2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə26/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   22   23   24   25   26   27   28   29   ...   238

 

51 


namaz  qılan  gördü  və:  «Ya Rəbbim!  Bu  qəsəbədə sənin  namaz  qılan bir 

qulun  vardır»  dedi. Allah:  «O  qəsəbəni  də, onu  da onlarla birlikdə  həlak 

edin (Başqa rəvayətdə: İlk öncə ondan başlayın). Çünki onun üzü mənim 

rizam üçün bir dəfə də qızmamışdır». İbn Əbi Dunya, Vəhb b. Munəbbih 

rəvayət  edir ki: «Davud  - əleyhissəlam - xəta etdikdə: Ya Rəbbim! Məni 

bağışla»  dedi.  Allah:  «Səni  bağışladım,  o  xətanın  ayıbını  da  İsrail 

oğullarına  yüklədim»  deyə  buyurdu.  Davud:  «Ya  Rəbbim!  Sən  heç 

kimsəyə zülm etməyən adil bir Hakimsən, bu necə ola bilər?» dedi. Allah: 

«Sən  xətanı  etdikdə  onlar  bu  xətanı  düzəltmədilər».  Məlik  b.  Dinar 



 



rahmətullahi  aleyhi 



  rəvayət  edir  ki:  «Hikmətli  Allah  buyurdu:  «Mən 

hökmdarlar  hökmdarı  olan  Allaham.  Hökmdarların  qəlbləri  mənim 

əlimdədir.  Elə  isə  kim  mənə  itaət  edərsə  hökmdarları  onlara  qarşı 

mərhəmətli  edərəm.  Kim  də  mənə  üsyan  edərsə  hökmdarları  onların 

başına bəla açarlar. Buna görə də hökmdarlara küfr etməyin. Lakin mənə 

tövbə  edin ki, onları sizə  qarşı şəfqətli  edim». İmam  Əhməd  və  digərləri 

Qatadə 




  rahmətullahi  aleyhi 



  dən  rəvayət  edirlər  ki,  Yunus 



 

əleyhissəlam 

  buyurdu:  «Ya  Rəbbim!  Sən  göydəsən,  bizlər  isə  yerdə. 



Sənin  qəzəbinin  və  rizanın  əlaməti  nədir?».  Allah:  «Sizə  ən  xeyirli 

idarəçiləri  başçı  təyin  etmişəmsə  bu  sizdən  razı  olduğumun  əlamətidir. 

Əgər  ən  şərli  idarəçini  sizə  başçı  təyin  etmişəmsə  bu  da  sizə  olan 

qəzəbimdir». İbn Əbi Dunya, İbn Ömər - radıyallahu anhu 

 rəvayət edir 



ki,  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  «Nəfsim  əlində 

olana  and  olsun  ki,  Allah  yalançı  idarəçilər,  günahkar  vəzirlər,  xain 

məmurlar,  qəlbləri  leşdən  daha  iyrənc,  fasiq  din  adamlarını  göndər-

mədikcə  Qiyamət  qopmaz.  Allah  bu  din  adamlarına  bulanlıq  bir  fitnə 

göndərir  ona  da  uyarlar.  Muhəmmədin  nəfsi  əlində  olana  and  olsun  ki, 

İslamın  dayaqları  silinəcək  sonda  isə  Allah,  Allah  deyən  qalmayacaqdır. 

Ya  yaxşılığı  əmr  edib  pislikdən  çəkindirəcəksiniz,  ya  da  Allah  sizə  ən 

şərlilərini  göndərər  və  onlar  da  sizə  əzabın  ən  şiddətlisini  daddırarlar. 

Sonra xeyirliləriniz dua etsə də belə qəbul olunmaz. Ya yaxşılığı əmr edib 

pislikdən  çəkindirəcəksiniz,  ya  da  Allah  sizə  kiçiklərinizə  rəhm  etməyən 

və  böyüklərinizə  də  hörmət  göstərməyən  kimsələri  göndərər».  Sələflər 

deyirlər  ki:  «Allah  bir  millətə  xeyir  diləyərsə  idarəçiliyi  həlim  olanlara, 

xəzinələrini də comərd olanlara verər. Bir millət pislik edərsə idarəçilərini 

ağılsız  səfehlərə,  xəzinələrini  də  simiclərə  verər».  Fudeyl  b.  İyad 



 

rahmətullahi  aleyhi 



  deyir  ki:  «Allah  bir  Peyğəmbərinə  belə  vəhy 

etmişdir:  Məni  tanıyan  birisi  mənə  üsyan  etdikdə  ona  Məni  tanımayan 

birisi ilə imtahan edərəm». Yer yalnız onun üzərində günahların olmasına 

görə titrəyir, həlak  edici külək, suya qərq  olmaq, qasırğalar, yerin altının 



 

52 


üstünə  çevrilməsi  halları  yalnız  günahların  nəticəsinə  görə  baş  verir.  O, 

Allahdan qorxaraq titrəyir. Ömər b. AbdulAziz 



 rahmətullahi aleyhi 



 öz 

vəlilərinə  məktub  yazaraq  deyir  ki:  «Bu  titrəyiş  elə  bir  şeydir  ki,  Allah 

bununla  bəndələrini  danlayır,  onlara  xitab  edir…».  İbn  Abbas  



radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və 

səlləm 



  buyurdu:  «Bir  qövm  tərəzidə  aldadarsa  Allah  onlara  yağışın 

yağmasını  kəsər.  Bir  qövmdə  zina  zühur  edərsə  onların  içərisində  ölüm 

zühur  edər.  Bir  qövmdə  riba  ortaya  çıxarsa  Allah  onların  üzərinə  dəlilik 

salar. Bir qövmdə bir-birini öldürmək ortaya çıxarsa Allah onların üzərinə 

düşmənlərini  salar.  Bir  qövümdə  Lut  qövmünün  əməli  ortaya  çıxarsa 

Allah  onları  yerə  keçirər.  Bir  qövm  yaxşılığı  əmr  edib,  pislikdən 

çəkindirməyi  tərk  edərlərsə  onların  əməlləri  qaldırılmaz,  duaları  da 

eşidilməz»

120


.  Aişə  -  radıyallahu  anhə 

  rəvayət  edir  ki,  Peyğəmbər 





 

sallallahu aleyhi və səlləm 



  buyurdu:  «Ey  insanlar!  Allah  sizə  buyurur: 

«Sizlər  yaxşılığı  əmr  edib  pislikdən  çəkindirin.  Yoxsa  siz  dua  edərsiniz 

Mən  də sizin  dualarınıza cavab  vermərəm, Məndən  kömək  istəsəniz sizə 

kömək  etmərəm,  Məndən  istəsəniz  sizə  vermərəm»

121


.  Peyğəmbər 



 



sallallahu aleyhi və səlləm 



 buyurdu: «İnsanlar zalımı görüb onun əllərini 

zülmdən  çəkməzlərsə  (Başqa  rəvayətdə:  Yaxşılığı  əmr  edib  pislikdən 

çəkindirməzlərsə)  aradan  çox  vaxt  keçməz  ki,  Allah  onları  bir  cəza  ilə 

hamısını məhv edər (Başqa rəvayətdə: Sonra Ona dua etsəniz də O, sizin 

duanızı qəbul  etməz)»

122

. Zahid Ömər deyir ki: «Öz nəfsindən qafil  olub 



Allahdan  üz  çevirənin  əlaməti:  Allahın  qəzəb  etdiyi  bir  şeyi  görüb  lakin 

ona  heç  bir  zərər  və  fayda  verə  bilməyən  birisindən  qorxduğu  üçün 

yaxşılığı əmr etmədən və pislikdən də çəkindirmədən çıxıb getmək». Əbu 

Hureyrə  -  radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu 

aleyhi  və  səlləm 



  buyurdu:  «Günah  gizli  olarsa  yalnız  sahibinə  ziyan 

verər.  Əgər  günah  açığa  çıxarsa  və  (insanlar  onu  dəyişdirməzlərsə)  bu 

zərər  (müsibət)  hamını  bürüyər»

123

.  İbn  Əbi  Dunya,  İbn  Abbas  



radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və 

səlləm 



 buyurdu:  «Elə bir zaman  gələcək  ki,  möminin  qəlbi  duzun suda 

əridiyi kimi əriyəcəkdir». «Nə üçün belə olacaq Ey Allahın Rəsulu?» deyə 

soruşdular.  Peyğəmbər:  «Pisliyi  görüb  və  onu  dəyişdirmədiyinə  görə 

(Başqa  rəvayətdə:  Qüvvətli  və  çox  olduqları  halda

124


)».  Sələflər  deyirlər 

ki:  «Günahlar  küfrün  dəhlizi,  öpmə  yaxınlığın,  musiqi  zinanın,  baxma 

                                                        

120


 Təbərani həsən hədis.  

121


 İmam Əhməd «Musnəd» 6/159, Heysəmi «Məcma» 7/266.  

122


 əl-Albani «Səhihul Cəmi» 1969, 6947.  

123


 Heysəmi «Məcma», Təbərani «Əvsat».  

124


 Musnəd 4/761, Beyhəqi «Sünən» 10/91, Tahavi «Müşkil» 2/25, Heysəmi «Məcma» 7/268.  


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə