2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə28/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   24   25   26   27   28   29   30   31   ...   238

 

55 


Vəkiyə  hifzimin  zəifliyindən,  tövsiyəsi  bu  oldu:  «Əl  çək  asiliyindən». 

Sonra  bəyan  eylədi:  «Elm  deyərlər  nura,  Allahın  nuru  verilməz  asi 

qula»

126


.  

2. Günahlar ruzidən məhrum olmağa səbəbdir. Peyğəmbər 



 sallallahu 



aleyhi  və  səlləm 



  buyurdu:  «Həqiqətən  də  qul  etdiyi  günahına  görə 

ruzidən  məhrum  qalır»

127


.  İnsan  öz  əlləri  ilə  etdiyi  günahlarına  görə 

ruzidən məhrum olur. Allahdan  qorxmaq ruzini gətirdiyi ki, Təqvanı tərk 

etmək fəqirliyi (kasıblığı) gətirir. Ona görə də Allahın ruzisini gətirən şey 

günahları  tərk  etməkdir.  «Əgər  şükür  etsəniz  sizə  olan  nemətimi 



artıracağam.  Yox  əgər  nankorluq  etsəniz  mənim  əzabım  həqiqətən  də 

şiddətlidir». (İbrahim 7).  

3.  Günahlar  insan  ilə  Allah  arasında  sıxıntının  (soyuqluğun) 

yaranmasına  səbəbdir.  Günahlar  elə  bir  sıxıntı  verir  ki,  heç  bir  ləzzət 

bunun yerini verə bilməz. Hətta bütün dünyanın ləzzətləri toplansa da belə 

bu  sıxıntını  aradan  qaldıra  bilməz.  Günahları  tərk  etmək  sadəcə  bu 

sıxıntıya  görə  olsaydı  ağıllı  insan  bunu  tərk  edərdi.  Bir  kişi  sələflərdən 

birinə  qəlbində  olan  sıxıntıdan  şikayət  edir.  O,  da  deyir  ki:  «Əgər  sən 

sıxıntını  tapmısansa  bu  günahlardandır.  Günahları  tərk  et  ki,  sıxıntıdan 

qurtarasan».  Qəlbə  yalnız  günaha  görə  sıxıntı  gəlir.  Kömək  istənilən  isə 

Allahdır.  

4. Günahların zərərlərindən biri də günahkarın özü ilə insanlar arasında 

sıxıntı  (soyuqluğun)  yaranmasıdır.  Elm  əhlinə,  xeyir  əhlinə  qarşı  olan 

sıxıntıdır.  Görürsən  ki,  belə  bir  insan  özü  ilə  onlar  arasında  bir  sıxıntı 

duyur. Hər dəfə də bu sıxıntı çoxaldıqda o kimsə xeyir əhlindən uzaqlaşır. 

Onların məclislərindən, onlardan faydalanmaq bərəkətindən məhrum olur. 

Şeytanın dəstəsinə yaxınlaşır. Nə qədər Rəhmanın dəstəsindən uzaqlaşarsa 

bir o qədər də şeytanın dəstəsinə yaxınlaşar. Bu sıxıntı o, qədər güclənər 

ki,  artıq  ona  hakim  kəsilər.  Hətta  bu  sıxıntı  özü  ilə  yoldaşı,  uşaqları  və 

qohum əqrabaları arasında yaranar. Hətta özü ilə nəfsi arasında soyuqluq 

yaranır.  Artıq  sən  belə  bir  kimsəni  özündən  uzaqlaşmış,  tək  (yalqız) 

qalmış  görürsən.  Sələflər  deyirlər  ki:  «Mən  Allaha  asi  oluram,  günah 

edirəm  və  bunun  təsirini  də  həyat  yoldaşımın  və  heyvanımın  əxlaqında 

görürəm».  

5.  Günahlar  işlərin  ona  qarşı  çətinləşməsinə  səbəbdir.  İşlərinin 

çətinliyə  düşməsi.  Hər  hansı  bir  işə  yönəlirsə  ya  onun  bağlı  olduğunu 

görür,  ya  da  çətinləşdiyini  görür.  Kim  ki,  Allahdan  qorxarsa  Allah  onun 

işlərini  asanlaşdırar.  Kim  də  Təqvanı  -  Allah  qorxusunu  -  tərk  edərsə 

                                                        

126


 «Məalimu Fi Tariqi Tələbəil Elm» səh. 31.  

127


 Əhməd 5/277-280, Tirmizi 2/20, İbn Məcə 4042.  


 

56 


Allah  da  onun  işlərini  çətinləşdirər.  Çox  təəccüblüdür  ki,  insan  xeyir 

qapılarının  onun  üzünə  bağlandığını  görür,  çətinlikləri  görür,  lakin  bu 

çətinliklərin haradan gəldiyini və nəyə görə işlərin ona qarşı bağlandığını 

görmür və bilmir.  



6.  Günahlar  insanın  qəlbində  zülmətin  hiss  olunmasına  səbəbdir. 

Qaranlıq  gecədə  gözü  ilə  zülməti  hiss  etdiyi  kimi  qəlbində  də  o  zülməti 

hiss edir. Artıq bu zülmət hissi zülmətə çevrilir. Həqiqətən də itaət nurdur, 

günahlar  isə  zülmətdir.  Nə  qədər  zülmət  çoxalarsa  insanın  heyrəti, 

çaşqınlığı  da  artar.  O,  bimədən  bidətə,  zəlalətə,  həlak  edici  günahlara 

düşər.  Artıq  o,  gecənin  qaranlığında  tək  başına  dolaşan  kor  kimidir.  Bu 

zülmət qəlbdə  o qədər güclənər ki, gözündə  də büruzə verər. Sonra daha 

da  gücləndikcə  zülmət  üzünə  hakim  olar.  Artıq  insanın  üzündə  hər  bir 

kəsin  görə  biləcəyi  bir  qaraltıya  dönər.  İbn  Abbas  -  radıyallahu  anhu 

 



deyir ki: «Həqiqətən də yaxşı əməllər üzə nur, qəlbə nur, ruzini çoxaldır, 

bədənə  qüvvət  verir  və  insanların  qəlbində  sənə  qarşı  məhəbbət  yaradır. 

Pis  əməllər  isə  üzdə  zülmət,  qəlbdə  və  qəbirdə  qaranlıq,  ruzini  azaldır, 

bədəni zəiflədir və insanların qəlbində sənə qarşı nifrət yaradır».  



7. Günahlar qəlbi və bədəni zəiflədir. Qəlb o, qədər zəifləyir ki, həyat 

oradan  qalxır.  Artıq  o,  ölü  qəlb  olur.  Bədənə  gəldikdə  isə  möminin 

qüvvəsi  qəlbindəndir.  Qəlbi  nə  qədər  güclü  olarsa  bədəni  də  bir  o  qədər 

güclü  olar.  Günahkarın  isə  bədəni  nə  qədər  güclü  olarsa  ehtiyac  vaxtı 

bədəni  ona  xəyanət  edər.  Sən  Farslar  və  Rumlular  haqqında  fikirləş.  Bu 

qədər  səltənətin,  var-dövlətin  sahibləri  iman  əhlinin  qarşısında  necə  zəlil 

oldular.  

8.  Günahlar  insanı  itaətdən  məhrum  edir.  Günahlar  insanı  itaətdən 

yayındırır.  İtaətə  aparan  yolun  qarşısını  kəsir.  İtaətdən  məhrum  olur. 

Günahların  səbəbi  ilə  bir  çox  itaətdən  məhrum  qalır.  O  itaətlər  ki,  onun 

üçün  dünya  və  içindəkilərdən  də  xeyirli  idi.  Günahın  insanı  itaətdən 

məhrum  etməsindən  başqa  heç  bir  cəzası  olmasaydı  da  belə,  bu  cəza 

olaraq kifayyət  edərdi. Günah  insanın  itaət yolunu  kəsir. Onu bir, iki, üç 

və  s.  itaətlərdən  məhrum  edir.  Nəticədə  günah  hər  biri  dünya  və 

içindəkilərdən də xeyirli olan bir çox itaətin edilməsinə əngəl olur. İbnul 

Covzi 



  rahmətullahi  aleyhi 





  deyir  ki:  «Günahkar  kimsə  bədəninin 

sağlam  və  malının  çox  olmasına  baxaraq  etdiyi  günahın  cəzasının 

verilməyəcəyini zənn edir. Halbuki cəzalandırılmasından xəbəri olmaması 

belə bir cəzadır». Vəhb b. Vərdədən soruşurlar: «Günah edən biri ibadətin 

dadını  ala  bilərmi?».  O:  «Xeyr,  dada  bilməz.  Hətta  günaha  niyyətli  olan 

belə  ibadətin  dadını  ala  bilməz».  İbn  Məsud  -  radıyallahu  anhu 

  dan: 


«Gecə  namazlarına  dura  bilmirəm?»  deyə  soruşdular.  O:  «Günahlar 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə