2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə42/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   38   39   40   41   42   43   44   45   ...   238

 

83 


ona qarşı da dəyişdirilir. Bu da ona  müvafiq cəzalardır. Rabbi bəndəsinə 

əsla zülm edən deyildir. Əgər insan günahlarını itaətlə dəyişərsə Allah da 

ona olan cəzanı afiyətlə, zəlilliyi izzətlə dəyişər. «Hər hansı bir tayfa öz 

tövrünü (halını) dəyişmədikcə Allah da onun tövrünü (halını) dəyişməz. 

Əgər Allah hər hansı bir qövmə bir pislik yetirmək istəsə, onun qarşısı 

heç  cür  alına  bilməz  və  Allahdan  başqa  onların  heç  bir  hamisi  də 

olmaz».  (ər-Rəd  11).  Əgər  Allah  bir  qövmə  pislik  istəyərsə  onu  geri 

qaytaran olmaz. Bəzi rəvayətlərdə Allahın belə buyurduğu rəvayət edilir: 

«İzzətimə və Cəlalıma and olsun ki, qullarımdan biri sevdiyim bir haldan 

xoşlamadığım  bir  hala  keçərsə  mutləq  Mən  də  onunla  olan  müamələdə 

sevdiyi  haldan  xoşlamadığı  hala  keçərəm.  Qullarımdan  hər  hansı  biri  də 

xoşlamadığım  bir  haldan  sevdiyim  bir  hala  keçərsə  mütləq  Məndə  onun 

xoşlamadığı  haldan  sevdiyi  bir  hala  keçərəm».  Şair  deyir:  «Əgər  sən 

nemət  içində  olsan  onları  qoru,  çünkü  günahlar  yox  edir  neməti. 

Aləmlərin  Rəbbinə  itaətlə  nemətləri  qoru,  çünkü  sürətlidir  Rəbbinin 

əzabları.  Bacardığın  qədər  sən  zülmdən  uzaq  ol.  İnsanlara  zülm  etmək 

olduqca  pisdir.  Sən  öz  qəlbinlə  insanlar  arasında  seyr  et.  Sən  zülm 

edənlərin  halını  görəcəksən.  Görəcəksən  ki,  onların  məskənləri  onların 

özlərinə  şahiddir.  Onlara  zülmlərindən  daha  zərərli  bir  şey  olmamışdır. 

Onların  bellərini  qıran  da  elə  bu  olmuşdur.  Neçə  baxçalar,  neçə  saraylar 

tərk  etdilər,  Daha  başqa  əzablar  da  bürüdü  onları.  Cəhənnəmə  girdilər, 

Cənnəti qaçırdılar, əllərində qalan isə bir xülya oldu!».  



34. Günahlar sahibinin qəlbinə qorxu və dəhşət salar. Allah asi insanın 

qəlbinə  qorxu salır və sən  onu daima  qorxu içində  olan görərsən. Allaha 

itaət etmək üçün qalaya girəni dünya və axirət cəzalarından qoruduğu ən 

böyük  qalalarındandır.  Kim  bu  qalaya  daxil  olarsa  dünya  və  axirət 

cəzalarından  əmin-amanlıqda  olar.  Kim  də  o  qaladan  çıxarsa  onu  hər 

tərəfdən qorxu bürüyər. Əgər bir insan Allaha itaət edərsə bütün qorxular 

onun  barəsində  əmin-amanlığa  çevrilər.  Əgər  bir  insan  Allaha  asi  olarsa 

onun əminliyi qorxuya çevrilər. Üsyankarın qəlbi sanki  quşun  iki  qanadı 

arasındadır.  Hər  bir  ayaq  səsini:  «Onu  həlak  etməyə  gəlirlər»  deyə  zənn 

edər. Külək qapını açarsa: «Ardımca gəliblər» deyər. Hər bir səsi özünün 

əleyhinə zənn edər. Hər bir şeyin ona tərəf yönəldiyini zənn edər. Əgər bir 

kəs  Allahdan  qorxmazsa  Allah  onu  hər  bir  şeydən  qorxudar.  Şair  deyir: 

«Kim  Allahdan  qorxarsa  Allah  onu  hər  şeydən  arxayın  edər,  Allahdan 

qorxmayanı  isə  Allah  hər  şeydən  qorxudar.  Allah  yaratdıqları  arasında 

belə hökm etdi: Qorxu ilə günahlar bərabərdir daima!».  

35. Günahlar insanın qəlbində sıxıntı, tənhalıq yaradır. Günahkar insan 

öz nəfsində sıxılır. Günahkarın daima özünü tənha hiss etdiyini görərsən. 




 

84 


Bu  soyuqluq  və  tənhalıq  həm  Rəbbi  ilə  özü,  həm  də  özü  ilə  insanlar 

arasında olur. Nə qədər günahlar çoxalarsa sıxıntı, tənhalıq da çoxalar. Ən 

acı  yaşayış  da  bu  sıxıntı  içində  olan  kimsənin  yaşayışıdır.  Ən  gözəl 

yaşayış  isə  insanlarla  ünsiyyətdə  olan  kimsənin  yaşayışıdır.  Əgər  ağıllı 

insan  günahların  törətdiyi  bu  zərərlər  -  qorxu  və  tənhalıq  haqqında 

düşünsə  halının  nə  qədər  pis  olduğunu  bilər.  Belə  ki,  o  kimsə  itaətin 

əminliyini,  şirinliyini  günahların  sıxıntısı  və  tənhalığı  ilə  dəyişərək  satın 

almışdır. Əgər  günahlar səndə sıxıntı  yaradarsa sən bu günahları tərk  et! 

Əgər rahat yaşamaq istəyirsənsə. İtaət insanı Allaha yaxınlaşdırır. İnsanın 

yaxınlığı  nə  qədər  güclənərsə  bir  o  qədər  də  onun  ünsiyyəti  güclənər. 

Ünsiyyət sıxıntının əksidir. İnsan təklikdə darıxdığı kimi  insanlar arasına 

çıxdığı zaman ünsiyyət tapır. Günah isə Allahdan uzaq olmağı vacib edir. 

Uzaqlaşma  nə  qədər  güclənərsə  bir  o  qədər  də  onun  sıxıntısı,  darıxması 

güclənər. Buna görə də qul ilə düşməni arasında nə qədər uzaqlıq olsa da 

soyuqluq  və  tənhalıq  hiss  edər.  Lakin  sevdiyi  kimsə  ilə  arasında  hər  nə 

qədər uzaqlıq olsa da güclü bir yaxınlıq və ünsiyyət hiss edər. Tənhalığın 

və  soyuqluğun  səbəbi  arada  olan  pərdədir.  Pərdə  qalınlaşdıqca  soyuqluq 

da  artar.  Qəflətdə  olmaq  soyuqluğun  səbəbidir.  Qəflət  sıxıntısından  da 

daha güclü olan günahdan yaranan sıxıntıdır. Bundan da daha şiddətli olan 

isə şirk və küfr sıxıntısıdır. Bunları edən bir kimsədə etdiyi an soyuqluğun 

və tənhalığın olduğunu hiss edə bilərsən. Artıq belə bir sıxıntı və tənhalıq 

onun  üzünə,  qəlbinə  hakim  olmuşdur.  Belə  olduqda  artıq  sıxıntı  və 

tənhalıq onda hiss edilir bir hal alır. Özü darıxdığı kimi başqaları da ondan 

darıxarlar.  



36.  Günahlar  qəlbi  xəstələndirir  və  istiqamətini  düz  yoldan  çıxardır. 

Günahlar qəlbi azmağa və xəstəliklərə yönəldir. Görürsən ki, xəstə olaraq 

qalır, lakin ona yararlı olan qidalarla faydalanmır. Çünki günahların qəlbə 

olan təsiri xəstəliyin bədənə olan təsiri kimidir. Bilavasitə günahlar qəlbin 

xəstəliyi  və  dərdidir.  Bu  dərdlərdən  qurtulmanın  bir  tək  çarəsi  isə 

günahları tərk etməkdir.  

Qəlblər  Allaha  qovuşmasa  öz  arzusuna  çatmaz,  həmçinin  sağlam  və 

salamat  da  olmaz  öz  mövlasına  çatmasa.  O  qəlb  də  sağlam  olmaz  əgər 

onun  xəstəliyi  dərmanına  çevrilməzsə.  Bunun  da  sağalması  yalnız 

sahibinin  öz  nəfsi  istədiyinə,  havasına  qarşı  çıxmasıdır.  Nəfsin  havası 

xəstəliyin  özüdür.  Bunun  da  şəfası  ona  müxalif  olmaqdır.  Əgər  xəstəlik 

qəlbdə  möhkəmlənərsə  qəlbi  öldürər  və  ya  ölümə  yaxınlaşdırar.  Kim 

nəfsin  istədiyini  inkar  edərsə  onun  yeri  Cənnətdir.  Eyni  şəkildə  bu 

dünyada  da  Cənnətdədir.  «Amma  kim  Rəbbinin  hüzurunda  durmaqdan 



qorxmuş  və  nəfsinə  istəyini,  şəhvəti  qadağan  etmişsə  həqiqətən  onun 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə