2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə51/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   47   48   49   50   51   52   53   54   ...   238

 

101 


yoldaş imişsən! Bu gün (peşmançılığınız) sizə heç bir fayda verməz. Siz 

birlikdə zülm etdiyinizə görə əzaba da ortaqsınız». (əz-Zuxruf 36-39).  

Onun  zikri  Peyğəmbərinə  nazil  etdiyi  kitabdadır,  ona  qarşı  kor 

davranan,  ondan  üz  çevirən,  korluq  edən,  onu  başa  düşməkdə, 

düşünməkdə  Allah  belə  edənə  kitabından  üz  çevirməsinin  cəzası  olaraq 

bir  şeytan  göndərərək  ona  yoldaş  edəcəyini  xəbər  vermişdir.  Bu  şeytan 

artıq  o,  kimsənin  ayrılmaz  bir  yoldaşı  olar.  Oturduqda  da,  durduqda  da 

onun  yanından  heç  ayrılmaz.  Artıq  şeytan  onun  dostu  və  həmdəmi 

olmuşdur  ki,  o  nə  pis  dost  və  həmdəmdir.  Bu  şeytan  o,  kimsəni  Allaha, 

Cənnətə aparan yoldan sapdırar. O, azmış  kimsə  elə zənn  edər  ki,  doğru 

yoldadır.  Qiyamət  günü  gəldikdə  onlardan  biri  digərinə  deyər:  «Kaş  ki, 



mənimlə  sənin  aranda  şərqlə  qərb  arasındakı  məsafə  qədər  uzaqlıq 

olaydı. Sən nə pis yoldaş imişsən!». Sən  dünyada  da  mənim  dostumdan 

və  mənə gələn hidayətdən  məni sən sapdırdın. Məni haqdan uzaqlaşdırıb 

azdırdın.  Nəhayət  həlak  oldum.  Sən  mənə  bu  gün  də  nə  qədər  pis  bir 

yoldaşsan.  

Başı bəlaya girən eyni bəlaya uğrayan birisini gördükdə bu ona təsəlli 

olur və bir  növ ağrıları yüngülləşir. Allah  əzabda  ortaq  olanlar üçün belə 

bir  şeyin  də  olmayacağını  xəbər  verir  ki,  yoldaş  digər  yoldaşının 

əzabından  ən  yüngül  bir  rahatlıq  da  hiss  etməyəcəkdir.  Hər  nə  qədər 

dünyada  dərdli  (insanlar)  bir-birilərinə  təsəlli  olsalar  da  burada  belə 

deyildir.  «Siz  birlikdə  zülm  etdiyinizə  görə  əzaba  da  ortaqsınız».  (əz-



Zuxruf 36-39).  

49.  Günahlar  insanın  düşməni  üçün  bir  yardımdır.  Günahlar  düşmənə 

kömək  edir  ki,  özünə  qarşı  vuruşsun.  Allah  qulunu  ondan  ayrılmaz  bir 

düşmənlə  imtahana  çəkib.  İnsandan  bir  göz  qırpımı  belə  ayrılmayan 

düşmən. Elə bir düşmən ki, insan yatsa da yatmayan, insan ona qarşı qafil 

olsa  da,  ondan  qafil  olmayan,  tayfası  insanı  insanın  görməyəcəyi  yerdən 

görən və insana hər cür pisliyi, hiyləni etmək üçün bütün gücünü səfərbər 

edən,  insana  qarşı  həm  öz  cinsi  olan  insan  şeytanlardan,  həm  də  cin 

şeytanlardan  yardım  alan  bir  düşməndir.  Artıq  bu  düşmən  insan  üçün 

tələlər  və  hiylələr  qurmuşdur.  Bu  tələ  və  hiylələr  hər  cür  fəlakətləri 

gətirmişdir.  Bu  düşmən  yoldaşlarına  demişdir:  «Siz  baxın,  diqqət  yetirin 

bu  düşməninizə.  Atanızın  (İblisin)  düşməninə.  Onu  qaçırmayın.  Elə 

etməyin  ki,  onun  payı  Cənnət  olsun,  sizin  payınız  isə  Cəhənnəm,  onun 

payı  rəhmət,  sizin  payınız  isə  lənət  olsun.  Artıq  siz  bildiniz  ki,  bizim 

başımıza  gələn  bu  rüsvayçılıq,  lənət,  Allahın  rəhmətindən  uzaqlaşmaq 

onun  səbəbilədir.  Elə  isə  bu  bəlada  sizə  şərik  olsunlar  deyə  əlinizdən 



 

102 


gələni  edin.  Çünkü  onların  salehlərini  bunda  şərik  edə  bilmədiyim  izə 

görə Cənnətlik oldular.  

Artıq Allah bizə bildirmişdir ki, sizin ən qəddar düşməniniz şeytandır 

və  həmçinin  də  bizə  əmr  edib  ki,  ona  qarşı  hər  cür  hazırlığımızı  görək. 

Allah  insana  düşməninə  qarşı  əsgərlərlə  və  orduyla  yardım  etdiyi  kimi, 

düşməninə də insanlara qarşı əsgərlərlə və orduyla yardım etmişdir. Buna 

görə  də  bu  cihad  insanla  şeytan  arasında  ölənə  qədər  davam  edəcəkdir. 

Allah bunun üçün möminlərin canlarını və mallarını Cənnət müqabilində 

satın  almışdır.  «Allah  şübhəsiz  ki,  Allah  yolunda  vuruşub  öldürən  və 

öldürülən  möminlərin  canlarını  və  mallarını  Tövratda,  İncildə  və 

Quranda  haqq  olaraq  vəd  edilmiş  Cənnət  müqabilində  satın  almışdır. 

Allahdan  daha  çox  əhdə  vəfa  edən  kimdir?  Etdiyiniz  sövdəyə  görə 

sevinin. Bu ən böyük qurtuluş və uğurdur!».  (ət-Tövbə 111). Möminlər 

Allah  yolunda  vuruşaraq həm ölür, həm  də  öldürülürlər. Allah bunun ən 

şərəfli  kitabları  olan  Tövrat,  İncil  və  Quranda  güclü  bir  vədlə  vəd 

vermişdir.  Sonra  da  vədinə  Özündən  daha  sadiq  heç  bir  kimsənin 

olmadığını da xəbər vermişdir. Sonra onlara əmr etmişdir ki, bu ticarətlə 

sevinsinlər.  Kim  də  Allah  yolunda  vuruşmağın  dəyərini  bilmək  istəyirsə 

bunu  alana  baxsın.  Bunu  alan  da  Allahdır.  Allahın  bu  mala  verdiyi 

qiymətə baxsın  ki, bu  malın qiyməti Cənnətdir. Bu saziş  də  kimin  əli  ilə 

bağlandığına baxsın. Bu da Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 



 dir. 

Bundan  da  daha  böyük  bir  qazanc  və  bundan  daha  böyük  bir  ticarət  ola 

bilərmi?  «Ey  iman  gətirənlər!  Sizə  elə  bir  ticarət  göstərimmi  ki,  o  sizi 

şiddətli  əzabdan  xilas  etsin?  Allah  və  Onun  Peyğəmbərinə  iman 

gətirəsiniz. Allah yolunda malınız və canınızla vuruşarsınız. Bilsəniz bu 

sizə  nə  qədər  xeyirlidir.  (Əgər  belə  etsəniz)  O,  sizin  günahlarınızı 

bağışlayar  və  sizi  (ağacları)  altından  çaylar  axan  Cənnətlərə  Ədn 

Cənnətindəki  gözəl  saraylara  daxil  edər.  Bu  ən  böyük  qurtuluş  və 

uğurdur. (Sizi hələ) sevdiyiniz başqa bir nemət də 



 Allah dərgahından 



kömək və yaxın qələbə gözləyir. Möminlərə müjdə ver». (əs-Səff 10-13).  

Allahın yaratdıqları arasında ən çox sevdiyi mömin quluna bu düşməni 

yollaması  sadəcə  cihadın  Allah  qatında  ən  çox  sevilən  əməl  olması, 

mucahidlərin  Onun  qatında  məxluqatın  ən  yüksək  dərəcələri  olmaları  və 

Ona ən yaxın kişilər olmasına görədir. Allah bu döyüş bayrağını qullarını 

qurtarmaq  üçün  qaldırmışdı.  İnsanda  şeytana  qarşı  vuruşan  qəlbdir. 

Təqva,  ixlas,  təvəkkülün  yeri  qəlbdir.  Bu  döyüşü  Allah  insana  tapşırmış 

və  onu  yanından  heç  ayrılmayan  mələklərdən  ibarət  olan  ordularla 

dəstəkləmişdir. «İnsan üçün onu öndən və arxadan təqib edən mələklər 

vardır. Onlar insanı Allahın əmri ilə qoruyurlar». (ər-Rəd 11).  



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə