2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə44/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   40   41   42   43   44   45   46   47   ...   238

 

87 


olmaq, günah  kimi böyük bir şey alçaltmamışdır. İnsanı ən çox alçaldan 

şey  Allaha  asi  olmaqdır.  İtaət  kimi  böyük  bir  şey  də  onları  böyüdüb, 

şərəfləndirib, ucaltmaz.  

39.  Günahlar  sahibini  şeytana  əsir  edir,  şəhvətlər  zindanında  qalmağa 

bir səbəbdir. Günahkar insan həmişə öz şeytanının əsiridir və şəhvətlərinin 

zindanındadır. Öz havasına, nəfsi-istəklərinə bağlanmaqdadır. Günah edən 

insan əsirdir, qandallıdır və zindandadır. Ən pis halı olan əsir də ən qəddar 

düşməninə əsr düşəndir. Şeytan isə ən qəddar düşməndir. Nəfsi-istəklərin 

zindanından  daha  darısqal  bir  zindan  yoxdur  və  şəhvət  qandallarından 

daha çətin bağlantı da yoxdur. Belə bir qəlb Allaha və axirət diyarına necə 

seyir  etsin?  O  insan  necə  irəli  addım  atsın?  Əgər  qəlb  bağlıdırsa, 

qandallıdırsa onu hər tərəfdən bəlalar bürüyür. Qəlb quş kimidir. Nə qədər 

yüksələrsə  (günahlardan  uzaq  olarsa)  müsibətlərdən,  bəlalardan  da  bir  o 

qədər uzaq olar, nə qədər də alçalarsa bir o, qədər də bəlalara yaxın olar. 

Hədislərin  birində  deyilir  ki:  «Şeytan  insanın  canavarıdır»

205

.  Canavar 



sürüdən  ayrılan  qoyunu  ovladığı  kimi,  şeytan  da  cəmaatdan  ayrılan, 

günahkar  qulunu  ovlayar.  Əgər  qoyunu  qoruyan  yoxdursa  və  canavarlar 

arasındadırsa  həlaka  daha  yaxındır.  Həmçinin  bəndənin  də  Allah 

tərəfindən  qoruyanı  yoxdursa  canavarlar  onu  tez  ovlayarlar.  Qoyun  nə 

qədər çobana yaxın olarsa bir o qədər də canavardan salamat olar. Qulun 

Allah  tərəfindən  olan  qoruyanı  təqvadır.  Təqva  qulun  özü  ilə  canavarı 

arasında  olan  qoruyucusu,  qalxanı  və  sağlam  qalasıdır.  Eyni  zamanda 

təqva qul ilə dünya və axirət əzabları arasında olan bir qoruyucusudur.  

Bütün bunların əsası nədir? Qəlb nə qədər Allahdan uzaq olarsa bəlalar 

da bir o qədər ona yaxın olar. Nə qədər də qəlb Allaha yaxınlaşarsa bəlalar 

da  bir  o,  qədər  ondan  uzaqlaşar.  Allahdan  uzaq  olmağın  da  dərəcələri 

vardır ki, biri digərindən daha da şiddətlidir. Qəflətdə olan qəlb Allahdan 

uzaqdır. Lakin günahın Allahdan uzaqlaşdırması qəflətin uzaqlaşdırmasın-

dan  daha  da  böyükdür.  Həmçinin  də  bidətlərin  Allahdan  uzaqlaşdırması 

günahın  uzaqlaşdırmasından,  nifaqın,  şirkin  uzaqlaş-dırması  isə  bütün 

bunlardan da şiddətlidir.  



40. Günahlar insanın şərəfinin, dərəcəsinin həm Allah yanında, həm də 

insanlar  yanında  düşməsinə  səbəbdir.  Çünkü  qulların  Allah  qatında  ən 

dəyərli  olanı  ən  təqvalı  olanıdır.  «Allah  yanında  ən  hörmətli  olanınız 

Allahdan ən çox qorxanınız, pis əməllərdən ən çox çəkinəninizdir». (əl-

Hucurat  13).  Dərəcə  tərəfdən  insanların  Allaha  ən  yaxın  olanı  Allaha  ən 

çox itaət  edəndir. İnsanın  itaətinə  görə  onun  Allah  qatında  məqamı  olur. 

Əgər  o  insan  Allaha  asi  olarsa,  əmrlərini  yerinə  yetirməzsə  Allahın 

                                                        

205

 Musnəd 5/233,234, Əbu Nuaym «Hiylə» 2/247.  




 

88 


gözündən  düşər.  Əgər  o,  Allahın  gözündən  düşərsə  Allah  onu  insanların 

qəlbindən  də  düşürər.  Artıq  o,  kimsənin  insanlar  arasında  dərəcəsi 

qalmadıqda insanlar onun səviyyəsinə görə onunla rəftar edərlər. Bundan 

sonra  o,  kimsə  insanlar  içərisində  ən  pis  yaşayışla  yaşayan  olar.  Artıq 

onun  dərəcəsi  düşər,  pis  halda  olar.  Bütün  dərdlər,  kədərlər,  hüzünlər 

onunla  birlikdə  olar.  Onun  heç  bir  hörməti,  sevinci  və  fərəhi  olmaz. 

Həqiqətən də bu xatırlanmayan insan, dərəcəsi və şöhrəti düşən insan hər 

bir dərdi və kədəri gətirir. Belə olduğu halda insan bu ağrını necə günahın 

ləzzətinə  yaxın  tuta  bilər.  Ağrı  harada,  günahın  ləzzəti  harada?  Şəhvətin 

sərxoşluğu olmasaydı bunu edərdimi?  

Allahın  bəndəyə  olan  ən  böyük  nemətlərindəndir  ki,  aləmlər  arasında 

onun  zikrini,  dərəcəsini  qaldırır.  Buna  görə  də  Allah  başqalarına 

vermədiyi  xüsusiyyətləri  öz  Rəsullarına  vermişdir.  «Bəsirət  və  qüvvət 

sahibi  olan  bəndələrimiz  İbrahimi,  İshaqı  və  Yəqubu  da  yad  et!  Biz 

axirət yurdunu anmaq xislətini onlara məxsus elədik». (Sad 45-46). Bu 

dünyada gözəl xatırlanmaq xüsusiyyətini Allah onlara vermişdir. İbrahim 



  əleyhissəlam 

  öz  duasında:  «Sonra  gələnlər  arasında  mənə  yaxşı  ad 



qismət  et!».  (əş-Şuəra  84).  «Öz  mərhəmətimizdən  ehsan  buyurub 

təriflərini  dillər  əzbəri  etdik».  (Məryəm  50).  Peyğəmbər 



  sallallahu 



aleyhi  və  səlləm 



  haqqında:  «Sənin  ad-sanını,  şan-şöhrətini  ucalt-



madıqmı?».  (əl-İnşirah  4).  Mucahid 



  rahmətullahi  aleyhi 



  deyir  ki: 

«Mən xatırlanacaq  olsam  mütləq sən  də xatırlanacaqsan. Şəhadət  edirəm 

ki,  Allahdan  başqa  İlah  yoxdur  və  Muhəmməd  Allahın  qulu  və 

Rəsuludur»

206

.  Peyğəmbər 





  sallallahu  aleyhi  və  səlləm 



  in  adı  Allah 



 

subhənəhu  və  təalə 



  nin  adı  ilə  yanaşı  zikr  olunur.  Bu  da  onun 

dərəcəsinin artırılmasıdır. Həmçinin bu xatırlanmadan Peyğəmbərlərə tabe 

olanların da bir payı vardır. Onlara olan itaətlərinə və tabeçiliklərinə görə. 

Peyğəmbərlərə  müxalif  olanlar  isə  bu  müxalifliklərinə  görə  belə  bir 

mirasdan uzaqdırlar.  



41.  Günahlar  insandan  gözəl  adları  soyub  çıxararaq  ona  məzəmmət 

olunan  adları  geyindirir.  Mömin,  Muhsin,  Muttəqi,  Munib 

  Allaha 



qayıdan,  Mudi 

  itaət  edən,  Vəli 



  dost,  Saleh,  Abid,  Xaib  –  qorxan, 



Tayyib 

 yaxşı, Təvvəb 





 tez-tez Allaha qayıdan, tövbə edən və s. belə bir 

adları  ondan  soyub  çıxararaq  ona  Facir,  Asi,  Müxalif,  Mufsid 

  fəsad 


törədən,  Xəbis  -  çirkin,  Zəni 

  zinakar,  Səriq 



  oğru,  Qatil 

  öldürən, 



Kəzib 

 yalançı, Ğadir 



 xəyanət edən və s. çirkin adları ona geyindirilir. 



«İmandan sonra fasiq adını qazanmaq necə də pisdir». (əl-Hucurat 11). 

                                                        

206

 İbn İshaq «Fadlus Saləti alə Nəbi» s. 86, əl-Albani Mursəl əsər.  




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə