2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə46/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   42   43   44   45   46   47   48   49   ...   238

 

91 


sonra  sizə  necə  yaraşır  ki,  Məni  buraxaraq  onu  və  zürriyətini  dost 

tutasınız?  Mənə  üsyanda  ona  itaət  edəsiniz?  O,  sizin  ən  qəddar 

düşməninizdir.  Siz  Mənim  düşmənimi  dost  tutdunuz.  Artıq  Mən  sizə 

onunla  düşmənçilik  etməyi  əmr  etmişdim.  Əgər  bir  insan  Padşahın 

düşmənini özünə dost tutarsa artıq o, insan ilə düşmən padşahın gözündə 

eyni olar. Padşahın düşmənini dost tutduğuna görə. Məhəbbət və itaət nə 

vaxt  tamamlanır?  Nə  vaxt  ki,  insan  itaət  etdiyinin  düşmənlərini  düşmən 

tutar, sevdiklərini də sevər. Amma sən Padşahın düşmənlərini dost tutasan 

və sonra da iddia edəsən ki, mən padşahı sevirəm. Bu qeyri mümkündür. 

Hətta  bu  padşahın  düşməni  sizə  düşmən  olmadığı  halda.  O,  ki  qaldı 

şeytana o, həm sizin, həm də Allahın düşmənidir. Ağıllıya necə yaraşar ki, 

öz düşmənini və Allahın düşmənini dost tutsun. O, Allah ki, ondan başqa 

Rəbb yoxdur. Şeytan həm Rəbbimizin, həm də bizim düşmənimiz olduğu 

üçün  bizdən  tələb  olunur  ki,  biz  də  onu  özümüzə  düşmən  tutaq.  (Allah) 

Mən  İblisi  düşmən  tutdum.  Nəyə  görə?  Çünki  o,  mələklərlə  birlikdə 

Atanıza səcdə etmədi. Mənim onu düşmən tutmağım sizə görə idi. Sonra 

bu düşmənçiliyin aqibəti nə oldu? Sizlər onunla saziş bağladınız.  

44.  Günahlar  din  və  dünyanın  bərəkətini  silər.  Həmçinin  də  ömrün, 

ruzinin,  əməlin,  elmin  və  itaətin  bərəkətini  də  silər.  Ümumilikdə  isə  o, 

dinin  və  dünyanın bərəkətini silir. Görürsən ki,  Allaha asi olan  kimsənin 

nə  dinin  də,  nə  dünyasında,  nə  də  ömründə  bərəkət  vardır.  Yer  üzündən 

bərəkətin qaçmasına səbəb yalnız insanların günahlarının səbəbidir. «Əgər 

o, məmləkətin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz 

ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq. Lakin onlar 

(öz  Peyğəmbərlərini)  yalançı  hesab  etdilər.  Biz  də  onları  qazandıqları 

günahlara görə məhv etdik».  (əl-Əraf 96). «Əgər onlar o, yolda doğru-

düzgün  olub  sabit  qalsaydılar,  Biz  onlara  bol  yağış  verərdik  ki,  onları 

bununla  imtahana  çəkək.  Kim  öz  Rəbbini  yad  etməkdən  üz  çevirsə, 

Allah onu məşəqqətli bir əzaba düçar edər». (əl-Cinn 16-17). Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  «Kişi  etdiyi  günahı  üzündən 

ruzisindən  məhrum  qalır»

207

.  Peyğəmbər 





  sallallahu  aleyhi  və  səlləm 



 

buyurdu:  «Ruhul  Qudus  qəlbimə,  heç  bir  nəfsin  ruzisi  tamamlanmadan 

ölməz»  deyə  üflədi

208

.  O,  halda  Allahdan  qorxun  və  halal  yolla  əldə 



etməyə çalışın.  Allah sevinc  və rahatlığı  qədərə rıza və inamda, hüzn  və 

kədəri  isə  şəkk  və  şübhədə  qoymuşdur.  Bundan  əvvəl  İmam  Əhməd 

«Zuhd»  kitabında  rəvayət  edir:  «Mən  Allaham!  Razı  qalsam  bərəkət 

                                                        

207

 Əhməd 5/277, Tirmizi 2/20, İbn Məcə 4042.  



208

 Buxari 14/302, Beyhəqi 5/264, Əbu Nuaym 3/156, 7/158, Bəğavi «Şərhus Sunnə» 14/204 




 

92 


verirəm.  Bərəkətimin  isə  sonu  yoxdur.  Qəzəb  etsəm  lənət  ediərəm. 

Lənətim isə yeddinci nəsilə qədər çatar».  

Ruzinin  və əməlin  genişliyi onun çoxluğu ilə  deyildir və  həmçinin  də 

ömrün də uzunluğu ayların, illərin çoxluğu ilə deyildir. Bunların genişliyi 

onda olan bərəkətlədir. Allahdan üz döndərərək başqası ilə məşğul olanın 

həyatı  yoxdur.  Əksinə  heyvanların  həyatı  onun  həyatından  daha  da 

xeyirlidir.  İnsanın  həyatı  onun  qəlbinin  və  ruhunun  həyatıdir.  Qəlbin 

həyatı  isə?  Onu  yaradana  ibadətlə,  Onu  sevməklə,  Ona  qayıtmaqla,  Ona 

tövbə  etməklə,  Ona  zikr  etməklə  rahatlaşmaqdadır.  Əgər  bir  kimsə  bu 

həyatı  itirərsə artıq bütün xeyiri  itirmişdir. Hətta onun əvəzinə  dünyadan 

hər  bir  şey  verilsədə  onun  yerini  verməz.  Hətta  bütün  dünya  bütövlükdə 

bu həyatın yerini vermir. Çünkü insanın itirdiyi hər bir şeyin əvəzi vardır. 

Lakin  insan  Rəbbini  itirərsə  onun  əvəzi  yoxdur.  Möhtac,  fəqir  möhtacsız 

olanla, ölü diri ilə, aciz qadir ilə, məxluq da Xaliq ilə necə eyni ola bilər?  

Allaha  asi  olmaq  ruzinin  və  ömrün  bərəkətinin  silinməsinə  səbəbdir. 

Çünki günahkarların üzərində şeytan  müvəkkəldir. Hökmüranlığı onların 

üzərindədir. Allah onu günaha və günahkarlara həvalə etmişdir. Bu üzdən 

də  şeytanla  əlaqəli  və  onunla  birlikdə  olan  hər  şeyin  bərəkəti  qaldırıl-

mışdır. Buna görə də insan yediyi, içdiyi, miniyə mindiyi, yaxınlıq etdiyi 

zaman  Allahı  zikr  edərək  -  Bismilləh  -  deməsi  əmr  edilmişdir.  Çünki 

Allahın  adı  zikr  olunduğu  zaman  şeytan  qaçar  və  bununla  bərəkət  hasil 

olar. O, şey ki, Allah üçün deyildir onun bərəkəti çıxarılmışdır. Çünki tək 

bərəkət  verən  Allahdır.  Allaha  nisbət  edilən  hər  bir  şey  bərəkətlidir. 

Kəlamı  mubarək,  Rəsulu  mubarək,  mömin  qulu  mubarək,  Beyti  Haramı 

mubarək  və  kitabında  altı  ayədə  bərəkətlə  zikr  etdiyi  Şam  torpaqları  da 

mubarəkdir. Elə isə bərəkətli olan sadəcə Odur, sadəcə Ona nisbət edilən 

bərəkətlidir. Yəni Onun sevgisi, qulluğu, rızası bərəkətlidir. Kainat Onun 

Rububiyyətinə  və  yaratmasına  mənsubdur.  Ondan  uzaq  olan  sözlərdə  və 

əməllərdə heç bir bərəkət və heç bir xeyir olmaz. Ona yaxın olan hər bir 

şey isə yaxınlığına görə bərəkətlidir.  

Bərəkətin  də  əksi  lənətdir.  O  şey  ki,  Allaha  yaxındır  onun  bərəkəti 

vardır,  o  şey  ki,  Allahdan  uzaqdır  ondan  bərəkət  götrülmüşdür.  Allahın 

lənət  etdiyi  yer,  insan,  əməl  bunlar  bərəkətdən  və  xeyirdən  uzaq  olan 

şeylərdir. Bunlarla bağlı olan hər bir şeydə də bərəkət yoxdur. Artıq Allah, 

İblisi  lənətləmişdir  və  yaradılanlar  içərisində  də  Özündən  ən  uzaq  etdiyi 

də  odur.  Ona  görə  də  ona  yaxın  olan  hər  şey  ona  yaxınlığı  və  onunla 

əlaqəsənə  görə  lənətlidir.  Buna  görə  də  elmin,  ruzinin  və  ömrün 

bərəkətinin silinməsində günahların böyük təsiri vardır. O, vaxt ki, Allaha 

üsyan  edilir  malla,  bədənlə,  elmlə  və  s.  şeylərlə  bu  əməllər  sahibinin 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə