2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə50/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   46   47   48   49   50   51   52   53   ...   238

 

99 


zamindir?». (Nun 39-40). Şair deyir ki: «Ey etdiyi günahlarla arxayınçılıq 

içində  olan  kimsə,  yoxsa  sənə  imzalanmış  bir  vəd  mi  verilmişdi? 

Arxayınçılığı və havanı bir yerdə cəm etdin. Halbuki bunlardan biri insanı 

həlak  edər.  Yaxşılar  qorxu  yollarında  yeridilər.  Sən  isə  heç  bu  yollara 

girmədin. Ağılsızlığından əkin zamanı heç toxum əkmədin. İnsanlar yığım 

zamanı  sən  nə  yığacaqsan?  Əlində  tutduğun  yaxında  tərk  edəcəyin 

həyatdır,  əbədi  olan  həyatı  isə  tərk  etdin.  Allah  xatirinə  itirən  kimdir, 

Sənmi?».  



48.  Günahlar  qəlbi  kor  edir  və  onun  bəsirətini  zəiflədir.  Əgər  onun 

qəlbi zəifləyərsə artıq o, kimsə hidayət yolunu bilməyi və həmçinin də bu 

hidayəti öz nəfsində tətbiq etmək qüvvəsini itirər. Həmçinin başqasında da 

bunu  həyata keçirə bilməz. Çünkü insanın  kamilliyi  iki əsas üzərindədir. 

1) Haqqı batildən ayırd etmək. 2) Haqqı batildən üstün tutmaq. Dünya və 

axirətdə  insanların  Allah  qatında  dərəcələrinin  müxtəlif  olması  da  bu  iki 

şeyin  müxtəlifliyinə  görədir.  Bu  iki  şeyə  görə  Allah  öz  Peyğəmbərlərini 

tərif  etmişdir.  «Bəsirət  və  qüvvət  sahibi  olan  bəndələrimiz  İbrahimi, 



İshaqı və Yəqubu da yad et! Biz axirət yurdunu anmaq xislətini onlara 

məxsus  elədik».  (Sad  45-46).  Ayədə  keçən  Əydi  -  haqqı  kamil  surətdə 

dərk edən və yerinə yetirən, Əbsar 

 isə  dindəki bəsirətdir. Beləcə  Allah 



onları haqqı kamil surətdə dərk edən və yerinə yetirən kimi vəsf etmişdir. 

Bu məqamda insanlar dörd qismə ayrılırlar: 1. Haqqı bilib və onu həyata 

keçirməkdə  gücləri  olan  kimsələr  ən  şərəfli  insanlar  sayılır.  2.  Bunlar 

birinci  qismin  tam  əksidir.  Onların  dində  nə  bəsirəti  vardır,  nə  də  haqqı 

yerinə  yetirmək  gücləri.  Bunlar  insanların  çox  hissəsini  təşkil  edərlər. 

Onları  görmək  bir  maneçilik,  qəlbləri  xəstələndirir,  yurdları  daraldır, 

qiymətləri  qaldırırlar  və  onlarla  söhbətdən  insana  yalnız  ar  və  biabır-

çılıqdan  başqa  bir  şey  qazandırmaz.  3.  Bunlar  bəsirəti  olan  və  hidayəti 

bilən  kimsələrdir. Lakin  haqqı tətbiq  etmək  və  ona çağırmaqda zəif  olan 

qüvvətsiz  kimsələrdir.  Bu  da  zəif  möminin  halıdır.  Güclü  mömin  isə 

ondan  daha  xeyirli  və  Allaha  sevimlidir.  4.  Onların  gücü  və  himməsi 

vardır. Lakin dində olan bəsirəti zəifdir. Onlar Allah dostları ilə şeytanın 

dotlarını bir-birindən ayıra bilməzlər. Əksinə hər bir qaraltını xurma, hər 

bir bəyazı isə yağ hesab edir və hər bir mənfəətli dərmanı da zəhər hesab 

edirlər.  Bu  siniflərdən  dində  imamlığa  yararlı  yalnız  birinci  qism 

olanlardır.  «Səbr  etdikləri  və  ayələrimizə  ürəkdən  inandıqları  üçün  Biz 



onlardan  əmrimizlə  (insanlara)  haqq  yolu  göstərən  rəhbərlər  təyin 

etmişdik».  (əs-Səcdə  24).  Dində  imamlıq  yalnız  səbr  və  yəqinliklə  əldə 

edilir.  Allah  xüsrana  düşənlərin  içindən  onları  istisna  etmişdir.  Bütün 

insanlar  uduzmaqdadırlar  bu  kimsələrdən  başqa.  «And  olsun  axşam 



 

100 


çağına ki, insan ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, 

bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!». 

(əl-Əsr 1-3).  

İnsanlar  haqqı  bilib  haqq  üzərində  səbr  etmələri  yetərli  deyildir  bir-

birilərinə  səbri  tövsiyə  etmədikcə,  bir-birilərini  haqqa  təşviq  etmədikcə 

ziyandan qurtulmayacaqlarını bildirmişdir.  

Başa  salındığı  kimi  güc  və  bəsirət  sahibi  olanlardan  başqa  hər  kəs 

ziyana  uğrayanlardandır.  Məlumdur  ki,  günahlar  və  üsyanlar  qəlbin 

bəsirətini  kor  edir.  Qəlb  kor  olduqda  isə  haqqı  olduğu  kimi  dərk  edib 

qavraya bilməz. Onun gücü və qüvvəsi zəiflədiyinə görə haqqa qarşı səbr 

də  göstərməz.  Günahlar  qəlbdə  elə  duyğular  yaradır  ki,  onun  idrakına 

(ağlına) təsir etdiyi kimi yaşamasına da təsir edir. Artıq belə bir qəlb haqqı 

batil,  batili  isə  haqq,  yaxşını  pis,  pisi  isə  yaxşı  kimi  tanıyıb  qəbul  edər. 

Atrıq  belə  bir  qəlbin  gedişatı  tərsinə  dönər.  Artıq  Allaha, axirət  diyarına 

olan  səfərindən  batil  nəfslərin  yerləşdiyi  yerə  səfər  edər.  O,  nəfslər  ki, 

dünya həyatı ilə razı qalmış, onunla arxayınçılıq tapmış, Allahın ayələrinə 

qafil  qalmış  və  Allah  ilə  görüşməyə  hazırlığı  tərk  etmişlər.  Əgər 

günahların  bundan  başqa  bir  cəzası  olmasaydı  insanın  günahları  tərk 

etməsinə bu kifayət edərdi. Kömək istənilən Allahdır.  

İtaət  qəlbi  nurlandırır,  təmizləyir,  gücləndirir  və  sabitləşdirir.  Hətta 

açıq,  saf,  nur  kimi  parlayan  güzgü  kimi  olur.  Şeytan  belə  bir  qəlbə 

yaxınlaşdıqda nuru onu vurur. Necə ki, qalxan şeytanları ulduzlar vurduğu 

kimi. Şeytan bu qəlbdən qurdun aslandan qorxduğundan daha çox qorxar. 

Hətta  belə  bir  qəlbin  sahibi  şeytanı  üzü  qoylu  yerə  səriləcək  şəkildə  elə 

vurur  ki,  şeytanlar  yerə  yıxılan  bu  şeytanın  başına  toplanaraq:  «Buna  nə 

olmuşdur?» deyə soruşduqda: «Bunu bir insan vurmuşdur» deyərlər. Şair 

deyir: «Nə qəribədir hur ilə nurun baxışı, nuru ilə yandıracaq şeytanı».  

Belə  bir  qəlb  ilə  hər  tərəfi  zülmət  içində  olan,  şeytanın  vətəni,  özünə 

məskən saydığı bir qəlb eyni ola bilərmi. O, qəlb ki, şeytan artıq oranı öz 

vətəni etmişdir. Belə bir qəlb hər səhərə çıxdıqda şeytan: «Nə dünyada, nə 

də  axirətdə  ayrılmayan  yoldaşa  canım  qurban»  deyər.  Şair  deyir: 

«Dunyadan  sonra  həşirdə  yoldaşınam  sənin,  sən  hər  yerdə  yoldaşımsan 

mənim.  Əgər  bədbəxtlik  yurdundayamsa  mən,  birlikdə  zillət  içindəyik». 

«Hər  kəs  Rəhmanın  zikrindən  boyun  qaçırsa  Biz  ona  şeytanı  urcah 

edərik  və  o  şeytanın  yaxın  dostu  olar.  Şeytanlar  onları  doğru  yoldan 

çıxardar,  onlar  isə  özlərinin  haqq  yolda  olduqlarını  güman  edərlər. 

Nəhayət  o,  hüzurumuza  gəldikdə  belə  deyər:  Kaş  ki,  mənimlə  sənin 

aranda  şərqlə  qərb  arasındakı  məsafə  qədər  uzaqlıq olaydı. Sən  nə  pis 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə