2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə14/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   10   11   12   13   14   15   16   17   ...   238

 

27 


üçün  lazımı  ehtiyatları  edirikmi?  Bunun üçün tədarük görürükmü?  Allah 

qəlbləri  təmizləməyi,  paklaşdırmağı  əmr  etmiş  və  həmçinin  də  qəlbləri 

təmizləmək  Muhəmməd  risaləsinin  əsas  qayələrindəndir.  Allah  Qurani 

Kərimdə kitabı və həmçinin də hikməti öyrənməkdən öncə bunu gətirmiş 

və  nə  qədər  əhəmiyyətli  olmasını  bizə  bəyan  etmişdir.  «Ummi  ərəblərə 

özlərindən  Peyğəmbər  göndərən  Odur.  Bu  Peyğəmbər  əvvəllər  haqq 

yoldan  açıq-aydın  azsalar  da  onlara  Allahın  ayələrini  oxuyar,  onları 

təmizləyər,  onlara  kitabı  və  hikməti  (Quranı  və  şəriəti)  öyrədər».  (əl-

Cumuə  2).  Qəlb  xəstəlikləri  insanlar  arasında  geniş  yayılmışdır.  Kin-

kudurət, həsəd, təkəbbürlük, xor baxmaq, istehza etmək, dünya və dünya 

şəhvətlərinə bağlanmaq, dünyanın insanların  əsas dərdi olması, həmçinin 

qəlb  xəstəliklərinin  təzahüründən  qəlbə  namazın  ağır  gəlməsi,  namaza 

daxil  olduqda  orada,  huşunu,  mütiliyi  hiss  etməməsi,  gizlidə,  tək  olduğu 

zaman  Allahdan  qorxunun  zəifləməsi  və  gözlərdə  quraqlığın  yaranması 

(Allah  qorxusundan  gözdən  yaşın  çıxmaması),  Quranı  tərk  etmək,  hətta 

Quranı  oxusa  da  belə  qəlbin  yumşalmaması,  günah  işlədiyi  zaman 

günahına görə kədərlənməməsi. Həmçinin də qəlb insanın həyatında əsas 

yönəldici  və  qərar  verəndir.  Qərar  verən  qəlbdir  və  orqanlar  da  o  qərarı 

yerinə  yetirirlər.  Əgər  qəlb  xəstəliklərdən  təmizlənərsə  insan  Rəbbinə 

haqqı  ilə  ibadət  edər.  Onun  əxlaqı  gözəlləşər  və  halı  düzələr.  O  insan 

səadət içində olar və başqalarını da səadətə aparar. Qulun istiqamət üzərə 

(doğru  yolda)  olması  üçün  ən  böyük  orqanizim  qəlbdir.  Çünkü  bütün 

orqanların hökmdarı odur və qəlbin istiqamət üzərə olmasıyla digər bütün 

orqanlar da istiqamət tapır. Qəlbin pozulması ilə birlikdə digər orqanlar da 

pozulur.  İbn  Həcər 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Qəlbin  bu  cür 

olması  onun  bədənin  padşahı  olmasına  görədir.  Padşahın  düzəlməsi  ilə 

ətrafdakılar da düzəlir. Padşahın pozulması ilə ətrafdakıların da pozulması 

üzə çıxır»

79

. Əgər qəlb xəstə olarsa o, istiqamətdən də yayınar. Qəlblərin 



xəstə  olması  onları  şirk,  küfr,  münafiqlik,  həsəd,  riya  və  s.  ilə  dolu 

olmasına görədir. «Onların ürəyində nifaq və həsəd mərəzi vardır. Allah 



onların mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir 

əzaba  düçar  olacaqlar».  (əl-Bəqərə  10).  «Onların  qəlbində  xəstəlikmi 

vardır?».  (ən-Nur  50).  «Yoxsa  qəlblərində  mərəz  olanlar  elə  güman 

etdilər  ki,  Allah  onların  (ürəklərindəki)  kin-kudurətini  zahirə 

çıxartmayacaqdır».  (Muhəmməd  29).  Həmçinin  əməllərin  qəbul 

olunması,  əcrinin  böyük  olması  əməllərin  çoxluğuna,  onda  baş  verən 

yorğunluq və məşəqqətə görə deyildir. Yalnız qəlbdə olan ixlasa görədir. 

Qəlb  nə  qədər  ixlaslı  və  təmiz  olarsa  o  insanın  Rəbbi  qatında  dərəcəsi 

                                                        

79

 Fəthul Bəri 1/137. 




 

28 


ucalar və Cənnətdəki dərəcəsi də yüksələr. «O, gün ki, nə mal-dövlət, nə 

də  övlad  bir  fayda  verər!  Ancaq  sağlam,  təmiz  bir  qəlblə  Allahın 

hüzuruna gələn kimsədən başqa». (əş-Şuəra 88-89).  

Qəlbin  Sağlamlığının  Əlamətləri 



  Əgər  qəlbin  sağlam  olduğunu 

bilmək  istəyirsənsə  onda  sən  bu  əlamətlərə  bax.  Hansı  ki,  bu  əlamətləri 

böyük  həkim,  mütəxəssis  və  qəlb  həkimi  sayılan  İbn  Qeyyim 



 

rahmətullahi  aleyhi 

  zikr  edir.  Bu  xəstəlikləri  çox  məharətlə  və 



dəqiqliklə  təyin  etmişdir.  Bizlər  də  qəlbimizi,  özümüzü  o  əməllərə  ərz 

edək. Əgər bu əlamətlər bizdə varsa Allaha həmd edək, əgər yoxdursa o, 

xəstəlik  qəlbi  bürüməzdən  əvvəl  onun  müalicəsinə  tələsək.  Əgər 

çoxalaraq qəlbi bürüyərsə artıq ondan sonra müalicə də xeyir verməz.  



1. O qəlb ki, sahibini daima Allaha itaətə, tövbəyə yönəldir.  

2.  O  insan  Rəbbini  zikr  etməkdən  yorulmur  və  həmçinin  də  Rəbbinə 

ibadətdən bezmir.  



3. Onun gündəlik bir payı (ibadət, zikr, nafilə) ötdükdə o kimsə bundan 

ağrı  çəkir.  Ağrı  çəkir  ki,  bu  gün  filan  ibadəti  yerinə  yetirmədim.  Hətta 

malının, ailəsinin itməsindən də şiddətli ağrı keçirir. Görəsən gündəlik bir 

payı  olmayan  insan  haqqında  İbn  Qeyyim 



  rahmətullahi  aleyhi 



  nə 

deyərdi?  O  kimsə  ki,  fərz  namazını  ötürür  və  bundan  heç  bir  ağrı  da 

çəkmir. Görəsən onun barəsində nə deyərdi?  



4.  İnsan  ibadətdə  ləzzət  duyur.  Elə  bir  ləzzətki,  heç  bir  yemək,  içmək 

onun  yerini  verə  bilməz.  Görəsən  bizdən  hər  hansı  birimiz  ibadətdə  bu 

ləzzəti duyuruqmu? Yoxsa ləzzəti ibadətdən çıxandan sonra duyuruq?  

5. Namaza daxil  olduğu zaman  onun  dünyəvi  dərdləri yoxa çıxar. Biz 

isə  namaza  girdikdə  bütün  fikir  və  dərdlərimiz    namazda  toplanır. 

Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  buyurduğu  o  ləzzət,  rahatlıq 

haradadır? Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 



 buyurdu: «Ey Bilal! 

Sən bizi namazla rahatlandır»

80

. Peyğəmbər 





 sallallahu aleyhi və səlləm 



  buyurur  ki:  «Mən  göz  yaşlarımı,  sevincimi  namazda  qoydum».  Bir 

çoxlarının  halı  isə:  «Ey  imam!  Bizi  namazdan  rahatlandır»  deyərək 

səslənir.  



6. İnsanın əsas dərdi Allah üçün olmalıdır.  

7.  İnsanın  öz  vaxtına  xəsis  olması,  boş  yerə  sərf  etdiyinə  xəsis 

olmasıdır.  Necə  ki,  xəsis  insan  öz  malına  xəsislik  etdiyi  kimi,  sağlam 

insan da vaxtına bu kimi xəsis olmalıdır.  

8.  Onun  əməlin  özünə  olan  marağındansa,  əməlin  düzgün  olmasına 

olan marağı daha güclü olmalıdır.  

                                                        

80

 Əbu Davud 4985.  




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə