-  buyurdu:  «Cənnətdə  yüz  dərəcə  vardır.  Allah  oranı  yolunda  vuruşan 

mücahidlər  üçün  hazırlamışdır.  Hər  iki  dərəcə  arasında  yerlə  göy  arası 

qədər  məsafə  vardır.  Allahdan  dilədikdə  Firdovsu  diləyin.  O,  Cənnətin 

orta yerində ən üst yerdədir. Onun üzərində Allahın ərşi vardır. Cənnətin 

çayları oradan qaynayır»

25



 

BÖYÜK VƏ KİÇİK GÜNAHLAR 

Sələfi  Salih  və  sonra  gələnlərin  görüşü  budur  ki,  Kitab  və  Sünnədən 

alınan  dəlillərdən  də  göründüyü  kimi  günahlar:  Böyük  (kəbair)  və  Kiçik 

(səğair) olaraq ikiyə ayrılır. «Əgər siz inkar edilmiş böyük günahlardan 



uzaqlaşa  bilsəniz,  Biz  sizin  kiçik  günahlarınızı  bağışlayarıq».  (ən-Nisa 

31).  Bu  ayədən  də  göründüyü  kimi  Quranla  günahlar  böyük  və  kiçik 

olaraq  ikiyə  ayrılır.  İmam  Qazali 



  rahmətullahi  aleyhi 



  deyir  ki: 

«Şəriətdən  də  göründüyü  kimi  böyük  və  kiçik  günahlar  arasındakı  fərqi 

inkar etmək doğru deyildir»

26

«Kim ki, kiçik günahlara yol verib, lakin 



böyük  günahlardan  və  əxlaqsızlıqdan  uzaq  durar.  Həqiqətən  sənin 

Rəbbin  böyük  bağışlayandır».  (ən-Nəcm  32).  Ayədə  keçən  Ləməm  – 

kiçik  günahlar.  Kiçilmiş  əməllər  mənasındadır.  Bu  da  kiçik  günahların 

böyük günahlardan başqa bir şey olduğunu bəyan edir. «Allah sizə küfrü, 

fusqu  və  üsyanı  çirkin  göstərdi».  (əl-Hucurat  7).  Allah  bu  ayədə 

günahları üç  mərtəbəyə ayırdı. Küfr, Fısq və üsyan.  «(Qiyamət günü hər 



kəsin)  əməl  dəftəri  qarşısına  qoyulacaq.  (Ya  Muhəmməd!  O  zaman) 

günahkarların  orada  yazılmış  öz  pis  əməllərindən  qorxduqlarını 

görəcəksən. Onlar belə deyəcəklər:  Vay halımıza! Bu əməl dəftəri niyə 

heç bir kiçik və böyük günahımızı nəzərdən qaçırmadan hamısını sayıb 

                                                        

24

 Müslim 770.  



25

 Buxari.  

26

 İbn Həcər əl-Heytəmi «əz-Zəvacir» 1/5.  




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə