2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə24/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   20   21   22   23   24   25   26   27   ...   238

 

47 


sevər.  Bütün  işlərdə  mömin  və  kafir  arasında  fərq  qoymadan  ədalətli 

olmaq.  


Cəhənnəmliklərin  əməlləri  isə:  Allaha  şərik  qoşmaq,  Peyğəmbəri 

yalanlamaq, küfr, həsəd, yalan, xainlik, zülm, əxlaqsızlıq, oğurluq, əqraba 

və  möminlərlə  əlaqələri  kəsmək,  cihad  etməkdən  qaçmaq,  simiclik,  iki 

üzlü olmaq, Allahın rəhmətindən ümüd kəsmək, Onun cəzasından arxayın 

olmaq,  öyünmək,  təkəbbür,  Allahın  fərzlərini  tərk  etmək,  Allahın 

hədlərini aşmaq, qadağalarını etmək, Allahın yerinə qullarından qorxmaq, 

qullara ümüd bağlamaq, onlara təvəkkül etmək, göstərmək və şöhrət üçün 

əməl  etmək,  Quran  və  Sünnəyə  müxalif  olmaq,  Allaha  üsyan  edərək 

qullara itaət etmək, batil üzərə israrlı olmaq, Allahın ayələrini ələ salmaq, 

haqqı  inkar  etmək,  sehrbazlıq,  valideynlərlə  pis  davranmaq,  adam 

öldürmək,  faiz  və  yetim  malını  yemək,  mömin  kişi  və  qadınlara  böhtan 

atmaq və s.  

Ağlı başında olan insan sözündə, işində, əməlində, gizlində və aşkarda, 

gecədə və gündüzdə, istənilən yerdə və şəraitdə daima Allahdan qorxmalı 

və  Allahın  daima  nəzarəti  altında  olduğunu  biməlidir.  Əbu  Zərr  

radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və 

səlləm 



 buyurdu: «Mən sizin görmədiklərinizi görür, eşitmədiklərinizi isə 

eşidirəm.  Göy  səs  verdi.  Guruldadı.  Peyğəmbər:  «Səmada  olan  səsləri 

eşidirsinizmi»  deyə  buyurdu.  Səhabələr:  «Xeyr,  ya  Rəsulullah!»  dedilər. 

Peyğəmbər:  «Mən  eşidirəm.  Göydə  elə  bir  qarış  yer  yoxdur  ki,  orada 

(Qiyamda,  rukuda)  və  səcdədə  olan  bir  mələk  olmasın».  Vallahi  mənim 

bildiklərimi  bilsəydiniz  az  gülər,  çox  ağlayardınız.  Yataqlarınızda 

qadınlarınızdan  belə  zövq  almazdınız.  Yüksək  yerlərə  çıxaraq  Allaha 

yalvarıb  bağışlanma  diləyərdiniz»

113


.  Peyğəmbər 



  sallallahu  aleyhi  və 



səlləm 



  buyurdu:  «Cənnət  və  Cəhənnəm  mənə  göstərildi.  Xeyir  və  şər 

baxımından  bu  günki  kimisini  görmədim.  Əgər  mənim  bildiklərimi 

bilsəydiniz az gülər. Çox ağlayardınız»

114

.  


Düşün  ki,  Cəhənnəm  atəşi  ciyərlərinə  işləmiş,  sən  imdad  –  deyə 

bağırırsan.  Lakin  acıyan  olmur.  Ağlayırsan,  peşmançılıq  hissləri 

keçirirsən, lakin faydasızdır. Tövbən qəbul olmur. Çağırışına cavab verən 

yoxdur.  Düşün  ki,  orada  uzun  bir  müddət,  bəlkə  də  əbədi  qalmalı 

olacaqsan.  Əzab  canına  keçəcək,  susuzluq  ciyərlərini  parçalayacaqdır. 

Dünyadakı  içəcəkləri  xatırlayacaq,  Cəhənnəm  atəşi  ilə  qarşı-qarşıyasan. 

Sənə  əzab  verməklə  görəvli  olan  Cəhənnəm  qoruyucularının  əlindən  su 

qabını  alacaqsan,  içdiyin  şeyi  ağzına  yaxınlaşdırdığın  zaman  üzünü 

                                                        

113


 Tirmizi 2313, İbn Məcə 4190, Əhməd 5/173.  

114


 Buxari, Müslim.  


 

48 


qovuracaq,  içdiyin  ilk  qurtum  boğazını  qoparacaq,  qarnına  çatdıqda  isə 

bağırsaqlarını  parça-parça  edəcəkdir.  Rahatlıq  istəyəcəksən,  lakin  orada 

rahatlıq  əbədiyyən  yoxdur.  Kədərin,  sıxıntın  artıqca  Cənnəti  xatırlaya-

caqsan.  Xatırlayacaqsan  ki,  Allahın  əmrlərini  yerinə  yetirmədin,  Ona 

yaxınlıq qazanmadığına görə qəlbin sanki boğazına tıxanacaqdır. Cənnətin 

nemətlərini,  içəcəklərini,  suyunun  soyuqluğunu,  orada  olan  yaşayışın 

gözəlliyini xatırlayacaq, həsrətlə qəlbin yerindən söküləcəkdir. Sonra bəzi 

yaxınlarını,  ananı,  atanı,  qardaşını.  Bacını  və  digər  dostlarını  orada 

olduqlarını xatırlayacaq həzin bir səs, yanıq bir qəlblə onlara nida edərək: 

Anacan,  atacan…  Bir  qurtum  su!  –  deyəcəksən.  Ümidini  boşa  çıxaran 

cavablar  veriləcəkdir  sənə.  Allahın  qəzəbinə  layiq  olduğun  üçün  onların 

da  sənə  qarşı  duyduqları  qəzəbi  görməkdən  və  ümüdünün  boşa 

çıxmasından  ötrü  qəlbini  parçalayacaq  qədər  kədərlərə  dalacaqsan. 

Dünyada onlar sənə nəsihət etmiş, öyüd vermiş və sənin üçün xeyirli olanı 

göstərmişlər. Lakin sən öyüd verənləri sevmirdin. Bunun üçün də Allaha 

yönələrək  səni  geri  dünyaya  təkrar  döndərməsini  xahiş  edəcəksən.  Sənə 

uzun  müddət  cavab  verilməyəcəkdir.  Çünki  Onun  qatında  sənin  dərəcən 

və yerin yoxdur. Sonra sənin ümidini təmamən boşa çıxaran: «Orada zəlil, 



məyus  vəziyyətdə  durub  qalın  və  Mənə  heç  bir  şey  deməyin!».  (əl-

Muminun  108).  Bu  cavabı  eşitdikdən  sonra  qəlbin  ağrayacaq,  danışmağa 

taqətin  belə  qalmayacaqdır,  nəfəs  belə  almayacaqsan.  Sonra  sənin 

kədərinin  və  həsrətinin  daha  da  artmasını  istəyərək  həm  sənin,  həm  də 

düşmənlərin  üzərinə  Cəhənnəm  qapıları  bağlanacaqdır.  Artıq  əbədiyyən 

rahatlıq  yox,  bitməyən  kədər,  tükənməyən  üzüntülər,  sağalmayan 

xəstəliklər,  açılmayan  zəncirlər,  söndürülməyən  susuzluqlar,  sakitləş-

məyən iztirablar

115


.  

 

GÜNAHLARIN ZƏRƏRLƏRİ 

Günahların olduqca pis, məzəmmət olunan təsiri vardır. Qəlbə, bədənə, 

insanın  dünya  və  axirətinə  zərəri  vardır.  Günahlar  insanda  davam  etsə 

onun  dünyasını  və  axirətini  korlayır.  Günahların  qəlbə  olan  zərərləri 

zəhərin  bədənə  olan  zərəri  kimidir.  Dünya  və  axirətdə  hər  bir  şərin  və 

xəstəliyin  günah  və  asiliklərdən  başqa  səbəbi  varmı?  Adəm  və  Həvva 



 



əleyhimussəlam 

  ı  ləzzət,  nemət,  gözəllik  və  xoşbəxtlik  diyarı  olan 



Cənnətdən  –  ağrılar,  acılar  və  müsibətlər  diyarına  salan  nə  idi?  İblisin 

Cəhənnəmə  məhkum  edilməsinə,  lənətlənməsinə  səbəb  nə  idi?  Onun 

yaxınlığını  uzaqlıqla,  rəhmətini  lənətlə,  gözəlliyini  çirkinliklə,  Cənnətini 

atəşlə,  imanını  küfrlə,  Allaha  olan  dostluğunu  ən  böyük  düşmənlik  və 

                                                        

115


 Haris b. Əsədil Muhasibi, ət-Təvəhhüm s. 59-61.  


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə