9
günahlardan yırtıcı heyvani günahlara, oradan şeytani günahlara sonda isə
Allaha Rububiyyətdə və təkliyində şərik qoşmaq günahlarına qədər
gedərlər. Kim bu haqda düşünərsə ona aydın olar ki, günahlar şirkin,
küfrün və Allah ilə Rəblik döyüşünə aparan dəhlizidir.
GÜNAHLAR
Üsyan (günah) itaətin ziddidir. «Allah sizə küfrü, fusqu və üsyanı
çirkin göstərdi». (əl-Hucurat 7). Fərahidi
–
rahmətullahi aleyhi
–
deyir ki:
«əl-Asə - İslam toplumu mənasına gəlir. Kim müsəlmanlara müxalif
olarsa onların əsasını qırmış, topluluqlarını dağıtmışdır. Asi olmaq, əmrə
itaətsizlik etmək, inadkarlıq edərək əmrə müxalif olmaq mənalarına
gəlir»
6
. İbn Mənzur
–
rahmətullahi aleyhi
–
deyir ki: «Üsyan itaətin
ziddidir. Qul Rəbbinin əmrinə müxalif oldu, kişi başqasına asi oldu, ona
itaət etmədi, müxalif oldu. əl-Asə
–
dəyənək, əsa mənasındadır. Qurani
Kərimdə Musa
–
əleyhissəllam
–
ın dilindən buyurur: «Bu mənim
əsamdır. Ona dayanıram». (Ta ha 18)»
7
. Xəvariclər haqqında deyilir ki:
«Müsəlmanların əsalarını qırdılar. Müsəlman topluluğunu dağıtdılar».
İstilahi Mənası
–
əmr edilənləri tərk etmək, qadağaları etmək. Allahın
kitabı, Peyğəmbərin diliylə fərz və vacib qıldığı şeyləri tərk etmək,
Allahın və Rəsulunun qadağalarını etməkdir. Bunlar sözlər də ola bilər,
gizli və açıq əməllər də. «Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib
onun sərhədlərini aşarsa, Allah da onu həmişəlik Cəhənnəmə daxil
edər. Onu rüsvay edici əzab gözləyir». (ən-Nisa 14). İbn Teymiyyə
–
rahmətullahi aleyhi
–
deyir ki: «Masiyət, fisq və küfr ləfzlərinə gəlincə
əgər masiyət ləfzi Allah və Rəsuluna nisbət edilirsə küfr və fisq bunun
mənasına daxil olur. «Artıq kim Allah və Rəsuluna üsyan edərsə ona
əbədi qalacağı Cəhənnəm atəşi vardır». (əl-Cinn 23). «Bu da ad
tayfasıdır! Onlar Rəbbinin ayələrini inkar etdilər. Onun Peyğəmbərinə
qarşı çıxdılar. Başlarının üstündə duran hər bir inadkar böyüyün
əmrinə tabe oldular». (Hud 59)»
8
.
Üsyan ləfzi Kitab və Sünnədə dəyişik şəkillərdə gəlmişdir.
1. Zənb (günah) - «Biz onların hər birini öz günahı ilə yaxaladıq.
Kiminin başı üstünə qızmar daş yağdırdıq, kimini dəhşətli, tükürpədici
səslə yaxaladıq, kimini yerə batırdıq, kimini suya qərq etdik. Allah
onlara zül etmirdi, onlar özləri özlərinə zülm edirdilər». (əl-Ənkəbut 40).
6
Əbu AbdurRahman əl-Xalil b. Əhməd əl-Fərahidi «Kitabul Ayn» s. 100-175.
7
İbn Mənzur «Lisanul Arab» Asə maddəsi 4/2981 – Darul Marif təhqiq Abdullah Əli əl-KəbirHaşim
Muhəmməd əş-Şazeli. Bax: Muxtarus Sihah s. 437, İbn Əsir ən-Nihayə fi Ğaribil Hədis 3/250.
8
İbn Teymiyyə «İman», əl-Albaninin təhqiqi ilə s. 56.
10
2. Xatiə (xəta)
- «Biz doğurdan da xəta (günah)
edənlərdən
olmuşuq». (Yusuf 97).
3. Səyyiə (pislik)
- «Həqiqətən yaxşı əməllər pis işləri yuyub aparır».
(Hud 114).
4. Hub (günah, zülm) -
«Şübhəsiz ki, bu böyük günahdır». (ən-Nisa
2).
5. İsm (günah) -
«De ki: Rəbbim yalnız aşkar və gizli alçaq işləri, hər
cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi
hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz
şeyləri deməyinizi haram buyurmuşdur». (əl-Əraf 33).
6. Fusuq Və Üsyan -
«Allah sizə küfrü, fusqu və üsyanı çirkin
göstərdi». (əl-Hucurat 7).
7. Fəsad - «Bizim Peyğəmbərimiz İsrail oğullarına açıq möcüzələrlə
gəlmişdilər. Bundan sonra da onların çoxu yer üzündə fəsad
çıxarmaqdadırlar». (əl-Maidə 32).
8. Utuvv (təkəbbürlükdən həddi aşmaq) -
«Qadağan olunduqları işə
(balıq ovuna) təkəbbürlük (saymazyana münasibət bəslədikləri) vaxt
onlara: Həqir, zəlil meymunlar olun!
–
deyə əmr etdik». (əl-Əraf 166).
ZAMAN VƏ MƏKAN
Zaman
–
Günah bəzi zamanlarda digər zamanlardan daha ağırdır. Məs:
Haram aylarda, Ramazanda, Zilhiccənin ilk on günündə və s.
«Həqiqətən
Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın
kitabında on ikidir. Onların dördü haram aylardır (Rəcəb, Zülqədə,
Zülhiccə və Məhərrəm). Bu doğru dindir. Ona görə də həmin aylarda
özünüzə zülm etməyin. Müşriklərin hamısı sizinlə vuruşduqları kimi, siz
də onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir». (ət-Tövbə 36).
Allah
–
subhənəhu və təalə
–
bu günlərdə zülm etməyi qadağan etmişdir.
Bu günlərdə zülm etmək haram olduğu kimi başqa günlərdə də haramdır.
Lakin bu günlərdə daha da ağırdır. Allah: «Bu aylarda özünüzə zülm
etməyin» buyurdu: Zülmün nə olduğu isə öldürməyi halal saymaqdır kimi,
günah etməkdir də deyilmişdir
9
. Qatadə
–
rahmətullahi aleyhi
–
deyir ki:
«Haram aylarda zülm digər aylardakı zülmdən daha ağır, daha günahlıdır.
Amma zülm hər bir zaman pisdir. Allah isə dilədiyi kimsə haqqında
dilədiyi şeyi böyüdür». Qatadə
–
rahmətullahi aleyhi
–
deyir ki: «Allah
yaratdıqları arasından dilədiyini seçdi. Mələklərdən də elçilər, insanlardan
da elçilər seçdi. Sözlər içindən zikrini seçdi. Yer üzündən məscidləri,
aylardan Ramazanı və Haram ayları, günlərdən Cüməni, gecələrdən Qədir
9
İbn Həcər «Fəthul Bəri» 8/324.