2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə13/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   9   10   11   12   13   14   15   16   ...   238

 

25 


almaq üçün yalan yerə and içən kimsə Allahın qəzəbinə uğrayaraq Onun 

hüzuruna çıxar»

71

.  


13.  Günah  edənin  küfr  və  ya  şirklə  ifadə  eilməsi:  Bureydə  

radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və 

səlləm 



  buyurdu:  «Bizimlə  onlar  arasında  fərq  namazdır.  Hər  kim  onu 

tərk edərsə küfr etmiş olar»

72

.  



14.  Günah  edənin  xüsran  ilə  ifadə  edilməsi:  «Yaxud  o  məmləkətin 

əhalisi  Allahın  onları  dolaşdırıb  bəla  toruna  salmayacağına  əmin 

idilərmi?  Allahın  bu  yolla  dolaşdırıb  bəla  toruna  salmayacağına 

xüsrana uğrayanlardan başqa heç kəs əmin olmaz». (əl-Əraf 99).  

15.  Günah  edənin  sapıqlıqla  ifadə  edilməsi:  «Rəbbinin  rəhmətindən 

doğru yoldan sapandan başqa kim ümid kəsə bilər». (əl-Hicr 56).  

16. Günah edənin bizdən deyildir sözü ilə ifadə edilməsi: Əbu Hureyrə 

-  radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və 

səlləm 



 buyurdu: «Bizi aldadan bizdən deyildir»

73

.  


17.  Günah  edənin  Cəhənnəmdə  əbədiyyən  qalmasının  ifadə  edilməsi: 

«Kim  qəsdən  bir  mömini  öldürərsə  içində  əbədiyyən  qalacağı  yer 

Cəhənnəmdir». (ən-Nisa 93).  

18. Günah edənin yerin dibinə keçirilməsi ilə ifadə edilməsi: İbn Ömər 

-  radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və 

səlləm 



  buyurdu:  «Sizdən  öncəki  ümmətlərdən  bir  nəfər  təkəbbürlü 

olaraq yeridiyi halda yerin dibinə keçirildi…»

74

.  



19.  Günah  edənin  halının  soruşulmamasını  bildirən  günahlar: 

«Cəhənnəmliklərin halını heç soruşma». (əl-Bəqərə 119).  

20.  Günah  edənə  Allahın  düşmən  olması  ilə  ifadə  edilməsi:  Əbu 

Hureyrə  -  radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu 

aleyhi  və  səlləm 



  öz  Rəbbindən  buyurdu:  «Mən  Qiyamət  günü  üç 

kimsəyə düşmənəm. Mənim adımla söz verib və yerinə yetirməyən insan. 

Azad bir insanı qul kimi satıb pulunu da yeyən kimsə və bir də işçini öz 

işi üçün işlətdikdən sonra pulunu verməyən kimsəyə»

75

.  



21.  Günah  edənin  Cənnətin  iyini  belə  hiss  etməməsi:  Əbu  Hureyrə  

radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və 

səlləm 



  buyurdu:  «Kim  Allah  rizası  üçün  öyrəniləcək  bir  elmi  sırf 

                                                        

71

 Buxari 11/558. 



72

 Tirmizi 7/8.  

73

 Müslim 2/108.  



74

 Buxari 10/258.  

75

 Buxari 4/447.  




 

26 


dünyaya sahib  olmaq üçün öyrənərsə  o, Qiyamət  günü Cənnətin  iyini  də 

belə hiss etməz»

76

.  


22. Günah edənə Veyl kəliməsinin ifadə edilməsi: «Vay halına çəkidə 

və ölçüdə aldadanların!». (əl-Mutəffifin 1).  

23. Günah  edənin  əməlinin boşa çıxması: Bureydə  - radıyallahu anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və  səlləm 



  buyurdu: 

«Kim əsr namazını tərk edərsə əməli boşa çıxar»

77

.  



24.  Günah  edənin  Qiyamət  günü  edə  bilməyəcəyi  bir  işlə  mükəlləf 

edilməsi:  İbn  Abbas  -  radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





 

sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  «Kim  görmədiyi  bir  yuxunu 

gördüm  deyə  danışarsa  Qiyamət  günü  iki  arpa  dənəsini  bir-birinə 

düyünləməklə  əmr  edilir.  Lakin  o,  bunu  əsla  edə  bilməz.  Kim  bir 

topluluğun  söhbətlətinə  onlar  istəmədikləri  halda  oğrun-oğrun  qulaq 

asarsa (öyrənməyə çalışarsa) Qiyamət günü qulaqlarına qurğuşun tökülər. 

Kim  də  hər  hansı  bir  canlınin  şəklini  (heykəl)  çəkərsə  Qiyamət  günü 

çəkdiklərinə can verilməsi əmr edilər. Lakin o, bunu əsla edə bilməz»

78

.  


 

AÇIQ VƏ GİZLİ OLAN BÖYÜK GÜNAHLAR 

Açıq olan böyük günahlar zina, oğurluq, içki içmək kimi əzalarla edilən 

böyük  günahlardır.  Gizli  olanlar  isə  riya,  təkəbbürlük  kimi  qəlblə  edilən 

böyük  günahlardır.  Şübhəsiz  ki,  qəlblə  edilən  böyük  günahlar  orqanlarla 

edilən  günahlardan  daha  təhlükəli  və  müalicəsi  də  digərindən  daha 

çətindir.  Çünki  bu  cür  günahlar  yaxşılıqları  da  yeyir  və  cəzanı  da  vacib 

edir.  Bəzi  alimlər  bu  gizli  böyük  günahlardan  bəhs  edərkən  bunları 

altımışa  qədər  saymış  və  bunları  zina,  oğurluq  və  s.  kimi  günahlardan 

daha pis saymışlar. Çünkü  gizli  olanlar daha zərərli, nəticəsi  daha pis və 

qalandır. Onlara davam edilərsə insanda xarakter halına keçir və qəlbində 

kök salır. Lakin orqanlarla edilə günahlar belə deyildir. Çünki onlar tövbə 

və istiğfarla, yaxşı əməllər etməklə və kəffarə olan müsibətlərlə silinərlər. 



«Heç  şübhəsiz  ki,  yaxşılıqlar  pislikləri  yuyub  aparar.  Bu  öyüd  almaq 

istəyənlərə bir xatırlamadır». (Hud 114).  

Qəlb Xəstəlikləri Və Onların Müalicəsi - Ey müsəlman qardaşım! Sən 

bilirsənmi  ki,  biz  çox  vaxtımızı  zahiri  görünüşümüzlə  maraqlanmaqda 

keçiririk.  Biz  heç  qəlb  xəstəlikləri  barəsində  düşündükmü?  Hansı  ki, 

təhlükəsi  zahiri  xəstəliklərdən  daha  da  şiddətlidir.  Qəlb  xəstəlikləri 

sahibini  özü  də  bilmədən  həlaka  aparır.  Beləliklə  o  qəlb  qara  qəlbə 

çevrilir,  bundan  sonra  nə  yaxşını  bilir,  nə  də  münkəri  inkar  edir.  Bunun 

                                                        

76

 Əbu Davud 3647.  



77

 Buxari 2/31.  

78

 Buxari 12/427.  




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə