2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə6/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   2   3   4   5   6   7   8   9   ...   238

 

11 


gecəsini seçdi. Allah böyük  görməsiylə bunların dəyəri artdı. Çünki işlər 

Allahın böyütməsiylə böyüyür. Elm  əhli  də, ağıl sahibi olanlar bunu belə 

bilirlər»

10

.  



Ramazan  ayı  da  ayların  ən  xeyirlisi  və  sultanıdır.  O  ayda  Cənnətin 

qapıları  açılır,  Cəhənnəmin  qapıları  bağlanır  və  şeytanlar  zəncirlərlə 

bağlanırlar.  O  ayın  orucu  və  namazı,  qədr  gecələri  Allah  qatında  ən 

məqbul  ibadətlərdir.  Allah 



  subhənəhu  və  təalə 



  ondan  əcir  və  savab 

istəyərək  Ramazanı  orucla  və  namazla  keçirən  kimsəni  məğfirət  edər. 

Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  «Kim  Ramazan 

orucunu  ixlasla  və  əcrini  umaraq  ibadət  edərsə  keçmiş  günahları 

bağışlanar»

11

.  


Məkan - Bəzi yerlər digər yerlərdən daha fəzilətli və daha bərəkətlidir. 

Yer  üzünün  ən  fəzilətli  hissəsi  Məkkə,  Mədinə  və  sonra  da  Beytul 

Məqdisdir. Bu yerlərdə qazanılan savab digər yerlərdən daha savablıdır və 

bu  yerlərdə  edilən  günah  qat-qat  digər  yerlərdə  edilən  günahlardan 

böyükdür. «Kafir olub (insanları) Allah yolundan, həm yerlilər, həm də 

gəlmələr  üçün  (qiblə)  etdiyimiz  Məscidülhəramdan  döndərənlərə  və 

orada  zülmə,  haqsızlığa  meyl  etmək  istəyənlərə  də  şiddətli  əzabdan 

daddıracağıq». (əl-Həcc 25). İbn Kəsir 



  rahmətullahi  aleyhi 



  deyir  ki: 

«Yəni  kim  orada  böyük  günahlardan  iyrənc  bir  iş  etmək  istəyərsə 

deməkdir». İbn Cureyc, İbn  Abbas  - radıyallahu anhu 

  dan  bunun  bilə-



bilə edənlər üçün olduğunu söyləmişdir. Əli - radıyallahu anhu 

 isə İbn 



Abbas  -  radıyallahu  anhu 

  dan  nəql  etdiyi  rəvayətdə  «Zülmün»,  «Şirk» 



mənasına gəldiyini söyləmişdir. Mücahid 



 rahmətullahi aleyhi 



 deyir ki: 

«Məscidul  Haramda  Allahdan  başqasına  tapınmaq  olduğunu» 

söyləmişdir

12

. Buna görə də Fil sahibi Əbrəhə və ordusu Məscidul Haramı 



Kəbəni  yıxmaq  istədikdə  Allah  Əbabil  quşlarını  göndərərək  hamısını 

həlak etdi. İmam Qurtubi 



 rahmətullahi aleyhi 



 deyir ki: «İbn Məsud və 

İbn  Ömər  -  radıyallahu  anhum 

  isə  dedilər  ki:  «Kim  bu  Kəbədə  bir 



kimsəni öldürməyi qəsd edərsə Allah da ona əzab edər»

13

.  



Allah 



 subhənəhu və təalə 



 bu yeri Peyğəmbər 



 sallallahu aleyhi və 



səlləm 



  üçün  seçmiş,  qullarına  ibadət  yeri  etmiş  və  uzaqdan,  yaxından 

ora  gəlmələrini  əmr  etmişdir.  İnsanlar  ora  yalnız  başları  açıq,  könülləri 

Allaha  yönəlmiş  olaraq  girə  bilirlər.  Orada  qan  tökülməz,  yaş  ağac 

kəsilməz,  ov  edilməz  və  s.  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



 

                                                        

10

 İbn Kəsir «Təfsirul Quran» 2/355.  



11

 Buxari, Müslim.  

12

 İbn Kəsir «Təfsir» 3/215.  



13

 Qurtubi «Cəmiul Əhkamil Quran» 12/35, Şingiti «Ədvanul Bəyan» 5/59.  




 

12 


buyurdu:  «Kim  bu  evə  gəlir  və  qadına  yaxınlaşmaz,  günaha  düşməzsə 

anadan  doğulmuş  kimi  geri  dönər»

14

.  Allah  onu  ziyarətə  gələnlərə  savab 



olaraq  Cənnətdən  başqasını  uyğun  görməz.  Əbu  Hureyrə  -  radıyallahu 

anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və  səlləm 



 

buyurdu:  «Gözəl  həcc  edənin  mükafatı  isə  Cənnətdən  başqa  bir  şey 

deyildir»

15

. əl-Bələd əl-Əmin – şəhərlərin ən xeyirlisi və əmin-aman olanı. 



Allah iki dəfə bu şəhərə and içmişdir. «And içirəm bu şəhərə». (əl-Bələd 

1).  «And  olsun  bu  təhlükəsiz,  qorxusuz-xətərsiz  şəhərə».  (ət-Tin  3).  Bu 

üç  yerdən  başqa  heç  bir  yerə  ziyarət  məqsədi  ilə  çıxmaq  olmaz.  Əbu 

Hureyrə  -  radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu 

aleyhi və səlləm 



 buyurdu: «Bu üç məsciddən başqa (digər yerlərə) səfər 

etmək üçün yüklər bağlanmaz. Mənim bu məscidim, Məscidul Həram və 

Məscidul Aksa»

16

. Həmçinin də orada olan Mina, Ərafət, Zülhiccə ayının 



son on günü: Abdullah b. Amr b. əl-As - radıyallahu anhu 

 rəvayət edir 



ki,  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  «Ən  yaxşı  dua 

Ərafat günü edilən duadır. Mən və məndən əvvəlki Peyğəmbərlərin dediyi 

isə: «Şəriki olmayan tək Allahdan başqa ilah yoxdur, səltənət və həmd ona 

aiddir və O,  hər şeyə  qadirdir»

17

. Aişə  - radıyallahu anhə 



  rəvayət  edir 

ki,  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  «Ərafə  günündə 

olduğu  qədər  Allahın  atəşdən  çox  qul  azad  edəcəyi  başqa  bir  gün 

yoxdur»

18

. Həcərul Əsvəd və s. Allah seçmişdir. 



Belə  bir  yerlərdə  edilən  günahlar  daha  böyükdür  və  cəzası  da  daha 

şiddətlidir.  Məlumdur  ki,  Məscidul  Haramda  qılınan  bir  namaz  başqa 

yerlərdə  qılınan  namazlardan  yüz  min  dəfə  savablıdır.  Peyğəmbər 



 



sallallahu aleyhi və səlləm 



 in məscidində qılınan namaz isə min namaza, 

Məscidul  Aksada  qılınan  namaz  isə  beş  yüz  namaza  bərabərdir.  Əbu 

Hureyrə  -  radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu 

aleyhi  və  səlləm 



  buyurdu:  «Mənim  bu  məscidimdə  qılınan  bir  namaz 

başqa  məscidlərdə  qılınan  min  namazdan  daha  xeyirlidir.  Lakin  Məscidl 

Haramda  qılınan  namaz  daha  fəzilətlidir»

19

.  Cabir  b.  Abdullah  



radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və 

səlləm 



  buyurdu:  «Məscidul  Haramdakı  bir  namaz  başqa  məscidlərdə 

qılınan namazdan yüz min dəfə fəzilətlidir»

20

.  



                                                        

14

 Buxari 3/302, Müslim 1350.  



15

 Buxari, Müslim.  

16

 Buxari 1189, Müslim 1397.  



17

 Tirmizi 3579, Məlik 1/214 H. 422.  

18

 Müslim1348.  



19

 Buxari 1190, Müslim 1394.  

20

 Əhməd 3/343,397, İbn Məcə 1406, əl-Albani «İrvaul Ğəlil» 4/146.  




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə