2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə39/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   35   36   37   38   39   40   41   42   ...   238

 

77 


həya  etməz.  Əgər  bir  kimsə  utanmayaraq  günah  edərsə  Allah  da  onu 

cəzalandırmaqda utanmaz.  



29. Günahlar qəlbdə  Allaha olan təzimi zəiflədir. Günah edən insanda 

Allaha təzim, hörmət zəifləyir. Bunu istəsə də, istəməsə də. Əgər insanın 

qəlbində Allaha təzim olsaydı o, heç vaxt günahlara cürət etməzdi. Bəzən 

aldananlar  və  qürurlu  insanlar  deyirlər  ki:  «Məni  günaha  vadar  edən 

Allaha  olan  gözəl  zənnim  və  Allahın  bağışlamasına  olan  ümidimdir. 

Yoxsa  mənim  Ona  olan  təzimin  azlığından  deyildir».  Bəziləri  də  qeyd 

edirlər  ki,  nə istəyirsənsə  et, sonra  Əstəğfirullah desən bütün  günahların 

bağışlanacaqdır. Bəzi fəqihlərdən biri mənə demişdir ki: «Mən istədiyimi 

edirəm və sonra da Subhənəllahi Və Bihəmdihi duasını 100 dəfə deyirəm 

və  mənim  günahlarım  dənizin  köpükləri  qədər  olsa  da  belə  bağışlanır». 

Rəsulullah 



 sallallahu aleyhi və səlləm - buyurdu: «Kim gündə yüz dəfə 



Subhənəllahi  Və  Bihəmdihi  –  duasını  deyərsə  günahları  dəniz  köpüyü 

qədər  olsada  belə  silinər»

198

.  Məkkə  əhlindən  biri  isə  deyir  ki:  «Bizdən 



biri  istədiyini  etdikdən  sonra  yuyunur  və  Kəbəni  təvaf  edir.  Bununla  da 

onun  günahları  bağışlanır».  Əbu  Hureyrə 



  radıyallahu  anhu 

  rəvayət 



edir  ki,  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  Uca  və  Böyük  olan 



Rəbbindən  belə  buyurdu:  «Allahın  qullarından  biri  günah  edib  sonra  da: 

«Allahım!  Mən  günah  etdim,  günahımı  bağışla!»  dedi.  Pak  və  Uca  olan 

Allah: «Qulum günah etdi! Günahı bağışlayan (məğfirət edən) və günaha 

görə  cəzalandıran  bir  Rəbbi  olduğunu  bildiyi  halda!  Mən  öz  qulumu 

bağışladım!» deyə buyurdu. Sonra o, qul (günah etmədən) Allahın dilədiyi 

bir  müddət  qədər  yaşayır.  Sonra  yenə  də  günah  edərək:  «Allahım!  Mən 

günah  etdim,  günahımı  bağışla!»  dedi.  Pak  və  Uca  olan  Allah:  «Qulum 

günah  etdi!  Günahı  bağışlayan  (məğfirət  edən)  və  günaha  görə 

cəzalandıran  bir  Rəbbi  olduğunu  bildiyi  halda!  Mən  öz  qulumu 

bağışladım!» deyə buyurdu. Sonra o qul (günah etmədən) Allahın dilədiyi 

bir  müddətə  qədər yaşayır. Sonra yenə  də  günah  edərək:  «Allahım! Mən 

günah  etdim,  günahımı  bağışla!»  dedi.  Pak  və  Uca  olan  Allah:  «Qulum 

günah  etdi!  Günahı  bağışlayan  (məğfirət  edən)  və  günaha  görə 

cəzalandıran  bir  Rəbbi  olduğunu  bildiyi  halda!».  Üç  dəfə:  «Mən  öz 

qulumu  bağışladım!  Artıq  istədiyini  edə  bilər

199


«  deyə  buyurdu

200


.  Bu 

hədisi dəlil gətirərək deyirlər ki, biz də şəkk  etmirik ki, bizim bağışlayan 

Rəbbimiz vardır. Bu növ insanlar Rəca – ümüd verən dəlillərdən tuturlar. 

                                                        

198

 Buxari 7/168, Müslim 4/2071.  



199

  Bu  kəlmələr  heç  də  onu  açıqlamır  ki,  insan  istədiyini  edə  bilər.  Xeyr!  Bu  kəlmələr  bizə  onu 

açıqlayır ki, insan günah etdikdən sonra dərhal tövbə edərsə Allah onu bağışlayar.  

200


 Buxari 7507, Müslim 2758. 


 

78 


Bu  naslardan  iki  əlləri  ilə  yapışırlar.  Əgər  sən  bu  günahlara  görə  onu 

danlasan  Rəca  ilə  bağlı  bütün  ayə  və  hədisləri  sənə  gətirərlər.  Bu  növ 

cahillərin bu haqda qəribə dəlilləri də vardır. Onlardan biri deyir: «İnsanın 

günah  etməsi  Allahın  bağışlamağını  və  əffinin  genişliyini  bilməsidir». 

Digəri: «Günahları tərk etmək Allahın məğfirətinə qarşı cürət etməkdir və 

Allahın  məğfirətini  kiçik  görməkdir». İbn Həzm 



  rahmətullahi  aleyhi 



 

deyir ki, mən bunlardan birini dua edərkən gördüm: «Allahım! Mən sənə 

günaha  düşməməkdən  sığınıram».  Bu  Allahın  əzəmətinin  qəlbimdə 

zəifləməsi deyildir. Bu kimsə özünü çaşqınlığa salandır. İnsanın qəlbində 

olan  Allahı  təzim  etməsi  ondan  Allahın  qadağalarından  çəkinməyi  tələb 

edir.  Günahlara  cürətlə  gedənlər  Allahı  haqqı  ilə  tanımamış  və  haqqı  ilə 

qiymətləndirməmişlər. Allahın  əmr və qadağası  ona asan gələn  kimsənin 

Allahı haqqı  ilə təqdir  etməsi, təzim  etməsi, ucaltması necə  mümkün ola 

bilər?  Bu  son  dərəcə  imkansız  və  açıq  bir  xüsrandır.  Günahkara  cəza 

olaraq  qəlbində  Allaha,  haramlarına  təzimin  silinməsi  və  Onun  haqqını 

bəsit görməsi cəza olaraq ona kifayətdir.  

Cəzalardan  biri  də  Allah  insanların  qəlbindən  günah  edən  kimsənin 

qəlbindən ehtiram olan heybətini qaldırmasıdır. Onların gözündə o, insan 

alçalır.  İnsanlar  onu  aşağı  sayırlar.  Allahın  əmrləri  onun  üçün  aşağı 

olduğu  kimi,  onlara  əhəmiyyət  verməyib  kiçiltdiyi  kimi  insanlar  da  onu 

alçaldarlar.  Qul  Allahı  nə  qədər  sevərsə  bir  o  qədər  də  insanlar  onu 

sevərlər.  Qul  Allahdan  nə  qədər  qorxarsa  bir  o  qədər  insanlar  da  ondan 

qorxarlar. Qul Allaha və Onun  əmirlərinə  nə qədər təzim  edərsə insanlar 

da  bir  o  qədər  ona  təzim  edərlər.  Bir  qul  ki,  Allahın  qadağalarını  aşırsa 

necə  insanlardan  özünə  qarşı  hörmətli  olmalarını  uma  bilər?  Və  ya  o 

Allaha üsyanı xəfif bir şey sayırsa insanlar onu necə xəfif görməsinlər?  

Allah Kitabında günahların cəzalarını söyləyərkən buna işarə etmişdir. 

Qazandıqları  günahlar  sayəsində  Allah  işlərini  alt-üst  etmiş,  qəlblərini 

möhürləmiş,  Allahı  unutduqları  kimi  Allah  da  onları  unutmuş,  Allahın 

dinini  alçaltdıqları  üçün  Allah  da  onları  alçaltmış,  Allahın  əmrlərini  zay 

etdikləri  üçün  Allah  da  onları  zay  etmişdir.  Buna  görə  də  bütün  yaradıl-

mışların  Ona  səcdə  etdiklərini  bildirdikdən  sonra:  «Allahın  alçaltdığı 



kimsəni heç kəs yüksəldə bilməz. Həqiqətən Allah dilədiyini edər».  (əl-

Həcc  18).  Çünkü  onlar  Allaha  səcdə  etməyi  özlərinə  sığışdırmadıqları 

üçün  Allah  da  onları  alçaltmışdır.  Artıq  Allahın  alçaltdığını  kimsə 

ucaltmaz.  Allahın  alçaltdığını  kim  ucalda  bilər?  Allahın  ucaltdığını  kim 

alçalda bilər?  



30.  Günahlar  Allahın  öz  qulunu  unutmasına  və  onu  tərk  etməsinə 

səbəbdir.  Allah  o  insanı  öz  nəfsi  və  şeytanı  ilə  buraxır.  Bu  da  ən  böyük 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə