2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə43/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   39   40   41   42   43   44   45   46   ...   238

 

85 


yurdu Cənnətdir». (ən-Nəziət 40-41). Bu Cənnətin nemətləri bu dünyada 

heç  bir  şeyə  bənzəməz.  Hətta  iki  nemət  arasında  fərq  dünya  ilə  axirət 

arasında olan fərq kimidir. Bunu yalnız qəlbi həm bunu, həm də obirisini 

dadanlar təsdiq edə bilər. «Yaxşılar heç şübhəsiz ki, cənnətdə, pislər isə 



Cəhənnəmdədirlər».  (əl-İnfitar  13-14).  Allahın  bu  sözündə  qəsd 

edilənləri  sadəcə  axirət  nemətləri  və  atəşi  ilə  kifayətləndiyini  sanma. 

Onlar  dünya,  bərzah  və  axirət  yurdunda  da  belədirlər.  Yaxşılar  nemət, 

pislər isə atəşdədirlər (hər üç aləmdə də). Qəlbin nemətindən başqa nemət 

və  qəlbin  əzabından  başqa  bir  əzab  varmı?  Qorxu,  hüzn,  kədər,  qəlb  və 

can  sıxıntısı,  Allahdan  və  axirətdən  üz  çevirmək,  Allahdan  başqasına 

bağlanmaq,  Allahla  əlaqələri  kəsmək  hamısı  da  bunun  şöbələridir. 

Bunlardan daha şiddətli hansı əzab vardır?  

Allahdan  başqa  bağlanılıb  sevilən  hər  şey  insanı  əzabın  ən  pisinə 

sürükləyir. Allahdan başqa sevilən  hər şeylə  insan  dünyada, bərzəxdə  və 

axirətdə  də  üç  dəfə  əzaba  düçar  olur.  Dünyadakı  əzab  belədir:  1.  İnsan 

sevdiyini əldə etmədən öncə əldə edənə qədər əzab və ağrı çəkir. 2. Onu 

əldə  etdikdən  sonra  da  onunla  əzab  çəkir,  əldə  etdiyinin  onun  əlindən 

çıxmaq  qorxusuna  görə.  3.  Əldə  etdiyi  əlindən  çıxarsa  əzabı  daha  da 

şiddətli  olar.  Bu  da  onun  üçün  bu  dünyada  olan  əzabdır.  Bərzəxdə  isə: 

Sevdiyi  ilə  bir  daha  qovuşmamaq  acısı,  eşqi  ilə  məşğul  olduğu  bir  çox 

nemətlərin əlindən çıxmasının acısı və Allahdan pərdəli olmasının ürəkləri 

parçalayan  peşmançılıq  acısı.  Qəm,  kədər,  hüzn  və  peşmançılıq  onların 

nəfslərində  qurdların  və  həşəratların  etdiklərini  edər.  Allahın  ruhları 

cəsədlərinə  döndərdiyi  ana  qədər  davam  edər.  Ruhların  bədənlərinə 

döndəriləcəyi andan daha şiddətli və daha acı olan əzab veriləcəkdir. Belə 

birisinin  halı  necə?  Sevincdən,  Rəbbilə  ünsiyyətdən,  Ona  yaxınlıqdan, 

Onun zikri və sevgisi ilə qəlbi fərəh içində olan kimsənin halı necə? Hətta 

bunlardan  bəziləri  ölüm  anında  olarkən:  Vay  halım,  vay!  deyərkən 

kimiləri  də:  Əgər  Cənnət  əhli  bizim  bu  halımızdadılarsa  həqiqətən  onlar 

çox xoş bir həyat içindədirlər! Digəri isə: Əgər krallar və padşahlar bizim 

bu  gözəl  hüzur  içində  olduğumuzu  bilsəydilər  bu  halı  əldə  etmək  üçün 

bizlərə  qarşı  silahlarla  vuruşardılar!  Bir  başqası  da:  Dünyada  bir  Cənnət 

vardır, hər kim o, Cənnətə girməmişsə axirətin Cənnətinə də girməz! Vay 

halına  qiymətli  bir  şeyi  ucuz  bir  şeyə  satıb  göz  görə-görə  bu  satışda 

aldanan  kimsənin  halına!  Mal  haqqında  biliyin  yoxdursa  heç  olmasa 

təcrübə  sahiblərindən  soruş.  Nə  gözəldir  o,  mal  ki,  onun  alıcısı  Allah, 

satanı Rəsulullah 



 sallallahu aleyhi və səlləm 



 və mükafatı isə Cənnətul 

Məvadır. Lakin sən bunu çox ucuz bir şeyin uğruna satdın. Qulun  özünə 

etdiyi bu olursa artıq onu bundan sonra kim yüksəldər. «Allahın alçaltdığı 



 

86 


kimsəni heç kəs yüksəldə bilməz. Həqiqətən Allah dilədiyini edər».  (əl-

Həcc 18). 

37. Günahlar qəlbin bəsirətini kor edir, nurunu söndürər, elm yollarına, 

hidayət  yollarına  mane  olur.  İmam  Şafii 



  rahmətullahi  aleyhi 

,  İmam 



Məlik 



 rahmətullahi aleyhi 



 nin yanında idi. Onun elmi, fəhmi və zəkası 

İmam  Məliki 



  rahmətullahi  aleyhi 



  heyrətləndirmişdir.  İmam  Məlik: 

«Mən görürəm ki, Allah sənin qəlbinə bir nur vermişdir. Sən də bu nuru 

günahın  zülməti  ilə  söndürmə».  Günahlar  səbəbilə  qəlbdəki  nur  əriyərək 

yoxa  çıxar  və  günahların  zülməti  güclənərək  qəlbi  bürüyər.  Qəlb  zülmət 

içərisində olar. Belə olduğu halda insan neçə-neçə həlaka düşər. Bunun da 

məsəli  kor  bir  insanın  gecənin  zülmətində  yol  getməsidir.  Onun  da 

salamat  olması  necə  də  çətindir.  Həlaka  yaxın  olması  isə  necə  də 

sürətlidir.  Sonra  bu  günahlar  sayəsində  zülmət  güclənərək  qaranlıq 

qəlbdən  əzalara  keçər.  Əgər  ölüm  halında  olarsa  bu  Bərzəx  həyatını  da 

zülmət  edər.  Əbu  Hureyrə  -  radıyallahu  anhu 

  rəvayət  edir  ki, 



Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  «Bu  qəbirlər 

sahiblərinin  üzərinə  zülmətlə  doludur.  Allah  mənim  onlar  üçün  etdiyim 

dua  (namaz)  ilə  onların  qəbirlərini  nurlandırar»

204


.  Qiyamət  günü  isə 

insanlar  məhşərə  toplandıqları  zaman  bu  zülmət  açıq-aşkar  hər  bir  kəsin 

görəcəyi  şəkildə  onların  üzlərində  ortaya  çıxacaqdır.  Hətta  üzləri  kömür 

kimi qapqara olacaqdır. Belə bir cəzaya görə vay halına! Bu halı görür və 

bu  da  necə  ağır  bir  cəzadır.  Bütün  dünyanın  ləzzətləri  belə  bu  cəza  ilə 

müqayisə oluna bilməz. Kömək istənilən Allahdır. 



38.  Günahlar  nəfsi  kiçildərək  alçaq,  aşağı  edir.  İtaət  isə  nəfsi 

böyüdərək  təmizə  çıxardır.  «Nəfsini  təmizləyən  mütləq  nicat  tapmışdır. 



Onu  günaha  batıran  isə  əlbəttə  ziyana  uğrayacaqdır».  (əş-Şəms  9-10). 

Ayənin mənası: Əgər insan nəfsini Allaha itaətlə ucaldarsa, böyüdərsə o, 

xoşbəxt  kimsədir. Nəfsini  Allaha asi olmaqla alçaldan insan  isə xüsrana, 

ziyana düşənlərdəndir.  

Günahkar  insan  özünü  günaha  batırır  və  Allahdan,  insanlardan 

əməlinin  pisliyinə  görə  gizlənir.  Artıq  insan  öz  nəfsində  kiçilərək  alçaq 

olmuşdur.  Həm  Allah  qatında,  həm  də  insanlar  yanında.  Yaxşı  əməllər 

insanın nəfsini böyüdür, izzətləndirir və şərəfləndirir. Hətta sonda nəfs ən 

şəffaf, ən uca, ən təmiz və ən böyük bir şeyə çevrilir. Bununla bərabər o, 

kimsə  Allah  qatında  özünü  ən  zəlil,  ən  həkir  və  ən  kiçik  görür.  Nəfs  də 

bundan ötrü izzət, şərəf duyar. Allah qarşısında zəlil olduğuna görə insan 

bu  şərəfli  məqama  yüksəlir.  İnsan  nə  qədər  Allah  qarşısında  özünü  zəlil 

görərsə  bir  o,  qədər  də  izzətə  və  şərəfə  nail  olar.  Nəfsləri  Allaha  asi 

                                                        

204

 Müslim 956, Beyhəqi 4/47, Bəğavi «Şərhu Sunnə».  




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə