47
sevər. Bütün işlərdə mömin və kafir arasında fərq qoymadan ədalətli
olmaq.
Cəhənnəmliklərin əməlləri isə: Allaha şərik qoşmaq, Peyğəmbəri
yalanlamaq, küfr, həsəd, yalan, xainlik, zülm, əxlaqsızlıq, oğurluq, əqraba
və möminlərlə əlaqələri kəsmək, cihad etməkdən qaçmaq, simiclik, iki
üzlü olmaq, Allahın rəhmətindən ümüd kəsmək, Onun cəzasından arxayın
olmaq, öyünmək, təkəbbür, Allahın fərzlərini tərk etmək, Allahın
hədlərini aşmaq, qadağalarını etmək, Allahın yerinə qullarından qorxmaq,
qullara ümüd bağlamaq, onlara təvəkkül etmək, göstərmək və şöhrət üçün
əməl etmək, Quran və Sünnəyə müxalif olmaq, Allaha üsyan edərək
qullara itaət etmək, batil üzərə israrlı olmaq, Allahın ayələrini ələ salmaq,
haqqı inkar etmək, sehrbazlıq, valideynlərlə pis davranmaq, adam
öldürmək, faiz və yetim malını yemək, mömin kişi və qadınlara böhtan
atmaq və s.
Ağlı başında olan insan sözündə, işində, əməlində, gizlində və aşkarda,
gecədə və gündüzdə, istənilən yerdə və şəraitdə daima Allahdan qorxmalı
və Allahın daima nəzarəti altında olduğunu biməlidir. Əbu Zərr -
radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və
səlləm
–
buyurdu: «Mən sizin görmədiklərinizi görür, eşitmədiklərinizi isə
eşidirəm. Göy səs verdi. Guruldadı. Peyğəmbər: «Səmada olan səsləri
eşidirsinizmi» deyə buyurdu. Səhabələr: «Xeyr, ya Rəsulullah!» dedilər.
Peyğəmbər: «Mən eşidirəm. Göydə elə bir qarış yer yoxdur ki, orada
(Qiyamda, rukuda) və səcdədə olan bir mələk olmasın». Vallahi mənim
bildiklərimi bilsəydiniz az gülər, çox ağlayardınız. Yataqlarınızda
qadınlarınızdan belə zövq almazdınız. Yüksək yerlərə çıxaraq Allaha
yalvarıb bağışlanma diləyərdiniz»
113
. Peyğəmbər
–
sallallahu aleyhi və
səlləm
–
buyurdu: «Cənnət və Cəhənnəm mənə göstərildi. Xeyir və şər
baxımından bu günki kimisini görmədim. Əgər mənim bildiklərimi
bilsəydiniz az gülər. Çox ağlayardınız»
114
.
Düşün ki, Cəhənnəm atəşi ciyərlərinə işləmiş, sən imdad – deyə
bağırırsan. Lakin acıyan olmur. Ağlayırsan, peşmançılıq hissləri
keçirirsən, lakin faydasızdır. Tövbən qəbul olmur. Çağırışına cavab verən
yoxdur. Düşün ki, orada uzun bir müddət, bəlkə də əbədi qalmalı
olacaqsan. Əzab canına keçəcək, susuzluq ciyərlərini parçalayacaqdır.
Dünyadakı içəcəkləri xatırlayacaq, Cəhənnəm atəşi ilə qarşı-qarşıyasan.
Sənə əzab verməklə görəvli olan Cəhənnəm qoruyucularının əlindən su
qabını alacaqsan, içdiyin şeyi ağzına yaxınlaşdırdığın zaman üzünü
113
Tirmizi 2313, İbn Məcə 4190, Əhməd 5/173.
114
Buxari, Müslim.
48
qovuracaq, içdiyin ilk qurtum boğazını qoparacaq, qarnına çatdıqda isə
bağırsaqlarını parça-parça edəcəkdir. Rahatlıq istəyəcəksən, lakin orada
rahatlıq əbədiyyən yoxdur. Kədərin, sıxıntın artıqca Cənnəti xatırlaya-
caqsan. Xatırlayacaqsan ki, Allahın əmrlərini yerinə yetirmədin, Ona
yaxınlıq qazanmadığına görə qəlbin sanki boğazına tıxanacaqdır. Cənnətin
nemətlərini, içəcəklərini, suyunun soyuqluğunu, orada olan yaşayışın
gözəlliyini xatırlayacaq, həsrətlə qəlbin yerindən söküləcəkdir. Sonra bəzi
yaxınlarını, ananı, atanı, qardaşını. Bacını və digər dostlarını orada
olduqlarını xatırlayacaq həzin bir səs, yanıq bir qəlblə onlara nida edərək:
Anacan, atacan… Bir qurtum su! – deyəcəksən. Ümidini boşa çıxaran
cavablar veriləcəkdir sənə. Allahın qəzəbinə layiq olduğun üçün onların
da sənə qarşı duyduqları qəzəbi görməkdən və ümüdünün boşa
çıxmasından ötrü qəlbini parçalayacaq qədər kədərlərə dalacaqsan.
Dünyada onlar sənə nəsihət etmiş, öyüd vermiş və sənin üçün xeyirli olanı
göstərmişlər. Lakin sən öyüd verənləri sevmirdin. Bunun üçün də Allaha
yönələrək səni geri dünyaya təkrar döndərməsini xahiş edəcəksən. Sənə
uzun müddət cavab verilməyəcəkdir. Çünki Onun qatında sənin dərəcən
və yerin yoxdur. Sonra sənin ümidini təmamən boşa çıxaran: «Orada zəlil,
məyus vəziyyətdə durub qalın və Mənə heç bir şey deməyin!». (əl-
Muminun 108). Bu cavabı eşitdikdən sonra qəlbin ağrayacaq, danışmağa
taqətin belə qalmayacaqdır, nəfəs belə almayacaqsan. Sonra sənin
kədərinin və həsrətinin daha da artmasını istəyərək həm sənin, həm də
düşmənlərin üzərinə Cəhənnəm qapıları bağlanacaqdır. Artıq əbədiyyən
rahatlıq yox, bitməyən kədər, tükənməyən üzüntülər, sağalmayan
xəstəliklər, açılmayan zəncirlər, söndürülməyən susuzluqlar, sakitləş-
məyən iztirablar
115
.
GÜNAHLARIN ZƏRƏRLƏRİ
Günahların olduqca pis, məzəmmət olunan təsiri vardır. Qəlbə, bədənə,
insanın dünya və axirətinə zərəri vardır. Günahlar insanda davam etsə
onun dünyasını və axirətini korlayır. Günahların qəlbə olan zərərləri
zəhərin bədənə olan zərəri kimidir. Dünya və axirətdə hər bir şərin və
xəstəliyin günah və asiliklərdən başqa səbəbi varmı? Adəm və Həvva
–
əleyhimussəlam
–
ı ləzzət, nemət, gözəllik və xoşbəxtlik diyarı olan
Cənnətdən – ağrılar, acılar və müsibətlər diyarına salan nə idi? İblisin
Cəhənnəmə məhkum edilməsinə, lənətlənməsinə səbəb nə idi? Onun
yaxınlığını uzaqlıqla, rəhmətini lənətlə, gözəlliyini çirkinliklə, Cənnətini
atəşlə, imanını küfrlə, Allaha olan dostluğunu ən böyük düşmənlik və
115
Haris b. Əsədil Muhasibi, ət-Təvəhhüm s. 59-61.