2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə27/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   23   24   25   26   27   28   29   30   ...   238

 

53 


sevginin,  xəstəlik  də  ölümün  dəhlizidir».  İmam  Əhməd 



  rahmətullahi 



aleyhi 



  deyir  ki,  bizə  Vəlid  Əvzainin,  Hilal  b.  Sadın  belə  dediyini 

eşitdim:  «Günahın  kiçikliyinə  baxma.  Lakin  kimə  üsyan  etdiyinə  bax». 

Fudeyl  b.  İyad 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Günah  nə  qədər  sənin 

gözündə  kiçilərsə  Allahın  dərgahında  bir  o  qədər  böyüyər  və  nə  qədər 

sənin  gözündə  böyüyərsə  bir  o  qədər  də  Allah  qatında  günah  kiçilər. 

Rəvayətlərdə  gəlir  ki,  Allah,  Musa 



  əleyhissəlam 



  a  vəhy  edir: 

«Yaratdıqlarım  içərisində  ilk  ölən  İblisdir».  Musa:  «Nəyə  görə?»  deyə 

buyurdu.  Allah:  «O,  Mənə  asi  olduğuna  görə.  Mənə  asi  olanı  mən 

ölülərdən sayıram». İbn Abbas - radıyallahu anhu 

 rəvayət  edir ki:  «Ey 



günahkar! Günahın  fitnəsindən  və  onun pis aqibətindən əmin  olma.  And 

olsun  ki, günahdan sonra günah  etmək  etdiyin günahdan daha böyükdür. 

Günah edərkən sağında və solunda olan mələklərdən utanmamağın etdiyin 

günahdan  daha  böyükdür.  Allahın  sənə  nə  edəcəyini  bilmədiyin  halda 

gülməyin  etdiyin  günahdan  daha  böyükdür.  Günahı  etdikdə  günahınla 

sevinmək daha böyük günahdır. Edə bilmədiyin günahdan ötrü üzülməyin 

daha  böyük  günahdır.  Günah  etdiyin  zaman  küləyin  qapının  pərdəsini 

əsdirdiyi zaman qorxmağın Allahın səni daima görüb və qəlbinin bundan 

qorxmamasından daha böyükdür. Vay olsun sənə! Əyyubun günahı nə idi 

ki,  Allah  bədəninə  xəstəlik  və  malına  isə  yoxluq  göndərdi?  Bir  kimsə 

zalıma  qarşı  ondan  kömək  istəmiş  o  da  zalımı  zülmündən  çəkindir-

məmişdi. Bu üzdən də Allah onu müsibətə qərq etdi». Vəhb rəvayət edir 

ki:  «Allah  Bəni  İsrail  Peyğəmbərlərinə  buyurmuşdu:  «Mənə  itaət 

edildikdə  razı  qalıram.  Razı  qaldıqda  bərəkət  verirəm.  Bərəkətimin  də 

sonu  yoxdur.  Mənə  asilik  ediləndə  isə  qəzəblənirəm.  Qəzəbləndikdə  isə 

lənət edirəm. Lənətim də yeddi (nəsilə) uşağa da çatır». Aişə - radıyallahu 



anhə 

 Muaviyə - radıyallahu anhu 



 ya məktub yazaraq deyir ki: «Əgər 

bəndə  günah  edərsə insanların ona olan tərifi  məzəmmətə çevrilər». Əbu 

Darda - radıyallahu anhu 

 deyir  ki:  «Hər bir insan  özü də  hiss  etmədən 



möminlərin  qəlblərinin  onu  lənətləməsindən  çəkinməlidir.  Bu  nədən  baş 

verir  bilirsinizmi?  Bəndə  heç  kimsənin  görmədiyi  bir  yerdə  Allaha  qarşı 

üsyanlar edir və heç fərqinə də varmadan Allah möminlərin qəlblərinə ona 

qarşı nifrət hisslərini qoyur». Abdullah b. Əhməd atasının Zuhd kitabında 

Muhəmməd  b.  Sirin 



  rahmətullahi  aleyhi 



  dən  bunu  zikr  etmişdi: 

Muhəmməd b. Sirin 



 rahmətullahi aleyhi 



 götürdüyü borca görə üzüldü 

və dedi: «Mən bu qədərin 40 il əvvəl etdiyim bir günah üzündən olduğunu 

bilirəm». Sələflər deyirlər ki: «Hər kim Allahdan qorxarsa Allah onu hər 

şeydən  qoruyar,  Kim  də  Allahdan  qorxmazsa  O  da  onu  hər  şeydən 

qorxudar. Allah məxluqatı yaratdıqda belə təqdir etmişdi: Qorxu və günah 




 

54 


bir-birinə bağlıdır». Həmid Muhəmməd əl-Muslih deyir ki: «Bu günlərdə 

meydana  gələn  və  əmin-amanlığın  qalxması,  insanların  qorxu  və  fəsad 

içərisində yaşamalarına səbəb olan müharibələrin səbəbi dünyanı dolduran 

bir  çox  günah  və  üsyanlardır.  «Allah  bir  şəhəri  misal  gətirir.  O,  şəhər 



əmin-amanlıq  və  arxayınçılıq  içində  idi.  Ruzisi  də  hər  yerdən  bol-bol 

gəlirdi.  Lakin  əhalisi  Allahın  nemətini  inkar  etdi,  Allah  da  həmin 

şəhərin  sakinlərinə  etdikləri  əməllərə  görə  aclıq  və  qorxu  bəlası 

daddırdı». (ən-Nəhl 112).  

İnsanlar  etdikləri  günahın  təsirini  həmən  o  anda  görməzlər.  Bəzən  də 

günahın  təsiri,  zərəri  sonra  ortaya  çıxır.  Lakin  onlar  etdikləri  günahı 

unutmuş  və  zənn  edirlər  ki,  Allah  onların  etdiklərindən  ötrü  qəzəblən-

məmişdir.  Şair  deyir  ki:  «Divar  yıxıldıqda  toz  qalxmırsa,  yıxıldıqdan 

sonra  artıq  onun  tozu  olmaz».  Subhənəllah!  Bu  qara  nöqtə  neçələrini 

həlak  etdi,  neçə  nemətləri  yox  etdi,  neçə  əzabları  gətirdi.  Peyğəmbər 



 



sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  «Qul  bir  günah  etdiyi  zaman 

qəlbinə  qara  bir  nöqtə  düşər.  O,  günahdan  çəkinib  tövbə  edər  və  istiğfar 

diləyərsə o nöqtə silinər və qəlbi yenə də parlayar. Lakin günahını təkrar 

etdiyi  zaman  o,  qara  nöqtə  artar.  Nəhayət  bütün  qəlbini  tutar.  Allahın 

ayəsində  olan:  «Xeyr,  əslində  onların  qəlblərini  qazandıqları  günahlar 



qaplamışdır». (əl-Mutaffifin 14) budur»

125


. Əbu Darda - radıyallahu anhu 

  deyir  ki:  «Sizlər  Allaha  Onu  görür  kimi  ibadət  edin  və  özünüzü 



ölülərdən  sayın.  Bilin  ki,  sizə  bəs  edən  az  mal,  sizi  azdıran  çox  maldan 

daha  xeyirlidir.  Bilin  ki,  yaxşılıq  əskilməz,  günah  da  unudulmaz». 

Süleyman ət-Teymi 



 rahmətullahi aleyhi 



 deyir ki: «Bir kimsə gizlində 

günah edərsə sabahladıqda o (günahın) zəliliyi onun üzünə çökər». Zinnun 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Bir  kimsə  gizlində  Allaha  xəyanət 

edərsə, Allah da onun örtüyünü aşkarda açar». Bütün bəlalar insanlara öz 

günahlarına görə baş verir. İbrət alan isə yalnız mömindir. 

İbn Qeyyim 



 rahmətullahi aleyhi 



 öz dəyərli kitabı olan «əl-Cəvabul 

Kəfi» adlı kitabında bu günahların zərərlərini qeyd edir.  



1. Günahların zərərlərindən biri  elmdən  məhrum  olmaqdır. Çünki  elm 

Allahın qəlblərə atdığı bir nurdu. Günah isə bu nuru söndürür. İmam Şafii 



 rahmətullahi aleyhi 

, İmam Məlik 





 rahmətullahi aleyhi 



 nin yanında 

idi.  Onun  elmi,  fəhmi  və  zəkası  İmam  Məliki 



  rahmətullahi  aleyhi 



 

heyrətləndirmişdir.  İmam  Məlik:  «Mən  görürəm  ki,  Allah  sənin  qəlbinə 

bir  nur  vermişdir.  Sən  də  bu  nuru  günahın  zülməti  ilə  söndürmə».  Buna 

görə  də  İmam  Şafii 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Şikayət  etdim 

                                                        

125


 Tirmizi 3334, İbn Məcə 4344, Musnəd 2/197, Beyhəqi «Sünən» 10/189, İbn Hibban 2448, Həkim 

2/517, əl-Albani «Səhih Sünnən Tirmizi» 3/127.  




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə