2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


də:  Bunlar  möminlərdən  daha  doğru  yoldadırlar



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə34/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   30   31   32   33   34   35   36   37   ...   238

 

67 


də:  Bunlar  möminlərdən  daha  doğru  yoldadırlar 



  deyirlər.  Onlar 



Allahın  lənət  etdiyi  şəxslərdir.  Allahın  lənət  etdiyi  şəxsə  isə  heç  bir 

kömək  edən  tapa  bilməzsən».  (ən-Nisa  51-52).  «Allaha  iftira  yaxandan 

daha zalim kim ola bilər? Onlar Allahın hüzuruna gətirilər şahidlər belə 

deyərlər:  Bunlar  Rəbbi  barəsində  yalan  söyləyənlərdir!».  Bilin  ki, 

zalimlər  Allahın  lənətinə  gələcəklər!».  (Hud  18).  «Cənnət  əhli 

Cəhənnəm əhlinə  müraciət edib: Biz Rəbbimizin bizə vəd etdiyini haqq 

olaraq  gördük.  Siz  də  Rəbbinizin  sizə  vəd  etdiyini  (Cəhənnəm  əzabını) 

gerçək  olaraq  gördünüzmü?  Deyə  soruşacaqlar.  Onlar:  Bəli 



  deyə 



cavab  verəcəklər.  Elə  bu  zaman  onların  arasından  bir  carçı:  Allah 

zalimlərə lənət eləsin! Deyə səslənəcək». (əl-Əraf 44).  

22. Günahlar Mələklərin və Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 

in  duasından  məhrum  olmağa  səbəbdir.  Allah,  Peyğəmbər 





  sallallahu 

aleyhi  və  səlləm 



  ə  mömin  kişi  və  qadınlar  üçün  istiğfar  (bağışlanma) 

diləməyi əmr etmişdir. «(Ya Muhəmməd!) Bil ki, Allahdan başqa heç bir 

ilah  yoxdur.  (Ondan)  həm  öz  günahlarının,  həm  də  mömin  kişi  və 

qadınların  günahlarının  bağışlanmasını  dilə».  (Muhəmməd  19). 

Mələklərin duası: «Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) 



öz  Rəbbini  həmd-səna  ilə  təqdis  edir,  Ona  inanır  və  möminlərin 

bağışlanmasını diləyərək belə deyirlər: «Ey Rəbbimiz! Sənin rəhmin və 

elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri 

bağışla,  onları  Cəhənnəm  əzabından  qoru.  Ey  Rəbbimiz!  Onları  da, 

atalarından,  zövcələrindən  və  nəsillərindən  əməlisaleh  olanları  da 

özlərinə  vəd  buyurduğun  Ədn  cənnətlərinə  daxil  et.  Şübhəsiz  ki,  sən 

yenilməz  qüvvət  və  hikmət  sahibisən.  Onları  pisliklərdən  qoru.  O  gün 

(Qiyamət günü) pisliklərdən kimi qorusan, şübhəsiz ki, ona rəhm etmiş 

olursan.  Ən  böyük  uğur  və  qurtuluş  budur».  (əl-Mumin  7-9).  Bu  da 

mələklərin  möminlər üçün  etdiyi duadır. Quran və Sünnəyə tabe  olan  və 

bu ikisindən başqa bir yol tanımayan möminlər üçün etdikləri duadır.  

23.  Günahlar  Bərzəxdə  cəzalara  səbəbdir.  Bu  günahlar  eyni  şəkildə 

sahiblərini qəbirdə də tapır və onların oradakı həyatlarını da zəhərləyirlər. 

Onlardan  qaçıb  bir  sığınacaq  da  tapa  bilməzlər.  Əgər  dünyada  ikən  o 

günahlardan  qaçaraq  Allaha  sığınsaydılar,  qəbirdə  də  o  əzabları 

görməkdən canlarını qurtarardılar. «Nəhayət müşriklərdən birinin ölümü 

gəlib  çatdığı  zaman  o,  belə  deyər:  Pərvərdigara!  Məni  geri  dünyaya 

qaytar. Bəlkə zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm! Xeyr, 

bu  onun  dediyi  boş,  faydasız  bir  sözdür.  Onların  önündə  dirilib 

duracaqları  günə  qədər  maneə  (bərzəx)  vardır».  (əl-Muminun  99-100). 

Mucahid 




  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Bərzəx 

  ölümlə  dünyaya 




 

68 


dönmək  arasında  olan  bir  əngəldir  (Bərzəx 

  ölümlə  yenidən  dirilmə 



arasında  keçən  zamandır)».  Həsənul  Bəsri 



  rahmətullahi  aleyhi 



  deyir 

ki:  «Bərzəx 

  sizinlə  axirət  arasında  duran  bu  qəbirlərdir».  Ata  b. 



Xorasani 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Bərzəx 

  dünya  ilə  axirət 



həyatı  arasında  keçən  bir  müddətdir».  Şabii 



  rahmətullahi  aleyhi 



  dən 

soruşulanda ki: «Filankəs öldü». O: «O, nə dünyadadır, nə də axirətdə. O, 

Bərzəxdədir  (Axirət  əhlindən  deyil,  bərzəx  əhlindən  oldu)»

175


.  İbn 

Qeyyim 




 rahmətullahi aleyhi 



 deyir  ki:  «Qəbirlərin  çölü torpaq, içi isə 

peşmançılıqlar  və  əzabdır,  çölü  torpaq  və  naxışlı  daşlarla  döşənmişdir, 

lakin  içi  fəlakət  və  bəlalarla  doludur».  Səmura  b.  Cundəb  -  radıyallahu 



anhu 



  rəvayət  edir  ki,  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  sübh 



namazını  qıldıqdan  sonra  hər  dəfə  səhabələrdən  soruşardı:  «Sizdən  yuxu 

görən varmı?» Görən öz yuxusunu Allahın izni ilə ona danışardı. Bir gün 

səhər o, bizə buyurdu: «Həqiqətən bu gecə mənim yanıma iki nəfər gəldi 

və  mənim  onlarla  getməyimi  xahiş  etdilər.  Mən  də  onlarla  getdim.  (Bir 

müddətdən sonra) uzanmış bir adamın yanına çatdıq. Bir də baxdıq ki, bir 

başqası  əlində  olan  bir  daş  parçası  ilə  uzanan  adamın  üstündə  dayanıb, 

əlində  olan  daşı  uzanan  adamın  başına  vuraraq  başını  yarır.  Daş 

yuvarlanıb  kənara  düşür.  Həmin  adam  gedib  daşı  götürüb  yerinə 

qayıdıncaya  qədər  uzananın  başı  əvvəlki  (ilk)  vəziyyətini  alır.  Sonra  o, 

yenidən  birinci  dəfə  etdiyini  təkrarlayır.  Mən:  «Subhənəllah!  Bunlar 

kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam 

edərək (bir müddətdən sonra) üzü üstə uzanmış bir adamın yanına çatdıq. 

Onun  üstündə  əlində  dəmir  qarmaq  olan  bir  nəfər  (dəmir  qarmağı)  üzü 

üstə  uzanan  adamın  ağzına,  burnuna  və  gözünün  bir  hissəsinə  keçirərək 

boynunun ardına kimi cırırdı. Sonra üzünün o biri tərəfinə keçib oranı da 

boynunun  ardına  kimi  cırdıqda  digər  tərəf  əvvəlki  vəziyyətini  alır  və  o, 

birinci  dəfə  etdiyini  yenidən  təkrarlayırdı.  Mən:  «Subhənəllah!  Bunlar 

kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam 

edərək  (bir  müddətdən  sonra)  təndirə  oxşar  bir  yerə  gəldik.  (Ravi  deyir: 

«Zənn  edirəm  ki,  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:) 



Oradan uğultulu və dəhşətli səslər gəlirdi. Biz içəri baxdıqda orada lüt kişi 

və qadınlar gördük. Aşağıdan atəş onlara yaxınlaşdıqca onlar bağırırdılar. 

Mən:  «Subhənəllah!  Bunlar kimlərdir?»  dedim. Onlar: «Gedək! Gedək!» 

dedilər.  Biz  yolumuza  davam  edərək  (bir  müddətdən  sonra)  bir  gölün 

yanına  çatdıq.  (Ravi  deyir:  «Zənn  edirəm  ki,  Peyğəmbər 



  sallallahu 



aleyhi  və  səlləm  -  gölün  suyunun  qan  rəngində  olduğunu  buyurdu). 

Baxdıq  ki,  göldə  bir  nəfər  üzür.  Sahildə  isə  biri  yanında  bir  topa  daş  ilə 

                                                        

175


 Əhvalu Qubur və Əhvalu Əhlihə ilən Nuşur, əl-Məktəbətul Qayyimi s. 7-8.  


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə