2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə30/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   26   27   28   29   30   31   32   33   ...   238

 

59 


rəvayət  edir  ki,  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  buyurdu: 

«Ümmətimin  hər  bir  üzvü  (Allah)  tərəfindən  əfv  olunmuşdur.  Yalnız 

aşkara  günah  edənlərdən  başqa.  Onlar  əfv  olunmamışlar.  Günahı  aşkara 

edənlərdən  biri  gecə  vaxtı  günah  edər.  Sonra  Rəbbi  o  günahı  insanlaın 

gözündən örtmüş olduğu halda səhərə çıxar. Səhəri o qul: «Ey filan! Mən 

bu gecə belə-belə günahlar etdim» deyər. Halbuki Rəbbi onun günah işini 

örtbasdır edərək gecələmişdir. Səhəri isə Allahın örtdüyü gizlilik pərdəsini 

qaldırmışdır»

128

.  


13.  Bu  günahların  hər  biri  Allahın  həlak  etdiyi  ümmətlərdən  bir 

mirasdır. Lut qövmünün əməli bu qövmdən qalıb, yer üzündə fitnə-fəsad, 

təkəbbürlük  Fironun  qövmündən  qalıb,  təkəbbürlük,  lovğalıq  Hud 



 



əleyhissəlam 

  ın  qövmündən  qalmışdır.  Günahkar  insan  bu  ümmətlərin 



bəzilərinin  paltarını  geyinmişdir.  Onlar  da  Allahın  düşmənləridirlər. 

Abdullah b. Əhməd  öz atasından  «Zuhd»  kitabında  Məlik b. Dinardan 



 

rahmətullahi  aleyhi 



  rəvayət  edir  ki:  «Allah  İsrail  oğullarından  bir 

Peyğəmbərə  vəhy  etdi:  «Qövmünə  söylə,  düşmənlərimin  girdikləri  yerə 

girməsinlər,  düşmənlərimin  paltarlarını  geyinməsinlər,  düşmənlərimin 

mindiklərinə  minməsinlər  və  düşmənlərimin  yedikləri  yerlərdə 

yeməsinlər.  Yoxsa  onlar  kimi  düşmənlərim  olarlar».  Peyğəmbər 



 

sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  «Kim  bir  qövmə  oxşayarsa  o  da 

onlardandır»

129


.  

14.  Günahlar  qulun  Allah  qatında  dəyərsizləşməsinə  və  Allahın 

gözündən  düşməsinə  səbəbdir.  Həsənul  Bəsri 



  rahmətullahi  aleyhi 



 

deyir  ki:  «Onlar  Allaha  dəyərsiz  olduqları  üçün  Ona  asi  oldular.  Onun 

yanında  dəyərləri  olsaydı  Allah  onları  qoruyardı».  Qul  Allaha  görə 

dəyərsizləşərsə ona heç kimsə dəyər verməz. «Allahın alçaltdığı kimsəni 

heç kəs yüksəldə bilməz. Həqiqətən Allah dilədiyini edər». (əl-Həcc 18). 

Hətta  insanlar  o  alçalmışlara  ehtiyaclarından  və  ya  şərlərindən  qorxduq-

larından ötrü zahirən onlara hörmət göstərsələr də həqiqətdə isə o alçaqlar 

insanların qəlblərində ən aşağı kimsələr olaraq qalırlar.  



15. Qul nə qədər çox günah edərsə günahlar onun gözündə balacalaşar, 

yüngülləşər. Günah etməkdən insanın gözündə günahın kiçilməsi həlakın 

əlamətindəndir.  Günah  insanın  gözündə  nə  qədər  kiçik  görünərsə  bir  o 

qədər Allah qatında böyük və əzəmətli olar. İbn Məsud - radıyallahu anhu 

 deyir ki: «Mömin günahlarını dağ boyda görər və sanki o, dağın üstünə 



                                                        

128


 Müslim 2990.  

129


 Buxari, Müslim, Musnəd 2/50-92, əl-Albani səhih.  


 

60 


düşəcəyindən qorxar. Günahı kiçik görən facir isə işlədiyi günahı burnun 

üzərinə qonan milçək kimi görər»

130



16.  Günahkarın  etdiyi  günahın  zərərləri  özündən  başqa  insan  və 



heyvanlara  da  toxunar.  Günahlarının  səbəbinə  görə  özü  və  başqaları  da 

yanır.  «Əgər  Allah  insanları  etdikləri  günahlara  görə  cəzalandırsaydı, 



yer üzündə bir canlı da belə qoymazdı». (Fatir 45, ən-Nəhl 61). İbn Ömər 

-  radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və 

səlləm 



  buyurdu:  «Bir  qövm  zəkat  malını  verməzlərsə  onlara  səmadan 

yağış yağması əngəllənər və əgər heyvanlar olmasa onlara heç bir şəkildə 

yağış  yağmazdı»

131

. Peyğəmbər 





  sallallahu  aleyhi  və  səlləm 



  buyurdu: 

«Günahkar  bir  qul  öldüyü  zaman  qullar  da,  ölkələr  də,  ağaclar  da, 

heyvanlar  da  ondan  rahat  olarlar»

132

.  Əbu  Hureyrə  -  radıyallahu  anhu 



 

deyir  ki:  «Nəfsim  əlində  olan  Allaha  and  olsun  ki,  hətta  quş  da  zalımın 



zülmünə görə yuvasında ölür». Mücahid 



 rahmətullahi aleyhi 



 deyir ki: 

«Həqiqətən  də  heyvanlar  Adəm  övladının  günahkarına  lənət  edirlər. 

Quraqlıq  şiddətlənəndə  heyvanlar  günahkara  lənət  edirlər.  Bunlar  Bəni 

Adəmin  günahlarına  görədir»  deyərlər.  İkrimə 



  rahmətullahi  aleyhi 



 

deyir ki: «Yerin heyvanları, həşəratları, hətta böcək və əqrəblər də deyirlər 

ki:  «Adəm  övladının  günahlarına  görə  biz  yağışdan  məhrum  qaldıq». 

Beləcə,  insana  günahının  cəzası  azmış  kimi  bir  də  heç  bir  günahı 

olmayanların lənətinə məruz qalır.  



17.  Günahlar  insanda  zəlillik  yaradır.  Həqiqi  izzət  Allaha  itaətdədir. 

«Hər kəs (dünyada) izzət-qüdrət, şərəf-şan istəsə (bilsin ki, dünyada da. 

Axirətdə də) bütün izzət-qüdrət, şərəf-şan ancaq Allaha məxsusdur



». 



(Fatir 10). O izzəti Allaha itaət etməklə axtarın. İnsan itaəti yalnız Allaha 

itaətdə tapar. Buna görə də sələflər dualarında deyərdilər ki: «Allahım Sən 

məni  itaətinlə  izzətləndir,  günahlarla  zəlil  etmə».  Allah  mütləq  Ona  asi 

olanı  zəlil  edəcəkdir.  Həsənul  Bəsri 



  rahmətullahi  aleyhi 



  deyir  ki: 

«Allah  ona  üsyan  edənləri  mütləq  zəlil  edər».  Abdullah  b.  Mubarək 



 



rahmətullahi aleyhi 



  deyir  ki:  «Mən  gördüm  ki,  günahlar  qəlbi  öldürür. 

İnsana  zəlillik  gətirir.  Günahları  tərk  etmək  isə  qəlbin  həyatıdır.  Sənə 

xeyirli olan odur ki, günahlara qarşı çıxasan. Dini korlayan padşahlar, pis 

alimlər və pis abidlərdən başqasıdırmı?».  

18.  Günahlar  sahibinin  ağlını  ifsad  edər.  Həqiqətdə  isə  ağlın  bir  nuru 

vardır.  Günah  isə  ağlın  nurunu  söndürər.  O  nur  sönərsə  artıq  ağıl 

naqisləşər. Sələflər deyirlər ki: «Heç kəsin ağlı yox olmadıqca Allaha asi 

                                                        

130

 Buxari.  



131

 Əhməd, əl-Albani «Səhih Silsilə» 106.  

132

 Müslim 2/656, H. 950.  




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə