2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə15/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   11   12   13   14   15   16   17   18   ...   238

 

29 


Qəlb  Xəstəlikləri 

  1.  Nifaq  -  Bu  da  xəstəliklərin  ən  təhlükəlisi  və 



insan üçün axirət və aqibət tərəfdən ən şiddətlisidir. Heç kəs zənn etməsin 

ki,  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  dövrü  sonra  çatmaqla, 

münafiqlərin  (Abdullah  b.  Ubeyy  b.  Səlul  və  s)  ölüb  getməsi  ilə  nifaq 

yoxa  çıxmışdır.  Əksinə  nifaq  indi  keçmişdə  olandan  daha  təhlükəlidir. 

Nifaq  söz  əməllərini  yerinə  yetirməklə  başlayır.  Peyğəmbər 



  sallallahu 



aleyhi və səlləm 



  də  onun  əlamətlərini  bəyan  edərək:  «Danışanda  yalan 

danışar, əmanət veriləndə xəyanət edər, mübahisə etdikdə biabırçı sözlərə 

yol  verər,  əhd  edəndə  xəyanət  edər»

81

.  Əgər  insan  bu  sifətlərdə  davam 



edərsə  artıq  bu  günahlar  onun  qəlbinə  yapışar  və  bunlar  da  insanı  artıq 

etiqadı nifaqa - Allah qorusun! - gətirib çıxardar.  



2.  Riya  -  Riya  gizli  olduğuna  görə  təhlükəli  xəstəliklərdəndir  və 

həmçinin  də  onun,  əməli  korlamasına  böyük  təsiri  olduğuna  görə  və 

bundan da çox az adamın salamat olduğuna görə təhlükəli əməllərdəndir. 

İnsan  namaz  qılır,  lakin  insanları  gördüyü  zaman  namazını  gözəlləşdirir, 

insanları  görmədiyi  zaman  isə  namazında  tənbəl  olur  və  ya  namazını 

sürətli qılır. Bəzən də insanlar görsün deyə sədəqə verir və s. Bütün bunlar 

da qəlbin xəstəliklərinə dəlalət edir.  

3. Həsəd - İbn Teymiyyə 



 rahmətullahi aleyhi 



 deyir ki: «Həsəd qəlb 

xəstəliklərindən  biridir  və  bundan  xilas  olan  az  bir  qism  insanlardır». 



«Yoxsa  onlar  Allahın  öz  nemətindən  bəxş  etdiyi  şeyə  görə  insanlara 

həsəd  aparırlar?».  (ən-Nisa  54).  Lakin  insanların  bəziləri  digərlərinə 

həsəd  aparırlar.  Allahın  ona  verdiyi  mala,  sağlamlığa,  övlada,  vəzifəyə 

görə və bunda da çox böyük təhlükə vardır.  

4.  Təkəbbürlük  -  insanın  öz  nəfsi  ilə  razı  qalması  və  başqalarına  xor 

baxması,  istehza  etməsi.  «Yer  üzündə  haqsız  yerə  təkəbbürlük  edənləri 



ayələrimi anlamaqdan yayındıracağam. Onlar nə möcüzə görsələr, ona 

inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu 

görsələr onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi 

yalan  hesab  etmələri  və  ondan  qafil  olmalarıdır».  (əl-Əraf  146). 

«Şübhəsiz  ki,  özlərinə  bir  dəlil  gəlmədən  Allahın  ayələri  barəsində 

mübahisə  edənlərin  ürəklərində  ancaq  bir  təkəbbürlük  vardır.  Onlar 

heç vaxt ona çatmayacaqlar. Sən Allaha pənah apar. Həqiqətən O, (hər 

şeyi) eşidən və görəndir». (əl-Mumin 56). Peyğəmbər 



 sallallahu aleyhi 



və səlləm 



 buyurdu: «Qəlbində zərrə qədər kibr (təkəbbürlük) olan kimsə 

Cənnətə daxil olmaz»

82

.  



                                                        

81

 Buxari, Müslim.  



82

 Buxari, Müslim.  




 

30 


5.  Nəfsi-İstək  Və  Allahdan  Qeyrisini  Sevmək  -  Bu  da  şiddətli 

bəlalardan  biridir.  Bu  da  qəlb  üçün  bir  zəhərdir.  İnsanın  dostluğu, 

düşmənçiliyi, sevməsi və nifrət etməsi Allahdan qeyrisi üçün olarsa, şəxsi 

tamahı,  istəyi  üçün  olarsa  heç  bir  şübhə  yoxdur  ki,  bu  onu  həlaka 

aparacaqdır.  «Nəfsini  özünə  tanrı  edən  və  Allahın  bilərəkdən  yoldan 

çıxartdığı,  qulağını  və  qəlbini  möhürlədiyi,  gözünə  də  pərdə  çəkdiyi 

kimsəni  gördünmü?».  (əl-Casiyə  23).  Peyğəmbər 



  sallallahu  aleyhi  və 



səlləm 



  buyurdu:  «Sizdən  hər  hansı  bir  kimsənin  nəfsi-istəyi  mənim 

gətirdiyimə uyğun olmadıqca iman gətirmiş olmaz»

83

. Sən özünə belə bir 



sual ilə müraciət edə bilərsən ki, mənim etdiyim hər əməl (sevmək, nifrət 

etmək  və  s)  Allah  üçündür,  yoxsa  Allahdan  qeyrisi  üçün?  Sən  bunu 

gündəlik həyatında müşahidə edə bilərsən. Buna görə də Sələflər deyirlər 

ki: «Əgər bir kimsə Allah dərgahında özünün dərəcəsini bilmək istəyirsə, 

baxsın özünə görə Allahın dərəcəsi necədir».  

6.  Qəlbin  Sərtliyi  -  Artıq  bu  xəstəlik  də  çoxalmışdır.  Çünki  Allahın 

zikrindən  qeyri  kəlam  çoxaldığına  görə  və  haram  mal,  musiqi  dinləmək, 

qeybət,  çox  gülmək,  çox  yatmaq,  faydasız  şeylərə  baxmaq  və  faydasız 

şeylər  danışmaq  və  başqa  əməllər  çoxaldığına  görə  qəlb  də  sərtləşir. 



«İman  gətirənlərin  qəlblərinin  Allahın  zikri  və  haqdan  nazil  olan 

(Quran)  üçün  yumşalması  vaxtı  gəlib  çatmadımı?  Onlar  özlərindən 

əvvəl  kitab  verilən  kimsələr  kimi  olmasınlar.  Onlar  uzun  bir  müddət 

keçmiş  və  qəlbləri  sərtləşmişdir.  Onların  çoxu  fasiqlərdir».  (əl-Hədid 

16). «Məgər Allahın köksünü İslam dini üçün açmaqla Rəbbindən nur 

üzərində  olan  kəs  (qəlbi  möhürlənmiş  kimsə  kimi  ola  bilərmi?).  Elə  isə 

vay qəlbləri Allahın zikrinə (Qurana) qarşı sərt olanların halına! Onlar 

(haqq yoldan) açıq-aydın azmışlar». (əz-Zumər 22).  

Qəlb Xəstəliklərinin Müalicəsi – 1. Qəlbin xəstəliyini etiraf etmək. Bu 

nəzəri bir müalicədir. Çünki bir insan ki, xəstəliyi etiraf etmirsə və ya onu 

qəbul etmirsə necə bu xəstəliyi müalicə edə bilər.  

2. Şəri elmi öyrənmək. Quran və Sünnəni bilmək. Sələflərin yazdıqları 

kitabları oxuyaraq qəlbi xəstəliklərdən təmizləmək.  



3.  Nəfsi  hesaba  çəkmək  və  tövbə  etmək  və  daima  özünü  Allahın 

nəzarəti altında olduğunu hiss etmək. Elə bir insan yoxdur ki, böyük və ya 

kiçik günaha düşməsin. Lakin ağıllı insan o kimsədir ki, günahı üzərində 

davam etməz. Dərhal tövbəyə tələsər. O insan ki, öz sözlərini, əməllərini 

hesaba  çəkir,  sözlərini  və  əməllərini  Quran  və  sünnəyə  ərz  edir.  Əgər 

uyğun  gələrsə  Allaha  həmd  edir,  əgər  uyğun  gəlməzsə  tövbə  edərək 

Allaha  qayıdır.  İbn  Qeyyim 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Hər  bir 

                                                        

83

 əl-Albani «Mişkətul Məsabih» 1/59 zəif hədis.  




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə