2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə17/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   13   14   15   16   17   18   19   20   ...   238

 

33 


kədər  səbəbidir»

92

.  1.  Övlad  qorxaqlıq  səbəbidir  –  Ata  onu  düşünərək 



haqqı söyləməz və cihada da getməz. 2. Övlad simiclik səbəbidir  – Yenə 

də  onu  düşünərək  malı  xeyir  yollarına  sərf  etməz.  3.  Övlad  cahillik 

səbəbidir  –  Ata  övladım  üçün  ruzi  qazanmağa  çıxmışam  deyərək  elm 

öyrənməyə  vaxt  ayırmaz.  4.  Övlad  kədər  səbəbidir  –  xəstələnərsə  və  ya 

başqa xoşa gəlməz bir şey olarsa valideyn kədərlənər.  

5.  Peyğəmbər 



  Sallallahu  Aleyhi  Və  Səlləm 



  Asi  Olmaq  Fitnəsi 

 



«Münafiqlərdən: Mənə (döyüşə getməməyə) izn ver, məni fitnəyə salma! 



 deyənlər də var. Bilin ki, onlar (özləri) fitnəyə düşmüşlər. Şübhəsiz ki, 



Cəhənnəm kafirləri bürüyəcəkdir». (ət-Tövbə 49).  

6.  Fitnə  Geniş  Mənadır 

  «Sizin  bir  qisminizi  digərinizə  sınaq 



vasitəsi etdik ki, görək dözə biləcəksinizmi». (əl-Furqan 20). İbn Qeyym 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Peyğəmbərləri  göndərdiyi  ümmətlərlə, 

onları  haqqa  dəvət  etməklə,  onların  əziyyətlərinə  səbr  etməklə,  Rəbbin 

risalətini təbliğ edərkən qarşılaşdığı sıxıntılara səbr etməklə imtahan etdi. 

Ümmətləri  isə  Peyğəmbərlərilə  imtahan  etdi.  Peyğəmbərlərə  itaət 

etdilərmi,  onlara  yardımçı  oldularmı,  onları  təsdiqlədilərmi,  yoxsa  onları 

inkar etdilər, onlara qarşı döyüşdülərmi. Alimləri cahillərlə imtahan edər. 

Onlara  öyrədirmi,  nəsihət  edirmi,  onları  öyrədərkən,  nəsihət  edərkən 

səbrlimi  olur,  Cahilləri  də  alimlərlə  imtahan  edər.  Alimlərə  itaət 

edərlərmi,  onların  göstərdikləri  yolla  gedərlərmi.  Dövlət  başçılarını  əli 

altında  olanlarla,  insanları  isə  dövlət  başçıları  ilə,  zənginləri  fəqirlərlə, 

fəqirləri  isə zənginlərlə, zəifləri  güclülərlə,  güclüləri  isə zəiflərlə,  kişiləri 

qadınlarla,  qadınları  da  kişilərlə,  möminləri  kafirlərlə,  kafirləri  isə 

möminlərlə  imtahan  edər»

93

.  Bütün  yaradılmışlar  xeyir  və  şərdə  bir-



birilərinin  fitnəsidir.  İnsan  bu  həyatda  sapıqlar,  kafirlər, asilər  qarşısında 

iman  və  İslamıyla  imtahan  olunur.  «İnsanlar  yalnız:  İman  gətirdik 



 

demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarımı sanırlar? Biz 

onlardan  əvvəlkiləri  də  imtahana  çəkmişdik.  Şübhəsiz  ki,  Allah 

düzdanışanları da, yalançıları da çox gözəl tanıyır». (əl-Ənkəbut 2-3).  

7.  Qorxu,  Aclıq, Kasıblıq 

  «O  kəslər  ki,  biz  sizi  bir az  qorxu, aclıq, 



mal,  can  və  məhsul  qıtlığı  ilə  imtahana  çəkirik.  Səbr  edən  bəndələrə 

müjdə ver. O kəslər ki, başlarına bir müsibət gələrsə belə deyərlər: Biz 

Allahın bəndələriyik və Ona qayıdacağıq». (əl-Bəqərə 155-156).  

8.  Müharibə 

  «And  olsun  ki,  Biz  içərinizdən  mücahidləri  və  səbr 



edənləri ayırd edib bilmək üçün sizi imtahana çəkəcəyik və əməllərinizi 

də yoxlayacağıq». (Muhəmməd 31).  

                                                        

92

 İbn Məcə 2/295, İmam Əhməd 4/173.  



93

 İbn Qeyyim «İğasətul Lehfan» 2/160-161.  




 

34 


9.  Dünyaya  Bağlanmaq 

  «Qoy  kafirlər  hələ  yeyib  içsinlər,  ləzzət 



alsınlar, arzuları-ümidləri başlarını qatsın. Sonra bilcəklər». (əl-Hicr 3).  

10. Şəhvət  Və Arzular 

 «Siz özünüzdən əvvəlkilər kimisiniz. Üstəlik 



onlar  sizdən  daha  qüvvətli  (möhkəm),  mal-dövlət,  övlad  baxımından 

daha  artıq  idilər.  Onlar  (dünyadakı)  qismətlərindən  həzz  alıb 

bəhrələndilər.  Siz  də  özünüzdən  əvvəlkilər  kimi  (dünyadakı) 

qismətinizdən  ləzzət  alıb  bəhrələndiniz.  Siz  də  onlar  kimi  (yalan 

batağlığına)  yuvarlandınız.  Onların  əməlləri  dünyada  da,  axirətdə  də 

puça  çıxmışdır.  Onlar  özlərinə  zərər  eləyənlərdir!».  (ət-Tövbə  69). 

«Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və 

əkin  yerləri  kimi  nəfsin  istədiyi  və  arzuladığı  şeylər  insanlara  gözəl 

göstərilmişdir.  Lakin  bütün  bunlar  dünya  həyatının  keçici  zövqüdür, 

gözəl dönüş yeri isə Allah yanındadır». (Ali İmran 14). Şəhvətlər Allaha 

itaəti, Onun qadağalarından çəkinməyi unutdururlar. «Allahı unutduqları 



üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin!». 

(əl-Həşr  19).  İbn  Kəsir 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Allahı  zikr 

etməyi,  xatırlamağı  unutmayın  ki,  O  da  sizə  axirətinizdə  fayda  verəcək 

saleh  əməllərinizi  unutdurmasın.  Çünki  cəza  (qarşılıq)  edilən  əməlin 

cinsindən  olur.  «Ey  iman  gətirənlər!  Mallarınız  və  övladlarınız  sizi 



Allahı xatırlamaqdan yayındırmasın. Kim belə bir iş edərsə onlar ziyana 

uğrayanlardır»

94

.  «O,  kəslər  ki,  dinlərini  oyun-oyuncaq  etmiş  və  (fani) 



dünya  həyatı  onları  aldatmışdır.  Onlar  bu  günə  qovuşacaqlarını 

unutduqları və ayələrimizi  (bilə-bilə) inkar etdikləri kimi, Biz də onları 

bu gün unudarıq!». (əl-Əraf 51).  

Şəhvətin  Müalicəsi 

  1.  Şəhvəti  evlənmək  və  ya  oruc  tutmaqla 



qarşısını almaq.  

2.  Nəfsi  itaət  və  ibadətlərlə  məşğul  etmək.  Beləcə  qəlbdə  şeytanın 

vəsvəsələrinə yer qalmaz. Nəfs də günah üçün vaxt və imkan tapmaz.  



3.  Şeytan  günah  etmək  üçün  bir  vəsvəsə  verdikdə  dərhal  Əuzu  – 

deyərək şeytandan Allaha sığınmaq.  



4. Ağlın xəyal və düşüncələrə dalmasının qarşısını almaq. İbn Qeyyim 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Ağlın  xəyala  dalmasının  qarşısını 

almaq. Əgər bunu  etməzsənsə  o, xəyal fikir halını alar. Fikirlə  mücadələ 

et. Bunu  etməsən  o, şəhvətə, arzuya dönər. Şəhvətlə  döyüş. Çünkü bunu 

etməsən o, kəsin bir qətiyyətə dönər. Onun da qarşısını almağa çalış. Bunu 

da  etməsən  artıq  əmələ  dönər.  Əməlin  də  qarşısını  almasan  artıq  adətə 

dönər onu da tərk etmək çox çətin olur (Bütün fəsadlar düşüncələr vasitəsi 

ilə gəlir. Çünki onlar şeytanın qəlb ərazisinə əkdiyi toxumlardır. Toxumlar 

                                                        

94

 İbn Kəsir Təfsir 4/342.  




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə