2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə25/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   21   22   23   24   25   26   27   28   ...   238

 

49 


kinlə  dəyişən  nə  idi?  Təsbih,  Təqdis,  Tövhid  nidalarını  küfr,  şirk,  yalan, 

iftira və söymə  nidalarıyla, iman paltarını  küfr, fasiqlik, üsyan paltarı ilə 

dəyişən nə idi? Beləcə onu Allah dərgahında ən xor və zəlil hala gətirən, 

onu  rəhmətindən  bütünlüklə  uzaqlaşdıran,  üzərinə  qəzəbini  nazil  edib 

uçuruma salan, Onun qəzəbi hər bir qəzəbdən böyükdür, beləcə onu məhv 

edən  nə  idi? Sonda  da hər bir fasiq  və  mücrimin  öndəri  edən  nə  idi? Ey 

Allahım! Əmrinə müxalif olub qadağanını etməkdən sənə sığınıram. Suyu 

dağların  təpələrinə  qədər  yüksəldərək  Nuh 



  əleyhissəlam 

  ın  qövmünü 



suya  qərq  edən  nə  idi?  «Ey  Rəbbim!  Yer  üzündə  bir  nəfər  belə  kafir 

qoyma!». (Nuh 26). Ad qövmünə küləyi göndərərək onları içi boş xurma 

kötükləri  kimi  məhv  edən,  yurdlarını,  əkinlərini,  heyvanlarını  və  onları 

Qiyamət  gününə  qədər  insanlara  ibrət  edən  nə  idi?  «Ad  (qövmü)  isə 

uğultulu,  çox  soyuq  və  şiddətli  bir  küləklə  tarmar  oldu. Allah  o  küləyi 

yeddi gecə səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Sən 

onların  çürük,  içi  boş  xurma  kötükləri  kimi  yerə  sərildiklərini 

görərdin!».  (əl-Haqqə  6-7).  Səmud  qövmünə  tük  ürpədici  səsin 

göndərilməsi  ilə  ən  son  fərdinə  qədər  hamısını  məhv  edən  nə  idi?  «Biz 



onlara bircə dəhşətli, tükürpədici səs  (Cəbrailin qışqırtısını) göndərdik, 

dərhal ağıl düzəldənin istifadə etdiyi quru ota döndülər». (əl-Qəmər 31). 

Lut 




  əleyhissəlam  -  qövmünü  mələklərin  itlərin  səslərini  belə  eşidəcək 

qədər  göyə  qaldırılaraq  altının  üstünə  çevirən,  başlarına  daşlar  yağdıran, 

beləcə  heç  bir  millətə  verilməyən  əzabın  onlara  verilməsinə  yol  açan  nə 

idi? Belə ki, bu əzab onların etdiklərini edənlərə də gələcəkdir. «Əmrimiz 



gəldiyi  zaman  o  yurdun  altını  üstünə  çevirdik  və  üzərinə  odda  bişmiş, 

bir-birinə bitişik bərk daşlar yağdırdıq». (Hud 82). Şueyb 



 əleyhissəlam 



-  ın  qövmünə  kölgə  kimi  əzab  buludlarını  göndərərək  başlarına  od 

yağdıran nə idi? Firon və qövmünü dənizdə qərq edən, Qarunun evi, malı 

ilə yerə keçirilməsinə səbəb nə idi? «Nəhayət Qarunu sarayı ilə birlikdə 

yerə gömdük. Allaha qarşı ona yardım edə biləcək bir cəmaat da yox idi. 

O,  özü  də  özünə  heç  bir  kömək  edə  bilmədi».  (əl-Qəsəs  81).  Nuh 



 



əleyhissəlam 

 dan sonra neçə-neçə nəsilləri əzablarla həlak edən və onları 



yer  üzündən  silən  nə  idi?  Bəni  İsrailin  başına  gələn  müsibətlərə,  onların 

meymunlara və donuzlara çevrilməsinə, Yəsin sahiblərinin məhv olmasına 

səbəb nə idi?  

Heç şübhəsiz ki, bütün bu ümmətlərin məhv olmasına səbəb günahlar 

olmuşdur. «Biz onların hər birini öz günahı ilə yaxaladıq. Kiminin başı 

üstünə  (qasırğa  ilə)  qızmar  daş  yağdırdıq,  kimini  dəhşətli,  tükürpədici 

səslə  yaxaladıq,  kimini  yerə  batırdıq,  kimini  də  suya  qərq  etdik.  Allah 

onlara  zülm  etmirdi,  onlar  özləri  özlərinə  zülm  edirdilər».  (əl-Ənkəbut 



 

50 


40). Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 



 buyurdu: «Allah insanları 

həlak  etməz  o vaxta qədər ki, səbəb onlar tərəfindən olmasın»

116

.  Ummu 


Sələmə  -  radıyallahu  anuə 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu 

aleyhi  və  səlləm 



  buyurdu:  «Əgər  günahlar  ümmətə  zühur  edərsə  Allah 

əzabla  onları  bürüyər».  Sələmə:  «Ey  Allahın  Rəsulu!  Onların  içərisində 

saleh  kimsələr  olmayacaqmı?»  deyə  soruşdu.  Peyğəmbər:  «Bəli, 

olacaqdır»  deyə  buyurdu.  Sələmə:  «Onlara  nə  edəcəkdir»  dedi. 

Peyğəmbər:  «Onlara  toxunan  toxunacaqdır.  Bundan  sonra  Allahın 

razılığına  və  məğfirətinə  qovuşacaqlar»  deyə  buyurdu

117


.  İbn  Ömər  

radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və 

səlləm 



  buyurdu:  «Allah  bir  qövmə  bəla  göndərdikdə  bəla  o  qövmə 

məxsus olan hər bir kəsə toxunar. Onlar həşr olunduqdan sonra isə hərə öz 

əməlinə  (niyyətinə)  görə  mükafatlandırılar.  «Sizdən  zalimlərə 



toxunmayacaq  bəladan  qorxun».  (əl-Ənfal  25)»

118


.  Həsənul  Bəsri 



 



rahmətullahi aleyhi 



 deyir ki: «İnsanlar elmli olduqlarını deyib əməli zay 

edərlərsə  (əməl  etməzlərsə),  dilləri  ilə  bir-birilərini  sevdiklərini  deyib 

qəlbləri  ilə  nifrət  edərlərsə, qohumluq əlaqələrini  kəsərlərsə Allah  onlara 

lənət  edər,  onları  kar  edər  və  qəlblərini  də  kor  edər».  İbn  Məsud  

radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və 

səlləm 



 buyurdu: «Sizdən əvvəlki ümmətlərdən biri günah etdikdə digəri 

gələrək  ona:  «Ey  insan!  Allahdan  qorx.  Səhəri  sanki  onu  günah  edərkən 

görməmiş  kimi  onunla  birlikdə  oturar,  yeyər  və  içər.  Allah  onların  belə 

etdiklərini  gördükdə  qəlblərini  bir-birinə  bənzədər  və  sonra  da  onları 

Peyğəmbərləri Davud və İsa 



 əlehimussəllam 

 ın  dili  ilə  lənətləyər. Bu 



onların  üsyan  etmələri  və  həddi  aşmalarına  görə  idi.  Muhəmmədin  nəfsi 

əlində olana and olsun ki, ya siz yaxşılığı əmr edib, pislikdən çəkindirər, 

zalımı  əlindən  tutaraq  pislikdən  çəkindirər,  ya  da  Allah  qəlblərinizi  bir-

birinizə  bənzədər,  sonra  da  onları  lənətlədiyi  kimi  sizi  də  lənətləyər»

119



İbn Əbi Dunya İbrahim b. Amr əs-Sənani deyir ki, Allah, Yuşa b. Nuna: 



«Mən qövmünün ən xeyirlilərindən 40 min, ən şərlilərindən 60 min nəfəri 

həlak  edəcəyəm»  deyə  vəhy  etdi.  O:  «Ya  Rəbbim!  Bunlar  pislərdir,  bəs 

yaxşılar nə üçün?». Allah: «Onlar mənim qəzəb etdiklərimə qəzəblənmir, 

pislərlə  birlikdə  yeyib-içirlər»  deyə  buyurdu.  Əbu  Ömər  b.  AbdulBərr, 

Əbu  İmrandan  rəvayət  edir  ki,  Allah  bir  mələyi  bir  qəsəbəni  əhalisi  ilə 

birlikdə  həlak  etmək  üçün  göndərdi.  Mələk  o  qəsəbədə  məsciddə  bir 

                                                        

116


 Əbu Davud 4347, Musnəd 5/293, Bəğavi 3/348.  

117


 İmam Əhməd «Musnəd» 6/304 4/294, Əbu Nuaym «Hiylə» 10/218.  

118


 Müslim 2878.  

119


 Əbu Davud 4337, Tirmizi 3047, İbn Məcə 4006, Musnəd 1/392, Təbərani «Kəbir» 10264-10268. 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə