2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə10/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   6   7   8   9   10   11   12   13   ...   238

 

19 


qaynaqlanır və sonda ona səbəb olur. Buna görə də sadiq iman sahibi olan 

müsəlman  bir  qul  həlak  edici  böyük  günahdan  da,  əhəmiyyət  vermədiyi 

kiçik günahdan da şiddətlə çəkinməsi lazımdır.  

Kiçik  günahları  etməkdə  cürətli  olan  kimsə  gün  gəlir  böyük  günahlar 

da edər. Lakin kiçik günahlardan uzaq duran kimsə isə böyük günahlardan 

da  uzaqlaşmış  olur.  Eyni  şəkildə  şübhəli  şeylərdən  qaçan  bir  kimsə 

haramlardan  da  qorunmuş,  lakin  heç  çəkinmədən  şübhəli  şeylərə  gedən 

kimsə  açıq  olan  bir  günaha  da  düşməsi  yaxındır.  Günahlara,  kiçik 

günahlara çox qapanmaq və etmək - Allah qorusun 

 küfrə və mürtədliyə 



düşməyə  yol  aça  bilir.  Çünki  günahlarda  israrlı  olmaq,  onları  tərk 

etməmək  bu  günahlar  sahibinin  qəlbini  işğal  etməyə  və  ondan  imandan 

heç bir şey qalmamasına qədər aparıb çıxarda bilər. «Bəli günah qazanan 

və  qazandığı  günahlarla  əhatə  olunan  şəxslər  Cəhənnəmlikdirlər  və 

orada həmişəlik qalacaqlar». (əl-Bəqərə 81). «O müttəqilər ki, bir günah 

iş  gördükləri,  yaxud  özlərinə  zülm  etdikləri  zaman  Allahı  yada  salıb 

(tövbə  edərək)  günahlarının  bağışlanmasını  istəyərlər.  Axı  günahları 

Allahdan  başqa  kim  bağışlaya  bilər?  Və  onlar  gördükləri  işin  (pis 

olduğunu)  bildikdə  (tövbədən  sonra)  bir  daha  ona  qayıtmazlar».  (Ali 

İmran  135).  İmam  Buxari 



  rahmətullahi  aleyhi 

  öz  məşhur  Səhih 



əsərində belə bir bab açmışdır: «Kiçik görülən günahları xəfif görməkdən 

çəkinmək».  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  «Kiçik 

günahlardan  çəkinin.  Kiçik  günahların  misalı  bir  vadiyə  enmiş  bir 

topluluğa  bənzər  ki,  onlar  yemək  bişirmək  üçün  odun  toplayırlar. 

Bunlardan biri bir odun, digəri isə bir odun gətirir və nəhayət yeməklərini 

hazırlayacaq  qədər  odun  toplanır.  Günahları  kiçik  görməkdən  çəkinin. 

Çünki bunlar bir kimsədə olarsa onu həlaka sürükləyərlər»

46

. Peyğəmbər 





 

sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  «Qul  bir  günah  etdiyi  zaman 

qəlbinə  qara  bir  nöqtə  düşər.  O,  günahdan  çəkinib  tövbə  edər  və  istiğfar 

diləyərsə  o  nöqtə  silinər  və  qəlbi  yenə  də  parlayar.  Eyni  günahı  təkrar 

etdiyi  zaman  o  qara  nöqtə  artar.  Nəhayət  bütün  qəlbini  tutar.  Allahın 

ayəsində  olan:  «Xeyr,  əslində  onların  qəlblərini  qazandıqları  günahlar 



qaplamışdır». (əl-Mutaffifin 14) budur»

47

. İbn Abbas - radıyallahu anhu 



 

deyir  ki:  «Tövbə-istiğfarla  birlikdə  böyük  günah  olmaz.  İsrarla  birlikdə 



kiçik günah olmaz»

48

. İbn Məsud - radıyallahu anhu 



 deyir ki:  «Mömin 

günahlarını dağ boyda görər və sanki o dağın üstünə düşəcəyindən qorxar. 

Günahı kiçik görən facir isə işlədiyi günahı burnun üzərinə qonan milçək 

                                                        

46

 Əhməd «Musnəd» 1/402, 5/331, əl-Albani «Səhih Hədislər» 389.  



47

 əl-Albani «Səhih Sünnən Tirmizi» 3/127.  

48

 Camiul Bəyan Lit Təbari 8/24. 




 

20 


kimi  görər»

49

.  Çünki  günah  qulun  gözündə  nə  qədər  böyüyərsə  Allah 



qatında  o  qədər  də  kiçilər  və  qul  günahı  nə  qədər  xəfif  sayarsa  Allah 

qatında da o qədər böyüyər. Günahın qulun gözündə  böyüməsi, qəlbində 

ondan  xoşlanmadığını  göstərir.  Möminin  gözündə  günahın  böyüməsinin 

səbəbi  Allahın ucalığını bilməsindən  ötrüdür. Çünki  o insan üsyan  etdiyi 

Allahın  ucalığına  baxdıqca  kiçik  bir  günahı  da  belə  böyük  bir  günah 

olaraq görər. Əbu Hureyrə, AbdurRahmən b. Saxr - radıyallahu anhum 

 

rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və  səlləm  -  in  belə 

buyurduğunu eşitdim: «Sizə nəyi qadağan edirəmsə ondan uzaq olun, nəyi 

sizə əmr etmişəmsə ondan bacardığınız qədər istifadə edin. Şübhə yox ki, 

sizdən əvvəlki ummətləri çox sual  vermələri  və peyğəmbərlərinə  müxalif 

olmaları  məhv  etdi»

50

. Peyğəmbər 





  sallallahu  aleyhi  və  səlləm  -  in  belə 

buyurduğunu  eşitdim:  «Sizə  nəyi  qadağan  edirəmsə  ondan  uzaq  olun» 

deyə  buyurmuş  və  burada  kiçik  günah,  böyük  günah  deyə  ayıraraq  fərq 

qoymamışdır.  Günahlardan  çəkinməyi  əmr  etmişdir. Buna  görə  də  pislik 

yalnız  yaxşılıqla  dəf  edilir:  «Sən  pisliyi  yaxşılıqla  dəf  et».  (əl-Muminun 

96).  İbn  Qudamə 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Bir  dəfə  edilərək 

bitmiş  və  bir  daha  edilməyən  böyük  bir  günahın  əfv  edilmə  ümidi, 

davamlı  surətdə  edilən  kiçik  bir  günahın  əfv  edilmə  ümidindən  daha 

çoxdur.  Buna  bir  daşın  üstünə  damla-damla  düşən  su  damcısını  misal 

çəkmək olar. Bu damlalar o daşda iz salar. Lakin o damlalar bir dəfəsində 

onun üstünə düşsəydi heç bir zərəri olmazdı. Buna görə də Peyğəmbər 



 

sallallahu aleyhi və səlləm 



 buyurdu: «Allahın ən çox sevdiyi əməl az da 

olsa  davamlı  olanıdır»

51

.  Peyğəmbər 





  sallallahu  aleyhi  və  səlləm  - 

buyurdu:  «Ey  Aişə!  Kiçik  görülən  günahlardan  çəkin!  Çünki  Allah 

tərəfindən  onları  yazmaqla  əmr  edilmiş  (bir  mələk)  vardır»

52

.  Ənəs  



radıyallahu  anhu 

  deyir  ki:  «Sizlər  bir  çox  əməllər  (günahlar)  edirsiniz 



ki,  onlar  sizin  gözlərinizdə  tükdən  incədir.  Lakin  bizlər  Peyğəmbər 



 



sallallahu  aleyhi  və  səlləm 



  in  zamanında  onları  həlak  edici  günahlar 

sayırdıq»

53

.  Ənəs  -  radıyallahu  anhu 



  nun  söylədiyi  tükdən  incə  sözü 

                                                        

49

 Buxari.  



50

 Səhih Buxari 7288; Səhih Müslim 1337 – Bu hədisin əvvəli belədir: Peyğəmbər 



 sallallahu aleyhi 

və səlləm 



 buyurdu: «Ey insanlar! Allah üzərinizə Həcc etməyi fərz qıldı, artıq siz də Həcc edin». Bir 

nəfər:  «Ey  Allahın  Rəsulu,  hər  il  Həcc  edək?»  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  susdu. 

Həmin şəxs sualını bir neçə dəfə təkrarladı. Peyğəmbər: «Əgər mən hə desəm, sizə hər il Həcc etmək 

vacib olardı. Sizin də buna gücünüz çatmazdı…». 

51

 Müslim 5/72, Əhməd 6/165. İmam Nəvəvi 





 rahmətullahi aleyhi 



 deyir  ki: «Bu hədisdə  əməlləri 

davamlı olaraq etməyə sövq edilir. Davamlı olaraq edilən əməl, davamlı olmayan çox əməldən üstün 

olduğu bildirilir. Davamlı olan az əməl, davamlı olmayan çox əməldən daha üstündür». Müslim 5/70.  

52

 İbn Məcə, Nəsai, İbn Hibban.  



53

 Fəthul Bəri 11/329, Əhməd 3/3.  




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə