2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə23/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   19   20   21   22   23   24   25   26   ...   238

 

45 


heç getməz. Onu xatırladığı zaman peşman olar, Allaha yalvarıb yaxarar, 

o  günahı  silmək  üçün  çapalayar,  Rəbbinin  qarşısında  boyun  əyər  və 

bununla da təkəbbürlüyü və özünü bəyənməsi yox olub gedər. Beləcə də 

Cənnətə girər. Bəzən qul bir yaxşı iş görər, o yaxşılıq da onun gözündən 

heç  bir  vaxt  getməz.  Etdiyi  o  yaxşılığı  görərək  Allaha  minnət  edər,  o 

yaxşılığa arxayın olub təkəbbürlənər. Beləcə də Cəhənnəmə gedər».  



20. Qul etmiş olduğu günah və xətalarını müşahidə edər, heç kimsədən 

üstün olmadığını və heç kimsə üzərində haqqının olmadığını düşünməsinə 

səbəb olur. Qul öz eyiblərini, günah və xətalarını müşahidə etdikdə Allaha 

və  Axirət  gününə  iman  edən  hər  hansı  bir  müsəlmandan  daha  xeyirli 

olduğunu düşünməz.  

21.  Belə  bir  hal  qulu  insanların  eyiblərini  araşdırmaqdan  və  onların 

xətalarını  düşünməkdən  çəkindirir.  Öz  nəfsi  və  xətaları  ilə  məşğul  edər. 

Öz  eyiblərini  görərək  insanların  eyiblərini  düşünməyənlərə  müjdələr 

olsun.  Vay  olsun  öz  eyiblərini  unudaraq  insanların  eyibləriylə  məşğul 

olanlara!  Birincisi  səadətin  əlaməti,  ikinci  isə  bədbəxtliyin  əlamətidir. 

Amr b.  As - radıyallahu anhu 

 deyir ki:  «Mən  o adama təəccüb  edirəm 



ki, qədər ona  yetişdiyi  halda o,  qədərdən  qaçar. Qardaşının  gözündə  çop 

görür,  öz  gözündəki  kötüyü  isə  unudur.  Qardaşının  ürəyində  olan  nifrəti 

çıxarmağa çalışır, öz ürəyindəki nifrəti isə unudur…»

112


.  

22.  Qulun  günahlar  ilə  baş-başa  buraxılması  qulun  insanlara  yaxşılıq 

etməsi və mömin qardaşlarından xəta edən, günah edənlər üçün Allahdan 

bağışlanma  diləməsinə  səbəbdir.  Artıq  onun  dilindən  düşməyən  bir  söz: 

«Rəbbim!  Məni,  ana  və  atamı,  müsəlman  bacı  və  qardaşlarımı  bağışla». 

Çünki  o,  başına  gələn  müsibətin  günah  edən  qardaşlarının  da  başına 

gəldiyini  və  özü  möhtac  olduğu  kimi  onların  da  ehtiyac  duyduğunu 

bilməkdədir.  Müsəlman  qardaşlarının  onun  üçün  bağışlanma  diləməsini 

istədiyi kimi özü də müsəlman qardaşları üçün bağışlanma diləyir.  



23. Bununla qul geniş bir helm sahibi olmasına, ona pislik edənləri əfv 

etməsinə və həmən  onları cəzalandırmamasına sövq edir. Nəfsinin Rəbbi 

ilə necə davrandığını görən bir qul, nəfsinin çox pis və xəta edən günahkar 

biri olmasına baxmayaraq Rəbbinin ona davamlı olaraq yaxşılıq və ehsan 

etməsini,  özünün  Ona  olan  ehtiyacını  və  bir  göz  qırpımı  belə  Ondan 

nəzarətsiz olmadığını görən bir qul, insanların ona qarşı doğru olmalarını 

və ona qarşı ehsanda olmalarını necə uma bilər? Halbuki Rəbbinə qarşı o, 

belə  davranmamışdır.  Rəbbinin  istədiyi  hər  bir  şeydə  Ona  itaət  etməmiş 

olan  bir  qul,  köləsinin,  uşaqlarının,  xanımının  istədiyi  hər  bir  şeydə  ona 

                                                        

112

 «Ədəbul Mufrad» 886.  




 

46 


itaət  etmələrini  necə  gözləyə  bilər?  Bütün  bunları  İbn  Qeyyim 



 



rahmətullahi aleyhi 



 «Tarikul Hicrəteyn» kitabında gətirir.  

 

GÜNAHLARI TƏRK ETMƏYİN FAYDALARI 

Kişinin  insaniyyət  qazanması,  irsinin  qorunması,  məxluqatı  sevməsi, 

qəlbin  güclənməsi,  nəfsin  xoş  olması,  qəlbin  nemətlərlə  dolması, 

könlünün rahatlanması, fasiq və zalımların qorxutmalarından əmin olması, 

xəstəlik,  sıxıntı  və  kədərin  azalması,  nəfsin  izzətli  olması,  qəlb  nurunun 

qorunması,  fasiq  və  zalımların  zülmünə  qarşı  bir  çıxış  yolunun  əldə 

edilməsi,  ummadığı  yerdən  ruzinin  verilməsi,  itaətlərin  yerinə 

yetrilməsinin  asanlaşması,  Allaha  dua  etməyin  çoxalması,  müsəlmanlara 

zəfərin verilməsi, fasiq və asilərin çətinləşdirdikləri şeylərə qarşı asanlığın 

gəlməsi,  dualarına  həmən  cavab  verilməsi,  mələklərin  ona  yaxınlaşması, 

şeytanın  və  şərli  cinlərin  ondan  uzaqlaşması,  insanların  ona  xidmət 

etməkdə  və  ehtiyaclarını  ödəməkdə  bir-birilərilə  yarışmaları,  onunla 

söhbət  və  yaxınlıq  qurmaları,  ölümdən  qorxmaması,  Rəbbinə  qovuşması 

ilə  sevinməsi,  qəlbində  dünyanı  kiçik,  axirəti  isə  böyük  görməsi,  itaətin 

dadını  və  imanın  ləzzətini  alması,  ərşi  daşıyan  və  başqa  mələklərin 

dualarına nail olması, qurtuluşa həris olması, Allahın onu sevməsi və s.  

 

CƏNNƏT VƏ CƏHƏNNƏMLİKLƏRİN ƏMƏLLƏRİ 

Cənnətliklərin  əməlləri:  Cənnətliklərin  əməli  iman  və  təqvadır. 

Cəhənnəmliklərin  əməli  də  küfr,  fasiqlik  və  itaətsizlikdir.  Cənnətliklərin 

əməlləri Allaha, mələklərinə, kitablarına, Peyğəmbərlərinə, axirət gününə, 

qədərə  inanmaqdır.  Allahdan  başqa  ibadətə  layiq  ilah  olmadığına  və 

Muhəmmədin  Allahın  qulu  və Rəsulu  olduğuna inanmaq, namaz qılmaq, 

zəkat vermək, Ramazanda oruc tutmaq, Kəbəni həcc etmək, Allahı görür 

kimi  ibadət  etmək.  Biz  Onu  görməsək  də  belə  o,  bizi  görür.  Danışarkən 

doğru  söyləmək,  əmanəti  sahiblərinə  vermək,  söz  və  anda  bağlı  qalmaq, 

valideynlərə  yaxşılıq  etmək,  qohumluq  əlaqələrini  kəsməmək,  qonşuya, 

yetimə,  miskinə,  köləyə  və  heyvanlara  qarşı  rəhmli  olmaq.  Allaha  qarşı 

səmimi olmaq, Ona təvəkkül etmək, Onu və Rəsulunu sevmək, Allahdan 

qorxmaq  və  ümüd  etmək,  Ona  yönəlmək,  hökmünə  səbr  etmək  və 

nemətlərinə  şükr  etmək.  Quran  oxumaq,  Allahı  zikr  etmək  (dil  və  qəlb 

ilə), Ona dua etmək, Ondan istəmək və Ona sığınmaq, yaxşılığı əmr edib, 

pislikdən  çəkindirmək,  kafir  və  münafiqlərə  qarşı  Allah  yolunda  cihad 

etmək,  yaxşılığı  kəsənlərlə  əlaqə  qurmaq,  verməyənə  vermək,  haqsızlıq 

edənə  bağışlamaq.  Şübhəsiz  ki,  Allah  Cənnəti  müttəqilər  üçün 

hazırlamışdır.  Bunlar  da  gizlində  də,  açıqda  xərcləyənlər,  qəzəblərini 

boğanlar, insanları bağışlayanlardır, Allah yaxşı olan və yaxşılıq edənləri 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə