2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


  Allah  mələklərinə  möminləri  sabit  etməyi  əmr  edir:  «Xatırla  ki,  o



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə41/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   37   38   39   40   41   42   43   44   ...   238

 

81 


5.  Allah  mələklərinə  möminləri  sabit  etməyi  əmr  edir:  «Xatırla  ki,  o 

zaman  Rəbbin  mələklərə  belə  vəhy  edirdi:  Mən  də  sizinləyəm. 

Möminlərə  qüvvət,  mətanət  verin.  Mən  kafirlərin  ürəklərinə  qorxu 

salacağam». (əl-Ənfal 12).  

6. Onlar üçün Rəbbi yanında bağışlanma və ruzi vardır: «Onlar həqiqi 

möminlərdir.  Onların  öz  Rəbbi  yanında  dərəcələri  vardır.  Onları 

bağışlanma və (Cənnətdə) tükənməz gözəl ruzi gözləyir». (əl-Ənfal 4).  

7. İzzət vardır: «Halbuki şərəf-şan, qüvvət və qələbə də yalnız Allaha, 

Onun  Peyğəmbərinə  və  möminlərə  məxsusdur,  lakin  münafiqlər 

bilməzlər». (əl-Munafiqun 8).  

8.  İman  əhli  ilə  Allahın  bərabər  olması:  «Allah,  həqiqətən 

möminlərlədir». (əl-Ənfal 19).  

9. Dünya və axirətdə yüksəklik: «Allah da sizdən iman gətirənlərin və 

elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın». (əl-Mucadələ 11).  

10.  Allahın  öz  rəhmətindən  möminlərə  iki  pay  verməsi:  Sıratdan 

keçmək  üçün  nur  və  günahların  bağışlanması:  «Ey  iman  gətirənlər! 



Allahdan qorxun və Onun Peyğəmbərinə iman gətirin ki, Allah sizə öz 

mərhəmətindən iki pay versin, sizə (sırat körpüsündən) keçməyiniz üçün 

nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayan, rəhm edəndir!».  (əl-

Hədid 28).  

11.  Allahın  iman  edənlərə  qarşı  könüllərə  sevgi  qoyması,  beləcə 

insanlara,  mələklərə,  peyğəmbərlərə  və  saleh  qullara  sevdirməsi: 



«Həqiqətən  iman  gətirib  yaxşı  işlər  görənlər  üçün  Allah  bir  sevgi 

yaradacaqdır». (Məryəm 96).  

12.  Qorxu  günü  onların  qorxudan  əmin  olmaları:  «İman  gətirib  yaxşı 

işlər görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər». 

(əl-Ənam 48).  

13.  Möminlərə  nemət  vardır:  «Nemət  verdiyin  kəslərin  yoluna».  (əl-

Fatihə 6).  

14.  Quran  möminlər  üçün  doğru  yolu  göstərən  və  şəfa  kitabıdır:  «De 

ki:  O,  iman  gətirənlərə  hidayətdir  və  şəfadır.  İman  gətirməyənlərin  isə 

qulaqlarında karlıq vardır. O, onları kor etmişdir». (əl-Fussilət 44).  

İman bütün xeyiri cəlb edən əsas səbəbdir. Dünya və axirətdə isə bütün 

şərrin  əsas  səbəbi  imansızlıqdır.  Necə  insana  asan  gəlir  ki,  bu  günahları 

edərək  iman  dairəsindən  çıxaraq  İslam  dairəsinə  düşür.  Əgər  yenə  də 

günahlara davam edərsə onun qəlbini pas bağlayar. Ehtimal vardır ki, onu 

bütünlüklə  İslamdan  çıxarar.  Sələflər  deyirlər  ki:  «Siz  günahlardan 

qorxursunuz, mən isə küfrdən. Çünki günahlar insanı küfrə aparır».  



 

82 


32. Günahlar qəlbin  Allaha olan seyrini, yönəlməsini zəiflədir. Qəlbin 

Allaha  və  axirət  diyarına  yönəlməsini  zəiflədir  və  ya  onu  təmamilə 

dayandıraraq  Allaha  tərəf  bir  addım  da  atmağa  qoymur.  Hətta  onu  geri 

atmasada belə irəli də addımlamağa qoymur. Günahlar onun qarşısını alır. 

Qəlb  isə  Allaha  yalnız  öz  gücü  və  qüvvəsi  ilə  gedir.  Əgər  qəlb  də 

xəstələnərsə  onu  Allaha  aparan  güc  də  zəifləyir.  Günahlar  ya  qəlbi 

öldürür,  ya  onu  şiddətli  bir  şəkildə  xəstələndirir,  ya  qəlbin  gücünü 

zəiflədir. Səkkiz şey vardır ki, Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 



 

bunların  hər  birindən  Allaha  sığınardı:  1.  Dərd  və  Hüzn.  2.  Acizlik  və 

Tənbəllik.  3.  Qorxaqlıq  və  Xəsislik,  4.  Borc  altında  qalmaq  və  insanlar 

tərəfindən  alçaldılmaq»

203


.  Bunların  hər  biri  də  bir-biri  ilə  yanaşıdırlar. 

Məs: Əgər insanın qəlbinə gələn ağırlıq, xoşlanılmayan bir şey gələcəkdə 

baş verəcək şeydən irəlidirsə bu Dərd adlanır. Artıq keçmişdə baş vermiş 

şeylərə görə kədərlənirsə, üzülürsə bu da Hüzn adlanır. Əgər insan xeyir 

və  xoşbəxtlik  səbəblərindən  gücünün  olmamasından  geri  qalarsa  (bunu 

etməyə  qadir deyilsə) bu  Acizlik. Əgər iradəsinin  olmamasından qaynaq-

lanırsa  bu  Tənbəllik  adlanır.  Əgər  faydanın  olmaması  bədəndədirsə  bu 

Qorxaqlıq  adlanır.  Əgər  maldadırsa  bu  Xəsislik  adlanır.  Əgər  insanların 

sənin  üzərində  üstün  olmaları  haqqlı  tərəfdəndirsə  bu  onun  borc  altında 

qalmasıdır (sıxılması) adlanır. Əgər batilə görə insanlar səni alçaldırlarsa 

bu da insanların səni alçaltmasıdır.  

Məqsəd budur: Günahlar bu səkkiz şeyi cəlb  edən  ən güclü səbəbdir. 

Bundan əlavə günahlar bəlalara, insanı ölümə aparan sonluğa, düşmənləri 

sevindirəcək  kədərə  və  pis  şeylərə  salan  ən  böyük  səbəblərdir.  Yenə  də 

günahlar  Allahın  nemətinin  yox  olmasına,  Onun  əfv  etməsinin  əzaba 

dönməsinə və bütün qəzəbinin cəlb olunmasına ən böyük səbəbdir.  

33.  Günahlar  nemətləri  itirərək  əvəzinə  müsibətlər  gətirir.  İnsandan 

nemətin itməsi yalnız  günahına görədir. Belə  ki, qulun əlindən çıxan  hər 

bir  nemət  günah  səbəbilə  olduğu  kimi  başına  gələn  hər  bəla  da  günah 

səbəbilə olur. Müsibət də yalnız tövbə ilə qalxır. Əli - radıyallahu anhu 

 

deyir ki: «Günah bəla ilə nazil olur və yalnız tövbə ilə qaldırılır». «Sizə üz 



verən  hər  bir  müsibət  öz  əllərinizlə  qazandığınız  günahların  ucbatın-

dandır».  (əş-Şura  30).  «Bu  əzab  ona  görədir  ki,  bir  tayfa  özünə  bəxş 

edilən neməti (naşükürlük üzündən küfrə) dəyişməyincə, Allah da ona əta 

etdiyi  (pisliyi)  çevirən  deyildir.  Həqiqətən  Allah  (hər  şeyi)  eşidən  və 

biləndir!».  (əl-Ənfal  53).  Bu  ayələrdə  Allah  xəbər  verir  ki,  insan  Allaha 

olan itaəti üsyanla, Allaha şükrü, nankorluqla, Allahın razılığını qəzəbi ilə 

dəyişmədikcə ona qarşı da dəyişilmədiyini xəbər vermişdi. O, dəyişdikcə 

                                                        

203

 Buxari «Fəthul Bəri» 11/152, Müslim 2706, Tirmizi 3484, Ebu Davud 1555.  




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə