41
AbdulBərr
–
rahmətullahi aleyhi
–
dedyir ki: «Cahil kimsə yaşı çox olsa
da uşaqdır, alim isə yaşı az olsa da böyükdür».
3. Allahın əfvinə güvənib bağışlanma xəyallarına dalmaq – Allahın
əfvinə ümüdlü olmaqla boş xəyallara dalmaq arasındakı fərqi öyrənmək.
İnsanlardan bir çoxları böyük günahlar edir, ibadətlərdən uzaq olurlar,
sonra da elə zənn edirlər ki, Cəhənnəmə düşüb bir az yandıqdan sonra
Cənnətə girəcəklər. Şeytan sahib olduğu hiylələri ilə insanların bir çox
ibadətlərlə başlarını qataraq onların doğru yolda olduqlarını və yaxşı işlər
etdiyini onlara vəsvəsə edər. Belələrini görürsən ki, bir-iki dəfə sədəqə
verir, lakin fərz zəkatı vermir, haramdan qazanan bir kimsə elə zənn edir
ki, bir-iki quruş sədəqə verməklə malını təmizləyir, halbuki bilmir ki,
Allah pis malı qəbul etməz. İbn Qeyyim
–
rahmətullahi aleyhi
–
deyir ki:
«Ey boş xəyallara aldanan kimsə! Bil ki, Allah İblisi ona əmr etdiyi bir tək
səcdəni etmədiyinə görə lənətlədi və uca məqamından qovdu, Adəm
–
əleyhissəlamı - ı yediyi bir loxma səbəbilə Cənnətdən çıxardı»
107
.
4. Şübhə və arzuların çoxluğu – Haqqı dəlilləriylə öyrənmək, dini
fitnələrdən qorunmaq, Quran və Sünnəyə sarılmaq. Yəhyə b. Muaz
–
rahmətullahi aleyhi
–
deyir ki: «Mənə görə ən böyük aldanma günah
etməyə davam edib peşmançılıq çəkmədən bağışlanacağını, itaət və ibadət
etmədən Allaha yaxın olacağını, Cəhənnəm toxumlarını əkib Cənnətə
girəcəyini, üsyanlar edərək itaətkarlarla bir yerdə olacağını, əməl etmədən
mükafat alacağını və həddi aşdığı halda Allahın rəhmət etdəcəyini zənn
etməkdir»
108
. İbn Qeyyim
–
rahmətullahi aleyhi
–
deyir ki: «Allahdan
qaçaraq Onu qəzəbləndirəcək yerlərə gedən, Onun lənətini haqq edən,
əmirlərini zay edən, qadağalarını bəsit görən bir kimsə necə Allah
haqqından hüsnü zənn edə bilər? Allaha döyüş açan, Onun dostlarına
düşmən, düşmənlərinə dost olan, kamil sifətlərini inkar edən kimsə necə
Allah haqqında yaxşı niyyətlər bəsləyə bilər? Yenə də Allahın danış-
madığını, əmir və qadağa qoymadığını, razı olmadığını, qəzəblənmədiyini
zənn edən bir kimsə Allah haqqında necə hüsnü zənn sahibi ola blər?
Hüsnü zənn Rəca/ümidli olmaq deməkdir. Kimin ümidü onu itaətə
yönəldirsə və üsyandan uzaqlaşdırırsa bu doğru bir ümüddür. Lakin
təmbəlliyi ümid zənn edən, ümidi də tənbəllik qəbul edən kimsə aldanmış
deməkdir»
109
. İbn Rəcəb
–
rahmətullahi aleyhi
–
deyir ki: «Rəcadan qəsd
edilən budur: Hər hansı bir qüsur edən kimsə Allah haqqında hüsnü zənn
edər və Onun günahını bağışlayacağını ümid edər. Bir ibadət etdikdə də
107
İbn Qeyyim «əl-Fəvaid».
108
İhyau Ulumid Din 2311.
109
Cəvabul Kəfi s. 38.
42
Allahın onu qəbul etməsini umar. Lakin cəzalandırmayacağını ümid
edərək günahlara baş vuran və onları tərk etməyən və peşmançılıq hissi də
keçirməyən bir kimsə özünü aldadır deməkdir». Əbu Osman əl-Cizi deyir
ki: «Qurtulmağın əlamətlərindən biri itaət və ibadət edib onun qəbul
olmamasından qorxmaqdır. Həlak olmağın əlamətlərindən biri də üsyan
edib qurtulacağını ümüd etməkdir»
110
. İbnul Covzi
–
rahmətullahi aleyhi
–
deyir ki: «Dünyanın aqibətini düşünən tədbirini görər, yolun uzun
olduğunu bilən səfərinə hazırlıq görər, bir şeyə inanan və sonda onu
unudan, Allah qorxulmaya daha layiq ikən insanlardan qorxan kimsə
sənin halın necə də qəribədir? Başqalarının ölümü sənə sənin də öləcəyini
göstərir, başqalarının yatdığı yer sənə də yatacağın yeri göstərir. Sən isə
sanki bunlardan xəbərsizsən».
5. Pis insanlar və günahkar kimsələrlə bir yerdə olmaq – Saleh
insanlarla bir yerdə olmaq və elmilə əməl edən alimlərin həyatlarını
öyrənmək. Çox günah etməyin səbəblərindən biri də qulun onu günah
etməyə sövq edən insanların içərisində oturması və onlarla dostluq
etməsidir. Alimlər də dini qorumaq üçün pis kimsələri tərk etməyi və
bununla bərabər saleh kimsələrlə birlikdə olmağı tövsiyə edirlər.
GÜNAHLARIN TƏQDİR EDİLMƏSİNDƏ OLAN
HİKMƏT
Bu da Allahın hikmətini müşahidə etməkdir. Bu müşahidə səviyəsinə
çıxan qul Allahın onunla günahları baş-başa buraxması, günah yollarını
onun üçün hazırlamasındakı hikməti görür. Əgər Allah istəsəydi onu
günahlardan qoruyar və onunla günah arasında əngəl olardı. Lakin
Allahdan başqa heç bir kimsənin edəməyəcəyi çox böyük hikmətlərdən
ötrü onunla günahları baş-başa buraxdı.
1. Allah tövbə edənləri sevir və onların tövbə etmələrindən ötrü xoş
olur. Tövbəni sevib xoş olduğu üçün qulun günah etməsini təqdir etmişdir.
Günah etdikdən sonra tövbə etməsi təqdir edilir.
2. Qulun Allahın qorumasına möhtac olduğunu, əgər Allah onu
qorumazsa, qaçınılmaz olaraq həlak olacağını. Çünki parça-parça etmək
üçün şeytanların hər tərəfdən əllərini ona tərəf uzatdıqlarını ona
bildirməkdədir.
3. Qulun Ondan yardım istəməsini və düşməniylə nəfsinin şərindən
Ona sığınmasını, Ona dua edib yalvarmasını.
4. Qul saleh və istiqamət üzərə olduğunu müşahidə edərsə
təkəbbürlənər və doğru yolda olduğunu zənn edər. Allah onu günah
110
Fəthul Bəri 11/301.