2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


«Ey  Rəbbim!  köksümü  açıb  genişlət,  işimi  yüngülləşdir,  dilimdəki



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə3/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   2   3   4   5   6   7   8   9   ...   238

 



«Ey  Rəbbim!  köksümü  açıb  genişlət,  işimi  yüngülləşdir,  dilimdəki 



düyünü aç ki, sözümü yaxşı anlasınlar». (Ta ha 25



28).  

Möhtərəm  müsəlman  bacı  və  qardaşlarım!  İlk  öncə  hamınızı  Allahın 

salamı ilə salamlayıram. Allahın kitabına və Rəsulullah - səllallahu aleyhi 



və  səlləm 

  in  yoluna  uyaraq  öz  risaləmi  «Bismilləh»  ilə  başlayıram. 



Çünkü  Allah  Rəsulu  -  səllallahu  aleyhi  və  səlləm  -  də  öz  məktublarını 

«Bismilləh»  ilə  başlamış  və  buyurmuşdu:  «Hər  mühüm  bir  işə 

«Bismilləh» ilə başlanılmazsa, o işin sonu kəsikdir»

3

.  



Ən-ənəmizə  sadiq  olaraq  Uca  və  Böyük  olan  Allahın  izni  ilə  Əhli 

Sünnə vəl Cəmaat, Sələfi Salihin əqidəsi ilə bağlı olan kitabları toplamağa 

davam  edirik.  İnşəallah  bu  kitabımızda  İslam  və  İmanın  ziddi  olan, 

bəndənin Tövhidini  dağıdan,  naqisləşdirən şirk, bidət, küfr, nifaq, böyük 

və  kiçik  günahlar,  gündəlik  həyatımızda  qarşılaşdığımız,  lakin  biganə 

yanaşdığımız  məkruhlar  (bəyənilməyən)  əməllər,  haramlar,  qadağalar 

haqqında danışacağıq. Kitabın adı barəsində çox düşündüm. Lakin sonda 

belə  qərara  gəldim  ki,  adını  Nəhyi  Anil  Munkər 



  Qadağalardan 

Çəkinmək

4

 

  deyə  adlandırım.  Çünki  kitabın  özü  də  bu  mövzu  üzərində 



                                                                                                                              

Sad - radıyallahu anhu 

 mərfu olaraq. Hədis səhihdir. Muhəddis Muhəmməd Nəsrəddin əl-Albani 





 

rahmətullahi aleyhi 



 hədisin bütün rəvayətlərini bir yerə toplayaraq «Xutbətul Həcə» isimli bir kitab 

yazmışdır.  İstəyənlər  bu  kitaba  baxa  bilərlər.  Ayrıca  bax:  əl-Albani  «Muxtəsər  Səhih  Müslim»  409, 

«Mişkətul Məsabih» 3149,5860.  

3

 Əbu Davud. 



4

 Məruf Və Munkər 

 İbn Əsir 





 rahmətullahi aleyhi 



 deyir ki: «Məruf – Allaha ibadət, itaət olaraq 

bilinən,  Ona  yaxınlığa  səbəb  olan  və  insanlara  yaxşılıq  olan  hər  bir  şeyi  özündə  əhatə  edən  isimdir. 

Şəriətin gözəl görüb və edilməsinə sövq edən hər bir şey də buna daxildir. Munkər isə bütün bunların 

ziddidir».  İbn  Əsir  «Nihayə  fi  Ğaribil  Hədis  vəl  Əsər»  3/216.  İbnul  Covzi 



  rahmətullahi  aleyhi 



 

deyir  ki:  «Məruf  –  Allaha  itaət  olan  şeylərdir,  munkər  isə  üsyan  olanlardır».  İbnul  Covzi  «Zədul 

Məsir» 1/435. İsfəhani 



 rahmətullahi aleyhi 



 deyir ki: «Məruf ağılla və şəriətlə gözəlliyi bilinən hər 

bir  işdir.  Munkər  isə  ağılla  da,  şəriətlə  də  çirkinliyi  bilinən  işlərdir».  İsfəhani  «Mufrədat  fi  Ğaribil 

Quran»  A-R-F  maddəsi.  Şovkani 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Bir  şeyin  məruf  və  ya  munkər 

olduğuna  Kitab  və  Sünnə  dəlildir».  Şovkani  «İrşadul  Fuhul  s.  71.  «Siz  insanlar  üçün  zahirə 



çıxarılmış ən yaxşı ümmətsiniz.  (Onlar) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və 

Allaha inanırsınız». (Ali İmran 110). Bu ayə İslam ümmətinin üç vəsfini: Yaxşılığı əmr, qadağalardan 

çəkindirmək və Allaha iman. Bu bütün Peyğəmbərlərin (Allah onlardan razı olsun) göndərilmələrinin 

məqsədidir  –  «Kitab  əhli  içərisində  düzgün,  sabit-qədəm  bir  cəmaat  vardır  ki,  onlar  gecə  vaxtları 

səcdə  edərək  Allahın  ayələrini  oxuyurlar.  Onlar  Allaha,  axirət  gününə  inanır,  (insanlara)  yaxşı 

işlər  görməyi  əmr  edir,  (onları)  pis  əməllərdən  çəkindirir  və  xeyirli  işlər görməyə  tələsirlər.  Onlar 

əməlisaleh  şəxslərdəndirlər».  (Ali  İmran  113-114).  İbn  Teymiyyə 



  rahmətullahi  aleyhi 



  deyir  ki: 

«Yaxşılığı  əmr  edib,  pislikdən  çəkindirmək  Allahın  kitablarını,  göndərdiyi  peyğəmbərlərin  əsas 

məqsədidir və o, dinin özüdür». İbn Teymiyyə «Yaxşılığı əmr edib, pislikdən çəkindirmək» risaləsi s. 

25. Rəşid Rza 



 rahmətullahi aleyhi 



 deyir ki: «Peyğəmbərlərin və Saleh Sələfin  yolu xeyirə əmr və 

pislikdən çəkindirməyə söykənir». Təfsirul Mənar 4/32. «(Xalqı) Allaha tərəf çağıran, yaxşı iş görən 

və:  Mən  müsəlmanlardanam!  Deyən  kəsdən  daha  gözəl  danışan  kim  ola  bilər».  (əl-Fussilət  33). 

«Onlar  özlərinə  verilən  öyüdü  unutduqları  zaman  biz  də  (onları)  pislikdən  çəkindirənlərə  nicat 

verdik, zülm edənləri isə itaətdən çıxdıqları, günah işlədikləri üçün şiddətli bir əzabla məhv etdik». 

(əl-Əraf  165).  «Allah  Ona  (öz  dininə)  yardım  edənlərə,  şübhəsiz  ki,  yardım  edər.  Həqiqətən  Allah 



 

qurulmuşdur.  Quran  və  Sünnə,  Allah  və  Rəsulu  tərəfindən  qadağan 



edilmiş, bizlərə çəkinməyi əmr etdikləri məsələlər barəsində danışacağıq. 

Sözsüz ki, bütün qadağaları bu kitabda toplamaq mümkün deyildir. Lakin 

mən  çalışdım  ki,  bu  kitabda  gündəlik  həyatımızda  qarşılaşdığımız 

(sözlərdən və əməllərdən) ibarət olan qadağaları qeyd edim. Çünki Allah 

Rəsulu  bizlərə  qadağalardan  çəkinməyi  əmr  edərək  buyurur:  «Sizə  nəyi 

qadağan  edirəmsə  ondan  uzaq  olun,  nəyi  sizə  əmr  etmişəmsə  ondan 

bacardığınız  qədər  istifadə  edin…»

5

.  Allahın  Rəsulu  bizlərə  əmr  etdiyi 



                                                                                                                              

yenilməz qüvvət və qüdrət sahibidir! O, kəslər ki, onları yer üzündə yerləşdirsək namaz qılar, zəkat 

verər, (insanlara) yaxşı işlər görməyi əmr əmr edib, pis işlər görməyi qadağan edərlər». (əl-Həcc 40-

41).  «Mömin  kişilər  və  mömin  qadınlar  bir-birinə  dost,  hayandırlar.  Onlar  (insanlara)  yaxşı  işlər 

görməyi əmr edər, pis işləri yasaq edərlər». (ət-Tövbə 71). Peyğəmbər 



 sallallahu aleyhi vəs səlləm 

 

buyurdu:  «Yaxşılığı  əmr  edib,  pislikdən  çəkindirmək  sədəqədir».  Müslim  720.  Alimlərdən  bəziləri 



yaxşılığı  əmr  edib  pislikdən  çəkindirməyi  fərzi  kifayə  saymışlarsa,  digərləri  bu  əməli  fərzi  ayn 

saymışlar.  Hər  iki  tərəfin  də  dəlilləri  eynidir:  «(Ey  müsəlmanlar!)  İçərinizdə  (insanları)  yaxşılığa 



çağıran,  xeyirli  işlər  görməyi  əmr  edən  və  pis  əməlləri  qadağan  edən  bir  cəmaat  olsun!  Bunlar 

həqiqətən  nicat  tapmış  şəxslərdir».  (Ali  İmran  104).  Ayədə  gələn  MİN  kəliməsi  bəzilərinə  görə 

hamını  əhatə  edir,  bəzilərinə  görə  isə  bir  qrup  dəvət  edərsə,  digərlərinin  üzərindən  bu  məsuliyyət 

götrülür.  İbn  Teymiyyə 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Bu  əmr  fərzi  kifayədir.  Bir  qrup  bunu 

etməzsə, bunu etməyə gücü çatan hər kəsə fərzi ayn olur». İmam Nəvəvi 



 rahmətullahi aleyhi 



 deyir 

ki:  «Bəzən  yaxşılığı  əmr  edib,  pislikdən  çəkindirmək  fərzi  ayn  ola  bilər.  Necə  ki,  bir  kimsənin 

özündən  başqa  kimsənin  bilmədiyi  bir  xüsusun  edildiyi  bir  yerdə  olarsa  və  ya  durumu  ondan  başqa 

heç kəs düzəldə bilmirsə. Bir kimsənin xanımını, uşağının, köləsinin bir munkəri edərkən görməyi bu 

qəbildəndir».  Müslim  şərhi  1/255.  Peyğəmbər 



  sallallahu  aleyhi  vəs  səlləm 

  buyurdu:  «Sizdən 



kimsə bir  münkər görərsə  onu  əli ilə dəyişdirsin. Əgər gücü çatmazsa dili ilə,  buna da bacarmadıqda 

qəlbi ilə (dəyişdirsin). Bu isə imanın ən zəif mərtəbəsidir». Müslim 49.  



Məruf  Və Munkərin  Şərtləri 

 1. Müsəlman olmaq, həddi buluğa  çatmaq  və ağlı  başda olmaq. 2. 



Qüdrət,  yəni  gücün  olması.  3.  Elmin  olması.  Munkəri  dəyişdirməyin  Birinci  Dərəcəsi:  Əl  ilə 

dəyişdirmək. Bu iş yalnız və yalnız əmr sahiblərinə, idarəçilərə aiddir. İbn Ömər 



 radıyallahu anhu 



 

rəvayət  edir  ki,  Peyğəmbər  -  səllallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Hər  biriniz  çobansınız 

(başçısınız)  və  hər  birinizdə  əli  altında  olanlardan  məsuldur.  Dövlət  başçısı  çobandır  və  əli  altında 

olanlardan məsuldur. Kişi öz ailəsində çobandır (başçıdır) və ailəsində olanlara görə məsuldur. Qadın 

ərinin  evində  çobandır  (başçıdır)  və  (evinə  və  uşaqlarına)  görə  məsuldur.  Qulluqçu  da  çobandır 

(başçıdır) və öz ağasının malını qorumaqla məsuldur. (Ən nəhayət) isə sizlərdən hər biriniz çobansınız 

(başçısınız)  və  hər  biriniz  də  öz  əli  altında  olanlardan  cavabdehdir»

4

.  Ikinci  Dərəcəsi:  Dil  ilə 



dəyişdirmək. Qurtubi 



 rahmətullahi aleyhi 



 deyir ki: «Mərufla əmri  əl ilə etmək idarəçilərə, dil ilə 

etmək alimlərə, qəlb ilə etmək zəiflərə, yəni ümumi müsəlmanlara aiddir». Üçüncü Dərəcəsi: Qəlb ilə 

dəyişdirmək.  Munkərin  əl  və  dil  ilə  dəyişdirilməsi  istər  fərzi  ayn  olsun,  istər  fərzi  kifayə  güc  və 

imkana  görədir.  Lakin  munkəri  qəlb  ilə  dəyişdirilməsinə  gəlincə  isə  bu  durum  nə  olursa  olsun  fərzi 

ayndır.  Mərufu  məruf  olaraq  bilməyən,  munkəri  də  rədd  etməyən  bir  qəlb  imandan  boş,  xaraba  bir 

qəlbdir.  İbn  Məsud 



  radıyallahu  anhu 



  deyir  ki:  «Mərufu  qəlbi  ilə  məruf  olaraq  bilməyən  və 

munkəri munkər olaraq tanımayan həlak oldu».  

Məruf  Və  Munkəri  Əmr  Edən  Insanda  Olan  Şərtlər 



  1.  Ədalət.  2.  Səbrli  olmaq  (yumşaq 

davranmaq).  3.  İdarəçinin  izni.  4.  Hikmətli  olmaq.  5.  İxlaslı  olmaq.  6.  Təvəzökarlıq.  7.  Munkəri 

dəyişdirmək yalnız açıq və bilinən bir munkər olmasını əhatə edir. Yoxsa kimsə sirlərini araşdırmaq, 

günahlarını  üzə  çıxarmaq  deyildir.  İbnul  Nahhas  deyir  ki:  «Kim  niyyətini  xalis  Allah  üçün  edərsə 

onun sözü qatı qəlblərə təsir edər və onu yumşaldar, dilləri bağlayar və sultanın əlini tutar». Tənbihul 

Ğafilin s. 56.  

5

 Səhih Buxari 7288; Səhih Müslim 1337. 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə