2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə40/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   36   37   38   39   40   41   42   43   ...   238

 

79 


həlakdır  ki,  ondan  da  qurtulmaq  umulmur.  «Ey  iman  gətirənlər! 

Allahdan  qorxun!  Hər  kəs  sabah  üçün  nə  etdiyinə  nəzər  salsın. 

Allahdan  qorxun.  Həqiqətən  Allah  etdiklərinizdən  xəbərdardır.  Allahı 

unutduqları  üçün  Allahın  da  onları  özlərinə  unutdurduğu  kimsələrə 

bənzəməyin! Onlar fasiqlərdir». (əl-Həşr 18-19). Bu ayədə Allah təqvalı 

olmağı  əmr  edir  və  həmçinin  də  mömin  bəndələrini  Allahı  unudanlara 

oxşamaqdan  çəkindirir.  Onlar  Allahı,  təqvanı  tərk  etdikləri  üçün 

unuduldular.  Allah  xəbər  verir  ki,  təqvanı  kim  tərk  etmişsə  Allah  onu 

özünü unutdurmaqla cəzalandırar. Allah o insana öz xeyirlərini unutdurar. 

Artıq  o,  kimsə  öz  xeyirlərini  bilməz.  Özünü  əzabdan  qurtaran  səbəbləri 

bilməz,  əbədi  həyatı  vacib  edən  səbəbləri  bilməz.  Allahın  əzəmətini, 

qorxusunu,  Allahın  əmrlərini  yerinə  yetirməyi  unutduğuna  görə.  Artıq 

Allah onun qəlbini Özünü zikr etməyə bağlamışdır. O insan öz havasına, 

istəyinə uymuşdur. Hər bir işi ifratdır. Artıq onun bütün  dünya və axirət 

xeyirləri  bağlanmışdır.  O  insan  əbədi  səadətə  qarşı  səhlənkarlıq 

göstərdiyinə,  əbədi  səadəti  az  bir  ləzzətə  dəyişdiyinə  görə!  Şair  deyir: 

«Yuxudakı röyalar və ya keçici  kölgə kimi, kəsinliklə aldanmaz beləsinə 

ağıllı  biri».  Ağıllı  insan  bu  ötəri,  keçici  kölgə  (dünya)  ilə  aldanmaz. 

Cəzaların  ən  böyüyü  qulun  özünü  unutması,  zay  etməsi  və  Allahdan 

alacağı  payı  və  nəsibini  zay  etməsidir.  Buna  aldanaraq  zərərinə  və  çox 

ucuz dəyərə satmasıdır. Beləcə onsuz edə bilməyəcəyi və yerini də heç bir 

şeyin doldurmayacağı şeyi zay edib, yerinə heç bir işinə yaramayan və heç 

bir dəyəri olmayanı almışdır.  

Artıq o, kimsə öz Rəbbini unutmuşdur. Allahı itirdisə artıq onun əvəzi 

də yoxdur. Allah özündən başqa itirilən hər bir şeyi əvəz edir. Şair deyir: 

«Hər  şeyi  itirsən  də  yerinə  gələn  vardır,  Allahı  itirsən  yerinə  gələcək  nə 

var».  Allahdır  hər  bir  şeydən  qoruyan,  heç  kəs  isə  Allahdan  qoruya 

bilməz.  Belə  olduğu  halda  insan  necə  Allahdan  bir  göz  qırpımı  qədər 

ehtiyacsız,  möhtacsız  olduğunu  zənn  edə  bilər.  Özünü  unutmağa  aparan, 

Onu  anmağı  necə  unuda  bilər?  Əmrlərini  necə  zay  edə  bilər?  Beləcə 

özünü zərərə salar və özünə zülm edər? Allah ona xeyirlərini unutdurur və 

bununla da xüsrana düşərək özünə ən böyük zülm etmiş olur.  



31. Günahlar qulun  ehsan  dairəsindən çıxmasına səbəbdir. Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

,  onların  yanına  dinlərini  onlara  öyrətmək 



və  Ehsan  haqqında  sual  vermək  üçün  gələn  Cəbrail 



  əleyhissəlam 

  a 


belə  cavab  vermişdir:  «Ehsan,  Uca  Allahı  sən  Onu  görür  kimi  ibadət 

etməkdir,  lakin  sən  Onu  görməsən  də  şübhəsiz  ki,  O  səni  görür»

201



Günahlar  Muhsinlərin  savabına  nail  olmağa  mane  olur.  Əgər  ehsan 



                                                        

201


 Buxari, Müslim.  


 

80 


insanın  qəlbinə  girərsə  onu  günah  etməkdən  çəkindirər.  Əgər  bir  kimsə 

Allahı  görür  kimi  ibadət  edərsə  bu  yalnız  Allahın  qorxusunun, 

məhəbbətinin  və  ümüdün  qəlbində  yer  tutmasına  görədir.  Sanki  Allahı 

görür kimi olur. Bunlar da qəlbdə olarsa belə bir durum (günah etmək bir 

tərəfə qalsın), insanı günah etmək istəyinə də mane olur. Artıq o kimsə bu 

ehsan  dairəsindən  çıxarsa  xüsusi  yoldaşdan,  xoş  bir  həyatdan  və  bol 

nemətlərdən  məhrum  olar. Allah  ona rəhm  edərsə  onu ehsan dairəsindən 

möminlik  dairəsinə  düşürərək  orada  da  saxlayar.  Əgər  bu  dairədə  də 

böyük  günahlara  yol  verərsə  oradan  çıxaraq  İslam  dairəsinə  düşər.  Əbu 

Hureyrə  -  radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu 

aleyhi və səlləm 



 buyurdu: «Zinakar, zina etdiyi vaxt mömin  olarsa zina 

etməz. İçki içən, içki içdiyi vaxt mömin olarsa içki içməz. Oğru, oğurluq 

etdiyi vaxt mömin olarsa oğurluq etməz»

202

.  


Hər  kim  möminlərlə  yoldaşlığı  itirərsə  və  iman  dairəsindən  çıxarsa 

Allahın  kitabında  imanla  bağlı  olaraq  zikr  etdiyi  bütün  xeyirləri  itirmiş 

olar. Məhrum olunan xeyirlər 100-ə yaxındır ki, bunlarında hər biri dünya 

və  onun  içindəkilərdən  daha xeyirlidir. Quranda imanla bağlı  olaraq zikr 

edilən xeyirlərdən bəziləri:  

1. Möminlərə olan böyük mükafat: «Tövbə edənlər, özlərini islah edib 

düzəldənlər,  Allahdan  möhkəm  yapışanlar  və  Allah  qarşısında  dinini 

təmizləyənlər  müstəsnadır.  Çünki  onlar  möminlərlə  bərabərdirlər. 

Möminlərə isə Allah böyük mükafat verəcəkdir». (ən-Nisa 146).  

2.  Allah  dünya  və  axirət  şərlərini  iman  edənlərdən  uzaqlaşdırar: 

«Şübhəsiz  ki,  Allah  iman  gətirən  kəslərdən  (kafirlərin  əzab-əziyyətini) 

dəf  edər.  Allah  həqiqətən  heç  bir  xaini  və  nankoru  sevməz».  (əl-Həcc 

38).  

3.  Möminlər  üçün  ərşi  daşıyan  mələklərin  istiğfarı  vardır:  «Ərşi 

daşıyanlar  və  onun  ətrafında  olanlar  (mələklər)  öz  Rəbbini  həmd-səna 

ilə təqdis edir, Ona inanır və möminlərin bağışlanmasını diləyərək belə 

deyirlər: «Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. 

Artıq  tövbə  edib  Sənin  yolunla  gedənləri  bağışla,  onları  Cəhənnəm 

əzabından qoru. Ey Rəbbimiz! Onları da, atalarından, zövcələrindən və 

nəsillərindən  əməlisaleh  olanları  da  özlərinə  vəd  buyurduğun  Ədn 

cənnətlərinə  daxil  et.  Şübhəsiz  ki,  sən  yenilməz  qüvvət  və  hikmət 

sahibisən». (əl-Mumin 7).  

4.  Allahın  möminləri  özünə  dost  tutması:  «Allah,  Ona  inananların 

dostudur,  onları  zülmətdən  çıxarıb  işığa  tərəf  yönəldər».  (əl-Bəqərə 

257).  

                                                        

202

 Müslim.  




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə