2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə22/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   18   19   20   21   22   23   24   25   ...   238

 

43 


etməklə  imtahan  etdiyi  zaman,  nəfsi  kiçilər,  zəlil  olar  və  Allahın  onu 

bağışlamasını umar.  



5. Beləcə Allah quluna nəfsinin həqiqətini və onun çox xəta edən cahil 

olduğunu  göstərir.  Nəfsində  olan  elm,  saleh  əməl  və  xeyir  kimi  bütün 

gözəlliklərin  Allahdan  ona  verildiyini  öz  nəfsindən  gəlmədiyini  ona 

bildirir.  



6. Bununla Allah qulunun günahlarını örtməklə nə qədər geniş bir elm 

və kərəmə sahib olduğunu ortaya qoymuş olur. Çünki əgər Allah diləsəydi 

günahlardan  ötrü  həmən  qulunu  cəzalandırar  və  qulların  arasında  onun 

eyiblərini  üzə  çıxarar  və  beləcə  onların  arasında  gözəl  bir  yaşayışı 

olmazdı.  

7.  Qulun  zülm  və  pislik  etməsiylə  bərabər  onun  tövbəsini  qəbul  edib 

onu bağışlamasıyla Allah ona olan kərəmini və lütfünü göstərmiş olur.  



8.  Allahın  qulun  əleyhinə  hüccətini  qaldırması.  Qula  qarşı  ən  üstün 

hüccət Allahındır. Əgər Allah ona əzab edərsə ədalətiylə və onun üzərində 

olan haqqıyla ona əzab etmiş olur.  

9.  Öz  əməlləri  ilə  öyünmək  və  özünü  bəyənmək  libasını  quldan 

çıxarmasıdır. Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 



 buyurdu: «Sizlər 

günah etməsəydiniz, sizin haqqınızda bundan da pis bir şeydən qorxardım. 

Özünü bəyənmək».  



10.  Padşahlardan  başqasına  əlverişli  olmayan  böyüklənmə  libasını 

quldan çıxardıb, zillət libasını ona geyindirməkdir.  



11.  Bununla  Allah  qulun  qəlbində  olan  qulluq  hislərini  qorxu,  haşiyə, 

ağlamaq, titrəmək və peşman olmaq yolarıyla üzə çıxarmaqdadır.  



12.  Günah  və  müsibətlərə  məruz  qalmaqla  qul  Allahın  neməti  olan 

lütfünü, onu qorumasının qiymətini bilir. Çünki daima xoş güzaran içində 

yaşayan kimsə nə müsibətlərə məruz qalan kimsələrin çəkdikləri əzabları 

bilə bilir, nə də xoş güzaranın qədrini bilə bilir.  



13.  Qul  tövbə  edib  Rəbbinə  döndüyü  zaman  Allah  onu  sevər  və 

mükafatlandırar.  Allah  onun  bu  tövbəsi  səbəbilə  ona  olan  sevgisini, 

rizasını  və  mükafatını  artırır.  Əgər  onun  bu  tövbəsi  olmasaydı  bunların 

heç  biri  də  olmazdı.  Hər  nə  qədər  başqa  itaətlərlə  başqa  nəticələr  ortaya 

çıxarsa, ancaq bu xüsusi nəticə sadəcə tövbə ilə ortaya çıxar.  

14. Qul etdiyi pislikləri və zülmləri müşahidə etdiyi zaman Allahın ona 

verdiyi az nemətləri də belə çox görür. Çünki özü kimi pis bir adama bu 

nemətlərin  belə  çox  olduğunu  düşünür.  Eyni  zamanda  etdiyi  çox  olan 

əməlləri də az görür. Çünki etmiş olduğu pislik və günahları silmək üçün 

qat-qat  əməlləri  çoxaltmaq  lazım  olduğunu  bilir.  O,  nə  qədər  çox  olursa 



 

44 


olsun  öz  əməllərini  az  görür.  Əgər  bundan  başqa  günahların  fayda  və 

hikməti olmasaydı bu yetərli olardı.  



15.  Artıq  qul  şeytanın  hansı  qapıdan  ona  hücum  etdiyini  və  ona  qarşı 

hansı tədbirlərin görülməsini çox yaxşı bilməyə başlayır. Həm xəstəliyin, 

həm də onun əlacını dadan həkim kimi.  

16.  Bəzən  qulun  qəlbində  hiss  etmədiyi  gizli  xəstəliklər  də  olur  ki, 

Lətif  və  Xabir  olan  Allah  ona  minnət  edib,  onun  çox  açıq  bir  günahı 

etməsini təqdir edər. Bu günahı edən qul bu xəstəliyin acısını hiss edər və 

Rəbbinə  sığınaraq  faydalı  olan  əlacı  içər.  Beləcə  hiss  etmədiyi  o, 

xəstəliklər də gedər.  

17. Bəzən Allah günah etməsi səbəbilə qulun Allahdan uzaqlaşması və 

onunla  Rəbbi  arasında  bir  pərdə  olmasını  ona  daddırır  ki,  qəlbilə  Allaha 

yönəldiyi  və  Ona  itaət  etməkdə  davam  etdiyi  zaman  ki,  nemət  kamil 

olsun,  etdiyi  günahdan sonra tövbə  edib bütün  qəlbilə  Allaha  yönələn bu 

qulun hiss etdiyi ləzzət – çox susuz olan birinin dadlı və soyuq sudan və 

ya  şiddətli  bir  şəkildə  qorxuya  düşmüş  birisinin  əminliyə  düşərkən 

keçirdiyi  hissləri,  yaxud  da  çox  uzun  bir  müddət  sevgilisindən  uzaq 

düşmüş  birinin  sevdiyinə  qovuşduğu  zaman  duyduğu  ləzzət  kimidir. 

Şübhəsiz  ki,  Rəbbinin  lütfü,  yaxşılığı  və  ehsanı  bütün  bunlardan  da 

üstündür  və  ləzizidir.  Rəblərini  tanımaqdan  və  Onu  sevməkdən  üz 

çevirənlərə vay olsun!  

18. İnsan oğlunun təbiətində şəhvət, qəzəb və arzu duyğusu olmasıdır. 

Əgər insanda bu hisslər olmasaydı insan deyil mələk olardı. Həmçinin də 

insanın  unutqan  olmasıdır.  Buna  görə  də  günah  etmək  insan  üçün  təqdir 

edilmişdir.  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Bütün 

Adəm  övladı  xəta  edəndir.  Xəta  edənlərin  ən  xeyirlisi  Allaha  tövbə 

edənlərdir»

111


.  Onların  imtahan  olunmaları  üçün  günahların  olması 

labüddür. Yenə də doğrusunu bilən Allahdır.  



19. Allah qulun  etmiş  olduğu  yaxşı əməlləri  görməsini ona unutdurur. 

Onu  günahlarıyla  məşğul  edir.  Beləcə  onun  etmiş  olduğu  günahlar 

davamlı  olaraq  gözlərinin  önündə  olur.  Şübhəsiz  ki,  Allah  bir  qulu  üçün 

xeyir  istədiyi  zaman  qulun  gözəl  əməllərini  müşahidə  etməsini  onun 

qəlbindən  və  onları  söyləməsini  dilindən  çəkib  alar.  Onu  günahlarını 

müşahidə  etməklə  məşğul  edər.  Beləcə  onun  etmiş  olduğu  günahları  o, 

Cənnətə girənə qədər onun gözlərinin önündə edər. Buna görə də Sələflər 

deyillər  ki:  «Bəzən  qul  bir  günah  edər  və  ondan  ötrü  də  Cənnətə  girər, 

bəzən də gözəl əməl edər və ondan ötrü də atəşə girər. Bu necə olur? Deyə 

soruşulduqda dedilər: «Qul bir günah edər və o günahı gözünün önündən 

                                                        

111


 Tirmizi, İbn Məcə. 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə