2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə37/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   33   34   35   36   37   38   39   40   ...   238

 

73 


vaxta qədər ki, Əhli Beytdən bir insan çıxacaq. Adı-adıma, atasının adı isə 

atamın adına oxşayacaqdır. Yer üzü zülm ilə dolduğu zaman, o yer üzünü 

ədalətlə  dolduracaqdır»

182


.  Ummu  Sələmə  -  radıyallahu  anhə 

  rəvayət 



edir  ki,  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  «Mehdi 

mənim  nəslimdən,  Fatimənin  kökündəndir»

183

.  Yer  öz  bərəkətini 



çıxaracaqdır.  Nəvvas  b.  Səman  -  radıyallahu  anhu 

  rəvayət  edir  ki,  bir 



gün  səhər  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  bizə  Məsih  Dəccəl 

haqqında danışmağa başladı… Sonra Allah elə bir yağış göndərər ki, istər 

quru  və  sağlam  palçıqdan  olsun,  istər  gildən  olsun  heç  bir  ev  o  yağışın 

enməsinə  mane  ola  bilməyəcəkdir.  Yağış  bütün  yer  üzünü  yuyacaqdır. 

Nəhayət  yer  üzü  güzgü  kimi  parlayacaqdır.  Sonra  Allah  yer  üzünə: 

«Meyvələrini bitir, bərəkətini ver!» deyə əmr edəcəkdir. O gün bir camaat 

bir  narı  yeyib  doyarlar  və  qabığı  altında  kölgələnərlər.  Bərəkət  sürətlə 

artar. Hətta bir dəvənin südü böyük bir topluluğa kifayət edər. Bir inəyin 

südü bir qəbiləyə, bir qoyunun südü isə bir neçə ailəyə kifayət edər (Başqa 

rəvayətdə: «Həyatım əlində olan Allaha and olsun ki, Məryəm oğlu İsa 



 

əleyhissəlam 

  adil  bir  hakim  olaraq  sizin  içinizə  enməsi  yaxındır.  O, 



xaçları  sındıracaq,  donuzları  öldürəcək  və  cizyəni  qaldıracaqdır,  zəkatı 

buraxacaq,  qoyundan  və  dəvədən  zəkat  alınmayacaqdır,  ədavəti,  kin-

kudurəti  aradan  qaldıracaqdır,  hər  zəhərllinin  zəhərini  çəkib  alacaqdır. 

Uşaq  əlini  ilanın  ağzına  soxacaq  amma  ilan  ona  zərər  verməyəcəkdir. 

Uşaq aslanı qovalayacaq amma aslan ona zərər verməyəcəkdir. Qoyunlar 

arasında  qurd,  qoyunları  qoruyan  it  kimi  olacaqdır.  Yer  üzü  barışla 

dolacaqdır.  Hərkəsin  sözü  bir  olacaqdır.  Allahdan  başqasına  ibadət 

edilməyəcək,  döyüşlər  sona  yetəcəkdir.  Qureyşin  hakimiyyəti  əlindən 

alınacaqdır.  Adəm 



  əleyhissəlam 



  ın  zamanında  olduğu  kimi  əkinlər 

bitəcəkdir

184



185



.  Yer  artıq  günahlardan  təmizlənəndən  sonra  küfrün 

itirdiyi  bərəkət  ortaya  çıxacaqdır.  Yerdə  baş  verən  təsirlər  cəzaların 

təsiridir ki, Allah göndərir. Bu da günahlara görədir. Şeytan insana hakim 

olduqda artıq insanın ömründən, sözündən, əməlindən, ruzisindən bərəkəti 

alınır. Şeytana itaət yer üzündə fəsad olduğu kimi ona itaət edilən yerdən 

də  bərəkət  sökülüb  alınar.  Şeytanın  məskəni  olan  Cəhənnəm  də  belədir. 

Orada nə rəhmət vardır, nə də bərəkət.  

27. Günahlar qəlbdəki qısqanclıq, qeyrət atəşini söndürür. Hansı ki, bu 

onun  həyatı  üçün  təbii  bir  istilikdir.  Qeyrət  bədənin  həm  istisi,  həm  də 

                                                        

182


 Əbu Davud. 

183


 Əbu Davud, Tirmizi, əl-Albani «Səhihul Cəmi» 6610.  

184


 İbn Məcə «Fitən» 33. 

185


 Müslim.  


 

74 


odudur. Bu qeyrət sayəsində insan özündə olan pis, xəbis sifətləri özündən 

uzaqlaşdırır.  Necə  ki,  od  qızılın  və  dəmirin  pasını  apardığı  kimi  insanın 

qeyrəti də pis sifətləri ondan uzaqlaşdırır. İnsanların ən şərəflisi, ən ucası 

özünə və insanlara qısqanc olandır. Buna görə də Peyğəmbər 



 sallallahu 

aleyhi və səlləm 



 insanların ən qısqancı idi. Allahın qısqanclığı isə ondan 

da böyükdür. Rəvayət edilir ki, bir gün Sad b. Ubadə - radıyallahu anhu 



 

qışqıraraq: «Əgər mən yad bir kişini öz arvadımla görsəydim onu qılıncla 

doğrayardım  (vurardım)».  (Bunu  eşidən)  Peyğəmbər 



  sallallahu  aleyhi 

və  səlləm 



  səhabələrə:  «Sadın  qısqanclığı  sizi  təəccübləndirirmi? 

Həqiqətən  mən  ondan  da  qısqancam,  Allah  isə  məndən  də  qısqancdır» 

deyə  buyurdu.  Əbu  Hureyrə  -  radıyallahu  anhu 



  rəvayət  edir  ki, 

Rəsulullah 



 sallallahu aleyhi və səlləm 

 buyurdu: «Şübhə yox ki, Allah 



qısqanır.  Allahın  qısqanması  mömin  bir  qulun  Allahın  haram  (qadağan) 

etdiyi  şeyləri  etməsi  ilədir»

186

.  İbn  Məsud  –  radıyallahu  anhu 





  rəvayət 

edir  ki,  Peyğəmbər  -  səllallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «Allahdan 



daha  qısqanc  bir  kəs  yoxdur.  Allah  bu  qısqanclığına  görə  açıq  və  gizli 

olan  bütün  çirkin  əməlləri  haram  etmişdir.  Təriflənməyi  Allahdan  daha 

çox sevən bir kimsə yoxdur. Buna görə Uca Allah Öz nəfsini tərifləmişdir. 

Allahdan daha çox dəlili (üzrü) sevən yoxdur. Bax, bunun üçün də bir çox 

müjdələyən  və  qorxudan  Peyğəmbərlər  göndərmişdir  (Başqa  rəvayətdə: 

Bax  buna  görə  də  Allah  Peyğəmbərlərini  göndərmiş  və  kitablarını 

endirmişdir)

187


.  Bu  hədisdə  qısqanclıq  kəliməsi  ilə  «Ğayyur»  üzürü 

sevməyi  bir  yerdə  zikr  etmişdir.  Allah,  şiddətli  qısqanc  olmasına 

baxmayaraq bəndəsinin üzr diləməsini istəyir və üzr diləyənin də üzrünü 

qəbul  etməyi  sevir.  O,  Onu  qısqandıran  bir  pislik  edildiyi  zaman  üzr 

diləsin deyə onu edəni həmən cəzalandırmaz. O, üzr və bəhanə qalmasın 

deyə Peyğəmbərlər göndərmiş və kitablar endirmişdir.  

İnsanların  ən  çox  qısqanc  olanı  qısqanclığının  şiddətliyinə  görə  üzr 

qəbul  etmədən  dərhal  cəza  verməyə  və  cəzalandırmağa  çalışır.  Ola  bilər 

ki, günahı edənin o işdə üzrü vardır. Lakin onun qeyrətinin, qısqanclığının 

şiddəti onun üzürünü qəbul etməsinə mane olur. Elə də insanlar vardır ki, 

qısqanclığının aşağı  olmasına görə  hər cür üzrü qəbul edir. Üzr olmayan 

bir  şeyi  də  üzürlü  sayır.  Hətta  onlardan  çoxu  görürsən  ki,  qədəri  də  üzr 

gətirirlər. Bunların heç biri bəyənilmir. İnsan həm qısqanc olmalı, həm də 

üzürü qəbul etməlidir. Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 



 buyurdu: 

«Allahın  sevdiyi  və  sevmədiyi  qısqanclıq  vardır.  Sevmədiyi  qısqanclıq 

                                                        

186

 Buxari 5223. 



187

 Buxari 7416, Müslim 1499. 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə