2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə45/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   41   42   43   44   45   46   47   48   ...   238

 

89 


O,  adlar  ki,  Allah 



  subhənəhu  və  təalə 



  nin  qəzəbini,  əzabını, 

rüsvayçılığı,  alçaqlığı  və  Cəhənnəmi  vacib  edir.  Digər  adlar  isə  Allahın 

rəhmətini, Cənnətini və onunla adlananın şərəfli olmasını vacib edir.  

Günahın insana bu isimləri haqq etməkdən başqa bir cəzası olmasaydı 

belə  bu  ağıllı  birisinə  ondan  uzaqlaşmağa  kifayət  edərdi.  İtaət  etməyin 

savabı da sadəcə bu isimləri qazanmaq olsaydı ağıllı birisinə itaət əmrinə 

uymasına  kifayət  edərdi.  Lakin  Allahın  verdiyinə  əngəl  törədən, 

vermədiyini də verə biləcək, uzaqlaşdırdığını yaxınlaşdıracaq və yaxınlaş-

dırdığını isə uzaqlaşdıracaq heç bir kimsə yoxdur. «Allah kimi alçaldarsa 

onu  yüksəldəcək  keç  kimsə  olmaz.  Şübhəsiz  Allah  dilədiyini  edəndir». 

(əl-Həcc 18).  

42. Günahlar ağlın naqisləşməsinə səbəbdir. Buna görə də sən iki ağıllı 

insanın biri itaətkar, digəri isə asi insanın eyni olduğunu görə bilməzsən. 

Görərsən ki, itaətkar insanın ağlı daha mükəmməl, daha kamil, fikri daha 

doğru,  rəyi  daha  səhih  və  doğruluq  daima  onunla  birlikdədır.  Buna  görə 

də  Qurani  Kərimdə  xitab  ən  çox  ağıl  sahiblərinə  yönəlir.  «Ey  ağıl 

sahibləri,  Məndən  qorxun».  (əl-Bəqərə  197).  «Ey  ağıl  sahibləri, 

Allahdan qorxun ki, bəlkə nicat tapasınız».  (Maidə 100). «Bunu ancaq 

ağıllı  adamlar  dərk  edərlər».  (əl-Bəqərə  269).  Necə  asilik  edən  insan 

ağıllı ola bilər ki, o ovcunda olana asilik edir. Onun diyarındadır ona asilik 

edir.  O,  kimsə  bilir  ki,  Allah  onu  görür  və  müşahidə  edir.  Buna 

baxmayaraq  yenə  də  asilik  edir.  Allahın  qəzəbinə  səbəb  olacaq  şeyləri 

edir.  Hər  zaman  Allahın  qəzəbini  və  lənətini  gətirən  işləri  edən,  özünü 

Ondan  uzaqlaşdıran,  qapısından  qovduran,  gözündən  düşən,  Onun 

sevgisindən  və  rizasından  məhrum  qoyan,  düşməni  ilə  baş-başa  qoyan 

şeyləri  edən  bir  kimsə  ağıllı  ola  bilərmi?  Elə  isə  onun  sevinci  ancaq 

Allaha yaxın olmaq, Onun yaxınlığını qazanmaq və Onun üzünə baxmaq 

nemətinə  sahib  olmaqdır.  Bunlar  iaət  edənlərin  kəramətlərindəndir. 

Saydığımız  şeylərdə  üsyan  edənlərin  cəzalarındandır.  Həmçinin  də  itaət 

sahiblərinə  verilən  nemətlərdən  məhrum  qalır  və  üstəlik  də  günah 

sahiblərinin cəzasına da layiq olur. Bir an və ya bir günlük, bir aylıq, bir 

illik  dadılan  və  sonda  da  yuxu  kimi  qeyb  olan  bir  ləzzəti  belə  olmayıb 

əbədi  olan  nemətə  və  böyük  uğura,  hətta  dünya  və  axirət  səadətinə 

dəyişənin hansı ağlından bəhs edilə bilər? Əgər o, kimsə hüccət qaldırılan 

insan  olmasaydı  o,  kimsə  dəlilər  sırasında  sayılardı.  Hətta  dəlilərin  halı 

beləsindən daha yaxşı və daha salamat olacaqdır.  

Əgər ağıllar sağlam olsaydı bilərdi ki, sevinci, ləzzəti, fərəhi qazanmaq 

yolu  yalnız  Allahın  razılığını  qazanmaqdadır.  Bütün  ağrılar  və  əzablar 

Allahın  qəzəbindəndir.  Çünki  qəlblərin  sevinci,  nəfslərin  fərəhi,  könül 



 

90 


xoşluğu,  qəlblərin  həyatı  və  ruhların  ləzzəti  sadəcə  Onun  rizasındadır. 

Əgər insan bu razılığa çatarsa bütün dünya nemətləri Onun rizasıyla əldə 

edilən  bu  nemətlərin  bir  zərrəsilə  müqayisə  olunsaydı  yenə  də  ona 

çatmazdı.  Hətta  qəlb  bundan  da  az  bir  şey  əldə  etmiş  olsaydı  yenə  də 

dünya  və  içindəkilərlə  bu  payını  dəyişməzdi.  Buna  baxmayaraq  itaətkar 

kimsə  dünyada  olan  nemətlərlə  də  faydalanır.  Hətta  o,  kef  içində 

olanlardan  da  ləzzətli  həyat  sürür.  Başına  bir  müsibət  gəlsə  də  belə 

Allahdan umduğuna görə sevinc içində olur. Çünkü o, başqa daha böyük 

iki  neməti  gözləyərək  bu  iki  böyük  neməti  yaşamaqdadır.  «(Ey 

müsəlmanlar!)  İçərinizdə  (insanları)  yaxşılığa  çağıran,  xeyirli  işlər 

görməyi  əmr  edən  və  pis  əməlləri  qadağan  edən  bir  cəmaat  olsun! 

Bunlar həqiqətən nicat tapmış şəxslərdir». (ən-Nisa 104).  

Lə İlə İlləllah! Mirvarini sataraq peyin alanın,  Allahın  nemət  verdiyi 

kəslərin  Peyğəmbərlərin,  siddiqlərin,  şəhidlərin,  əməlisalehlərin  yoldaş-

lığını  Allahın  qəzəbinə  gələnlərin  yoldaşlığı  ilə  əvəz  edənlərin  ağlı  necə 

də naqisdir. Allah onlar üçün Cəhənnəm hazırlamışdır. Ora necə də pis bir 

yerdir.  

43.  Günahlar  bəndə  ilə  Rəbbi  arasında  əlaqənin  qırılmasına  səbəbdır. 

Əgər  bu  qırıqlıq  yaranarsa  bütün  xeyir  səbəbləri  kəsilər,  bütün  şərr 

səbəbləri birləşər. Bütün xeyir yolları bağlanmış, qırılmış bir göz qırpımı 

belə  Ondan  möhtacsız  qala  bilməyəcəyi,  yerini  də  heç  bir  şeyin  doldura 

bilməyəcəyi  dostu  və  Mövlası  ilə  arasında  olan  bağlantılar  kəsilmiş, 

bunun yerinə  isə  hər cür şərr qapıları açılmış, düşməninə  yaxınlaşmış  və 

onu  dost  etmişdir.  Düşmənilə  üz-üzə  qalmış  bir  kimsənin  hansı 

qurtuluşundan,  hansı  ümüdündən  və  hansı  yaşayışından  bəhs  edilə  bilər? 

Buna görə də heç bir nəfs bilmir ki, bu qırıntıda nə qədər dözülməz ağrılar 

və  əzab  vardır.  Sələflər  deyirlər  ki:  «Mən  bəndənin  Allah  ilə  şeytanın 

arasına  atıldığını  görürəm.  Əgər  Allah  ondan  üz  döndərərsə  onu  şeytan 

dost  tutar.  Əgər  onu  Allah  dost  tutarsa  şeytan  onu  dost  tutmağa  qadir 

olmaz: «Xatırla ki, bir zaman mələklərə: Adəmə səcdə edin 



 demişdik. 



İblisdən  başqa  hamısı  səcdə  etdi.  O,  cinlərdən  idi.  O,  öz  Rəbbinin 

əmrindən  çıxdı.  İndi  siz  Məni  qoyub  onu  və  övladını  özünüzə  dostmu 

tutursunuz? Bu zalimlər üçün necə də pis dəyiş-düyüşdür! Mən onları 

nə  göylərin,  nə  yerin  yaradılışına,  nə  də  öz  yaradılışlarına  şahid 

etmədim  və  Mən  (insanları  haqq  yoldan)  çıxardanları  Özümə  köməkçi 

də  tutmadım».  (əl-Kəhf  50-51).  Allah  buyurur  ki:  «Mən  sizin  atanıza 

ikram  etdim,  onun dərəcəsini  qaldırdım,  onu başqasından üstün  etdim  və 

mələklərimə əmr etdim ki, ona səcdə etsinlər. Onlar da mənə itaət etdilər. 

Mənim və onun düşməni mənə asi oldu. Mənim itaətimdən çıxdı. Bundan 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə