61
olmaz». Bu açıqca görülən bir şeydir. Çünki ağlı başında olsaydı onu
günah etməkdən çəkindirərdi. O günahkar bilir ki, Allahın ovcunda və
nəzarəti altındadır, mələklər onun əməllərinə şahiddirlər yenə də
günahlara davam edir. Günah səbəbilə qaçırdığı dünya və axirət xeyirləri,
günahı etməklə əldə etdiyi sevinc və zövqdən qat-qat çoxdur. Heç də ağıllı
insan bu ləzzətləri buraxaraq bir parça zövq ilə dəyişə bilərmi?
19. Günahlar qəlbi möhürləyir. Günahlar çoxalarsa sahibinin qəlbini
möhürləyər və o qafillərdən olar. Sələflər bu ayə barəsində demişlər:
«Xeyr, əslində onların qəlblərini qazandıqları günahlar qaplamışdır
(pasla örtmüşdür)». (əl-Mutəffifin 14). Bu da günahdan sonra günahın
işlənməsidir. Həsənul Bəsri
–
rahmətullahi aleyhi
–
deyir ki: «Günahın
üstündən günahın işlənməsi qəlbin kor olmasıdır». Qəlb günahdan, Allaha
asi olmaqdan pas atır. Əgər günah çoxalarsa pas qəlbə hakim olar və
nəticədə: «Ran» - pas adlanan hala gələr. Bütün qəlbi bürüyər. Pas o
qədər çoxalar ki, sahibinin qəlbinə damğa və kilit kimi vurular. Artıq qəlb
örtük, pərdə içərisində olar. Əgər bu günah işləmək ona düz yolu
tapdıqdan sonra hasil olarsa artıq o qəlb əksinə çevrilər. Bu şəkildə altı
üstünə çevrilmiş olar. Bu anda onun düşməni onu dost tutar və istədiyi
yerə onu yönəldər.
20. Günahlar insanı Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
in lənəti
altına daxil edir. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
böyük günah
sahiblərini lənətləmişdir. Belə ki, böyük günah sahibləri bu lənətin altına
girməsinə daha layiqdirlər.
1) Riba Yeyən, Verən, Yazan Və İki Şahid: İbn Məsud
- radıyallahu
anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Allah riba yeyənə, verənə də lənət etsin. Dəllala və iki şahidə
də»
133
.
2) Rüşvət Alan Və Verən: (Abdullah b. Amr) Əbu Hureyrə
-
radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və
səlləm
–
buyurdu: «Allah lənət edib rüşvət alana da, verənə də»
134
.
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Məhkəmədə rüşvət
alan və rüşvət verənə Allah lənət etsin»
135
.
3) Oğuruluq Edənə: Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Yumurta oğurladıqda və ip oğurladıqda əli kəsilən oğruya
Allah lənət etsin»
136
.
133
Müslim 1597,1598, Bəğavi «Şərhu Sunnə» 8/54.
134
İmam Əhməd 2/212, İbn Məcə 2313, Tirmizi 13337, Əbu Davud 3080.
135
İmam Əhməd «Musnəd» 2/387, əl-Albani «Səhihul Cəmi» 5069.
136
Müslim 1978, Fəthul Bəri 12/81.
62
4) Allahdan Qeyrisinə Qurban Kəsənə: Amir b. Vəsilə
- radıyallahu
anhu
–
deyir ki: «Bir dəfə mən Əli b. Əbu Talib - radıyallahu anhu
–
nun
yanında idim. Bir kişi onun yanına gələrək soruşdu: «Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
sənə sirr olaraq heç nə deməyib?». Əli -
radıyallahu anhu
–
qəzəblənərək dedi: «Peyğəmbər
–
sallallahu aleyhi və
səlləm
–
gizli olaraq mənə heç bir şey deməyib. Yalnız bu dörd şeydən
başqa». Kişi: «Ey əmirəlmöminin onlar nədir?» deyə soruşdu. Əli:
«Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Allahdan qeyrisinə
qurban kəsənə Allah lənət etsin»
137
.
5) Valideynləri Lənətləyənə: Əli
- radıyallahu anhu
–
rəvayət edir ki,
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
mənə dörd şeyi buyurdu:
«Allah lənət etsin valideyinlərini lənətləyənə»
138
. Peyğəmbər
–
sallallahu
aleyhi və səlləm
–
buyurdu: «Valideynləri təhqir etmək ən böyük
günahlardandır (Başqa rəvayətdə lənətləmək)». Səhabələr: «Ya
Rəsulullah! Məgər insan öz valideynlərini təhqir edə bilərmi?» deyə
soruşdular. Peyğəmbər: «Bu onun valideynlərini təhqir edir, o da
qayıdaraq onun valideynlərini təhqir edir» deyə buyurdu
139
.
6) Yenilik Edənə (Bidətçiyə) Sığınacaq Verənə: Əli
- radıyallahu
anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
mənə
dörd şeyi buyurdu: «Allah lənət etsin yenilik edib dini dəyişənə
(bidətçiyə, cinayətkara) sığınacaq verənə»
140
.
7) Yerin Əlamətlərini Dəyişənə (Torpaq Sərhədlərini): Əli
-
radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və
səlləm
–
mənə dörd şeyi buyurdu: «Allah lənət etsin ərazilərin sərhədlərini
dəyişdirən kimsəyə»
141
.
8) Bir-Birinə Bənzəmək İstəyən Kişi Və Qadınlara: İbn Abbas
-
radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və
səlləm
–
lənət edib kişiyə bənzər qadınlara və qadınlara bənzər kişilərə (və
ya bir-birilərinə oxşamaq istəyənlərə)»
142
.
9) Bir-Birinə Geyimdə Bənzəmək İstəyən Kişi Və Qadınlara: Əbu
Hureyrə - radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu
aleyhi və səlləm
–
buyurdu: «Allah lənət edib qadın paltarı geyinən
kişilərə və kişi paltarı geyinən qadınlara»
143
.
137
Müslim 1978, İmam Nəvəvi «Şərh səhih Muslim» 13/150.
138
Müslim 1978, İmam Nəvəvi «Şərh səhih Muslim» 13/150.
139
Buxari 10/338, Müslim 90, Əhməd 2/164.
140
Müslim 1978, İmam Nəvəvi «Şərh səhih Muslim» 13/150.
141
Müslim 1978, İmam Nəvəvi «Şərh səhih Muslim» 13/150.
142
Fəthul Bəri 10/332.
143
Əbu Davud, Həkim, əl-Albani «Səhihul Cəmi» 5905.